Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-14/2025 17.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, X2 katibliyi, dövlət dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu Qaraağaclı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan barəsində “Başqa Yerə Getməmək Haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə saat 13 radələrində Samux rayonu Qaraağaclı qəsəbəsində yerləşən Qaraağaclı qəsəbə tam orta məktəbininin dəhlizində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə edib dalaşmış və dava zamanı Təqsirləndirilən şəxs qəsdən əli ilə Zərərçəkmiş şəxs vuraraq ona sol bilək və sağ bazu nahiyələrinin hematomaları, yumşaq toxumaların əzniyi, biləyin hərəkət məhdudiyyəti, sol bazunun 2 ədəd sıyrığından ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Samux rayonu Qaraağaclı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. 2013-cü ildən 2024-cü ilin noyabr ayına qədər Samux rayonu Qaraağaclı kənd tam orta məktəbin təsərrüfat müdiri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs onun işlədiyi Samux rayonu Qaraağaclı kənd tam orta məktəbin direktoru vəzifəsində çalışır. O, Zərərçəkmiş şəxs 2013-cü il tarixdən tanıyır. Əvvəllər Zərərçəkmiş şəxs ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. Sonradan Zərərçəkmiş şəxs işində olan qanunsuzluqlarla bağlı araşdırma zamanı ondan soruşulan zaman doğru sözü demişdir. Buna görə də Zərərçəkmiş şəxs bir dəfə onu işdən azad eləmişdir. Lakin sonradan Təhsil İdarəsinə müraciət etmiş və müraciətindən sonra onu işə bərpa etmişdirlər. Bundan sonra Zərərçəkmiş şəxs onunla düşmənçilik aparmağa və işində problemlər yaratmağa başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs onun tabelini əlindən alaraq öz xidməti otağına qoymuşdur. Buna görə də o, öz vəzifəsini icra edə bilməmişdir. Həmçinin 2024-cü ilin fevral ayından maaşını ala bilməmişdir. O, bu barədə aidiyyatı orqanlara müraciət etmiş və bununla bağlı araşdırılma aparılmışdır. xx.xx.2024-cü il tarixdə Samux rayonu Qaraağaclı kənd tam orta məktəbinə jurnalistləri çağıraraq bununla bağlı müsahibə vermişdir. Həmin tarixdə saat 13 radələrində o, jurnalistləri yola saldıqdan sonra pilləkənləri qalxıb məktəbin binasına yəni koridora daxil olmuşdur. Məktəbə daxil olan zaman koridorda Çinarə dayanmışdır. O, bir iki addım irəli getdikdən sonra arxa tərəfindən qəfildən zərbə dəymişdir və səsindən tanıdığı Zərərçəkmiş şəxs ona söyüşlər söymüşdür. O, arxaya çönən zaman Zərərçəkmiş şəxs əlində sarı rəngli süpürgə olduğunu görmüş və Cəmilə həmin süpürgə ilə onu vurmuşdur. O, Cəmilə ilə üzbə-üz dayanan zaman Cəmilə əlində olan süpürgə ilə ardıcıl olaraq onun başına 4-5 dəfə zərbə endirmişdir. O. əlini başına tutmuşdur ki, başından daha ağır zərbə almasın. Həmçinin Cəmilə onu vura-vura “it oğlu, sən məktəbə adam gətirirsən” demişdir. Çinarə Zərərçəkmiş şəxs qışqıraraq “Burax ay müəllim öldü” demişdir. O, isə başını tutub“ dəyməyin qoy vursun” demişdir. Zərərçəkmiş şəxs qışqıraraq “İt oğlunu öldürəcəm” demişdir. Belə ki, Zərərçəkmiş şəxs şərbaz adamdır və buna görə də o, Zərərçəkmiş şəxs əlini qaldırmamışdır. Bu zaman səs-küyə Şamxal müəllim, Mayıl müəllim, Nuridə müəllimə, Zərərçəkmiş şəxs qızı Nuranə gəlmişdir. Bundan başqa Zərərçəkmiş şəxs onu vuran zaman Çinarə onları aralayarkən Zərərçəkmiş şəxs qolu yaralanmış və xəsarət almışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Samux rayonu Qaraağaclı kəndində Qaraağaclı kənd tam orta məktəbin koridorunda baş vermişdir. Baş vermiş mübahisə 10 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı orada Çinarə, Şamxal müəllim, Mayıl müəllim, Nuridə müəllimə, Zərərçəkmiş şəxs qızı Nuranə olmuşdur. Baş vermiş mübahisə zamanı o, Zərərçəkmiş şəxs vurmamışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlar şər böhtan xarakterlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, 2010-cu il tarixdən Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2015-2016-cı tədris ilində direktoru olduğu məktəbə təsərrüfat müdiri vəzifəsinə işə qəbul etmişdir. Onun əvvəllər Elbir ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs işində olan maliyyə pozuntularına görə işdən azad etmişdir. Bundan sonra Elbir onunla düşmənçilik apararaq onun haqqında əsassız olaraq şikayətlər etməyə başlamışdır. Sonradan Gəncə Təhsil İdarəsinin sektor müdiri Nurlana Həsənova tərəfindən Təqsirləndirilən şəxs işə qaytarılmışdır. 24 may 2024-cü il tarixdə saat 13 radələrində Samux rayonu Qaraağaclı kənd tam orta məktəbində olan zaman Elbir məktəbə jurnalistələri gətirib onlara yalan müsahibə vermişdir. Jurnalistlər məkətbdən çıxıb getdikdən sonra o, məkətbin koridorunda yeriyirək4 müəlimlər otağına tərəf gedirmiş, bu zaman arxa tərəfində kiminsə olduğunu hiss etmişdir, bu zaman arxasında olan şəxs onun kürək nahiyyəsindən tutub onu yerə yıxmaq istəyirmiş. Arxaya çönüb baxan zaman görmüşdür ki, həmin şəxs Elbirdir. O, qışqırıb səs küy salmışdır ki, Elbir ondan aralansın. Elbir isə ona qıjanıb sağ əlini qaldıraraq onu vurmaq istəyirmiş. Elbir onu vurmasın deyə sol əlini başına tərəf qaldırmışdır. Elbir onun baş nahiyyəsinə tərəf yuxarıdan aşağıya doğru hərkətlənən yumruq zərbəsi atmışdır, onun sol əli başında olduğu üçün Elbirin zərbəsi onun başına tərəf qaldırdığı, yəni sol bilək nahiyyəsinə dəymişdir. Bundan sonra məktəbin işçiləri onların aralarına girmişdilər. Elbir isə ona tərəf dartınaraq onu vurmaq istəyirmiş və ünvanına nalayiq ifadələrlə söyüş söyürmüş. Həmçinin Elbir həmin qalmaqalda onunla süpürləşərək onun hər iki qoluna cırmaq atmışdır, əli və ayağı ilə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Bundan sonra orada olan şəxslər Elbiri aralayıb aparmışdırlar. O, xəsarət aldığı üçün təcili tibbi yardıma müraciət etmişdir. Həmçinin hadisədən sonra müəyyən etmişdir ki, barmağında olan 1000 manat dəyərində qızıl üzük hadisə zamanı itmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Samux rayonu Qaraağaclı kənd tam orta məktəbin koridorunda baş vermişdir. Baş vermiş mübahisə 10 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada xatırladığı qədəri ilə qızı Şahid2, məktəbin fizika müəllimi Şahid1, məkətbin təşkilatçı müavini Şahid4, məktəbin tədris işləri üzrə müavini Şahid5 olmuşdur. Hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs onu işdən çıxartdırmaq istəməsi və onun haqqında şər böhtan xarakterli ifadələr işlətməsi olmuşdur. Məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdi. Şahid şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Samux rayonu X5 məktəbində Fizika müəllimi vəzifəsində işləyirmiş. Zərərçəkmiş şəxs Samux rayonu X5 Məktəbin direktoru vəzifəsində işləyirmiş. Onun Zərərçəkmiş şəxs ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs işlədiyi məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmişdir. Onun Elbirlə heç bir düşmənçilik və ədavəti olmamışdır. 24 may 2024-cü il tarixdə Elbir məktəbə jurnalistələri gətirib onlara müsahibə vermişdir. Jurnalistlər məkətbdən çıxıb getdikdən sonra o, məkətbin həyətində, məktəbin giriş qapısının yanında pilləkənlərdə dayanıbmış. Bu zaman məktəbin kolidor hissəsindən səs küy gəldiyini eşitmiş, tez məkətəbin içərisinə daxil olmuş, məktəbin içərisinə daxil olduqdan sonra koridorda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əlbə yaxa olub süpürləşdiyini görmüşdür. Orada olan şəxslər Elbir və Zərərçəkmiş şəxs aralamışlar. Elbirin Zərərçəkmiş şəxs xəsarət yetirməsini görməmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbin koridorunda baş vermiş, baş vermiş mübahisə 10 dəqiqə davam etmiş, mübahisə zamanı orada xatırladığı qədəri ilə Şahid2, Şahid4, Şahid5, Şahid3 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Samux rayonu X5 məktəbində katibə işləyir. Zərərçəkmiş şəxs Samux rayonu X5 Məktəbin direktoru, həmçinin onun anasıdır. Təqsirləndirilən şəxs isə vaxtilə məktəbdə təsərrüfat müdiri vəzifəsində işləyib. Onun Elbirlə heç bir düşmənçilik və ədavəti olmamışdır. 24 may 2024-cü il tarixdə Elbir məktəbə jurnalistələri gətirib onlara müsahibə vermişdir. Jurnalistlər məkətbdən çıxıb getdikdən sonra anası Zərərçəkmiş şəxs ilə Elbir arasında mübahisə olmuş, bu zaman Elbir Zərərçəkmiş şəxs əli ilə vurmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbin koridorunda baş vermiş, baş vermiş mübahisə 10 dəqiqə davam etmiş, mübahisə zamanı orada xatırladığı qədəri ilə Şahid4, Şahid5, Şahid3 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Samux rayonu X5 məktəbində işləyir. Zərərçəkmiş şəxs Samux rayonu X5 Məktəbin direktorudur. Təqsirləndirilən şəxs isə vaxtilə məktəbdə təsərrüfat müdiri vəzifəsində işləyib. Onun Elbirlə heç bir düşmənçilik və ədavəti olmamışdır. 24 may 2024-cü il tarixdə məktəbin koridorunda səs-küy gəldiyini görmüş və koridora çıxdıqda insanların toplaşdığını, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiyini görmüşdür. Daha sonra Elbir onun sözünü eşidərək çölə çıxmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbin koridorunda baş vermiş, baş vermiş mübahisə 10 dəqiqə davam etmiş, mübahisə zamanı orada xatırladığı qədəri ilə Şahid5, Şahid3, Şahid1 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Samux rayonu X5 məktəbində xadimə işləyir. Zərərçəkmiş şəxs Samux rayonu X5 Məktəbin direktorudur. Təqsirləndirilən şəxs isə vaxtilə məktəbdə təsərrüfat müdiri vəzifəsində işləyib. Təqsirləndirilən şəxs biraz kobud xarakterli insandır. Lakin onun Elbirlə heç bir düşmənçilik və ədavəti olmayıb. 24 may 2024-cü il tarixdə məktəbin həyətini süpürürmüş, bu zaman koridordan səs-küy gəldiyini duymuş, koridora tərəf qaçmış və bu zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yüksək səslə mübahisə etdiyini, dalaşdığını görmüşdür. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirdiyini görməmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbin koridorunda baş vermiş, baş vermiş mübahisə 10 dəqiqə davam etmiş, mübahisə zamanı orada xatırladığı qədəri ilə Şahid5, Şahid1 və Şahid4 olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Samux rayonu X5 məktəbində işləyir. Zərərçəkmiş şəxs Samux rayonu X5 Məktəbin direktorudur. Təqsirləndirilən şəxs isə vaxtilə məktəbdə təsərrüfat müdiri vəzifəsində işləyib. Onun Elbirlə heç bir düşmənçilik və ədavəti olmayıb. 24 may 2024-cü il tarixdə məktəbin sinif otağında olarkən koridordan səs-küy gəldiyini duymuş, koridora çıxanda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yüksək səslə mübahisə etdiyini, dalaşdığını görmüşdür. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirdiyini görməmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Samux rayonu Qaraağaclı qəsəbə tam orta məktəbin koridorunda baş vermiş, baş vermiş mübahisə 10 dəqiqə davam etmiş, mübahisə zamanı orada məktəb şagirdləri, müəllimlər olmuşlar. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin tərəfindən verilmiş 24 may 2024-cü il tarixli 112 nömrəli ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənəddə yazılanlara əsasən nəticəyə gəlirək Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərsol bilək və sağ bazu nahiyələrinin hematomaları, yumuşaq toxumaların əzniyi, biləyin hərəkət məhdudiyyəti, sol bazunun 2 ədəd sıyrığıdır ki, bu xəsarətlər - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli 1 nömrəli ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: xx.xx.2024-cü il tarixli 112 saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Ekspertiza zamanı tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 07 saylı əmri ilə qüvvəyə minmiş sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertiza qaydalarına söykənir. Belə ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu hərəkət məhdudiyyəti ilə müşayiət olunan sol biləyin hematoması əmək qabiliyyətini 21 gündən (3 həftədən) az olan müddətdə cüzi dayanıqlı itirilməsi ilə nəticələndiyindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, əl və ayaqla yetirilən zərbələr nəticəsində yarana bilərdi. Xəsarətlərin olduğu nahiyələr əlçatan olmasına baxmayaraq kənar şəxs tərəfindən yetirilə bilməsinə daha çox uyğun gəlir. Vətəndaş Zərərçəkmiş şəxs hərəkət məhdudiyyəti ilə müşayiət olunan sol biləyin və sağ bazu nahiyələrinin hematomaları, sol bazunun sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. 24 dekabr 2024-cü il tarixli şübhəli şəxsi tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklifi ilə iştirkaçılarla birlikdə Samux Rayon Polis Şöbəsindən çıxaraq Samux rayonu Qaraağaclı qəsəbəsinə gedilmiş, Samux rayonu Qaraağaclı qəsəbəsində Qaraağaclı qəsəbə tam orta məktəbin qarşısında dayanaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında münaqişənin bu məktəbin koridorunda baş verdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxsla birlikdə məktəbin koridoruna keçilmiş, Təqsirləndirilən şəxs məktəbin koridorunda hadisənin baş verdiyi yeri əli ilə göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini göstərən zaman bir neçə istiqamətdən fotoşəkillər çəkilmişdir. 26 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 26 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi iştiraki ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, Azərbaycan Respublikası CPM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmişdir. 26 dekabr 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl zərbəsi ilə vuraraq onun sağlamlığına yüngül xəsarət yetirməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsi özünümüdafiə xarakteri daşıyır və onun ifadəsində qeyd etdiyi hallar iş üzrə toplanmış və məhkəmə tərəfindən tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindəki xüsusatları onun məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, yəni həmin əməlin təhsil müəssəsində şagirdlərin və müəllimlərin gözü qarşısında törədilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində 24 dekabr 2024cü il tarixdən tutulduğu iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddət ərzində məhkumun üzərinə saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-14/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-14/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver