Məhkəmə qərarları › İş №1(058)-18/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-18/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-18/2025 27.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X13 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Xüsusi ittihamçı: Zərərçəkmiş şəxs, Barəsində şikayət verilmiş şəxs: X2 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Zərərçəkmiş şəxs tərəfindən X2 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. İş üzrə xüsusi ittihamçı Zərərçəkmiş şəxs ərizəsini belə əsaslandırmışdır ki, o, Samux rayonu, Sarıqamış kənd tam orta məktəbində direktor əvəzi işləyən zaman xx.xx.2023-cü il tarixdə əmisi nəvəsi X6 məktəbdən çıxarkən məktəbin həyətində yıxılaraq xəsarət almışdır. Həmin gün o, həyat yoldaşının səhhəti ilə bağlı Gəncə şəhərində xəstəxanada olduğu üçün hadisədən saat 14:00-dan sonra, məktəbə gələn zaman xəbər tutmuşdur. Həmin hadisədən sonra əmisi X4 hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edərək onun uşağa xəsarət yetirməyi barədə böhtan xarakterli ərizələr yazmışdır. Bundan başqa, X1 Rayon İcra Hakimiyyəti Başçısının onun yaşadığı kənddə səyyar görüşü zamanı rayon ictimaiyyətinin gözü qarşısında çıxış edərək, onu cinayətkar adlandırmışdır. Hadisə ilə bağlı araşdırmalar aparılmış və Samux Rayon Prokurorluğunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X3 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. X15 Rayon Prokurorluğuna yazmış olduğu ərizədə belə qeyd etmişdir: “Samux Rayon Prokurorluğuna, Samux rayonu, Sarıqamış kənd sakini X5 tərəfindən (tel: ***-***-**-**) X8 prokuror! Yazıb Sizə bildirirəm ki, xx.xx.2023-cü il tarixdə Samux rayonu, Sarıqamış kənd tam orta məktəb hazırlığına gedən şagird X6 məktəbdə baş nahiyəsindən saat 12-də ağır xəsarət alaraq üzərində cərrahi əməliyyat keçirilmişdir. Bu günə kimi bağlı cinayət işi açılmamışdır. Xahiş edirəm bağlı cinayətin açılmasına günahkarlar barəsində məsuliyyət tədbirləri görülüb, məsuliyyətə cəlb edilməsinə köməklik edəsiniz. Qeyd: hadisə zamanı yaraanması barədə forto şəkil əlavə edilir. Materialı aparan polis işçisi Bayram müəllim bü günə qədər material barəsində bizə rəsmi məlumat verməmişdir. Bildirmək istəyirəm ki, bu işlə Təhsil Şöbəsi xəbərdardır. X9 Təhsil İdarəsi də bilərəkdən bu hadisəni bağlı cinayət kimi gizlədir. Hadisə ilə bağlı Sarıqamış kənd orta məktəbin rəhbər vəzifəsini icra edən Vüsal adlı şəxsdən şübhələnirik.!”-şəklində qeyd olunan, həqiqəti özündə əks etdirməyən və heç bir sübuta əsaslanmayan, şər-böhtan və təhqir xarakterli ifadələrə görə təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılması üçün o, hal-hazırda məhkəməyə müraciət edir. Belə ki, böhtan və ya iftira - olmayan bir şeyi olmuş kimi təqdim etmək deməkdir. Böhtan xarakterli məlumatın yazılmasını şəxsin özünün imzası ilə yazılmış ərizə təsdiq edir. Eyni zamanda X15 Rayon İcra Hakimiyyəti Başçısının onun yaşadığı kənddə səyyar görüşü zamanı rayon ictimaiyyətinin gözü qarşısında çıxış edərək, onu cinayətkar adlandırmışdır. Təqsirli şəxsin əməlində cinayət məsuliyyəti vardır. O, Gürcüstan Respublikasının, Tbilisi Dövlət Universitetinin Marneuli filialında tarix-hüquq müəllimi ixtisası üzrə ali təhsil almışdır, uzun zamandır Samux rayonu, Sarıqamış kənd tam orta məktəbində həm tarix müəllimi vəzifəsində, həm də direktor müavini vəzifəsində işləyir, lakin təqsirli şəxsin heç bir araşdırma aparmadan, qərəzli şəkildə həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlarla hüquq mühafizə orqanlarına müraciət etməyi, eyni zamanda kütləvi tədbirdə onu cinayətkar adlandırmağı ilə hüquqa və qanuna zidd hərəkəti nəticəsində onun işgüzar fəaliyyətinə kölgə salmış, peşəsinə ləkə yaxmış, ona mənəvi zərər yetirmişdir. Odur ki, onun xüsusi ittihamçı qismində tanımaqla, şikayətini təmin edərək, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, əsassız olaraq onu ittiham etməklə barəsində böhtan xarakterli məlumat yaymış X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilib cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzalandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə xüsusi ittihamçı Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı şikayət ərizəsinin məzmununa uyğun ifadə verdi, həmçinin şikayətin məhkəmə icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etdi. Barəsində şikayət verilmiş X4 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etmədi və məhkəmədən şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin CPM-nin tələblərinə uyğun olub olmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Şikayət ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs şikayətin əsaslandırıcı hissəsində əməlin məhz X4 tərəfindən törədilməsinin nədə ifadə edildiyini və hansı sübutlarla təsdiq edildiyini, eyni zamanda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsini, habelə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyini göstərməmişdir. Belə ki, Zərərçəkmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzalandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin məzmunundan görünür ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymış olsun. Lakin iş materiallarında X4 tərəfindən sözügedən maddənin tələbinin pozulmasına dair sübut aşkar edilməmiş, həmçinin həmin sübutları əks etdirən Zərərçəkmiş şəxs nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və kütləvi nümayiş etdirməsinə dair hər hansı sənəd Zərərçəkmiş şəxs tərəfindən şikayətə əlavə edilməmişdir. Belə ki, qanunun tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsi hesab olunur. Halbuki, Zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə təhqir və böhtana dair məlumatların hansı informasiya vasitələrində və hansı tarixlərdə yayılması göstərilməmişdir. Bununla yanaşı verilmiş xüsusi ittiham qaydasında şikayətdə Zərərçəkmiş şəxs, X4 tərəfindən təhqir və böhtana məruz qalması ümumi ifadələrlə göstərilsə də, onun sonuncu tərəfindən hansı əməllərə görə təhqir və böhtana məruz qalması konkret olaraq öz əksini tapmamışdır, yəni xüsusi ittiham qaydasında verilmiş şikayətdə X2 hansı hərəkətləri nəticəsində CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi qeyd etməmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən CPM-in 302.1.6-cı maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Məhkəmə xüsusi ittihamçının ifadəsini və barəsində şikayət verilmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 302-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə məhkəmə qərarlar çıxarır. İş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin əməlində cinayətin əlamətlərinə dair sübutlar təqdim olunmadığından, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar