Məhkəmə qərarları › İş №1(058)-17/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-17/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-17/2023 11.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məkum olunmuş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Ələkbər Ziyatay küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Renitensiar Xidmətinin 2 saylı İsintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 295 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı qanunsuz olaraq əldə edib torbada saxlayaraq daşımış və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 07 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Samux Rayon PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Yenikənd kəndi ərazisində saxlanılaraq Samux Rayon PŞ-nin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əlində olan torbadan həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb torbada saxladığı 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 295 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 1,219 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 22 fevral 2023-cü il tarixdə saat 18:10-da Samux Rayon PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux-Gəncə avtomobil yolunun 2-ci kilometrliyində yerləşən “Karvansaray” mebel salonunun yaxınlığında saxlanılaraq Samux Rayon PŞ-nin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb cibində saxladığı 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 1,219 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o təxminən bir ildir ki, narkotik vasitə alüdəçisidir. 2022-ci ilin yay aylarında Samux rayonu ərazisindən keçən Kür çayının ətrafında olan kafelərə istirahət üçün getmiş, Kür çayının ətraflarında yabanı halda çətənə kollarının bitdiyi barədə məlumatı olmuşdur. Buna görə də həmin vaxt onu axtarmağa başlamış, xatırlamadığı bir yerdə Kür qırağında çayın kənarında yabanı halda olan çətənə kolu görmüşdür. Həmin yabanı halda bitən çətənəni toplayaraq qurutmaq üçün Kür qırağında başqa bir yerdə gizlətmişdir. Quruyandan sonra ara-sıra gələrək istifadə etməyi düşünmüşdür. Təxminən bir ay sonra müxtəlif vaxtlarda 3-4 dəfə Kür qırağına getmişdir. Gizlətdiyi yerdən götürüb qurudulmuş çətənə bitkisini (marixuananı) istifadə edib geri qayıtmışdır. Sonuncu dəfə yəni 07 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Gəncə şəhərindən yaşadığı evdən çıxıb Samux rayonuna Kür çayının sahilinə getmişdir. Orada gizlətmiş olduğu qurudulmuş marixuananı özü ilə götürmüş, çünki hər dəfə gəlib gedə bilmirmiş. Həmin qurudulmuş marixuananı yaşadığı Gəncə şəhərinə aparmaq istəmişdir. Buna görə də qurudulmuş marixuananı paketə qoyaraq yolun kənarına çıxmışdır. Həmin gün təxminən 16 radələrində yolun kənarında asfalt yolda dayanıb yol maşını gözləyən zaman ona iki nəfər mülki geyimdə tanımadığı şəxslər yaxınlaşmış, onlar ona polis vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər ki, onun qanunsuz olaraq narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatı vardır. Buna görə də onu Samux Rayon PŞ-nə getməyə dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. O, Polis şöbəsinin inzibati binasında olan zaman ondan üzərində və əlində olan əşyasında narkotik vasitə və digər qadağan olunmuş maddə olub-olmadığını soruşmuşdurlar, həmin vaxt üzərində heç nə olmadığını, ancaq əlində olan torbada nəşə, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuana qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Qurudulmuş marixuana elektron tərəzidə çəkilən zaman 0.310 kiloqram olmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirdi ki, Gəncə şəhərində yaşadığı evə yaxın küçə ilə gedən zaman yerdə qırmızı sellofan bükülü görmüş, götürüb açdıqda patı, yəni metamfetamin olduğunu bilmiş və özü istifadə etmək məqsədilə əynindəki göy rəngli cins şalvarın sağ kiçik yan cibinə qoymuşdur. 22 fevral 2023-cü il tarixdə səhər saatlarında iş üçün Samux rayonuna getmişdir. Həmin günü axşam saat 18 radələrində Samux-Gəncə avtomobil yolu ilə piyada Gəncə şəhərinə gedən vaxt yolda “Karvansaray” mebel salonunun yaxınlığında yolun kənarında asfalt yolda dayanıb yol maşını gözləyən zaman ona iki nəfər mülki geyimdə tanımadığı şəxslər yaxınlaşmış, onlar polis vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişdirlər və onun qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatı vardır. Buna görə də onu Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişdirlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. O, polis şöbəsinin inzibati binasında olan zaman ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qadağan olunmuş maddə olub-olmadığını soruşmuşlar, həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibində patı, metamfetamin olduğunu bildirmişdir. Həmin vaxt onun əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibinə qoyduğu qırmızı sellofan bükülü olan patı, yəni metamfetamini könüllü olaraq özü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetamin qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilən zaman 1.32 qram olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Samux Rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş-leytanantı vəzifəsində işləyir. 07 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 07 yanvar 2023-cü il tarixdə günorta saat 15 radələrində Samux Rayon PŞ-nin CAB-nın baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ilə birlikdə Samux rayon Yenikənd kəndinə getmişdir. Təxminən saat 16 radələrində Samux rayonu, Yenikənd kəndinə çatmışlar. Samux rayonu, Yenikənd kəndində Gəncə şəhərinə gedən istiqamətdə avtomobil yolunda Təqsirləndirilən şəxs müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmiş və ona qanunsuz olaraq narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux Rayon PŞ-nə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux Rayon PŞ-nə getmişlər. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş-leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı polietilen torbada 1 (bir) ədəd şəffaf sellofanı çıxarıb təhqiqata təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi sellefon barədə soruşulan zaman içərisində narkotik vasitə olan nəşə, yəni qurudulmuş marixiuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş həmin sellofan elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 310 qram olmaqla torbaya qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Samux Rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 07 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 07 yanvar 2023-cü il tarixdə günorta saat 15 radələrində Samux Rayon PŞ-nin CAB-nın baş əməliyyat müvəkkili polis baş-leyytenantı Şahid1lə birlikdə Samux rayon Yenikənd kəndinə gedilmişdir. Təxminən saat 16 radələrində Samux rayon Yenikənd kəndinə çatmışlar. Samux rayon Yenikənd kəndində Gəncə şəhərinə gedən istiqamətdə avtomobil yolunda Təqsirləndirilən şəxs müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmiş və ona qanunsuz olaraq narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux Rayon PŞ-nə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux Rayon PŞ-nə getmişlər. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş-leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı polietilen torbada 1 (bir) ədəd şəffaf sellofanı çıxarıb təhqiqata təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi sellefon barədə soruşulan zaman içərisində narkotik vasitə olan nəşə, yəni qurudulmuş marixiuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş həmin sellofan elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 310 qram olmaqla torbaya qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Samux Rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş-leytanantı vəzifəsində işləyir. 22 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 22 fevral 2023-cü il tarixdə günorta saat 18 radələrində Samux Rayon PŞ-nin CAB-nın əməliyyat müvəkkili polis kapitanı Şahid4 ilə birlikdə Samux-Gəncə avtomobil yolu istiqamətində hərərkət etmişlər. Təxminən saat 18:10-da Gəncə-Samux avtomobil yolunun 2-ci kilometrliyində yerləşən “Karvansaray” mebel salonunun yaxınlığında Gəncə şəhərinə gedən istiqamətdə avtomobil yolunda Təqsirləndirilən şəxs tərəflərindən müəyyən edilmiş və ona yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq psixotrop maddə, narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux Rayon PŞ-nə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux Rayon PŞ-nə getmişlər. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən qırmızı rəngli sellofana bükülü təqdim edərək patı, metamfetamin olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi sellofon barədə soruşulan zaman içərisində patı, metamfetamin olduğunu təsdiq etmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş həmin qırmızı sellofan təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi 1.32 qram olmaqla qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Samux Rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 22 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 22 fevral 2023-cü il tarixdə günorta saat 18 radələrində Samux Rayon PŞ-nin CAB-nın əməliyyat müvəkkili polis baş-leytenantı Şahid3 ilə birlikdə Samux-Gəncə avtomobil yolu istiqamətində hərərkət etmişlər. Təxminən saat 18:10-da Gəncə-Samux avtomobil yolunun 2-ci kilometrliyində yerləşən “Karvansaray” mebel salonunun yaxınlığında Gəncə şəhərinə gedən istiqamətdə avtomobil yolunda Təqsirləndirilən şəxs tərəfimizdən müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və ona qanunsuz olaraq psixotrop maddə, narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux Rayon PŞ-nə getmişlər. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək, hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən qırmızı rəngli sellofana bükülü təqdim edərək patı, metamfetamin olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi sellofon barədə soruşulan zaman içərisində patı, metamfetamin olduğunu təsdiq etmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş həmin qırmızı sellofan təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi 1.32 qram olmaqla qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2023-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı daşıyıb torbada saxladığı 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 295 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2023-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb cibində saxladığı 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 1,219 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 bölməsinin xx.xx.2023-cü il tarixli, 16/37 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” imzalar olan kağız paketdəki, bir ədəd sellofan paketdə təmiz çəkisi 295 qram maddə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi – 295 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 294.95 qram) ekspertiza xərci 32.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 bölməsinin xx.xx.2023-cü il tarixli, 16/255 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” imzalar olan kağız paketdəki, bir ədəd sellofan paketdə təmiz çəkisi 1,219 qram olan bozumtul-ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir (metamfetaminin təmiz çəkisi – 1.219 qram, tədqiqata sərv edildi – 0.05 qram, qalıq 1.169 qram) ekspertiza xərci 30.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs daşıyıb torbada saxladığı 1 (bir) ədəd polietilen paket təqdim edir. Həmin sellofan bükümün içərisindən narkotik vasitə marixuanaйа bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 295 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni tapdığını, arabir narkotik vasitə olan marixuananı istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs cibində saxladığı 1 (bir) ədəd qırmızı rəngli sellofan büküm təqdim edir. Həmin sellofan bükümün içərisindən psixotrop maddə metamfetamin bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 1,219 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin psixotrop maddə - metamfetamin olduğunu, ona məxsus olduğunu, həmin psixotrop maddə - metamfetamini tapdığını, arabir psixotrop maddə - metamfetamini istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-57/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci ilə təqsirli bilinib və ona CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 1 il, 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 3 il, 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.CM-nin 69.3-cü maddəsinə əsasən 3 il 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)- 57/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 07 ay 05 gün hissəsi 01 (bir) il 03 (üç) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 132 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan iş üzrə təyin edilmiş amblator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli 20 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Hümbətov X4-Konversion pozuntu XBT 10(Psixi və davranışlar cədvəlinin beynəlxalq təsnifatı 10-cı baxış) F44.4 xəstəliyi keçirməsinə baxmayaraq onun əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. “Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: - Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. - Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə adi psixi emosional halda olmuşdur.” Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əasan hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-57/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci ilə təqsirli bilinib və ona CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 1 il, 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 3 il, 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.CM-nin 69.3-cü maddəsinə əsasən 3 il 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həmin tarixə çəkilməmiş qalan 02 (iki) il 07 (yeddi) ay 05 (beş) gün azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 (bir) il 03 (üç) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək, 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 gün həbsdə olduğu müddət günə gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və onun həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 294,95 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1.169 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat və 32.40 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X2 tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 03 (üç) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 1 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü ilədək, 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 294,95 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1.169 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 30.40 manat və 32.40 manat Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar