Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-15/2025 02.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2000-cı ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Samux rayonu Lək kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “X5 Vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx məskunlaşdığı Samux şəhəri “Heydər Əliyev” parkının giriş hissəsində özünün davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla Samux RHİB-nin birinci müavini Zərərçəkmiş şəxs ona mobil telefon nömrəsini verməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə ilə onunla mübahisə edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əxlaq normaları və birgə yaşayış qaydaları ilə bir araya sığmayan, özünü cəmiyyətin fövqündə qoyub öz üstünlüyünü nümayiş etdirməklə, ətrafda olan şəxslərə məhəl qoymayıb silah qismində istifadə etdiyi çəliklə qəsdən Samux Rayon İcra Hakimiyyətinə məxsus **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı “HAVAL” markalı « H6 HEV MİNİK » modelli xidməti avtomobili vuraraq ön alın şüşəsini sındıraraq Samux Rayon İcra Hakimiyyətinə 350 manat məbləğində maddi ziyan vurmuş, daha sonra həmin silah qismində istifadə etdiyi çəliklə qəsdən onu sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs vuraraq ona sol saidin əzilmiş yarası, bilək nahiyyəsinin hematoması, piqmentasiya izindən ibarət sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamığına yüngül zərər vuraraq qəsdən silah qismində istifadə olnunan əşyadan istifadə etməklə xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, 3-cü qrup əlildir, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır, həmçinin qazidir. Yaşadığı Samux rayonu Lək kəndində yerləşən evində qaz problemi olduğundan o, Samux Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Belə ki, qaz xətti küçəyə çəkilsə də onların evlərinə qaz çəkilməyib. Bundan başqada o, icra başçısından yaşadığı ev üçün qaz peçi istəmiş və icra hakimiyyətindən ona qaz peçi veriləcəyi ilə bağlı söz verilmiş. O, qaz peçi istədikdən sonra Lək kəndinin bələdiyyəsi Xəyal ona zəng edərək tez bir zamanda qaz peçinin veriləcəyini bildirmişdir. Bundan sonra Xəyala zəng etsə də Xəyal onun zənglərini açmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində qardaşı Şahid1lə birlikdə Samux rayon İcra Hakimiyyətinə gəlmişdirlər. İcra Hakimiyyətində başçının yeni tikilən park ərazisində olduğunu demişlər. O, da qardaşı ilə parka tərəf gedəndə “Heydər Əliyev” parkının giriş hissəsində İcra başçısının birinci müavini Zərərçəkmiş şəxslə qarşılaşmışdır. O, Zərərçəkmiş şəxs evinə qaz çəkilmədiyini, bunla bağlı Qaz idarəsinin müdiri Qədir müəllimlə danışmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs də Qaz idarəsinin müdiri ilə əlaqə saxlamış, telefonda Qədir təxminən bir həftəyə qaz probleminin həll olunacağını demişdir. Daha sonra İcra Başçısı ilə görüşmək üçün təzə tikilən parka tərəf getmiş, icra başçısı park ərazisində olmadığından geri qayıtmışlar. O, qaz probleminin həll olunmadığına biraz əsəbləşmiş. Daha sonra Zərərçəkmiş şəxs yanına qayıtmışdır və Tahir müəllimdən Lək bələdiyyəsinin sədri Xəyalla danışmasını, bu problemin dəqiq hansı tarixdə həll olunacağını soruşmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs də Lək bələdiyyəsinin sədri Xəyala zəng edərək ona qaz peçi probleminin hansı tarixdə həll olunacağını soruşmuşdur, Xəyal da təxminən 2-3 günə ona qaz peçi veriləcəyini demişdir. O, qaz peçi verilməsi məsələsi ilə əlaqədar Zərərçəkmiş şəxslə əlaqə saxlamaq üçün ondan mobil telefon nömrəsini istəmişdir. Zərərçəkmiş şəxs də ona “sən mənim nömrəmi neynirsən, sən cox danışırsan, mənim işim gücüm qutarmayıb ki, sənlə danışam” sözlərini demişdir. O, Tahirin bu sözündən əsəbləşərək hər iki əli ilə baş nahiyyəsinə bir neçə dəfə zərbə endirmişdir. Daha sonra cibindəki bıçağı çıxararaq özünə xəsarət yetirmək istəyən zaman qardaşı Ayxan bıçağı əlindən almış və bıçağı yerə tullamışdır. O, qardaşının əlindən çıxaraq yaxınlığında olan yolun kənarında dayanmış “HAVAL” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili çəliklə vuraraq şüşəsini sındırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona tərəf yaxınlaşaraq “nolub ay Fərhad niyə vurub dağıdırsan” deyəndə o, da “yeri çıx ged burdan” sözlərini deyərək çəliklə onun qoluna yavaş vurmuşdur. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə Samux RPŞ-nə getmişdirlər. O, qeyd etmişdir ki, onun psixoloji problemi var, əsəbləşəndə özündən aslı olmadan hərəkətlər edir. Onun Zərərçəkmiş şəxs döymək niyyəti olmamışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Samux rayonu X6 giriş hissəsində baş vermişdir, baş vermiş mübahisə 10 dəqiqə davam etmişdir, mübahisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs onunla kobud davranması olmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə edib, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur, ona görə də məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, o Samux Rayon İcra Hakimiyyətinin Başçısının 1-ci müavini vəzifəsində çalışır. Təqsirləndirilən şəxs Samux rayonunda yaşayan qazi kimi tanımışdır. Onunla aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Samux Rayon İcra Hakimiyyəti tərəfindən Təqsirləndirilən şəxs daimi diqqət və qayğı göstərilmiş, onun sosial problemlərinin həlli üçün maddi yardımlar olunmuş, ona obyekt üçün torpaq sahəsi verilmiş, qardaşı Şahid1 Samux rayonunda işlə təmin olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Samux rayonu Lək kəndində yerləşən küçədə qaz xətti çəkilməyibmiş. Təqsirləndirilən şəxs müraciətindən sonra həmin küçəyə qaz xətti çəkilmiş, lakin həmin xətdə son tamamlanma işləri qalmışdır. Bundan başqa da Təqsirləndirilən şəxs İcra Hakimiyyətinə şifahi formada müraciət edərək yaşadığı ev üçün qaz peçi istəmişdir. Həmin qaz peçinin təmin olunması məsələsi Samux rayon Lək kəndinin icra nümayəndəsi Xəyal müəllimə tapşırılmışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Samux RHİB-nin əməkdaşları ilə birlikdə Samux şəhəri Heydər Əliyev adına olan parkın giriş hissəsində abadlıq quruculuq işləri aparan zaman Təqsirləndirilən şəxs qardaşı Ayxan ilə birlikdə ona yaxınlaşmışdır. O, Fərhadla salamlaşıb görüşmüşdür. Fərhad ona qaz xəttinin evlərinə nə vaxt çəkiləcəyini soruşmuşdur. O, isə dərhal telefonla Fərhadın yanında Qaz idarəsinin müdiri Qədir müəllimlə əlaqə saxlamışdır. Qədir müəllimdən məsələ ilə bağlı məlumat almışdır, Qədir müəllim ona həmin problemin 10 gün ərzində həll olunacağını demişdir. O, qeyd etmişdir ki, Qədirlə telefonda mikrafonda danışırmış və Fərhad onun Qədirlə olan danışıqlarını eşidirmiş, həmçinin Qədirlə o, telefonla danışan zaman Fərhad yanında kobud formada Qədirə bir iki sözdə demişdir. O, Qədirlə danışıb qurtardıqdan sonra Fərhaddan başqa probleminin olub olmamasını soruşmuş və Fərhadla sağollaşmış, Təqsirləndirilən şəxs də çıxıb getmişdir. Təxminən 10 dəqiqə sonra Fərhad yenidən onun yanma qayıtmış və ona Samux Rayon Lək kəndinin icra nümayəndəsi Xəyalın ona qaz peçini vermədiyini, həmçinin Xəyalın onun telefonlarını açmadığını demişdir. O, Fərhadın yanında Xəyala zəng vurub nə səbəbə Fərhada qaz peçi vermədiyini soruşmuşdur. Xəyal isə sabah gedib Fərhada peç alıb verəcəyini demişdir. Xəyal ilə telefonla danışan zaman Fərhad yanında Xəyalın ünvanına nalayiq ifadələr işlətmişdir. O, Fərhadı sakitləşdirmiş və ona qaz peçi probleminin sabah həll olunacağını demişdir. Fərhad ondan öz mobil telefon nömrəsini istəmişdir. O, Fərhada demişdir ki, “telefon nömrəsinə ehtiyac yoxdur nə vaxt istəsən burdayam yaxınlaş nə problemin olsa həll edim”. O, bu sözü deyib parka tərəf getmiş və Fərhaddan 15-20 metr aralaşandan sonra səs-küy gəldiyini eşitmişdir. Orada olan fəhlələr qışqırmışdılar ki, “maşını vurdu". O, ilk öncə düşünmüşdür ki, yəqin yol nəqliyyat hadisəsi baş vermişdir. O, yola tərəf yaxılaşanda görmüşdür ki, Fərhadın qardaşı Fərhadı tutub, Fərhad isə uca səslə söyüş söyür, qardaşının əlindən dartınıb çıxmaq istəyir, qışqıraraq "bıçağı ver" deyir. O, Fərhada yaxınlaşaraq nə olduğunu, nə səbəbə dava dalaş saldığını soruşmuşdur. Bu zaman Fərhad qardaşının əlində dartınaraq çıxıb onunla üzbəüz dayanaraq əlində olan çəliklə onun baş nahiyyəsinə doğru zərbə atmışdır, həmin zərbə onun başına dəyməsin deyə o, sol əlini başına doğru qaldırmış, bu zaman Fərhadın ona vurduğu zərbə onun sol qoluna dəyərək xəsarət yetirmişdir. Bundan sonra Fərhadı aralaşdırıb aparmışdılar. O, qolundan xəsarət aldığı üçün xəstəxanaya getmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Samux Rayonu X6 giriş hissəsində baş vermiş, baş vermiş mübahisə 10 dəqiqə davam etmiş, baş vermiş mübahisə zamanı orada təxminən 7-8 nəfər Samux RHİnin əməkdaşları olmuş, hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs özünü cəmiyyətin fövqündə qoyması, əsassız yerə ünvanlı və ünvansız söyüş söyməsi olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin onun barəsində yüngül cəza təyin edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Fərhad 3-cü qrup əlil, həmçinin İİ Qarabağ Döyüşlərinin qazisidir. Fərhad əlil olduğu üçün çox vaxt onunla bir yerdə ora-bura gedirmiş. Yaşadıqları Samux rayonu Lək kəndində yerləşən evlərində qaz problemləri olduğundan, həmin qaz problemi ilə əlaqədar qardaşı Fərhad Samux Rayon İcra Hakimiyyəti başçısına müraciət etmiş, onun müraciətindən sonra sözügedən problem Samux Rayon İcra Hakimiyyəti Başçısı Firdovsi Əliyev tərəfindən qismən həll olunmuşdur. Lakin qaz xətti küçəyə çəkilsə də evlərinə hal-hazırda qaz çəkilməmişdir. Qardaşı Fərhad icra başçısından yaşadıqları ev üçün qaz peçi isdəmiş və icra hakimiyyətindən Fərhada qaz peçi veriləcəyi ilə bağlı söz verilmişdir. Lakin həmin qaz peçi Fərhada verilməmişdir. Buna görə də qardaşı Fərhad əsəbləşmişdir. Qardaşı Fərhad xx.xx.2024-cü il tarixdə ona icra hakimiyyətinə getmək istədiyini bildirmişdir. Belə ki, Fərhad peç məsələsi və qaz xəttinin çəkilməsi ilə bağlı Firdovsi Əliyevin qəbuluna girmək istəyirmiş. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində qardaşı Təqsirləndirilən şəxslə birlikdə Samux Rayon İcra Hakimiyyətinə gəlmişdirlər. İcra Hakimiyyətində onlara başçının yeni tikilən park ərazisində olduğunu demişdirlər. O, qardaşı ilə parka tərəf gedəndə “Heydər Əliyev” parkının giriş hissəsində icra başçısının birinci müavini Zərərçəkmiş şəxslə qarşılaşmışdırlar. X7 Qarayevə evlərinə qaz çəkilmədiyini, bunla bağlı Qaz idarəsinin müdiri Qədir müəllimlə danışmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs də Qaz idarəsinin müdiri ilə əlaqə saxlamış, telefonda Qədir təxminən bir həftəyə qaz probleminin həll olunacağını demişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs yanından aralaşıb İcra Başçısı ilə görüşmək üçün təzə tikilən parka tərəf getmişdirlər, icra başçısının park ərazisində olmadığına görə onlar yenidən “Heydər Əliyev” parkına qayıtmışdırlar. “Heydər Əliyev” parkında Fərhad yenidən Tahir müəlimlə görüşmüşdür. Fərhad Tahir müəllimdən Lək bələdiyyəsinin sədri Xəyalla danışmasını, bu problemin dəqiq hansı tarixdə həll olunacağını soruşmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Lək bələdiyyəsinin sədri Xəyala zəng edərək Fərhadın qaz peçi probleminin hansı tarixdə həll olunacağını soruşmuş, Xəyal da təxminən 2-3 günə Fərhada qaz peçi veriləcəyini demişdir. Fərhad ona qaz peçi verilməsi məsələsi ilə əlaqədar Zərərçəkmiş şəxslə əlaqə saxlamaq üçün ondan mobil telefon nömrəsini istəmişdir. Zərərçəkmiş şəxs də Fərhada “sən mənim nömrəmi neynirsən, sən cox danışırsan, mənim işim gücüm qurtarmayıb ki, sənlə danışam” sözlərini demişdir. Fərhad Zərərçəkmiş şəxs bu sözündən əsəbləşərək hər iki əli ilə baş nahiyyəsinə bir neçə dəfə zərbə endirmişdir. Daha sonra Fərhad cibindən bıçaq çıxartmış və özü-özünə xəsarət yetirmək istəmişdir. Bu zaman o, Fərhadı tutmuş və onun əlindən bıçağı alaraq yerə tullamışdır. Fərhad əsəbindən sakitləşməyərək dartınaraq əlindən çıxmışdır. Bundan sonra Fərhad əlində olan çəliklə parkın giriş hissəsində dayanmış Samux Rayon İcra Hakimiyyətinə məxsus “HAVAL” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə vuraraq avtomobilin ön şüşəsini sındırmışdır. Bu vaxt Zərərçəkmiş şəxs onlara tərəf yaxınlaşaraq “nolub ay Fərhad niyə vurub dağıdırsan” deyəndə Fərhad Zərərçəkmiş şəxs “yeri çıx ged burdan” sözlərini deyərək əlində olan çəliklə Zərərçəkmiş şəxs qoluna yavaşca vurmuşdur. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə Samux RPŞ-nə getmişdirlər. O, qeyd etmişdir ki, Fərhadın psixoloji problemləri vardır və o, əsəbləşəndə özündən aslı olmayan hərəktlər edir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Samux rayonu X6 giriş hissəsində baş vermiş, baş vermiş mübahisə 10 dəqiqə davam etmiş, mübahisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs Fərhadla kobud davranması olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, rəsmi olaraq X8 MMC-nin Samux rayon üzrə təhkim olunmuş sosial işçisi vəzifəsində işləyir. Xidməti vəzifəsi Samux rayonu ərazisində gedən abadlıq-quruculuq işlərində fəhləlik etməkdən ibarətdir. Zərərçəkmiş şəxs Samux RHİB-nin birinci müavini kimi tanımışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Onun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxslə heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Samux şəhəri Heydər Əliyev adına olan parkın giriş hissəsində iş yoldaşı Şahid4la birlikdə ayaq altı dəmirlər qururmuşlar. Onlardan təxminən 20-30 metr aralıda isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və sonradan Təqsirləndirilən şəxs qardaşı kimi tanıdığı Ayxan adlı şəxslə dayanıb söhbət etdiyini görmüşdür. Tahir müəllim Fərhadla söhbət etdikdən sonra ondan aralanıb parkın içərisinə doğru getmişdir. Tahir müəllim getdikdən sonra səs-küy gəldiyini eşitmiş, səs gələn tərəfə baxan zaman görmüşdür ki, Təqsirləndirilən şəxs əlində olan çəliklə yolun kənarında dayanmış İcra başçısına məxsus olan Flaval markalı avtomobili vuraraq ön alın şüşəsini sındırmışdır. Bundan da başqa Fərhad qışqıraraq səs küy salmışdır. Fərhadın yanında olan qardaşı Fərhadı tutub sakitləşdirmək istəmiş. Fərhad isə uca səslə söyüş söyürmüş, qardaşının əlindən dartınıb çıxmaq istəyirmiş, qışqıraraq "bıçağı ver" deyirmiş. Tahir müəllim Fərhada tərəfə gedib Fərhadın yanına çatmış, bu zaman Fərhad qardaşının əlindən dartınaraq çıxmış və Tahir müəllimin yanına çataraq onunla üzbəüz dayanıb əlində olan çəliklə Tahir müəllimin baş nahiyyəsinə doğru zərbə atmışdır, Tahir müəllim həmin vaxt əlini başına doğru qaldırmış, Fərhadın vurduğu zərbə Tahir müəllimin sol qoluna dəymişdir. Bundan sonra Fərhadı aralaşdırıb aparmışdırlar. Həmin vaxt Fərhadın əlində olan bıçaq yerə düşmüşdür. Bundan sonra icra hakimiyyətinin işçiləri gəlmişdirlər və onların iştirakı ilə akt tərtib olunaraq hadisə yerində olan bıçaq götürülmüşdür. O, həmin akta qol çəkmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Samux Rayonu X6 giriş hissəsində baş vermiş, baş vermiş hadisə 10 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı orada o, Şahid4 və Samux RHİ-nin əməkdaşları olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərilmişdir ki, o, Samux Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Zərərçəkmiş şəxs sürücüsü işləyir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Samux RHİB-nin əməkdaşları və Zərərçəkmiş şəxslə birlikdə Samux şəhəri Heydər Əliyev adına olan parkın giriş hissəsində abadlıq quruculuq işləri aparan zaman Təqsirləndirilən şəxs qardaşı Ayxan ilə birlikdə Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Zərərçəkmiş şəxs Fərhadla salamlaşıb görüşmüş və Fərhadla nəsə söhbət etdikdən sonra Fərhad çıxıb getmişdir. Təxminən 10 dəqiqə sonra Fərhad yenidən Tahir müəllimin yanına qayıtmışdır. Fərhad Tahir müəllimlə yenidən nəsə söhbət etmişdirlər. Tahir müəllim telefonda Fərhadı kiminləsə danışdırmış. Bundan sonra Tahir müəllim Fərhaddan aralanıb parka tərəf getmiş və Fərhaddan 15-20 metr aralaşandan sonra səs küy gəldiyini eşitmiş, orada olan fəhlələr qışqırmışdırlar ki, “maşını vurdu". O, ilk öncə düşünmüşdür ki, yəqin yol nəqliyyat hadisəsi baş vermişdir, çünki nəsə zərbə səsi gəlmişdir. O, yola tərəf yaxılaşanda görmüşdür ki, Fərhadın qardaşı Fərhadı tutub, Fərhad isə uca səslə söyüş söyür, qardaşının əlindən dartınıb çıxmaq istəyir, qışqıraraq " bıçağı ver" deyir. Tahir müəllim Fərhada tərəf getməyə başlamış, o, da Tahir müəllimin arxası ilə getmişdir. Tahir müəllim ondan öncə Fərhadın yanma çatmışdır. Bu zaman Fərhad qardaşının əlindən dartınaraq çıxmış və Tahir müəllimin yanına çataraq onunla üzbə-üz dayanıb əlində olan çəliklə Tahir müəllimin baş nahiyyəsinə doğru zərbə atmış, Tahir müəllim həmin vaxt əlini başına doğru qaldırmışdır. Bu zaman Fərhadın vurduğu zərbə Tahir müəllimin sol qoluna dəymişdir. Bundan sonra Fərhadı aralaşdırıb aparmışdırlar. Həmin vaxt Fərhad olan yerə bıçaq düşübmüş. Orada olan şəxslər isə bıçağı götürmüşdürlər. Fərhad İcra hakimiyyətinə məxsus olan Haval markalı avtomobilin ön alın şüşəsini vurub sındırıbmış. Tahir müəllim qolundan xəsarət aldığı üçün onu xəstəxanaya aparmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Samux Rayonu X6 giriş hissəsində baş vermiş, baş vermiş hadisə 10 dəqiqə davam etmiş, baş vermiş mübahisə zamanı orada o və Samux RHİ-nin əməkdaşları olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Samux rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Samux Rayon Məhkəməsinin 4(058)39/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəlinin 09 oktyabr 2024-cü il tarixdən hesablanması qeyd olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 4(104)172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Samux Rayon Məhkəməsinin 4(058)39/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş, əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmaqla, ev dustaqlığı qətimkan tədbirinin müddəti 09 dekabr 2024-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Samux rayonu Heydər Əliyev prospektində yerləşən X6 giriş hissəsində yerləşir. Hadisə baş verən yerin önündə üzü Gəncə şəhəri istiqamətində baxıldıqda yolun sağ tərəf hissəsində Şəhidlər Abidəsi kompleksi vardır. Hadisə yerində, iştirak edən Təqsirləndirilən şəxs hadisə yerində əlində olan çəliyi təqdim edərək. Zərərçəkmiş şəxs və Haval markalı avtomobildə həmin çəliklə vurduğunu bildirmiş və həmin çəliyi istintaqa təhvil vermişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. xx.xx.2024-cü il tarixli “Avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qara rəngli “Haval” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsində sındırma izi mövcuddur. Avtomobilin ön alın hissəsindən başqa digər yerlərində ziyan aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli “Təqdim edilmiş bıçağa baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, təqdim olunmuş bıçaq qatlanmış, bıçaq təyə və dəstən hissədən ibarətdir, bıçağın təyəsi boz rəngli metaldan hazırlanmışdır. Bıcağın dəstəyi sarı rəngli metaldan hazırlanmışdır. Bıçağın dəstəyinin üzərində “Tiger” yazısı yazılmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklifi ilə iştirkaçılarla birlikdə Samux Rayon Polis Şöbəsindən çıxaraq Heydər Əliyev prospektin ilə üzü Samux şəhəri istiqamətində hərəkət edib Samux şəhəri Heydər Əliyev prospektində yerləşən X6 giriş hissəsinin qarşında dayanılmış. Təqsirləndirilən şəxs hadisənin həmin yerdə baş verdiyini və törətmiş olduğu cinayətini necə törətdiyini bir daha hadisə yerində bildirərərk ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini göstərən zaman bir neçə istiqamətdən fotoşəkillər çəkilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2024-cü il tarixli 251 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol saidin əzilmiş yarası, bilək nahiyyəsinin hemotoması, piqmentasya izidir ki, bu xəsarətlər -bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş üzrə təyin edilmiş amblator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 754 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Üzvi mənşəli şəxsiyyət pozuntusu XTB-10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F07.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, qeyd olunan cinayət hadisəsini törədərkən anlaqlı, yəni öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu XTB-10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F07.1 xəstəliyi keçirməsinə baxmayaraq o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Üzvi mənşəli şəxsiyyət pozuntusu XTB-10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F07.1 xəstəliyi keçirməsi səbəbindən həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən onun əməli AR CM-nin 22.1 -ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs Üzvi mənşəli şəxsiyyət pozuntusu XTB-10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F07.1 xəstəliyi keçirməsi səbəbindən qoyulmuş psixoloji suallara cavab vermək mümkün deyildir. İş üzrə təyin edilmiş məhkəmə balistik ekspertizasının 16 dekabr 2024-cü il tarixli 16\1085 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən biçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Samux Rayon İcra Hakimiyyəti Başçısının Lək Kəndi İnzibati Ərazi X3 tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsindən sonra əsəbləri pozulmuşdur. Siyası partiya və hərəkatlarda, dini təşkilat və cəmiyyətlərdə iştirakı və digər bu kimi hallarda iştirakı olmamışdır. İş materiallarına əlavə olunan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük vətən muharibəsinin iştirakçısı olmuş, o, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə olunan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs hazırda heç bir şikayət və tələbinin olmadığını, həmçinin onun barəsində yüngül cəza təyin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surədə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq etmək hədəsi ilə, özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bununla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayətprosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində ictimai yer olan Samux şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən “Heydər Əliyev” parkının qarşısında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərin toxunulmazlığına, təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi çəliklə ilə Zərərçəkmiş şəxs xəsarət yetirməsi, həmçinin “HAVAL” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön aynasına qəsdən vuraraq avtomobilin ön aynasını maddi ziyan yetirməklə qərəzli xuliqanlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı, habelə mülkiyyət toxnulmazlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun əməlinin CMnin 22.1-ci maddəsinin təsiri altına düşməsini, zərərçəkmiş şəxslə barışmasını, hazırda zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını, eləcə də CM-nin 59.2-ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, onun vətən müharibəsi iştirakçısı, qazi olmasını, 2-ci qrup əlil olmasını, eyni zamanda Vətən Müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azad olunmasında göstərdiyi xidmətlərini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra əməlinin xarakterini dərk edərək ictimai təhlükəli əmələ yol verdiyini bilmiş, törətdiyi əmələ görə səmimi peşman olduğunu bildirmiş, bununla da o, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirməklə öz vicdanı qarşısında özünü mühakimə etmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi ilk vaxtdan etibarən islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Eyni zamanda hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “X5 Vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd çəliyin təqsirləndirilən şəxsin özünə qaytarılması nəzərə alınmalı, 1(bir) ədəd turist bıçağı isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba köçürülsün. Göstərdiyi 49 saat hüquqi yardıma görə 379 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun müvafiq hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “X5 Vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd çəliyin təqsirləndirilən şəxsin özünə qaytarılması nəzərə alınsın, 1(bir) ədəd turist bıçağı isə məhv edilsin. Göstərdiyi 49 saat hüquqi yardıma görə 379 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 31.50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-15/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-15/2025
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver