Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-2/2023 01.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və iştirakı ilə, xx xxxxx 1966-cı ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Samux rayonu Burunqovaq kəndində qeydiyyatda olmaqla həin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında, məlum olmayan tarixdə və saatda Samux rayonu, Burunqovaq kəndində meşə fonduna daxil olmayan Samux rayonu İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə örüş sahəsi üçün "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsində ümumi dəyəri 450 manat olan 3 ədəd 16 sm diametrində kök üstə yaş saqqız ağacını, ümumi dəyəri 1620 manat olan 9 ədəd 20 sm diametrində kök üstə yaş saqqız ağacını, ümumi dəyəri 1600 manat olan 8 ədəd 24 sm diametrində kök üstə yaş saqqız ağacını, ümumi dəyəri 1500 manat olan 6 ədəd 28 sm diametrində kök üstə yaş saqqız ağacını, ümumi dəyəri 3900 manat olan 13 ədəd 32 sm diametrində kök üstə yaş saqqız ağacını, ümumi dəyəri 1400 manat olan 4 ədəd 36 sm diametrində kök üstə yaş saqqız ağacını, ümumi dəyəri 2400 manat olan 6 ədəd 40 sm diametrində kök üstə yaş saqqız ağacını, ümumi dəyəri 600 manat olan 1ədəd 44 sm diametrində kök üstə yaş saqqız ağacını, ümumi dəyəri 1600 manat olan 2ədəd 48 sm diametrində kök üstə yaş saqqız ağacını, ümumi dəyəri 500 manat olan 1 ədəd 42 sm diametrində kök üstə yaş saqqız ağacını, 2 ədəd saqqız cinsinə aid kök üstə quru ağacı və ümumi dəyəri 10800 manat olan 135 ədəd 53 sm diametrində yulğun kollarını, ümumilikdə 53 ədəd kök üstə yaş saqqız ağacını və 135 ədəd yulğun kolunu, cəmi külli miqdar təşkil edən 26370 (iyirmi altı min yeddi yüz otuz manat) manat dəyərində saqqız ağaclarını və yulğun kollarını qəsdən qanunsuz olaraq kökündən kəsib məhv etməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə külli miqdarda ziyan vurmaqla qəsdən qanunsuz olaraq ağac və yulğun kollarını kəsmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, Samux rayonu, Burunqovaq kəndində fərdi əməklə məşğul olaraq əksər vaxtı sahələrdə fəhləlik edir. 2022-ci ilin fevral ayında yaşadığı Burunqovaq kəndində evdə istilik yaradılması məqsədilə istifadə etmək üçün meşədən odun kəsilməsinə icazə almaqla bağlı Burunqovaq kəndində 4 saylı meşə dolayının meşə gözətçisi işləyən Elçinin yanına gedərək bu barədə ona müraciət etmiş, lakin Elçin bildirmişdir ki, meşəyə baxış üçün teztez komissiya gəlir və hələ oradan ağac kəsilməsinə icazə verə bilməz, mart ayında bu məsələyə yenə baxarlar. Martın ortasında o, Elçini kəndin ərazisində, “dəmir körpü” adlanan yerdə görəndə ağac kəsməyə icazə istəyəndə Elçin ona demişdir ki, kənddə “Heydər Alı oğlu fermer təsərrüfatı” kimi tanınan təsərrüfat sahəsinin yanındakı meşə yerindən ağacların kəsilməsinə icazə verə bilər. Bu şərtlə ki, əvəzində ona təxminən 100- 200 manat məbləğində pul versin. Elçinin bu təklifi ilə razılaşmış və ona demişdir ki, ağacları kəsdikdən sonra nəyə gücü çatsa, onu da verəcəkdir. 2022-ci ilin mart ayının təxminən 13-14-də günorta saatlarında o, Heydər Alı oğlu təsərrüfatının yanında yerləşən meşə ərazisinə getmiş, özü ilə götürdüyü balta və motorlu mişarla 2 gün yalnız səhər və günorta saatlarında təkbaşına ağac kəsmişdir. O, saqqız ağacları və yulğun kolları kəsməklə cəmi 15 ədəd ağac və kol kəsmişdir. Kəsdiyi ağacları elə həmin ərazidə səliqə ilə bir kənara yığmışdır ki, növbəti gün evinə aparsın. Ağacları kəsərkən nə Elçini, nə də başqa kənar şəxsi həmin ərazidə görməmişdir. Təxminən martın ayının 17-si əraziyə getdikdə meşəbəyi Novruz müəllimi və meşə gözətçisi Elçini orada görmüşdür. Həmin vaxt onlar ərazidəki ağacları yoxlamış və ona icazə verməmişlər ki, kəsdiyi ağacları oradan götürsün. Bundan sonra o, həmin əraziyə getməmiş və ağacları da götürməmişdir. Bir müddət sonra isə Gəncə şəhərində 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində izahat vermişdir. Sonradan eşitmişdir ki, ağac kəsdiyi ərazi Heydər Alı oğlu təsərrüfatının icarəsində olan qış otlaq sahəsi olmuşdur. Kənddə hamı həmin dolayıdan icazə alıb biletlə ağac kəsdiyini bildiyindən o da ağac kəsmək üçün dolayın gözətçisi Elçindən qeyri-rəsmi də olsa şifahi razılıq almış, düşünməmişdir ki, ağacları kəsməyi qanunsuzdur. 2022-ci ilin mart ayında Samux rayonu, Burunqovaq kəndində, Heydər Alı oğlu kəndli fermer təsərrüfatı MMC-yə icarəyə verilmiş dövlət torpağında saqqız ağaclarını və yulğun kollarını təkbaşına kəsmiş, kəsərkən ətrafda heç kim olmamışdır. O, saqqız ağacı və yulğun kolu olmaqla cəmi 15 ağac kəsmiş, ağacları kəsməyə gedərkən həmin ərazidə artıq xeyli quru və yaş ağac kəsilmiş halda olmuşdur. Digər ağac və ya kolların kimin tərəfindən və necə kəsilməsi barədə heç bir məlumatı yoxdur. Onun kəsdiyi ağaclardan bəziləri quru, bəziləri isə yaş olmuşdur. 2022-ci ilin mart ayında göstərilən saqqız ağaclarını və yulğun kollarını kəsmək üçün meşə dolayının gözətçisi Elçinlə danışıb icazə alarkən onlar kəndin qırağında, dəmir körpü adlanan yerdə boş sahədə olmuşlar, yanlarında heç kim olmamış, həmçinin onunla olan danışığı təsdiq edən hər hansı video və ya səs yazısı, yaxud başqa sübutu yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsində çalışır. 17 mart 2022-ci il tarixdə internet şəbəkəsi üzərindən fəaliyyət göstərən xəbər portallarından birində Şəmkir regional meşə təsərrüfatı Mərkəzinin Samux meşəbəyliyinin 4 saylı meşə dolayısında ağacların kütləvi məhv edilməsi ilə bağlı dərc edilmiş məlumat əsasında sözügedən əraziyə 10 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və xx.xx.2022-ci il tarixdə tərtib olunmuş 66771 nömrəli aktda qeyd edilmişdir ki, həmin ərazi meşə fondu torpaqlarına aid olmamaqla Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 88 saylı Sərəncamına əsasən “Heydər Alı oğlu” kəndli fermer təsərrüfatının icarəsində olan qış otlaq sahəsidir və Burunqovaq kəndi, Ceyrançöl massivi adlanan həmin ərazidə 3 ədəd saqqız ağacı cinsinə aid kök üstə yaş diametri 16 sm, 9 ədəd saqqız ağacı cinsinə aid kök üstə yaş diametri 20 sm, 8 ədəd saqqız ağacı cinsinə aid kök üstə yaş diametri 24 sm, 6 ədəd saqqız ağacı cinsinə aid kök üstə yaş diametri 28 sm, 13 ədəd saqqız ağacı cinsinə aid kök üstə yaş diametri 32 sm, 4 ədəd saqqız ağacı cinsinə aid kök üstə yaş diametri 36 sm, 6 ədəd saqqız ağacı cinsinə aid kök üstə yaş diametri 40 sm, 1 ədəd saqqız ağacı cinsinə aid kök üstə yaş diametri 42 sm, 1 ədəd saqqız ağacı cinsinə aid kök üstə yaş diametri 44 sm, 2 ədəd saqqız ağacı cinsinə aid kök üstə yaş diametri 48 sm, 2 ədəd saqqız ağacı cinsinə aid kök üstə quru ağacın, ümumilikdə isə 55 ədəd saqqız ağacı və 135 ədəd yaş yulğun kolu kəsilərək məhv edilmişdir. Qeyd edilən sayda ağac və kolun qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən hesablanmış və 26370 (iyirmi altı min üç yüz yetmiş) manat olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şəmkir regional meşə təsərrüfatı mərkəzinin Samux meşəbəyliyinin 4 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləyir, xidməti ərazisinə Samux rayonu, Burunqovaq kəndindəki meşə əraziləri aiddir. Həmin ərazi təxminən 580 ha sahəni əhatə etməklə, bir hissəsi Burunqovaq kəndinin aşağı tərəfində, bir hissəsi isə kəndin yuxarı tərəfində yerləşir. Xidməti vəzifəsi həmin meşə ərazilərinə gözətçilik etmək və ərazidə hər hansı ağackəsmə, yanğın, mal-qara otarma və ya digər qanunsuz hallar aşkar etdikdə dərhal meşəbəyiyə məlumat verməkdən ibarətdir. Əraziyə nəzarəti ya atla ya da piyada şəkildə gəzməklə həyata keçirir. 2022-ci ilin mart ayının 17-də səhər saat 9-10 radələrində kəndin yuxarı tərəfindəki meşə torpaqlarına nəzarət etmək üçün həmin yerə gedəndə dolayının “Heydər Alı oğlu fermer təərrüfatı” kimi tanınan təsərrüfat sahəsi ilə sərhəddində motorlu mişar səsi eşitmiş, səs gələn tərəfə getdikdə kənd sakini Bəhlul adlı şəxsin əlində motorlu mişarla həmin ərazidəki yaş vəziyyətdə saqqız ağacını kəsdiyini görmüşdür. Bəhlul onu görən kimi əlindəki mişarı yerə atıb qaçmışdır. O, ağacların kəsildiyi ərazinin meşə dolayına aid olub olmadığını dəqiqləşdirmək üçün Samux meşəbəyliyinin meşəbəyisi Şahid2 zəng edib məlumat vermiş, həmin gün saat 11 radələrində Şahid2lə birlikdə əraziyə baxış keçirmişlər. N. Allahverdiyev ərazinin meşə ərazisi olmadığını təsdiq etmişdir. Həmin əraziyə birlikdə baxarkən orada 3 ayrı-ayrı yerdə kəsilmiş ağacların və kolların yığıldığını da müəyyən etmişlər. Bundan sonra Şahid2 kimə isə zəng vurub məlumat vermiş, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları bu məsələ ilə bağlı əraziyə gəlmiş və baxış keçirmişlər. Baxışda o da iştirak etmişdir. Burunqovaq kənd sakin Təqsirləndirilən şəxs tamamilə yalan və böhtan danışır, ağacların kəsilməsi ilə bağlı onunla heç bir söhbəti olmamışdır. Meşə ərazisində odunların kəsilməsi üçün vətəndaş Samux meşəbəyi Şahid2 müraciət edir və bileti də rəsmi qaydada Şəmkir regional meşə təsərrüfatı Mərkəzi verir. Meşədən yararsız ağacların kəsilməsinə icazə verilməsində onun heç bir rolu yoxdur. Ümumiyyətlə onun Bəhlulla ağac kəsilməsinə icazə ilə bağlı olan mövzuda nəinki 2022-ci ildə, heç ondan əvvəlki illərdə də heç bir danışığı və ya razılaşması olmamış, ondan da heç nə tələb etməmiş və ya almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadə vermiş, həmçinin göstərmişdir ki, Samux rayonu ərazisində, xüsusilə də Burunqovaq kəndində meşədən yalnız qurumuş, xəstə və təbii şəraitdə qırılmış ağacların kəsilməsinə icazə verilir. Belə ki, həmin ağaclar Şəmkir regional meşə təsərrüfatı Mərkəzi tərəfindən nömrələnmiş vəziyyətdə olur. Həmin ağaclardan odun məqsədilə kəsilməsi üçün vətəndaşı ilk növbədə Şəmkir regional meşə təsərrüfatı Mərkəzinə ərizə ilə yazılı qaydada müraciət edir. Həmin müraciətə baxılır və razılıq verildikdə vətəndaş “meşə buraxılış bilet”i verilir. Bilet üzrə vətəndaş müvafiq dövlət rüsumunu banka keçirərək qəbzi ona təqdim edir. Onun və həmin dolay üzrə meşə gözətçisinin iştirakı ilə də biletdə göstərilən həcmdə ağac kəsilərək vətəndaşa verilir. Bəzən də vətəndaşın xahişi ilə ağac onun özünün təşkil etdiyi mişarlı motorla kəsilir. Burunqovaq kənd sakini Təqsirləndirilən şəxs ağac kəsməsi üçün şifahi qaydada meşə gözətçisi Şahid4 razılıq alması və bunun müqabilində ondan 100-200 manat məbləğində pul tələb edilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Samux rayonu, Burunqovaq kəndində meşə fonduna daxil olmayan, ağacların kəsildiyi sözügedən sahə Samux rayonu İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə onun sahibkarlıq etdiyi "xxxx" MMC-nə icarəyə verilmişdir. Təqsirləndirilən şəxs onun təsrrüfatında günəmuzd qaydada fəhlə işləyib. O, həmin sahəni icarəyə götürəndə orada kəsilmiş ağac olmayıb. O, Bəhlula və ya başqa şəxsə orada ağac kəsməsinə icazə verməyib, buna ümumiyyətlə onun ixtiyarı yoxdur. İş materiallarına əlavə edilmiş 27 aprel 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Samux rayon prokurorunun köməkçisi 2-ci dərəcəli hüquqşünas X5 tərəfindən zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə, Samux rayonu Burunqovaq kəndində yerləşən “Heydər Alı oğlu” fermer təsərrüfatının icarəsində olan, saqqız ağaclarının və yulğun kollarının kəsildiyi əraziyə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 7/158-9/816 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş cinayət işi materiallarındakı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 66771 nömrəli aktına əsasən sözügdeən ərazidə aparılan araşdırma zamanı diametri 16 sm olan 03 ədəd saqqız ağacı, diametri 20 sm olan 09 ədəd saqqız ağacı, diametri 24 sm olan 08 ədəd saqqız ağacı, diametri 28 sm olan 06 ədəd saqqız ağacı, diametri 32 sm olan 13 ədəd saqqız ağacı, diametri 36 sm olan 04 ədəd saqqız ağacı, diametri 40 sm olan 06 ədəd saqqız ağacı, diametri 42 sm olan 01 ədəd saqqız ağacı, diametri 44 sm olan 01 ədəd saqqız ağacı, diametri 48 sm olan 02 ədəd saqqız ağacı kök üstə yaş olmaqla 53 ədəd saqqız ağacı və 135 ədəd yulğun kolu kəsilərək məhv edilmiş, həmin ağac və kolların kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 26370 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 30 may 2003-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.3, 120.2.4, 29, 120.2.3 və 29, 120.2.10-cu maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.3 və 120.2.4-cü maddələri ilə 12 il müddətinə, 29,120.2.3 və 29, 120.2.10-cu maddələri ilə isə 11 il 3 ay müddətinə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, həmin sübutların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi təsdiq olunmur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə ittiham irəli sürülsə də məhkəmə bu ittihamla razılaşmır. İstintaq orqanın Təqsirləndirilən şəxs əməlinin CM-nin 259.2.4-cü maddəsi ilə tövsüf edilməsi ilə bağlı mövqeyi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə və şahidlərin ifadələrinə əsaslanmışdır. Halbuki ibtidai istintaq zamanı təqsirləndirilən şəxs ifadəsində cəmi 15 ədəd (ikisi birlikdə olmaqla) saqqız ağacı və yulğun kolu kəsdiyini etiraf etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid4 isə ifadəsində sözügedən gün meşədə mişar səsi eşitdiyini, səs gələn tərəfə gedərkən Bəhlulun motorlu mişarla həmin ərazidə saqqız ağacı kəsdiyini görüdüyünü, Bəhlulun onu görən kimi əlindəki mişarı yerə ataraq qaçdığını bildirmişdir. Yəni, Şahid4 Təqsirləndirilən şəxs sözügedən bütün ağacları kəsdiyinin şahidi olmamış, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs sözügedən bütün ağac və kolları kəsdiyinin şahidi olduğunu ifadəsində bildirməmişdir. Təqsirləndirilən şəxs və Şahid4 məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdikləri ifadə ilə eyni məzmunda ifadə vermişlər. Cinayət işi üzrə dindirilmiş digər şahidlər isə nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsini bilavasitə gördüklərini bildirməmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi qənaətinə gəlmək üçün nə obyektiv meyar baxımından, nə də subyektiv meyar baxımından kifayət qədər əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin əməlini küllü miqdarda ziyan vurmaqla meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi cinayəti kimi tövsif etmək üçün kifayət qədər əsasların olmamasını nəzərə alaraq həmin əməlin xeyli miqdarda ziyan vurmaqla meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi əməli kimi tövsif edilməsi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 30 may 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.3, 120.2.4, 29, 120.2.3 və 29, 120.2.10-cu maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.3 və 120.2.4-cü maddələri ilə 12 il müddətinə, 29,120.2.3 və 29, 120.2.10-cu maddələri ilə isə 11 il 3 ay müddətinə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzasından vaxtından əvvəl şərti olaraq azad olunub, onun cəzası xx.xx.2015-ci il tarixdə başa çatıb. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu hazırkı cinayət əməli törədilənədək ödənilmədiyindən onun hazırki əməli cinayətlərin residivini yaradır və cəzasını ağırlaşdıran hal olaraq nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddən aşağı həddə cəzanın verilməsi, və ya cəzanın şərti tətbiq edilməsi üçün hər hansı müstəsna hallar və əsaslar mövcud deyildir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, onun əməlində cəzanı ağırlaşdıran halın olması, yüngülləşdirən halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayətlərin residivini yaratması səbəbilə ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sanksiyada nəzərdə tutulan daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia qismən təmin edilməli, dəymiş zərərə görə 2160 (iki min yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürürlməlidir. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbsə alınsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Dəymiş zərərə görə 2160 (iki min yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürürlsün. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-2/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-2/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver