Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-16/2025 19.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, AR-ın vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, X8 küçəsi, ev 4-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsi, bina 1, mənzil 27-də yaşayan və barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə saat 19 radələrində qardaşı Şahid5 məxsus, xx.xx.2024-cü il tarixli etibarnamə ilə idarə etdiyi “Toyoto corolla” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən Samux rayonu İnstitut qəsəbəsi, Atabəylər prospekti yolu ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə ərazidə xidmət aparan Samux RPŞ-nin X9 Bölməsinin yol patrul xidmətinin əməkdaşı Zərərçəkmiş şəxs tələbi ilə vətəndaşlar tərəfindən ziyarət kimi istifadə edilən, ictimai yer hesab olunan “X1”nə gedən avtomobil yolunun hərəkət hissəsində, “Aqlay” sexinin qarşısında saxlanılmış, ona tərəfindən törətdiyi qayda pozuntusu izah edilib barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib sənədlərinin yoxlanılması zamanı barəsində nə üçün inzibati xəta haqqında protokol tərtib edildiyini mübahisələndirib bəhanə etməklə öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirib səs-küy salıb nalayiq ifadələr işlətməklə hadisə yerində ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan hakimiyyət nümayəndəsi olan Samux RPŞ-nin X9 Bölməsinin polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs və digər şəxslərin ünvanına, eləcə də ünvansız söyməklə Zərərçəkmiş şəxs qarşı müqavimət göstərib zor tətbiq etməklə onun boyun nahiyəsindən qəsdən əli ilə tutub sıxmaqla sonuncunun boyun nahiyəsinin qançırı qismində dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarət yetirdikdən sonra Şahid5 məxsus “Toyoto corolla” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəf şüşəsini yumruqla vurub sındırmaqla Şahid5 308 (üç yüz səkkiz) manat miqdarında maddi ziyan vurulmasına səbəb olan, özgə əmlakının zədələnməsi ilə müşayiət edilən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərib qəsdən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, qardaşı Seymurun özünə məxsus “Toyota Carolla” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili işi olanda qardaşından alıb sürürmüş, həmin avtomobilə dair onun sürmə etibarnaməsi də olmuşdur. Bildirmişdir ki 30 aprel 2024-cü il tarixdə saat 19 radələrində o, idarə etdiyi “Toyota Carolla” markalı **-BX-*** nişanlı avtomobillə Gəncə şəhərindən Samux rayon Əhmədbəy kəndində yerləşən “Padstansiya” adlanan yerə gedirmiş. Samux rayonu İnstitut qəsəbəsi, Atabəylər prospekti yolu ilə üzü X1 istiqamətində hərəkətdə olarkən “Aznixinin kruqu” adlanan dairəvi təşkil edilmiş yolayrıcından təxminən 30-40 metr məsafədə sonradan adları Zaur və Elgün kimi bildiyi Samux RPŞ-nin YPX-nin inspektorlarının dayandığını görmüşdür. O, avtomobillə onların yanından keçərkən Zaur adlı polis əməkdaşı ona işarə verərək onu saxlatmışdır. O, da avtomobili bir qədər sağ tərəfə çəkib dayanmışdır. Dayanandan sonra Zaur ona yaxınlaşaraq özünü təqdim edib ondan sənədlərin olub-olmadığını soruşanda o, Zaura sənədlərinin olduğunu demişdir. Zaur da ondan adını soruşmuşdur. O da adını demişdir, bundan sonra ondan hara getdiyini soruşanda o, Zaura “üzü belə gedirəm” demişdir. Zaur da sonra ondan nə işlə məşğul olduğunu soruşanda o da ona sənədlərinin olduğunu, artıq sual verməməyini xahiş etmişdir. Zaur da ona demişdir ki, nə üçün təhlükəsizlik kəmərini taxmayıbsan, o da Zaura demişdir ki, “mən biraz narahatam, taxmamışam, üzrlü say”. Zaur da ona narahatçılığı barədə, ağrımağı barədə hər hansı bir sənədinin olub olmadığını soruşmuşdur. O da Zaura “Bəli” deyib avtomobildən düşərək avtomobilə qoymuş olduğu sənədləri ona təqdim etmişdir. Zaur da ona “mən sənin bütün sənədlərini oxuyası deyiləm”. O da Zaura demişdir ki, “əgər tələb edib oxumursuzsa, nəyə görə tələb edirsiniz”. Bundan sonra Zaur üzünü yol tərəfə çevirərkən o, ona “qardaş bir dəqiqə olar, söz soruşum sizdən”. Zaur da ona “sən kimsən ki, mənə qardaş deyirsən, sən mənə qardaş ola bilməzsən”. O, da Zaura demişdir ki, “sizdən söz soruşmaq istəyirdim”, Zaur da ona “ə yeri çıx get” deyib əli ilə ona acıq edərək üzünü çevirmişdir. Bunun üstündə aralarında sözlə mübahisə yaranmışdır, Elgün adlı polis əməkdaşı isə onlardan kənarda dayanmışdır. Zaur elcə ağzını əyərək ona getməyini demişdir. Ona qarşı bu cür davranılması onun şəxsiyətinə toxunmuş və Zaurdan səbəbini bilmək istəmişdir, buna görə də aralarında mübahisə bir qədər də böyümüşdür. Mübahisənin böyüdüyünü görən Elgün onlara yaxınlaşaraq ona demişdir ki, “gəl çıx get”. Elgün ona o sözü deyən zaman Zaur onlardan bir qədər aralıda dayanıb “Elgün yox ey, ola bilməz, o, içəri getməlidir” demişdir. O da Elgünə Zaurun nə üçün ona bu cür rəftar elədiyini demişdir, Elgün də onun tərəfini saxladığı üçün aralarında mübahisə davam etmişdir. Zaur həmin vaxt onun üzərinə çəmkirdiyi üçün, həm də telefonu götürüb onu çəkdiyi üçün o, bu zaman əsəbləşərək yumruqla öz avtomobilinin arxa şüşəsini sındırmışdır. Həmin vaxt çox əsəbləşdiyinə görə artıq özünü idarə edə bilmirmiş, avtomobilin yük yerində olan ona suvinir kimi verilmiş üzərində qını olan bıçağı götürüb qınından çıxaradaraq öz qarın nahiyəsinə bir neçə dəfə vurmuşdur, ancaq yüngül xəsarət almışdır. Onun özünə bıçaq vurduğunu görən Elgün isə cəld onun əlindən bıçağı almışdır, sonradan hadisə yerinə digər polis əməkdaşları və onun dostları gəlmişdilər. Dostu Röyal ona ilkin tibbi yardım olunması üçün onu öz avtomobili ilə Gəncə şəhər A.Səhhət adma xəstəxanaya aparmışdır, xəstəxanadan sonra o, yaşadığı evə getmişdir, digər dostlarından kimsə isə avtomobili sürərək evə gətirmişdir. Mübahisəyə səbəb Zaur adlı polis əməkdaşının onunla kobud rəftar etməsi, onu təhqir etməsi olmuşdur. Mübahisə təxminən 30-40 dəqiqə davam etmişdir. xx.xx.2024-cü il tarixdə mübahisəyə səbəb Zaur adlı polis əməkdaşının onunla kobud rəftar etməsi, onu təhqir etməsi olmuşdur. O göstərmişdir ki, heç kimi vurmamışdır, heç kim də əl-qol atmamışdır, Zaur adlı polis əməkdaşı ilə ancaq sözlə mübahisə etmişdir, ona Zaur üstünə qıcansa da onu vurmamışdır. O, sonradan əsəbləşib özünə bıçaqla xəsarət yetirmişdir. Bıçaqla heç kimə hədə-qorxu gəlməmişdir, heç kimə də xəsarət yetirməmişdir, xəsarət almağıyla da bağlı heç bir şikayəti və tələbi olmamışdır. Hazırda əməlindən peşmandır, onun vətən müharibəsi iştirakçısı, qazi olması nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmdən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, 30 aprel 2024-cü il tarixdə saat 19 radələrində o və YPX-nin inspektoru Şahid1 ilə Samux rayonu İnstitut qəsəbəsində avtopatrul ilə xidmətdə olmuşdur. Xidmətdə olarkən o, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə “Toyota Carolla” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxsə “saxla” işarəsi vermişdir. Həmin saxla işarəsindən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yolun kənarına çəkərək saxlamışdır və saxlayan kimi də avtomobildən düşmüşdür. O da onun düşdüyünü və ona yaxınlaşdığını görüb özünü təqdim etmişdir, Röyal da ona “mənə niyə hörmətsizlik edirsən” sözünü deyəndə o, ona nə üçün və necə hörmətsizlik etdiyini deyəndə Röyal ona “ağrıyıram, xəstəyəm, sənin uje burda cərimə yazmağın lişnidi, ürək xəstəliyim var” demişdir. O da ümumiyyətlə xəstəliyi ilə əlaqədar sənədinin olub-olmamasını soruşanda Röyal avtomobilin qabaq sağ tərəfindən bir çox sayda sənəd çıxardaraq avtomobilin qabaq kapotuna qoyub demişdir ki, “bax”, o da sənədlərin çox olduğunu görüb Röyala demişdir ki, özü göstərsin, ancaq artıq həmin vaxtdan onunla sözlə mübahisə etməyə başlamışdır, onun yanından digər əməkdaş Elgünə isə demişdir ki, “sən məni tanımadın, Daşkəsənli deyilsən, tanımadın, sən yaxşı tanıdın məni, prosta üzümə baxıb gülüsən”, Elgün isə ona heç nə deməmişdir və o, onunla sözlə mübahisə etməyə davam etmişdir. O da təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Röyala barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildirmişdir. Röyal da ona yenə səbəbsiz aqresiyya göstərməyə başlamışdır və özünü ətrafdan keçən şəxslərə nümayiş etdirməyə başlamışdır. O və Şahid1 Təqsirləndirilən şəxs sakitliyə və nizamintizama dəvət etmişdir və Röyalın barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Röyal Bəhramovun heç bir əsaslı səbəb olmadan özünü ətrafdakılara nümayişkaranə şəkildə, uca səslə onu söyməyə başlamışdır, o, xidməti avtomobilin qarşısında onunla üzbəüz dayanarkən ona demişdir ki, “sən mənə ə dedin”, o da Röyala elə demədiyini deyəndə yenə söyüş söyərək “mənə ə deyənin ölüsünə, dirisinə” demişdir. Onunla üzbəüz dayanıb əlini onun başının üzərinə qaldırmaqla ona tərəf çəmkirmişdir. O da onu sakitləşməyə çalışsa da Röyal daha da hirslənirmiş və bu zaman qəflətən özünün avtomobilinin arxa tərəf şüşəsini yumruqla vuraraq sındırmışdır, sonra isə sol əli ilə onun boyun nahiyəsindən tutaraq sürükləməyə başlamışdır. Bunu görən Elgün və tanımadığı şəxslər Röyalı ondan aralamışdırlar. O da Röyalla bacara bilməmişdir deyə radio-ötürücü vasitəsilə növbətçi hissə ilə əlaqə saxlayaraq Post-Patrul xidmətini hadisə yerinə köməyə çağırmışdır. Elgün və digər şəxslər isə Röyalı ondan təxminən 15-20 metr kənara aparmışdırlar, bu vaxt o, artıq avtomobilə oturmuşdur. Röyal yenə onların olduqları avtomobilə yaxınlaşaraq öz avtomobilinin şüşəsini göstərib “bunu da sən düzəldəcəksən, baxarsan” demişdir. Əlində mobil telefonu saxlayıb yolun hərəkət hissəsinə keçərək kimlərəsə zəng edirmiş. Sonra onun yanına gələrək “bu dəqiqə bıçağı götürüb özümə soxacam” demişdir. Öz avtomobilinin arxa tərəf yük yerinin qapısını (baqajı) açaraq bıçaq götürmüş və bıçaq götürən zaman Elgün onun üstünə gedərək xəsarət yetirməyə mane olsa da Röyal özü əlində saxladığı bıçaqla öz qarın nahiyəsinə bir neçə dəfə vurmuşdur. “Qanımı sənin üstünə tökəcəm! Səni məvh edəcəm! və sair nalayiq ifadələr işlətmişdir. Röyal Bəhramovun hərəkətlərinə görə ətrafda olan 10-15 nəfər onların başına yığılmışdır. X7 əlindən tutaraq ona mane olmağa çalışmış və onun köməkliyi ilə bıçağı Röyalın əlindən almışdır. Ancaq Röyal sakitləşməmişdir və avtomobil yolunu kəsmişdir, Samux rayonu İnstitut qəsəbəsindən keçən avtomobilləri saxladıb orada olan şəxsləri narahat etməyə başlamışdır ki, ona hamı hər hansı bir formada təyziq göstərsin. O, hadisə ilə bağlı ətrafda olan patrulları köməyə çağırmışdır. Lakin Röyal öz əməllərinə son qoymurmuş və ətrafda olan şəxslərə özünü göstərirmiş. Təxminən 10-15 dəqiqə mübahisədən sonra Röyalın tanışları və digər polis əməkdaşları gəlmişdir. Onların köməkliyi ilə Röyal xəsarət aldığı üçün onu avtomobilə qoyaraq Gəncə şəhərinə xəstəxanaya yollamışdılar. Təqsirləndirilən şəxs o, əvvəllər tanımırmış, görməyibmiş. xx.xx.2024-cü il tarixdə Samux rayon İnstitut qəsəbəsində xidmətdə olarkən Röyal Bəhramovu təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə inzibati protokol yazdığına görə aralarında mübahisə olmuşdur. O göstərmişdir ki, hadisə Samux rayonu İnstitut qəsəbəsi, Atabəylər prospektində yerləşən Aqlay sexinin yaxınlığında olmuşdur. Hadisə olan vaxtı, Təqsirləndirilən şəxs avtomobildən bıçaq götürsə də ona və heç kimə xəsarət yetirməmiş, sadəcə olaraq özünə qarın nahiyəsinə bir neçə dəfə vuraraq özünə xəsarət yetirmişdir, ona bıçaqla hədə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 30 aprel 2024-cü il tarixdə təxminən saat 19 radələrində “Whatsapp” qrupuna Röyal səs ataraq Samux rayonu İnstitut qəsəbəsində özünə bıçaqla xəsarət yetirdiyini və orada qaldığını deyərək onlardan kömək istəmişdir. O da öz Şahid2 məxsus avtomobillə birlikdə həmin Samux rayon İnstitut qəsəbəsinə getmişlər, ora çatan zaman görmüşdürlər ki, Röyal başqa bir avtomobilə əyləşirmiş, onu xəstəxanaya aparırlarmış. Onlar da məsələnin nə olduğunu bilmək üçün onun arxasınca Gəncə şəhər A.Səhhət adına xəstəxanaya getmişdirlər. Sonradan bilmişdirlər ki, YPX-nin inspektoru Zərərçəkmiş şəxs ilə Samux rayonu İnstitut qəsəbəsində avtopatrul ilə xidmətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Təqsirləndirilən şəxs saxlamış, bunun üstündə aralarında mübahisə yaranmışdır. Həmçinin bilmişdir ki, mübahisə zamanı Röyal özünə məxsus avtomobilin arxa tərəf şüşəsini yumruqla sındırmış, həm də özündə olan bıçaqla özü-özünə xəsarət yetirmişdir. Röyal həm polislə mübahisə edərkən, həm də özüözünə xəsarət yetirərkən onlar orada olmamışlar. Onlar artıq gələndə hər şey qurtarmışdır. Hadisənin necə baş verməsinin birbaşa şahidi olmamışdır. Mübahisənin ilkin olaraq nə səbəbdən baş verdiyini bilməmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Samux rayon İnstitut qəsəbəsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə inzibati protokol yazdığına görə aralarında mübahisə olmuş, mübahisəyə də səbəb o olmuşdur. Hadisə Samux rayonu İnstitut qəsəbəsi, Atabəylər prospektində yerləşən Aqlay sexinin yaxınlığında olmuşdur. Hadisə zamanı o, digər qəsəbə sakinləri, həmçinin hadisə yerinə gəlmiş bir neçə müharibə döyüşçüsü iştirakçıları olmuşdur. O, hadisə olan vaxtı heç kimlə mübahisə etməmişdir, dalaşmamışdır, heç kim ona xəsarət yetirməmişdir, mübahisə ancaq Röyalla polis əməkdaşları arasında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 30 aprel 2024-cü il tarixdə təxminən saat 19 radələrində “Whatsapp” qrupuna Röyal səs ataraq Samux rayonu İnstitut qəsəbəsində özünə bıçaqla xəsarət yetirdiyini və orada qaldığını deyərək onlardan kömək istəmişdir. O da öz avtomobili ilə həmin Samux rayon İnstitut qəsəbəsinə getmişdir, ora çatan zaman görmüşdür ki, təxminən 10-15 nəfər şəxs Röyalın başına toplaşmış, o da Röyalın yanına gedərək nə olduğunu soruşsa da Röyal özündə olmamışdır. Döyüş və qazi tanışları demişdir ki, Röyalın dərmanlarının vaxtı çatıb, onu təcili xəstəxanaya aparmaq lazımdır, onlar da Röyalla nə qədər söhbət etsələr də Röyal xəstəxanaya getmək istəmirmiş, onlara deyirmiş ki, nə üçün YPX əməkdaşı onu saxlayıb protokol yazmışdır. Təxminən 20-25 dəqiqə Röyal gah polislərlə mübahisə edirmiş, gah da yolu kəsirmiş, onlar da görmüşdürlər ki, Röyal nəsə xəta edəcək deyə tanışlarıyla birləşib onu mülki bir avtomobilə qoyub Gəncə şəhər A.Səhhət adma xəstəxanaya aparmışdırlar. Sonradan bilmişdir ki, YPX-nin inspektoru Zərərçəkmiş şəxs ilə Samux rayonu İnstitut qəsəbəsində avtopatrul ilə xidmətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Təqsirləndirilən şəxs saxlamış, bunun üstündə aralarında mübahisə yaranmışdır. Həmçinin bildirmişdir ki, mübahisə zamanı Röyal özünə məxsus avtomobilin arxa tərəf şüşəsini yumruqla sındırmış, həm də özündə olan bıçaqla özü-özünə xəsarət yetirmişdir. Röyal həm polislə mübahisə edərkən, həm də özü-özünə xəsarət yetirərkən o, orada olmamışdır, çünki o, artıq gələndə hər şey qurtarmışdır. Hadisənin necə baş verməsinin birbaşa şahidi olmamışdır. Mübahisənin ilkin olaraq nə səbəbdən baş verdiyini bilməmiş, sonradan bilmiş ki, Təqsirləndirilən şəxs Samux rayon İnstitut qəsəbəsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə inzibati protokol yazdığına görə aralarında mübahisə olmuş, mübahisəyə də səbəb o olmuşdur. Hadisə Samux rayonu İnstitut qəsəbəsi, Atabəylər prospektində yerləşən Aqlay sexinin yaxınlığında olmuşdur. Hadisə zamanı o, digər qəsəbə sakinləri, həmçinin hadisə yerinə gəlmiş bir neçə müharibə döyüşçüsü iştirakçıları olmuşdur. O, hadisə olan vaxtı heç kimlə mübahisə etməmişdir, dalaşmamışdır, heç kim ona xəsarət yetirməmişdir, mübahisə ancaq Röyalla polis əməkdaşları arasında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 30 aprel 2024-cü il tarixdə təxminən saat 19 radələrində Gəncə şəhərində olmuşdur, sonradan ona demişdirlər ki, Röyal “Whatsapp” qrupuna səs ataraq Samux rayonu İnstitut qəsəbəsində özünə bıçaqla xəsarət yetirdiyini və orada qaldığını deyərək kömək istəmişdir, dost-tanışları da həmin Samux rayon İnstitut qəsəbəsinə getmişdirlər, onu oradan götürüb Gəncə şəhər A.Səhhət adma xəstəxanaya aparmışdırlar. O, da məslənin nə olduğunu bilmək üçün onun arxasınca Gəncə şəhər A.Səhhət adına xəstəxanaya getmişdir. Sonradan bilmişdir ki, YPX-nin inspektoru Zərərçəkmiş şəxs adlı şəxs Samux rayonu İnstitut qəsəbəsində avtopatrul ilə xidmətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə qardaşı Təqsirləndirilən şəxs saxlamış, bunun üstündə aralarında mübahisə yaranmışdır. Həmçinin bildirmişdir ki, mübahisə zamanı Röyal özünə məxsus avtomobilin arxa tərəf şüşəsini yumruqla sındırmışdır, həm də özündə olan bıçaqla özü özünə xəsarət yetirmişdir. Röyal həm polislə mübahisə edərkən, həm də özü-özünə xəsarət yetirərkən o, orada olmamışdır, çünki o, artıq birbaşa xəstəxanaya getmişdir, hadisənin necə baş verməsinin birbaşa şahidi olmamışdır. Mübahisənin ilkin olaraq nə səbəbdən baş verdiyini bilməmişdir, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Samux rayon İnstitut qəsəbəsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə inzibati protokol yazdığına görə aralarında mübahisə olmuş, mübahisəyə də səbəb o olmuşdur. Hadisə Samux rayonu İnstitut qəsəbəsi, Atabəylər prospektində yerləşən Aqlay sexinin yaxınlığında olmuşdur. Hadisə zamanı o, digər qəsəbə sakinləri, həmçinin hadisə yerinə gəlmiş bir neçə müharibə döyüşçüsü iştirakçıları olmuşdur. O göstərmişdir ki, ona məxsus avtomobilin qardaşı Röyal tərəfindən şüşəsinin sınması nəticəsində 300 manat maddi ziyan dəymiş, ancaq onun qardaşından heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 30 aprel 2024-cü il tarixdə təxminən saat 19 radələrində “Whatsapp” qrupuna Röyal səs ataraq Samux rayonu İnstitut qəsəbəsində özünə bıçaqla xəsarət yetirdiyini və orada qaldığını deyərək onlardan kömək istəmişdir, o da öz avtomobili ilə Şahid3 ilə birlikdə həmin Samux rayon İnstitut qəsəbəsinə getmişdir, ora çatan zaman görmüşdür ki, Röyal başqa bir avtomobilə əyləşirmiş, onu xəstəxanaya aparmışdırlar. O da məskənin nə olduğunu bilmək üçün onun arxasınca Gəncə şəhər A.Səhhət adına xəstəxanaya getmişdir. Sonradan bilmişdir ki, YPX-nin inspektoru Zərərçəkmiş şəxs ilə Samux rayonu İnstitut qəsəbəsində avtopatrul ilə xidmətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Təqsirləndirilən şəxs saxlamış, bunun üstündə aralarında mübahisə yaranmışdır. Həmçinin bilmişdir ki, mübahisə zamanı Röyal özünə məxsus avtomobilin arxa tərəf şüşəsini yumruqla sındırmış, həm də özündə olan bıçaqla özü özünə xəsarət yetirmişdir. Ancaq Röyal həm polislə mübahisə edərkən, həm də özü özünə xəsarət yetirərkən o, orada olmamışdır, çünki o, artıq gələndə hər şey qurtarmışdır. Hadisənin necə baş verməsinin birbaşa şahidi olmamışdır. Mübahisənin ilkin olaraq nə səbəbdən baş verdiyini bilməmişdir, sonradan bi X6 rayon İnstitut qəsəbəsində təhlükəsizlik kəmərindən istifadə etməmişdir ki, Bəhrəmov mübahisə olmuş, qəsəbəsi, Atabəylər etmədiyinə görə inzibati protokol yazdığına görə aralarında mübahisəyə də səbəb o olmuşdur. Hadisə Samux rayonu İnstitu prospektində yerləşən Aqlay sexinin yaxınlığında olmuşdur. Hadisə zamanı o, digər qəsəbə sakinləri, həmçinin hadisə yerinə gəlmiş bir neçə müharibə döyüşçüsü iştirakçıları olmuşdur. O, hadisə olan vaxtı heç kimlə mübahisə etməmişdir, dalaşmamışdır, heç kim ona xəsarət yetirməmişdir, mübahisə ancaq Röyalla polis əməkdaşları arasında olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək iş üzrə Şahid1 hazırda ölkə xaricində yaşaması səbəbilə onun məhkəmə iclasında dindirilməsini tələb etmədiyini bildirmiş və məhkəmə istintaqının tamamlanmasını xahiş etmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə tərəfindən məhkəmə iclasında elan edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: 01 may 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 221.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. 01 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 03 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin tərəfindən verilmiş 01 may 2024-cü il tarixli 98 nömrəli ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənəddə yazılanlara əsasən nəticəyə gələrək Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boyun nahiyəsinin qançırıdır ki, bu xəsarət-bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin tərəfindən verilmiş 03 may 2024-cü il tarixli 100 nömrəli ekspert rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənəddə yazılanlara əsasən nəticəyə gələrək Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarının ön divarının 8 ədəd kəsilmiş-deşilmiş yarası və sağ əlin kəsilmiş yarasıdır ki, bu xəsarətlərdən qarının ön divarının yaraları kəsici-deşici alətin təsiri nəticəsində sağ əlin kəsilmiş yarası isə iti kənara malik əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığın Yüngül zərər vurmaya aid edilir. Qeyd edilən xəsarətlərin yerləşmə nahiyəsi xarakteri və lokalizasiyasına görə bu xəsarətlər Təqsirləndirilən şəxs öz əlinin çatdığı yerlərdə olduğu üçün onun özü tərəfindən yetirilməsi istisna edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən xx.xx.2024-cü tarixində verilən rəyə əsasən tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış suvenir məmulatlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsi Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli 566 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu, özünə xəsarət yetirmələrlə XBT-10 F07.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, qeyd olunan cinayət hadisəsini törədərkən anlaqlı olmuş və hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Ona hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-21-ci maddəsinin təsiri altına düşmür, lakin CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. 01 iyun 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük vətən muharibəsinin iştirakçısı olmuş, o, müxtəlif medallarla təltif edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 4 (058)-24/2024 saylı qərarı ləğv edilərək, bir ay müddətinə, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunan, Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona elan olunmuş ittihamda göstərilən cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarındakı digər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə cinayət əməli törətməsi, səhhətində problemlərin olması, vətən müharibəsinin iştirakçısı olması məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu 1 ay müddət bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 02 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdiyi 47 saat hüquqi yardıma görə 282 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ **********5860355255 VÖEN: **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-16/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-16/2025
19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver