Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-17/2024 15.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Samux Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Samuxs rayonu, Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 14 fevral 2024-cü il tarixdə saat 18 radələrində Samux rayonu, Sərkar kəndində yerləşən küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, əli və ayağı ilə qəsdən Zərərçəkmiş şəxs sifət və sol ayaq nahiyyəsinə vuraraq – sol yanaq nahiyəsinin qançırı, sol budun bud çanaq oynağını hərəkət məhdudiyyəti verən hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” zərər yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, onun Zərərçəkmiş şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs Samux rayonu, Sərkar kəndində dilənçilik edir. 14 fevral 2024-cü il tarixdə saat 18 radələrində Samux rayonu, Sərkar kəndində yerləşən Musiqi məktəbinin qarşısı ilə o, çayçıya gedən vaxt Zərərçəkmiş şəxs görmüş, Ramil uzaqdan ona səslənmişdir. O, Ramilə yaxınlaşdıqda Ramil ona: “Erməni! Erməni !...” deyərək qışqırmağa başlamışdır. O, isə Ramilin sözlərinə əsəbləşmiş və Ramilin arxasıyla getmişdir. O, Ramilin onun ünvanına dediyi sözlərdən əsəbləşib əli ilə iki dəfə sifət nahiyyəsindən Ramili vurmuşdur. O, Ramili vurduqdan sonra Ramil DİN-nin 102 xidmətinə müraciət etmişdir. O, isə çayçıya getmişdir. 14 fevral 2024-cü il tarixdə saat 18 radələrində onun və Zərərçəkmiş şəxs arasında mübahisə Samux rayonu, Sərkar kəndində yerləşən yolda baş vermişdir. Mübahisə 1-2 dəqiqə baş vermişdir. Baş verən mübahisə zamanı orada heç kim olmamışdır. Hadisə zamanı o, əli ilə Ramilin sifətindən vuraraq sonuncuya xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ona nalayiq söyüşlər söydüyü üçün o, sonuncunu vurub xəsarət yetirmişdir. O, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs o, uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun Ramil ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun daimi qazancı yoxdur. O, fəhləlik edərək, həmçinin kənd camaatının ona etdikləri yardımlar ilə yaşayır. 14 fevral 2024-cü il tarixdə saat 18 radələrindən Samux rayonu, Sərkar kəndində yerləşən küçədə dayanmışdır. Bu zaman ətrafda heç kim olmamışdır. Razilin uzaqdan gəlməsini görmüş və Razil ilə salamlaşmaq istəmişdir. Lakin Razil onunla salamlaşmaq istəməmişdir. O, Razilin onunla salamlaşmaq istəməməsinə əsəbləşib Razili söyməyə başlamışdır. Razil isə onun üzərinə gəlmiş, onunla mübahisə etməyə başlamışdır. Mübahidə zamanı Razil əli ilə sifətinə və ayağı ilə sağ və sol ayağına vurmağa başlamışdır. O, Razilin onu döyməsindən qorxub hadisə yerindən qaçmışdır. Razilin əlindən canını qurtardıqdan sonra DİN-nin 102 xidmətinə müraciət etmişdir. 14 fevral 2024-cü il tarixdə saat 18 radələrində onun və Təqsirləndirilən şəxs arasında mübahisə Samux rayonu, Sərkar kəndində yerləşən yolda baş vermişdir. Mübahisə 1-2 dəqiqə ərzində baş vermişdir. Onun və Təqsirləndirilən şəxs arasında baş verən mübahisə zamanı orada heç kim olmamışdır. Baş vermiş hadisə zamanı onu əli və ayağı ilə Təqsirləndirilən şəxs sifətindən və hər iki ayaqlarından vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan “MTE və PA Birliyi” publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinin 15 fevral 2024-cü il tarixli 35 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol yanaq nahiyəsinin qançırı, sol budun bud çanaq oynağına hərəkət məhdudiyəti verən hematomasıdır ki, bu xəsarət – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə saat 18 radələrində Samux rayonu Sərkar kəndində yerləşən küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, əli və ayağı ilə qəsdən Zərərçəkmiş şəxs sifət və sol ayaq nahiyyəsinə vuraraq – sol yanaq nahiyəsinin qançırı, sol budun bud çanaq oynağına hərəkət məhdudiyəti verən hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL”dərəcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-17/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-17/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver