Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-2/2024 14.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Göygöl rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1973-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Rusiya Federasiyasında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Samux rayonu, Tatılı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 (iki) ədəd gümüşü folqa kağızlarda olan 2 (iki) ədəd ağ kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.110 qram, 0.064 qram, ümumi təmiz çəkisi 0.174 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2 (iki) ədəd tamlığı pozulmuş siqaret qutularında 1 (bir) ədəd sarı kağız bükümdə, 1 (bir) ədəd mavi rəngli sellofan bükümdə, 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə, 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə olan gümüşü kağızda, 1 (bir) ədəd qara sellofan bükümdə, 3 (üç) ədəd yaşıl rəngli sellofan bükümdə olan gümüşü kağız bükümdə, 1 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə olan qızılı kağız bükümdə, 1 (bir) ədəd ağ kağız bükümdə, 1 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə olan sarı kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan gümüş kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan sarı kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan qızılı kağız bükümdə, ümumilikdə 14 (on dörd) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.44 qram, 0.54 qram, 0.77 qram, 0.48 qram, 0.81 qram 0.53 qram, 0.46 qram, 0.38 qram, 0.36 qram, 1.21 qram, 0.42 qram, 0.48 qram, 0.43 qram, 0.35 qram, ümumi təmiz çəkisi 7.66 qram küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 25 dekabr 2022-ci il tarixdə saat 00:50 radələrində Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, İnstitut qəsəbəsi ərazisində saxlanılaraq, Samux rayon Polis Şöbəsinin inzibati binasına aparılmaqla üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı yəni 2 (iki) ədəd gümüşü folqa kağızlarda olan 2 (iki) ədəd ağ kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.110 qram, 0.064 qram, ümumi təmiz çəkisi 0.174 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2 (iki) ədəd tamlığı pozulmuş siqaret qutularında 1 (bir) ədəd sarı kağız bükümdə, 1 (bir) ədəd mavi rəngli sellofan bükümdə, 1(bir) ədəd sarı rəngli sellofan bükümdə, 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə olan gümüşü kağızda,1 (bir) ədəd qara sellofan bükümdə, 3 (üç) ədəd yaşıl rəngli sellofan bükümdə olan gümüşü kağız bükümdə, 1 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə olan qızılı kağız bükümdə, 1 (bir) ədəd ağ kağız bükümdə, 1 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə olan sarı kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan gümüş kağız bükümdə, 1(bir) ədəd sarı sellofan bükümdə olan sarı kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan qızılı kağız bükümdə, ümumilikdə 14 (on dörd) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.44 qram, 0.54 qram, 0.77 qram, 0.48 qram, 081 qram 0.53 qram, 0.46 qram, 0.38 qram, 0.36 qram, 1.21 qram, 042 qram, 048 qram, 0.43 qram, 0.35 qram, ümumi təmiz çəkisi 7.66 qram küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirdi ki, onun işi özünə məxsus “Kamaz” markalı yük avtomobili ilə Bakı şəhərinə yük aparıb, yük gətirməkdir. Özü narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. Təxminən 15 dekabr 2022-ci il tarixdə Samux rayonu, Nəbiağalı qəsəbəsinə getmiş, Samux rayonu, Nəbiağalı qəsəbəsində olan zaman avtobus dayanacağında bir ədəd sellofan diqqətini cəlb eləmiş, həmin sellofanın içərisinə baxdıqda onun içərisində 02 ədəd folqa büküm, 02 ədəd kağız büküm və 12 ədəd sellofan büküm olduğunu görmüş, həmin sellofanı içərisində olan bükümlərlə birlikdə götürmüş, bükümlərin içərisinə baxan zaman 02 ədəd folqa kağız bükümlərin içərisində narkotik vasitə olan heroin, digər bükümlərdə isə qurudulmuş marixuana olduğunu görmüş, o, marixuana istifadəçisi olduğu üçün düşünmüşdür ki, marixuananı özü istifadə edər, lakin heroini atmaq fikri olmuşdur. O, heroin istifadə etmir, həmin tapdığı heroini tullamaq fikiri olsa da, polis əməkdaşları onu tutduğu üçün heroini atmağa macal tapmamışdır. Belə ki, Samux rayonu, İnstitut qəsəbəsində getmiş olduğu yol maşınından düşmüş, piyada öz yük maşınının yanına gedən vaxt saat təxminən 00:50 radələrində 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan harada yaşadığını, gecə vaxtı orada nə iş gördüyünü soruşmuşlar. O, polislərə yük avtomaşının burada olduğunu və Bakı şəhərinə yola düşəcəyini demişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə Samux rayon Polis Şöbəsinə getməli olduğunu demişlər. O, heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsində ondan narkotik vasitə istifadə edib-etməməsini soruşmuşlar. Bu zaman düşünmüşdür ki, polis əməkdaşları onda narkotik vasitə olduğunu bilir. Ona görə də polislərə narkotik istifadəçisi olduğunu və hazırda üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman könüllü olaraq üzərində saxladığı siqaret qutusunda 02 ədəd kağız və 12 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuana və 02 ədəd falqada narkotik vasitə olan heorini təqdim etmişdir. Üzərində saxladığı narkotik vasitə çəkilən zaman icərisində marixuana olan bükümlər 0.73, 1.81, 0.59, 0.97, 0.67, 0.65, 0.66, 0.60, 0.71, 0.50, 1.01, 0.69, 0.72, 0.52 qram, içərisində heroin olan bükümlər isə 0.27, 0.17 qram olmuşdur. Həmin narkotik vasitələr qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Onda narkotik vasitə olduğundan heç kimin xəbəri olmamışdır. Əvvəllər heç kəsdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə və ya psixotrop maddə satmamış, verməmişdir. O, birinci Qarabağ müharibəsində iştirak etmiş, döyüşlər zamanı xəsarətlər almış, onun bədəninin müxtəlif yerlərində hələ də xəsarətlərin izləri və təsirləri var. Elə narkotik vasitədən də həmin vaxtlar ağrılarını dindirmək üçün istifadə etməyə başlayıb. Hazırda o, marixuana istifadəçisidir, amma heroin istifadə etmir. Heç kəsə narkotik vasitə satmaq fikri olmayıb. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Samux rayon Polis Şöbəsinin PPXB-nin tağım kamandiri, polis leytenatı vəsifəsində işləyir. xx.xx.2022-ci il tarixdə gecə saat 00:50 radələrində Samux RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2la birlikdə Samux rayonu, İnstitut qəsəbəsində xidmətdə olan zaman “PARİS HOLL” şadlıq sarayanın önündə adını sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxsin piyada getdiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan harada yaşamasını soruşmuşlar. Təqsirləndirilən şəxsla söhbət edən zaman Təqsirləndirilən şəxs özünü qeyri səmimi aparmış və onun hərəkətlərindən narkotik vasitə yaxud psixotrop maddənin təsiri altında olması hiss olunmuşdur. Təqsirləndirilən şəxs onlarla birlikdə Samux rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Samux rayon Polis Şöbəsinə getmişdir. Samux rayon Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs narkotik vasitə yaxud psixotrop maddə istifadə edib edilmədiyi soruşulan zaman o, narkotik vasitə istifadə etdiyini və hazırda üzərində olduğunu bildirmişdir. Bundan sonra Samux rayon X6 Qrupunun təhqiqatçısı polis baş-leytenantı Rəcəb Cəbrayılov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuş, polis baş leytenantı Rəcəb Cəbrayılov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ iç cibində 02 ədəd siqaret qutusunda saxladığı 02 ədəd kağız büküm, 12 ədəd sellofan bükümü, əynində olan şalvarın arxa cibində saxladığı 02 ədəd falqa bükümü təqdim edərək, həmin kağız və sellofan bükümlərdə qurudulmuş marixuana, folqa bükümlərdə isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kağız bükümdə, 12 ədəd sellofan paketdə spesifik qoxusu olan ilk görünüşdən qurudulmuş marixuanaya bənzər, 02 ədəd folqa bükümdə isə spesifik qoxusu olan ilk baxışdan heroinə bənzər kütlələr olmuşdur. Bundan sonra 02 ədəd kağız 12 ədəd sellofan paket elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkiləri 0.73, 1.81, 0.59, 0.97, 0.67, 0.65, 0.66, 0.60, 0.71, 0.50, 1.01, 0.69, 0.72, 0.52 qram, içərisində heroin olan bükümlər isə 0.27, 0.17 qram olmaqla kağız zərfə qablaşdırılmış və kağız zərf möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan gödəkçəsinin sağ iç cibindən 2(iki) ədəd gümüşü folqa kağızlarda olan 2 (iki) ədəd ağ kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.110 qram, 0.064 qram, ümumi təmiz çəkisi 0.174 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2 (iki) ədəd tamlığı pozulmuş siqaret qutularında 1(bir) ədəd sarı kağız bükümdə, 1 (bir) ədəd mavi rəngli sellofan bükümdə, 1(bir) ədəd sarı rəngli sellofan bükümdə, 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə olan gümüşü kağızda, 1 (bir) ədəd qara sellofan bükümdə, 3 (üç) ədəd yaşıl rəngli sellofan bükümdə olan gümüşü kağız bükümdə, 1 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə olan qızılı kağız bükümdə, 1 (bir) ədəd ağ kağız bükümdə, 1 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə olan sarı kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan gümüş kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan sarı kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan qızılı kağız bükümdə, ümumilikdə 14 (on dörd) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.44 qram, 0.54 qram, 0.77 qram, 0.48 qram, 0.81 qram 0.53 qram, 0.46 qram,0.38 qram, 0.36 qram , 1.21 qram, 0.42 qram, 0.48 qram, 0.43 qram, 0.35 qram, ümumi təmiz çəkisi 7.66 qram küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1405 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12 ədəd içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd tamlığı pozulmuş siqaret qutularında 1(bir) ədəd sarı kağız bükümdə, 1 (bir) ədəd mavi rəngli sellofan bükümdə, 1(bir) ədəd sarı rəngli sellofan bükümdə, 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə olan gümüşü kağızda,1(bir) ədəd qara sellofan bükümdə, 3(üç) ədəd yaşıl rəngli sellofan bükümdə olan gümüşü kağız bükümdə, 1 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə olan qızılı kağız bükümdə, 1 (bir) ədəd ağ kağız bükümdə, 1 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə olan sarı kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan gümüş kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan sarı kağız bükümdə, 1 (bir) ədəd sarı sellofan bükümdə olan qızılı kağız bükümdə, ümumilikdə 14 (on dörd) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.44 qram, 0.54 qram, 0.77 qram, 0.48 qram,081 qram 0.53 qram, 046 qram, 0.38 qram, 0.36 qram, 1.21 qram, 042 qram, 048 qram, 0.43 qram, 0.35 qram, ümumi təmiz çəkisi 7.66 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (marixuananın ümumi təmiz çəkisi – 7.66 qram, tədqiqata sərf edildi – 0.28 qram (hər birindən 0.02 qram) qalıq 7.38 qram), (heroin ümumi təmiz çəkisi – 0.174 qram, tədqiqata sərf edildi – 0.04 qram (hər birindən 0.02 qram) qalıq 0.134 qram). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ iç cibində olan 02 ədəd siqaret qutusunda saxladığı 03 ədəd kağız büküm, 11 ədəd sellofan bükümü, əynində olan şalvarın sağ arxa cibində saxladığı 02 ədəd falqa bükümünü təqdim edir. Həmin kağız və sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd falqa bükümdə narkotik vasitə olan heroin aşkar olunur. Həmin iki ədəd kağız büküm və on iki ədəd sellofan paket elektron tərəzidə çəkilir və qablaşma ilə birlikdə ümumi çəkisinin müvafiq olaraq 0.73 və 1.81, 0.59, 0.97, 0.67, 0.65, 0.66, 0.60, 0.71, 0.50, 1.01, 0.69, 0.72 və 0.52 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni 20-40 dəqiqə əvvəl Samux rayon Qovlarsarı kəndində Elmir adlı şəxsdən 150 manat əvəzində aldığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini bildirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Məmmədov X5 Respublikası Maqaramkənd R-N Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə RF 30 M3 HİS 322 M 1His, 324,327 M3 His 69 M2 His RF (RF Dövlət SƏRh. X8) maddələri ilə təqsirli bilinirək cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 383 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Samux rayon İcra Hakimiyyəti Başçısının Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olmuş "xxxx" MMC-dən əldə edilmiş sms və zənglərin mümkün məlumatlarını özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrədən «AY YETİM DOZANİ YAMAN QALDİRMİSAN DÜNƏNKİNİN ÜSTÜNDƏYƏM, «YAMAN AĞRİYİRAM», «ABİ SƏN CANİN MƏNİ LOMKADA SAXLAMA», «VƏZİYYƏT PİSDİ 25 MANAT PULUM VAR HƏRƏSİNDƏN BİR CET BİR CET ƏMƏLƏ GƏTİR», «BİR DAMCİ KAKOS VERƏRDİN MƏNƏ QARDAŞİM ƏVƏZİNİ ÇİXAJAM SƏNÖL SABAH» məzmununda smsləri yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən çox saylı zənglər daxil olmuş eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə çoxsaylı zənglər edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 383 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti tam etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün istintaq zamanı verdyi ifadəsi və ***-***-**-** nömrəli telofona gələn mesajlar ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və saxlama cinayətini törətməsi tam sübuta yetirilir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində onun narkotik vasitələri satış məqsədi olmadan, şəxsi istifadə üçün əldə etməsi ilə bağlı göstərdiyi xüsusatlar onun marixuana növündə narkotik vasitənin istifadəçisi olduğunu bildirdiyi və bunun ekspert rəyi ilə təsdiq olunduğu halda üzərində heroin növündə narkotik vasitə də saxlaması və gəzdirməsi, həmçinin onun üzərindən aşkar olunan narkotik vasitələrin müəyyən çəkilərdə, xırda bağlamalar şəklində olması halları ilə təkzib olunur. Narkoloji ekspertizanın rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir, lakin onun heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkməsi aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrədən «ay yetim dozanı yaman qaldırmısan dünənkinin üstündəyəm, «yaman ağrıyıram», «abi sən canın məni lomkada saxlama», «vəziyyət pisdi 25 manat pulum var hərəsindən bir cet bir cet əmələ gətir», «bir damcı kakos verərdin mənə qardaşım əvəzini çıxajam sənöl sabah» məzmununda smslər daxil olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində, ona SMS yazan şəxsi tanımadığını bildirsə də, halbuki onun həmin şəxslə uzun müddətli telefon danışıqları aşkar edilmişdir. Həmin SMS-lərin məzmunundan göründüyü kimi, Təqsirləndirilən şəxs mütəmadi olaraq el arasında “kakos” kimi tanınan heroin və digər narkotik vasitələrin pul müqabilində istənilməsi və Təqsirləndirilən şəxs 0.174 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 02 büküm şəklində və 7.66 qram küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanı 14 büküm şəklində üzərində saxlaması onun narkotik vasitə və psixotrop maddələrinin satışı ilə məşğul olmasına dəlalət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.2-ci maddəsi ilə ona istinad edilən cinayət əməlini etiraf etməməsi özünü müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarma niyyəti ilə əhatələnmişdir. Halbuki onun ifadəsində göstərdiyi xüsusatlar ağlabatan və inandırıcı olmamaqla məhkəmə istintaqı zamanı digər sübutlarla tamamilə təkzib olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri, telefonuna gələn mesajlar və digər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun Azərbaycan Respublikası ərazisində ilk dəfə cinayət əməli törətməsini, daha əvvəl respublikadan kənarda törətdiyi cinayət əməlinə görə isə cərimə cəzasına məhkum edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.2-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün həbsdə olduğu müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, günə gün hesabı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 iyun 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.38 qram çəkidə narkotik vasitə olan marixuana və 0.134 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 60.80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 16 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 96 (doxsan altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.38 qram çəkidə narkotik vasitə olan marixuana və 0.134 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 60.80 manat Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Göstərdiyi 16 saat hüquqi yardıma görə 96 (doxsan altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-2/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-2/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver