Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-16/2024 28.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X2 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Hacıyeva (Orucova) Aytən İsrayıl qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Samux rayonu, Qədili kəndində qeydiyyatda olan və yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 11 iyul 2016-cı il tarixdən hesablanmaqla 14 oktyabr 2006-cı il təvəllüdlü X5 və 13 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq, Hacıyevə (Orucova) Aytən İsrayıl qızına verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 may 2016-cı il tarixli 2(058)-750/2016 nömrəli qətnaməsini, habelə 01 mart 2017-ci il tarixdən hesablanmaqla 03 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq, Hacıyevə (Orucova) Aytən İsrayıl qızına verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 aprel 2017-ci il tarixli 2(058)-632/2017 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Samux Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən 31 avqust 2018-ci tarixdən sonuncu təqdimat verilən 13 oktyabr 2023-cü il tarixədək Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 may 2016-cı il tarixli 2(058)-750/2016 nömrəli və 03 aprel 2017-ci il tarixli 2(058)-632/2017 nömrəli qətnamələrinə əsasən 17360 manat ödənməmiş aliment borcunu zərərçəkmiş şəxs Hacıyevə (Orucova) Aytən İsrayıl qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Hacıyevə (Orucova) Aytən İsrayıl qızı ilə 2005-ci ildə faktiki olaraq nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 14 oktyabr 2006-cı il təvəllüdlü X10, 03 sentyabr 2008-ci il təvəllüdlü X6 və 13 dekabr 2010-cu il təvəllüdlü X7 adında uşaqları anadan olmuşdur. O, faktiki nikah münasibətlərində olduqları müddətdə Hacıyeva (Orucova) Aytən İsrayıl qızı ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqlar anası Zərərçəkmiş şəxs himayəsində, Şəmkir rayonunda yaşamışlar. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 may 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 11 iyul 2016-cı il tarixdən hesablanmaqla 14 oktyabr 2006-cı il təvəllüdlü X5 və 13 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq, Hacıyeva (Orucova) Aytən İsrayıl qızına verilməsi qət edilmişdir. Sonra digər uşaqları 03 sentyabr 2008-ci il təvəllüdlü X1 üçün Zərərçəkmiş şəxs aliment tələbinə dair ona qarşı məhkəmədə iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 01 mart 2017-ci il tarixdən hesablanmaqla 03 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq, Hacıyeva (Orucova) Aytən İsrayıl qızına verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Samux Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, aliment borcunu ödəmədiyinə görə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı cəzası 02 ay 25 gün müddətinə azadlığın məhrumetmə cəzasına dəyişdirilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə 31 avqust 2018-ci tarixdən sonuncu təqdimat verilən 13 oktyabr 2023-cü il tarixədək 17360 manat aliment borcu yığılıb qalmışdır. O, uşaqlarına baxmalı olduğunu dərk edir, sadəcə qətnamədə qeyd edilən aliment məbləğinin çox olduğu üçün qətnamə ilə razı deyildir. O, fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni “Dubay Bazarı” deyilən yerdə göy-göyərti satışı ilə məşğul olur, aylıq gəliri 200-250 manat təşkil etdi üçün 17360 manat aliment borcundan heç bir ödəniş edə bilmir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Hacıyeva (Orucova) Aytən İsrayıl qızı ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə Təqsirləndirilən şəxs ilə təxminən 2005-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və nikahları isə xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Bu nikahdan 14 oktyabr 2006-cı il təvəllüdlü X10, 03 sentyabr 2008-ci il təvəllüdlü X6 və 13 dekabr 2010-cu il təvəllüdlü X7 adında uşaqları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə bazarda satıcı işləmiş və qazancı 500-600 manat təşkil etmişdir. Həmin müddətdə onlar Samux rayonunda Təqsirləndirilən şəxs ata evində birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Onlar 2015-ci tarixdə rəsmi boşanmış və ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2016-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 may 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2016-cı il tarixdən hesablanmaqla 14 oktyabr 2006-cı il təvəllüdlü X5 və 13 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2017-ci il tarixdən hesablanmaqla 03 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş ilkin təqdimat verilən 31 avqust 2018-ci tarixdən sonuncu təqdimat verilən 13 oktyabr 2023-cü il tarixədək Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 may 2016-cı il tarixli və 03 aprel 2017- ci il tarixli qətnamələrinə əsasən 17360 manat ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində təqsirləndirilən şəxs övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Məhkəmədən ziyanı ödəmədiyindən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, Samux Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli 2(058)-750/2016 nömrəli icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində aliment, həmin məhkəmənin 03 aprel 2017-ci il tarixli 2(058)-632/2017 nömrəli icra vərəqəsinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində alimentin borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Hacıyevə (Orucova) Aytən İsrayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. Borclu tərəfindən tələbkara olan 5520 manat aliment borcunu ödəmədiyi üçün barəsində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(044)-44/2019 nömrəli hökmünə əsasən təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən aidiyyəti olaraq Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icrası ona həvalə olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yerini müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2022- ci il tarixdə axtarış qərarı qəbul edilərək aidiyyəti üzrə rayon polis şöbəsinə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə portokol tərtib edilərək müvafiq məhkəməyə göndərilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh edilmişdir. Bundan sonra borcluya aliment üzrə borcunu ödəməsi üçün yeni icra müddəti verilmiş və ona cinayət məsuliyyətinə cəlb olunacağı ilə əlaqədar hüquq və vəzifələri izah edilmişdir. Borclu aliment üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən ona müxtəlif tarixlərdə rəsmi xəbərdarlıq edilmiş, həmçinin izahatı alınmış, o öz izahatında Bakı şəhərində işlədiyini və yığılmış aliment borcunu ödəyəcəyini bildirmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması barədə sorğular edilmiş, tələbin yönəldilə biləcəyi hər hansı bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Belə ki, borcluya çoxsaylı xəbərdarlıqlar edilməsinə baxmayaraq, icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə 5520 aliment borcundan tələbkara heç bir ödəniş etməmişdir. xx.xx.2023-cü il tarixdə tələbkar Hacıyevə (Orucova) Aytən İsrayıl qızı ərizə ilə müraicət edərək, borclu Təqsirləndirilən şəxs ona heç bir ödəniş etmədiyini, CM-nin 306.1-ci madəsi ilə təqdimat hazırlanıb Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən 2023-cü il oktyabr ayı tarix də daxil olmaqla 17360 (on yeddi min üç yüz altmış) manat aliment borcu təşkil etmişdir. Məhkəmə qərarının icrasının məcburliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən, sonra isə cinayət məsuliyyətinə cəlb olunacağı barədə edilmiş xəbərdarlıqdan nəticə çıxarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə 17360 manat ödənilməli olan aliment borcundan ödəniş edilməmişdir. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, üzərinə düşən vəzifələri yerinə yetirməmiş, tələbin icrasına maneçilik törədən hallara yol vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Samux Rayon Məhkəməsinin 12 may 2016cı il tarixli 2(058)-750/2016 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2016-ci il tarixdən başlayaraq, 14 oktyabr 2006-cı il təvəllüdlü X5 və 13 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq, Hacıyevə (Orucova) Aytən İsrayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Samux Rayon Məhkəməsinin 03 aprel 2017ci il tarixli 2(058)-632/2017 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq, 03 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq, Hacıyevə (Orucova) Aytən İsrayıl qızının xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Samux rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(058)-750/2016 saylı icra sənədi xx.xx.2016-cı il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Samux Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(058)-632/2017 nömrəli icra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan 1-187083/17 nömrəli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə xx.xx.2017-ci il tarixli 2(058)-632/2017 nömrəli icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin rəis müavini kiçik ədliyyə müşaviri Ələmdar İbrahimovun xx.xx.2021-ci il tarixli icra sənədinin aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Samux Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2(058)-750/2016 nömrəli və Samux Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(058)-632/2017 nömrəli icra vərəqələri aidiyyatı üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023 tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(044)–1160/2016 saylı qərardadından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(058)-750/2016 saylı icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(044)-552/2016 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(044)-242/2017 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(044)-240/2018 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(044)-44/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(043)-27/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(044)-44/2019 nömrəli hökmü ilə təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 20 gününun iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla 02 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(058)-272/2022 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixdə tarixdə Samux rayonu Qədili kəndində tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı mənzildə borcluya məxsus qanunla tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli 12/232950276 nömrəli qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli 2(058)-750/2016 nömrəli və Samux Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli 2(058)-632/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs xx.xx.2016-ci il tarixdən başlayaraq, 14 oktyabr 2006-cı il təvəllüdlü X5 və 13 dekabr 2010cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq, Hacıyevə (Orucova) Aytən İsrayıl qızına verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 may 2016-cı il tarixli, 2(058)-750/2016 nömrəli və xx.xx.2017-ci il tarixdən başlayaraq, 03 sentyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq, Hacıyevə (Orucova) Aytən İsrayıl qızına verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 aprel 2017-ci il tarixli 2(058)-632/2017 nömrəli qətnamələri üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə dəfələrlə məhkəmənin qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək həbs edilməsinə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 3(044)-44/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 17360 manat aliment borcunu tələbkara ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1 (yeni redaksiyada 528.1) – ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Xalq məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə AZ SSR CM-nin 143 M. 1-ci His təqsirli bilinib 1 il islah işləri cəzasına, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 52-1.5-ci məddəsinə əsasən cəzası 02 ay 25 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, hazırda məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Yasamal Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5– ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» dəyişdirilməli, onun barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdən 15 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından həbs edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-16/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-16/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver