Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-17/2025 13.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Mingəçevir şəhəri, Vəli Hüseynov küçəsi, ev 2/45 mənzil 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : Təqsirləndirilən şəxs 02 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yerləşən evin həyətinin hasarını aşaraq daxil olduqdan sonra evin pəncərəsinin kilidini sındırma yolu ilə evə daxil olub evin yataq otağında olan dolabdan Zərərçəkmiş şəxs məxsus 4600 manat nağd pulu, həmin dolabdan 900 manat dəyərində Azərbaycan Şərab İstehsalçıları və İxtiraçıları Assosasiyası tərəfindən 30 avqust 2019-cu il tarixdə verilmiş “Azərbaycan iqtisadiyyatının inkişafında tarixən mühüm yer tutan şərab və şərabçılıq məhsullarının istehsalı sahəsində göstərdiyi səmərəli fəaliyyəti şərabçılığın inkişafına verdiyi töhfəyə görə X2” adına qızıl medalı, həmin otaqda olan kitab şkafının altında olan tirmonun üzərindən 20 manat dəyərində minyatür saatı, evin qonaq otağında olan stolun üzərindən 1100 manat nağd pulu və həmin otaqda olan 40 manat dəyərində 01 ədəd "Falcoıı Eye" markalı, üzərində "FE-DVR KİT HDD 500G göstəriciləri olan kameranın yaddaş DVR-i ümumilikdə 6660 (altı min altı yüz altmış) manat dəyərində olan özgə əmlakını gizli yolla talayıb qəsdən yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər CM 180-ci maddəsi ilə məhkum olunmuş, hal-hazırda isə barəsində Mingəçevir məhkəməsində AR CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan cinayət işi vardır. Adına Mişka dedikləri X3 adlı tanışı vardır. Vüsalla aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Vüsalla Mingəçevir şəhərində qonşuluqda yaşayırmış və onunla dost olmuşdur. Vüsalın özüdə bir neçə dəfə məhkum olunmuşdur. 2024-cü ilin sentyabr ayının sonlarında Vüsal ona Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində professor müəllimin yaşadığını və həmin müəllimin evində pul olması ehtimalının olmasını demiş və həmin evdən oğurluq etməyi ona təklif etmişdir. Maddi imkanı olmadığı üçün Vüsalla razılaşmışdır. O, oğurluq edib bir qədər pul qazanmaq istəyirmiş. 2024-cü ilin sentyabr ayının xatırlamadığı bir günündə Vüsalla birlikdə Samux rayonu Yeni Nəbiağalı qəsəbəsinə gəlmişdirlər. Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində Vüsal ona oğurluq edəcəkləri adını sonradan Zərərçəkmiş şəxs kimi tanıdığı şəxsin evini göstərmişdir. Zərərçəkmiş şəxs evi 1 mərtəbəli fərdi yaşayış eviymiş və evin dörd bir tərəfi hasara alınıbmış. Evin önündə, yəni darvaza olan hissədə küçə varıymış, lakin evin arxa hissəsində isə yaşayış evləri yoxuymuş və orada qərara gəlmişdir ki, evə nə vaxt daxil olsa evin arxa hissəsindən daxil olar. Bundan sonra Vüsalla onlar Mingəçevir şəhərinə qayıtmışdırlar. Vüsal evə girməyəcəkmiş, sadəcə olaraq ev boş olanda ona məlumat verəcəkmiş və o da evdən oğurladığı pulu onunla yarı böləcəkmiş. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı ərazidə Vüsalla rastlaşmış, Vüsal ona qeyd olunan Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yerləşən evin boş olduğunu və bu gün oradan oğurluq etmək imkanı olmasını demişdir. Bundan sonra o, yol maşını ilə Gəncə şəhəri Avtovağzal adlanan əraziyə gəlmişdir. Gəncə şəhərində avtovağzalda olan taksilərə yaxınlaşıb onu Samux rayonu “AZNİXİ” adlanan yerə aparmaqla bağlı danışıqlar aparmışdır. Orada sürücüsünün adını sonradan Şahid1 kimi bildiyi “TOYOTA PRİUS” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə 20 manat qarşılığında onu Samux rayonu “AZNİXİ” adlanan yerə aparmağını və orada gözləyib yenidən avtovağzala qaytamarağına razılaşmışdır. O, Şahid1la Samux rayonu “AZNİXİ” adlanan yerdə olan dairənin yanına gəlmişdirlər, orada olan şadlıq sarayının yaxınlığında Şahid1 demişdir ki, dayansın və Şahid1 orada olan şadlıq sarayının qarşısında dayanmışdır. O, oradan piyada gəlib dairənin yanından üzü aşağı bir qədər getmişdir. Həmin yerin sağ və sol tərəfində obyektlər var imiş. O, həmin obyektləri bir qədər keçdikdən sonra yolun sağ tərəfində olan ağaclıq ərazi ilə üzü aşağı doğru getmişdir. O, Zərərçəkmiş şəxs evinin yaxınlığında yolu sağdan sol tərəf doğru keçmiş və orada ola iki mərtəbəli avtomobil yağ dəyişmə məntəqəsinin yanında olan boş torpaq sahəsindən keçib Zərərçəkmiş şəxs evinin yanına gəlib çatmışdır. Orada 2-3 dəqiqə ətrafı müşahidə eləmiş və heç kimin olmamasını dəqiləşdirdikdən sonra evin arxa tərəfinə keçmiş, evin arxa tərəfində əvvəlcədən özü ilə birlikdə gətirdiyi əlcəyi əlinə geyinmiş və saat 12 radələrində Urxan Mehdiyin evinin hasarından aşaraq evin həyətinə daxil olmuş, evin həyətinə daxil olduqdan sonra evin həyətindən lapatka tapmış və həmin lapatka ilə evin pəncərəsinin məhəccərini aralamış, bundan sonra evin pəncərisinin kilidini əvvəlcədən özündə olan cib bıçağı ilə açmış və evin içərisinə daxil olmuşdur. Evə daxil olduqdan sonra ilk öncə evin yataq otağını axtarmağa başlamış, yataq otağında olan dolabdan 3600 manat pul tapmışdır və həmin pulu cibinə qoymuş, daha sonra həmin dolabı axtarmış və dolabın içərisindən bir ədəd qızıl medal tapmış və həmin medalıda cibinə qoymuş, daha sonra həmin otaqda olan kitab şkafının altında olan tirmonun üzərindən 01 ədəd balaca saat götürmüş, sonra evin qonaq otağını axtarmış, qonaq otağında olan stolun üzərində çoxlu dəftər kitab var imiş, oranı nə qədər axtarsa da heç bir şey tapa bilməmimşdir. O, qonaq otağında olan televizorun altında kamera üçün nəzərdə tutulmuş DVR olduğunu görmüş və həmin DVR-a götürmüşdür ki, özündən sonra sübut qalmasın. O, həmin DVR-a evin mətbəxindən tapmış olduğu sellofanın içərisinə qoymuş. Bundan sonra evə girmiş olduğu pəncərədən həyətə çıxmışdır. Həyətə çıxdıqdan sonra əlcəyi əlindən çıxartmış və sellofanın içərisinə qoymuşdur və evin hasarını girmiş olduğu yerdən aşaraq evin həyətindən çıxmışdır. Daha sonra gəlmiş olduğu yer ilə getmiş və asfalt yolu keçərək ağaclıq olan istiqamətlə taksinin onu gözlədiyi istiqamətə doğru getmişdir. O, həmin ağaclıq olan ərazidə içərisində DVR və əlcək olan sellofanı tullamışdır ki, onu heç kim əlində görməsin. O, “AZNİXİ” adlanan yerə gəlib “TOYOTA PRİUS” markalı 25-BX 274 dövlət qeydiyyat nişanlı avtomobilə minib avtovağzala gəlmiş, oradan isə yol taksisi ilə Mingəçevir şəhərinə gəlmişdir. O, yolda olan zaman həmin medala diqqətlə fikir vermiş və medalın dəmir olduğunu müəyyyən etdiyi üçün onu tullamışdır. Mingəçevir şəhərində Vüsalla görüşmüş və həmin evdən 3600 manat pul oğurladığını demişdir. Həmin 3600 manat pulun 1800 manatını Vüsala vermiş, geridə qalan pulu isə özü xərcləmişdir. O, Zərərçəkmiş şəxs evinə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində hasardan aşaraq evin həyətinə daxil olmuş, evin həyətinə daxil olduqdan sonra evin həyətindən lapatka tapmış və həmin lapatka ilə evin pəncərəsinin məhəccərini aralamış, bundan sonra evin pəncərisinin kilidini özündə olan cib bıçağı ilə sındırmış və evin içərisinə daxil olmuşdur. Zərərçəkmiş şəxs evinin yataq otağında olan dolabçadan cəmi 3600 manat pul, medal, həmin otaqda olan kitab şkafının altında olan tirmonun üzərindən 01 ədəd balaca saat oğurlamış, qonaq otağında olan DVR-a isə ötürüb tullamışdır. Zərərçəkmiş şəxs evindən oğurluğu tək eləmiş, Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini ondan başqa Vüsal bilirmiş və oğurlamış olduğu 3600 manat pulun 1800 manatını Vüsala vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o Gəncə şəhəri Abbas Səhət küçəsi ev 23-də qeydiyyatda olsa da Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində tək yaşayır. Ara-bir övladları gəlib ona baş çəkirlər. Özü üçün 5700 manat pul yığmışdır. Həmin pulun 4600 manatını yaşadığı evin yataq otağında, yəni öz yatdığı otaqda olan dolabçada, 1100 manatını isə evin qonaq otağında olan stolun üzərindəki kitabların arasında saxlayır. xx.xx.2024- cü il tarixdə saat 08 radələrində şəxsi işi ilə bağlı yaşadığı Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yerləşən evindən çıxmış və birdə yaşadığı evə xx.xx.2024-cü il tarixdə qayıtmışdır. Evə qayıdan zaman evin dağılmış halda olduğunu görüb müəyyən etmişdir ki, evinə oğru girib. O, evin yataq otağında olan dolabçaya baxan zaman 4600 manat pulun olmadığını görmüş, daha sonra həmin otaqda olan dolaba baxmış və həmin dolabda olan çantanın içərisində saxladığı, ona məxsus olan şərabçılığa görə verilmiş medalın orada olmadığını görmüşdür. Sonra həmin otaqda olan kitab şkafının altında olan tirmonun üzərindən 20 manat dəyərində minyatür saatın oğurlandığını görmüş. Daha sonra evin qonaq otağına getmiş, qonaq otağında olan stolun üzərində olan kitabların arasında saxladığı 1100 manatın da yerində olmadığını görmüşdür. Həmçinin həmin qonaq otağında olan 200 manat dəyərində kameraların DVR-da oğurlanıbmış. Ona məxsus Samux Rayonu Yeni Nəbiağalı qəsəbəsində yerləşən evindən oğurluq xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddət ərzində baş vermiş, ona məxsus olan evə evin hasarını aşaraq evin həyətinə daxil olduqdan sonra evin içərisində yaşamadığı qonaq otağının məhləyə tərəf baxan, yəni evə darvazadan daxil olduqdan sonra sol tərəfdən axrıncı pəncərənin məhəccərini sındırmışlar, daha sonra həmin pəncərəni sındıraraq evə daxil olmuşlar, evdən ümumilikdə 5700 manat pul, 200 manat dəyərində kameraların DVR, 20 manat dəyərində minyatür saat və 900 manat dəyərində Azərbaycan Şərab İstehsalçıları və İxtiraçıları Assosasiyası tərəfindən 30 avqust 2019-cu il tarixdə verilmiş “Azərbaycan iqtisadiyyatının inkişafında tarixən mühüm yer tutan şərab və şərabçılıq məhsullarının istehsalı sahəsində göstərdiyi səmərəli fəaliyyəti şərabçılığın inkişafına verdiyi töhfəyə görə X2” adına qızıl medal oğurlanmışdır. Ümumilikdə oğurluq nəticəsində ona 6820 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, gündəlik olaraq avtomobil icarəyə vermək işi ilə məşğul olur. “Toyota Prius” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 25 sentyabr 2024cü il tarixdə Şahid1 gündəlik 20 manat məbləğində arendaya vermişdir. Sonradan polislər onu çağırdıqdan sonra bilmişdir ki, Şahid1 onun avtomobili ilə Samux rayonuna müştəri düşürtmüş və həmin müştəri Samux rayonundan oğurluq etmişdir. Onun həmin oğurluq cinayətindən xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq taksi fəaliyyəti ilə məşğul olur. “Toyota Prius” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik olaraq arendaya götürüb taksilik edirmiş. 2024cü ilin oktyabr ayının əvvələrində xatırlamadığı bir gündə saat 11 radələrində Gəncə şəhəri, “Yeni Gəncə” adlanan ərazidən müştəri götürüb Gəncə şəhəri “Avtovağzal” adlanan əraziyə düşürtmüşdür. Bundan sonra avtomobildən düşüb siqaret çəkmiş, bu zaman adını sonradan Elmir kimi bildiyi şəxs ona yaxınlaşaraq onu Samux rayonu ərazisində “Aznixinin kruqu” adlanan əraziyə aparmağını, daha sonra orada 15-20 dəqiqə gözlədikdən sonra yenidən avtovağzala qaytarmağını demişdir. O, Elmirə onu qeyd olunan yerə aparıb gətirmək üçün ondan 20 manat ödəniş alacağını demişdir. Elmir də onunla razılaşmışdır. O, Elmir avtomobilə minən kimi ondan 20 manat ödənişini əvvəldən almış, fikirləşmişdir ki, birdən verməz, düşər qaçar, çünki bir neçə dəfə olub ki, müştərini gözləyən zaman gəlməmişdir. Yolda olan zaman Elmirdən soruşmuşdur ki, “gec çıxacaqsan”, Elmir də ona 15-20 dəqiqə qızla görüşüb yenidən qayıdacağını demişdir. Təxminən saat 12 radələrində Samux rayonu “Aznixinin kruqu” adlanan əraziyə gəlmiş, bu zaman Elmir ona maşını saxlamağını demiş, o, da maşını saxlamışdır. Elmir maşından düşüb ona demişdir ki, bir azdan gəlir. O, maşını kənara torpaqlıq yola verib saxlamışdır. Elmir Samux rayonu Çobanabdallı kəndi istiqamətində piyada getmiş, o da onu maşında gözləmişdir. Təxminən 20-25 dəqiqə gözləmişdir ki, görmüşdür ki, Elmir gəlir. Elmir maşına oturandan sonra ona demişdir ki, “bir qız varıydı, onunla görüşdüm, qayıdıram”. Bundan sonra Elmiri avtovağzala düşürtmüş və Elmir çıxıb getmişdir. O, qeyd etmişdir ki, Elmirin oğurluq etməyindən xəbəri olmamışdır, Samux Rayon Polis Şöbəsində bilmişdir ki, sən demə Elmir oğurluq üçün gəlmişdir, ona da yalandan guya qız dalınca gəldiyini demişdir, əgər oğurluq etdiyini bilsəymiş heç vaxt gəlməzdi. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadise yeri Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yerləşir. Hadisənin baş verdiyi ev bir mərtəbəli yaşayış evidir. Evin dörd bir tərəfi hasarlıdır. Evin boz rəngli seyf darvazası mövcuddur. Seyf darvazadan içəri daxil olduqdan sonra evin çardağı mövcuddur, çardağın altı ilə 10 metr gedib sola döndükdə evin ön hissəsi yerləşir. Evin ön hisssəsinə baxdıqda sol tərəfdə bir ədəd pəncərə, evin seyf giriş qapısı, seyf qapıdan sonra 2 ədəd pəncərə mövcuddur. Pəncərələr plastik materiallardan hazırlanmışdır, ağ rənglidir. Evə tərəf baxdıqda ən sağda olan pəncərənin məhəccərinin dəmirləri aralanmış vəziyyətdədir, pəncərənin plastik hissələrində cırılma izləri mövcuddur. Ev sahibi Zərərçəkmiş şəxs qeyd olunan pəncərəni təqdim edərək evinə naməlum şəxslərin həmin pəncərədən daxil olduqlarını bildirmişdir. Bundan sonra evin seyf qapısından içəri daxil olduqda evin dəhlizi yerləşir, dəhlizin baş tərəfinə doğru getdikdə giriş qapısı ilə üzbə üz qonaq otağı yerləşir. Dəhliz sol və sağ tərəfə ayrılmışdır. Dəhlizin sol və sağ tərəfində bir ədəd yataq otağı mövcuddur. Həmçinin evin giriş qapısının yanından dəhlizə doğru sol tərəfdə bir ədəd evin mətbəxi mövcuddur. Evin otağında olan stolun üzərində kitab dəftər dağılmış vəziyyətdədir. Zərərçəkmiş şəxs həmin stolda olan kitabların üzərindən 1100 manat nağd pulun oğurlandığını bildirmişdir. Həmçinin həmin otaqda televizorun altında DVD-nin oğurlandığını bildirmişdir. Daha sonra dəhlizin sol tərəfində olan otaqda dolabı göstərərək 4600 manat pulun və medalın oğurlandığını bildirmişdir. Həmçinin kitab şkafının altından minyatür şkafın oğurlandığını bildirmişdir. 16 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. 06 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklifi ilə iştirakaçılarla birlikdə Samux Rayon Polis Şöbəsindən çıxaraq Gəncə-Samux avtomobil yolu ilə üzü Gəncə şəhəri istiqamətinə hərəkət edib "məşəl" abidəsinin yanında sola dönüb təxminən 1 kilometr sonra çıxan işıqfordan sola doğru dönüb üzü Samux rayonu İnstitut qəsəbəsi istiqamətinə doğru gedərək Samux rayonu İnstitut qəsəbəsi ərazisində yerləşən "Aznixi" adlanan dairənin yaxınlığında yerləşən "Çıraq Palace" adlı şadlıq sarayının yanında Təqsirləndirilən şəxs təklifi ilə dayanılmış şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində yerləşən avtovağzalda minmiş olduğu "TOYOTA PRİUS" markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onu bu ərazidə avtomobildən düşürmüş və bundan sonra o, həmin yerdən üzü aşağı, Samux rayonu Yeni Nəbiağalı qəsəbəsi istiqamətinə doğru getməyə başlamışdır. Bundan sonra iştirakçılarla birlikdə həmin ərazidən üzü Çobanabdallı-Aznixi avtomobil yolu ilə üzü Samux rayonu Çobanabdallı kəndi istiqamətində gedib Samux rayonu Yeni Nəbiağalı qəsəbəsində yerləşən iki mərtəbəli, birinci mərtəbəsi avtomobil təmiri məntəqəsi, ikinci mərtəbəsi isə yaşayış evi olan evin önündə dayanılmış. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdirmişdir ki, Həmin avtomobil təmiri məntəqəsinin yanında olan boş torpaq sahəsindən keçərək Urxan Mehdiyə məxsus olan evə tərəf getmiş və oğurluq etdikdən sonra da bu yerdən qayıtdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurlamış olduğu içərisində DVR və əlcək olan sellofan paketi tulladığı yeri əli ilə təqdim etmişdir. Bundan sonra həmin yerdən 70-80 metr içəri doğru gedərək Zərərçəkmiş şəxs məxsus evin hasarının yanında dayanılmış şübhəli şəxs Təqsirləndirilən şəxs evə hasardan daxil olduğu yer əli ilə göstərmişdir. Daha sonra Zərərçəkmiş şəxs məxsus evin həyətinə daxil olunaraq evin seyf darvazasından içəri daxil olduqda çardaq vardır. Çardağın altı ilə 10 metr düz gedib sola döndükdə 1 mərtəbəli fərdi yaşayış evinin ön hissəsi yerləşir. Evin ön tərəfində 3 ədəd pəncərə və bir ədəd seyf qapı vardır. Üzü evin ön hissəsinə tərəf baxdıqda seyf qapıdan solda bir ədəd, sağda isə iki ədəd pəncərə yerləşir. Təqsirləndirilən şəxs seyf qapıdan sağda sonuncu pəncərini göstərərək evə həmin pəncərədən daxil olduğunu bildirmişdir. Evə daxil olduqdan sonra dəhlizdən sağ tərəfə dönüb sağ tərəfdə olan yataq otağına daxil olunmuş Təqsirləndirilən şəxs pəncərədən evə daxil olan zaman ilk öncə bu otağa daxil olduğunu bildirmişdir. Daha sonra dəhlizlə sol tərəfə gedərək sağ tərəfdə yerləşən qonaq otağına daxil olunmuş Təqsirləndirilən şəxs qonaq otağında olan televizorun altında kamera üçün nəzərdə tutulmuş DVR götürdüyü yeri təqdim etmişdir. Daha sonra dəhlizin sonunda sağ tərəfdə yerləşən yataq otaqığına daxil olunmuş Təqsirləndirilən şəxs yataq otağında olan dolabdan pulu və bir ədəd qızıl medalı oğurladığı yeri təqdim etmişdir. Həmçinin həmin otaqda olan kitab şkafının altında olan tirmonun üzərindən 01 ədəd saat oğurladığı yeri təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini göstərən zaman bir neçə istiqamətdən fotoşəkillər çəkilmişdir. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kursk Lenin Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 180.2.1,180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin Qərarı ilə 04 ay müddətinə şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2021 -ci il tarixdə isə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Polis İdarəsində AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş və həmin cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10061 №-li ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd olunan və fotoşəkli təqdim edilən 01 ədəd "Falcon Eye" markalı, üzərində "FE-DVR KİT HDD 500G" göstəriciləri olan kameranın yaddaş DVR-i (VİDEO RECORDER) orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40,00 manat müəyyən edilir. Digər 01 ədəd minyatür saatın markası, modeli, digər göstəriciləri məlum olmadığından və 01 ədəd Azərbaycan Şərab İstehsalçıları və İxtiraçıları Assosasiyası tərəfindən 30 avqust 2019-cu il tarixdə verilmiş "Azərbaycan iqtisadiyyatının inkişafında tarixən mühüm yer tutan şərab və şərabçılıq məhsullarının istehsalı sahəsində göstərdiyi səmərəli fəaliyyəti şərabçılığın inkişafına verdiyi töhfəyə görə X2" adına qızıl medal satış üçün nəzərdə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. 01 fevral 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsinə dair qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi həmin məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-38/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında digər alternativ cəzalar nəzərdə tutulmasına baxmayaraq, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəmə cəzanın islah məqsədinə nail olunması üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına , eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası qanunamüvafiq həddə təyin edilməli, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(051)-38/2025 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmalı, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu, həmçinin ev dustaqlığında saxlanıldığı 3 ay müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzasının əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırda Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-38/2025 saylı hökmününə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertiza xərci tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclasında göstərdiyi 54 saat hüquqi yardıma görə 15 saat iş saatı üçün 6 manat və 39 saat iş saatı üçün 11 manat olmaqla cəmi 519 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HökmEtdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 ay (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(051)38/2025 saylı hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 ay müddət cəzasından çıxılaraq üzərində qəti olaraq 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 06 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(051)-38/2025 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməkdə olduğu nəzərə alınsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperlizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD210005, VÖEN — **********, müxbir hesab — AZ 41NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595 büdcə səviyyəsinin kodu - 3. Göstərdiyi 54 saat hüquqi yardıma görə 519 (beş yüz on doqquz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Agazadə oğluna ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə, filialı kod: 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944 SWİFT: İBAZAZ2X, Hesab AZ 92 1 BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-17/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-17/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver