Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-16/2023 05.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxx 1968-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olan və daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmə binasında, video-konfrans əlaqə sistemindən sitifadə olunmaqla açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus, Samux rayonu Qədili kəndi ərazisində yerləşən fermada aralarında şifahi qaydada razılaşmaqla çoban işləyərkən ona etibar edilmiş, özgə əmlakı olan, hər birinin çəkisi 40 kq, təmiz çəkisi 20 kq, bir başının dəyəri 300 manat olan yerli cinsinə məxsus, cəmi 7800 manat dəyərində 26 baş quzunu və hər birinin çəkisi 70 kq, təmiz çəkisi 35-40 kq, bir başının dəyəri 420 manat olan Ağcabədi cinsinə məxsus, cəmi 840 manat dəyərində 02 baş qoçu, ümumilikdə 8640 manat dəyərində 28 baş xırda buynuzlu heyvanları 07 sentyabr 2022-ci il tarixdə saat təqribən 04-05 radələrində Samux rayonu Qədili kəndi ərazisində yerləşən fermadan götürməklə Şahid2 məxsus **- CC-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobillə Goranboy rayonu, Ağcakənd kənd ərazisinə apararaq müxtəlif şəxslərə satıb əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş şəxsə qəsdən xeyli miqdarda ziyan vurmaqla mənimsəyib talamışdır. Məhkəmə istintaqında video-konfrans əlaqə sistemi vasitəsilə əlaqə yaratmaqla təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ayrı-ayrı yerlərdə çobanlıq edərək elə fermada, yataqda qalmışdır. Bir neçə dəfə oğurluq cinayətinə görə məhkum edilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncu dəfə 2018-ci ilin yanvar ayında cəzaçəkmə müəssisəsindən çıxmış və Bərdə, Tovuz, Gədəbəy rayonlarında çobanlıq, bəzən də fəhləlik etmişdir. Zərərçəkmiş şəxsla da aylıq 200 manat məbləğində məvacib qarşılığında qoyunlara baxmağa və həmin ərazidə olan yonca sahəsini sulamağa şifahi şəkildə razılaşmış, çoban işləməyi ilə bağlı heç bir yazılı sənəd olmamışdır. 24 avqust 2022-ci il tarixdə axşam üstü Elşən və Elşənin köhnə çobanı ilə birlikdə heyvanları saymış və 68 baş qoyun, 50 baş quzu, 1 baş çəpiş, cəmi 119 baş xırda buynuzlu heyvanı təhvil almışdır. Bundan sonra Elşən ona ayrı-ayrılıqda 20 manat və 80 manat olmaqla cəmi 100 manat pul vermişdir. Elşən ona 2 işi yəni həm su sulamağı, həmdə heyvanlara baxmağı həvalə eləmişdir. Elşənə bu işlərin ikisini bir arada çatdıra bilmədiyimi demiş, Elşən isə tezliklə yeni işçi gətirəcəyini bildirmişdir. Lakin Elşən yeni işçi gətirməmiş və o, Elşənin heyvanlarını aparıb satmağı qərara almışdır. Buna görə də xx.xx.2022-ci il tarixdə gecə saatlarında fermaya taksi çağırmış, taksi ilə Gəncə şəhərinə, Köhnə Yevlax avtovağzalı deyilən yerə getmişdir. Ora getməkdə məqsədi həmin yerdə həmişə yük avtomobilləri dayandığından heyvanları fermadan çıxarmaq üçün avtomobil tapmaq istəmişdir. Ora çatanda gecə saatları olduğundan heç bir yük avtomobili görməmiş, orada taksi kimi dayanan minik avtomobilinə yaxınlaşmış, sonradan adının Nurəli olduğunu öyrəndiyi həmin sürücüdən yük avtomobili sürücüsü tanıyıb tanımadığını soruşmuş, fermasında olan qoyun-quzularının Goranboy rayonuna aparmaq lazım olduğunu bildirmişdir. Bunun üçün heyvanları avtomobilə yerləşdirmək məqsədilə fəhlə kimi kömək edən 1 nəfər və yük avtomobili axtardığını demişdir. Nurəli də fəhlə kimi özü kömək edə biləcəyini, həmçinin tanıdığı yük avtomobili sürücüsünün olduğunu demişdir. Ona görə Nurəli ilə birlikdə Gəncə şəhərində tanımadığı yerə getmiş, həmin yerdə 2 Qazel markalı avtomobil dayanmış, Nurəli onlara yaxınlaşmış, lakin həmin avtomobillərin sürücüləri işləri olduğunu bildirərək imtina etmişlər. Sonra Nurəli sonradan adının Səxavət olduğunu öyrəndiyi başqa yük avtomobili sürücüsünün evinə sürmüş, orada Səxavətlə heyvanları Goranboya aparmaq üçün 100-150 manata razılaşmış, fermaya getmişlər. Artıq sentyabrın 7-si gecə saatlarında o və Nurəli heyvanları Qazelə yığmış, sonra Səxavət evə dəyməli olduğunu bildirdiyi üçün əvvəlcə onun Gəncədəki evinin yanına getmişlər. Həmin yerdə Səxavətə 1 quzunu 100 manata satmış, 1 heyvanı da Nurəliyə vermişdir ki, yol pulu və fəhlə pulu kimi həmin heyvanı satıb Səxavətin də, özünün də pulunu götürsün. Saat təxminən 05 radələrində Gəncədən çıxmışlar. Elə 7 radələrində də Goranboyun Ağcakəndinə çatmışlar. Heyvanları həmin kənddə yaşayan tanışı Rafayıl Bayramovun həyətindəki tövləsinə boşaltmışlar. Həmin vaxt Rafayıl bu heyvanların kimin olduğunu soruşanda özünün olduğunu demişdir. Heyvanları tövləyə salandan 1-2 saat sonra onları otarmaq üçün evin arxa tərəfində olan otluq sahəyə çıxarmış, orada sonradan adının Aşıqəli olduğunu öyrəndiyi 1 nəfər şəxs onunla danışıb söhbət etdikdə heyvanları satmaq istədiyini demişdir. Aşıqəli quzulara baxıb 5-ni seçmiş, quzuları 800 manata satmışdır. Bir neçə dəqiqə keçmiş sonradan adının Raul olduğunu öyrəndiyi 1 nəfər də həyətə gəlmiş, ona da 8 ədəd quzu 1 ədəd də qoçu 1400 manata satmışdır. Raul çölə çıxanda həyətə elə Aşıqəli gəlmiş və atasının əlində olan pulu heyvana verməsinə narazılıq etdiyi üçün heyvanları geri qaytarmış, həmin heyvanları da Raul 800 manatı elə Aşıqəliyə verməklə almışdır. Bundan sonra tövlədə 9 baş quzu qalmış, 1-ni kəsib yemişlər. Sonra qalan 8 quzunu 350 manat pul və 1 ədəd Samsung A 10 markalı telefon qarşılığında Rafayıla satmışdır. Heyvanları icazəsiz götürdüyünü və qanunsuz satdığını heç kimə deməmiş, nə Şahid1, Şahid2, Şahid3, Şahid4 nə də başqasının heyvanları mənimsədiyi barədə məlumatı olmamışdır. Hətta heyvanları götürmək üçün gecə fermaya gələndə orada olan itlər səs küy salmış və onu görəndə sakitləşdiyi üçün Nurəli və Səxavət heç şübhə etməmişdir ki heyvanlar başqasınındır. Heyvanları satdıqdan sonra əlində nağd şəkildə cəmi 2650 manat gəlir qalmışdır. Həmin pul gündəlik tələbatlarına, rayonlararası yol puluna və digər tələbatlarına xərcləmişdir. Hazırda əməlindən peşmandır, ağır böyrək xəstəsi olduğuna görə mütəmadi diyaliz alır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1997-ci ildən qardaşı ilə birlikdə “Günəş” firması yaradaraq həmin firmanın direktorudur. Həmin firmaya Samux rayonu Qədili (Bozdağlar) deyilən yerdə 690 ha qış otlaq sahəsi icarəyə götürmüşdür. Bu sahədə də ferma qurmuş və orada iribuynuzlu və xırdabuynuzlu heyvan saxlayır. Heyvanlara baxmağa da bu ilin yay aylarında çoban axtarmışdır. Fermada əvvəl də çoban kimi işləyən adam olmuş, lakin həmin şəxs başqa iş tapdığından o da tez-tələsik yeni çoban axtarmışdır. 2022-ci ilin avqust ayında tanışı Dilən yanında əvvəllər fəhləlik etmiş bir nəfər şəxsin onun heyvanlarına baxmağa kömək edə biləcəyini demişdir. Odur ki, Dilənin dediyi adamla yəni Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüş, onunla heyvanlara baxması, onları otarması və həmin ərazidə yerləşən əkini sulaması müqabilində aylıq 200 manat verməyə razılaşmışdır. Razılaşmaya əsasən Şükür həmçinin fermada yatıb qalacaqdır. Lakin o, Şükürə baxanda fiziki cəhətdən sağlam olmadığını görmüş və fikirləşmişdir ki, hələlik bir neçə gün ona kömək eləsin amma başqa çoban tapsın. 24 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla və əvvəlki çobanı Ruslanla birlikdə Qədili kəndindəki fermada heyvanları saymış və 118 ədəd qoyun-quzu olduğunu müəyyən etmişdir. Həmin gün heyvanları Şükürə təhvil vermişdir. Daşkəsən rayonuna getməli olduğundan Şükür fermada qalmışdır. Şükürə ilkin olaraq 120 manat pul vermişdir. Demək olar ki, hər gün Şükürlə telefonla əlaqə saxlamış, heyvanların vəziyyəti barədə məlumat almışdır. 2022-ci ilin sentyabr ayının 6 -da axşam saatlarında telefonla Şükürlə 2 dəfə əlaqə saxlamış və ferma olan əraziyə yağış yağıb-yağmaması barədə məlumat almışdır. Həmin vaxt Şükür fermada olduğunu və möhkəm yağış yağdığını demişdir. Sabahısı yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında onun fermasında ara sıra öz qoyun-quzularını saxlayan Cavid adlı tanışı ona telefonla zəng vuraraq Şükürün fermada olmadığını demişdir. Bundan sonra o, Şükürə mobil telefonla zəng vurmuş, lakin sonuncunun nömrəsinə zəng çatmamışdır. Cavid ona yenidən zəng vuraraq 2 ədəd yekə qoçun heyvanların arasında olmadığını bildirmişdir. O, dərhal fermaya getmiş, “çoban olacağı” adlanan otağa girən zaman Şükürə məxsus olan əşyaların olmadığını müəyyən etmişdir. Həmin otaqdan çölə çıxanda xalxalın qarşısında yerdə palçıqlıqda “Qazel” markalı avtomobilin təkər izləri olduğunu görmüş və başa düşmüşdür ki, Şükür heyvanlarını talayıb. Bu barədə 102 Xidmətinə məlumat verərək heyvanlarının oğurlandığını demişdir. Bundan sonra fermaya polis əməkdaşları gəlmiş və heyvanları sayan zaman məlum olmuşdur ki, 26 ədəd 2021-ci ilin noyabr ayında doğulmuş diri çəkisi 40 kq, təmiz çəkisi 20 kq olan yerli cinsinə məxsus quzu və 2 ədəd 2021-ci ilin noyabr ayında doğulmuş diri çəkisi 70 kq təmiz çəkisi 35-40 kq olan Ağcabədi cinsinə məxsus qoç olmaqla cəmi 28 baş xırdabuynuzlu heyvan yerində yoxdur, yəni talanıb. Bu heyvanlar talanmaqla ona təxminən 7760 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonradan o, polisə şikayət etdikdə Şükür tapılmış və heyvanları tək taladığını bildirmişdir. Lakin Şükür qətiyyən heyvanları tək götürə bilməzdi. Ona heyvanları fermadan çıxarmağa kömək etmiş şəxslər də onunla əlbirdir. Odur ki, Şükürə heyvanları aparmaqda kömək edən şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzaq qohumudur. Onu 2022-ci ilin sentyabr ayının 7-də evinə gəlməmişdən əvvəl sonuncu dəfə 2-3 il əvvəl yaşadığı Ağcakənddə çoban işlədiyi vaxt görmüşdür. Sonralar isə Şükür harasa başqa rayona getmiş və həmin vaxtdan onunla nə telefonla, nə də başqa cür heç bir əlaqəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 07-08 radələrində yaşadığı evin yanında Qazel markalı avtomobil dayanmış, Şükür “ay dayı satmaq üçün heyvanlarımı gətirmişəm bura” demişdir. O, heyvanların oğurluq olub-olmadığını soruşmuş, lakin Şükür demişdir ki, heyvanlar onundur. O da fikirləşmişdir ki, Şükür 2-3 ildi ortalıqda yoxdu yəqin elə işləyib özünə heyvan alıb yığıb, heyvanların oğurluq olmadığına şübhəsi olmamışdır. Bundan sonra Şükür və yanında olan cavan oğlan Qazeldən 22 ədəd quzu və 1 ədəd erkək qoç olmaqla heyvanları tövləyə boşaltmış, qazelin sürücüsü və heyvanları boşaldan oğlan çıxıb getmişlər. Şükür isə orada qalmışdır. Bir qədər sonra isə Şükür heyvanları evin arxa tərəfində otarmağa çıxarmış, o da öz heyvanını məhləyə bağlayıb gələndə görmüşdür ki, Şükür həmkəndlisi Aşıqəli ilə söhbət edir. Onlara yaxınlaşanda Şükür demişdir ki, 5 quzunu 800 manata Aşıqəliyə satdı. Aşıqəli 5 heyvan götürmüş, bunun müqabilindən 800 manatı Şükürə vermişdir və heyvanları həyətdən bayıra çıxarmışdır. Bir neçə dəqiqə keçmişdir ki, kənddə heyvan alqı-satqısı ilə məşğul olan Raul adlı şəxs də həyətə gəlmiş və demişdir ki, qonşusu heyvan satıldığını görüb və ona məlumat verib, o da heyvan almaq istəyir. Şükür də 8 ədəd quzu və 1 ədəd qoçu Raula satmış, Raul 1400 manat pulu Şükürə vermişdir. Raul çölə çıxanda Aşıqəli yenidən həyətə gəlmiş və demişdir ki, atası əlində olan pulu heyvana verməsinə narazılıq etdiyindən heyvanları geri qaytarmaq istəyir. Bu zaman Raul demişdir ki, Aşıqəlinin qaytardığı heyvanları da o alır. Raul 800 manatı Aşıqəliyə verərək heyvanları almışdır. Bundan sonra tövlədə 9 baş quzu qalmış, quzunun birini kəsib yemişlər və yerdə 8 quzu qalmışdır. Şükür ona demişdir ki, əgər qalan 8 quzunu istəyirsə hərəsini 150 manatdan sata bilər. O da o qədər pulu olmadığından 350 manat pul və 1 ədəd “Samsung A10” markalı mobil telefonunu Şükürə vermiş və belə razılaşmışlar ki, qalan hər nə borc varsa onu da hissə hissə təqaüdünü alanda verər. Həmin gündən sonra Şükür 2 gecə onun evində qalmış və sonra işləri olduğundan getməli olduğunu bildirmişdir. Onun konkret hara getdiyini bilməmişdir. Təxminən 3-4 gün sonra evə polis əməkdaşları gələndə öyrənmişdir ki, Şükürün gətirib satdığı heyvanlar başqasının olub. O polis əməkdaşlarına bildiyi bütün məlumatları bildirmiş və həmçinin məhlədə qalan, aldığı 8 baş quzunu da polisə təhvil vermişdir. Təqsirləndirilən şəxs mənimsədiyi heyvanları satmaqla əldə etdiyi gəliri kimə və ya hara verməsi, yaxud xərcləməsi barədə tam məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus ** ED *** dövlət qeydiyyat nişanlı “VAZ 2107" markalı avtomobillə axşam saatlarında Gəncə şəhərində Köhnə Yevlax avtovağzal adlanan yerdə fərdi qaydada sürücülük edir. Adətən axşam saat 18 radələrində ora gedib gecə saat 01-02 radələrinə kimi işləyir. 06 sentyabr 2022-ci il tarixdə də gecə vaxtı X2 avtomobili ilə dayanaraq müştəri gözləyərkən bir nəfər qoca kişi yaxınlaşaraq ona quzusunu Samux rayonundan Goranboy rayonu Ağcakənd kəndinə aparmaq üçün yük Qazeli və fəhlə lazım olduğunu bildirmiş, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O da fəhləlik etməyə və Qazel tapmağa razılaşmışdır. Birlikdə Səxavətin yaşadığı evə getmişlər. Səxavətlə həmin heyvanları 150 manat məbləğində Samux rayonundan Goranboy rayonu Ağcakənd kəndinə aparması barədə razılaşmışlar. Bundan sonra o, maşınını Səxavətgilin küçəsində saxlamış və Səxavətin Qazelinə oturaraq Samux rayonu Qədili kəndinə fermaya getmişlər. Ora çatanda gecə saatları olmuşdur. Şükür fermada ac olduğunu bildirərək təklif etmişdir ki, yemək yesinlər. Ona görə də o və Şükür yeyib içməyə başlamış, sonra Şükürlə fermada olan təxminən 24-25 baş quzunu Səxavətin Qazelinə yığmışlar. Quzuları maşına yığan zaman yağış yağdığı üçün Səxavətin paltarı su olmuş və fermadan çıxdıqdan sonra Səxavətgilin evinə-Gəncə şəhəri Bakı Fəhlə küçəsinə getmişlər. Səxavət maşından düşərək evlərinə girmişdir. Orada Şükür 1 ədəd quzunu Səxavətə 100 manata satmışdır. Həmçinin Şükür yol pulu əvəzində onlara 1 ədəd erkək qoç vermişdir. Bundan sonra Goranboy rayonu Ağcakənd kəndinə getmişlər. Ora çatanda səhər saatları olmuş, orada adını sonradan Rəfayıl kimi tanıdığı şəxsin tövləsinə həmin heyvanları boşaltmışlar. Gəncəyə qayıtdıqdan sonra Şükürün verdiyi qoçu 240 manata satmış və Səxavətə 150 manat vermiş, qalan 90 manat pulu isə özünə fəhlə haqqı götürmüşdür. Lakin həmin vaxt heyvanların Şükür adlı həmin şəxsə məxsus olmadığını, Şükürün həmin heyvanları mənimsədiyini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qasımov X1 Nurəli Nəsib oğlu ilə eyni məzmunlu ifadə vermiş, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs fermadan götürdüyü heyvanların başqasının olduğundan heç bir xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yalnız 2 dəfə, 1-ci dəfə xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan tanışı Rafayel Bayramovun evinin həyətində, 2-ci dəfə isə Samux rayon polis şöbəsində xx.xx.2022-ci il tarixdə görmüşdür. Belə ki, xalası oğlu Ramin Musayev xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində ona zəng edib demişdir ki, Rafayılın həyətinə heyvan gətiriblər, gedib heyvanlara baxsın, razılaşsalar növbəti gün Bərdə bazarında satmaq üçün alsın. Çünki Raminlə o, həftə ərzində ordan burdan heyvan alıb 4-cü gün axşam təşkil olunan Bərdə bazarına aparıb orada satırlar. 7-si sentyabrda o, Raminlə danışdıqdan sonra Goranboy rayonu Ağcakənddə Rəfayılın həyətinə getmiş, tövləyə keçib 8 quzu və 1 erkək qoç seçmiş, cəmi 9 baş heyvan üçün 1400 manat pul vermişdir. Həyətdən çıxarkən daha əvvəl orada gördüyü Əli geri qayıdıb bayaq aldığı heyvanları qaytardığını demiş, o da 800 manat pulu Əliyə verib 5 baş quzunu da almışdır. Cəmi 14 baş heyvanı piyada şəkildə öz yaşadığı qonşu kəndə, Böyrükəndə aparmışdır. Növbəti gün yəni 08 sentyabr 2022-ci il tarixdə axşam saatlarında bazara çıxarmaq üçün aldığı digər heyvanlarla birlikdə həmin heyvanları da Xocalı rayon X7 Patrul xidmətinə məlumat verərək Gecə keçirilən Bərdə bazarına çıxarmışdır. Cəmi 2200 manat verməklə aldığı heyvanları 2350 manata satmışdır. Sentyabr 14-də isə axşam saatlarında artıq polis əməkdaşı tərəfindən Samux rauyon Polis şöbəsinə dəvət edilmiş və öyrənmişdir ki, həmin heyvanları Şükür adlı şəxs sahibindən qanunsuz ələ keçirib satırmış. Lakin onun qətiyyən bu barədə heç bir məlumatı olmamışdır. Nə Şükür, nə də Rafayıl ona bu barədə heçnə deməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan məhkəmə istintaqında tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 9/7290 saylı rəyində görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş qərarda göstərilən xırdabuynuzlu heyvanların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8640 manat kimi müəyyən edilmişdir:
1. 01 baş 2021-ci ilin noyabr ayında doğulmuş, diri çəkisi hər birinin 40 kq, təmiz çəkisi 20 kq olan yerli cinsinə məxsus quzu- 300,00 manat, 26 baş – 7800,00 manat
2. 01 baş 2021-ci ilin noyabr ayında doğulmuş diri çəkisi hər birinin 70 kq, təmiz çəkisi 34-40 kq olan Ağcabədi cinsinə məxsus qoç - 420,00 manat, 02 baş – 840,00 manat. “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilən fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Samux rayonu Qədili kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermadır. Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumatdan görünür ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuş, hazırda məhkumluğu ödənilmişdir. “Götürmə barədə” 14 sentyabr 2022-ci il tarixli, 866 saylı protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurlayaraq Şahid3 satmış olduğu 8 baş quzu sahibi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təvil verilmişdir. “Şübhəli şəxsin tutulması barədə” 15 sentyabr 2022-ci il tarixli, 870 saylı protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 20 oktyabr 2022-ci il tarixli, 879 saylı qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3cü və 177.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi həmin məcəllənin 179.2.4-cü maddəsinə tövsif edilərək ibtidai istintaqı davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” 16 sentyabr 2022-ci il tarixli, 4(058)-41/2022 saylı qərardan müəyyən edilir ki, xx xxxxx 1968-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan 15 sentyabr 2022-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək yəni 12 dekabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Tərtər RİHB–nın Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 Rayon Prokurorluğuna ünvanladığı məktubdan görünür ki, Təqsirləndirilən şəxs səhhətinin ağır olması, “xroniki pielonefrit, xroniki böyrək xəstəliyi V mərhələ, real anemiya” diaqnozunun təsdiqlənməsi və proqramlı hemodializin aparılmasına köməklik göstərilməsi səbəbilə həftədə üç dəfə olmaqla X6 Hemodializ alması nəzərdə tutulduğundan xəstənin Bakı şəhərindən kənarda yerləşən müəssisələrin birinə köçürülməsinin onun hemodializdən kənarda qalmasına, nəticədə həyatının ölümlə nəticələnməsinə səbəb ola biləcəyi göstərilmişdir. “Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə” 03 fevral 2023-cü il tarixli 4(058)-05/2023 saylı qərarından müəyyən edilir ki, xx xxxxx 1968-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 2 (iki) ay müddətinə, 12 aprel 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə yolu ilə zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş əmlakı mənimsəməklə talama ictimai təhlükəli əməlini törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və iş materialları ilə, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin etibar edilmiş əmlakını xeyli miqdarda mənimsəmə və ya israf etmə yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ağır böyrək xəstəsi olmasını və mütəmadi dializ almasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən 05 may 2023-cü il tarixədək həbsdə saxlandığı 07 (yeddi) ay 20 (iyirmi) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzasından çıxılmalı və üzərində qəti azadlığın məhdudlaşıdırılması cəzası saxlanılmalıdır. Həmçinin cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, axşam saat 20:00-dan səhər saat 07:00-dək Tərtər rayonu Hacıqərvənd kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Tərtər Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələblərinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal azadlığa buraxılmalıdır. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut - 8 baş quzunun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat puldan ibarətdir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə uyğun olaraq həmin xərc təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən 05 may 2023-cü il tarixədək həbsdə saxlandığı 07 (yeddi) ay 20 (iyirmi) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesabı ilə hesablanmaqla cəmi 1 il 3 ay 10 gün müddət ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşıdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, axşam saat 20:00-dan səhər saat 07:00dək Tərtər rayonu Hacıqərvənd kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Tərtər Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal azadlığa buraxılsın. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut 8 baş quzunun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Tərifə Kərimova