Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-2/2025 10.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda ünvan 2 istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən, xeyli miqdarda, yəni təmiz çəkisi 0.292 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 14 fevral 2024-cü il tarixdə saat 14:00 dəqiqədə Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitəni qəbul etməkdə, üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Kürxəzər əyləncə mərkəzinin yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0.292 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən, xeyli miqdarda, vəni təmiz çəkisi 5.29 qram narkotik vasitə olan qurudulmuş marixuananı, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış 24 fevral 2024-cü il tarixdə saat 18:05 dəqiqədə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və Gəncə şəhəri ərazisində gəzdirməsində şübhəli bilinərək Gəncə şəhəri, Sədi küçəsində saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.29 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 20.94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 06 mart 2024-cü il tarixdə saat 20 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Sərkar kəndi ərazisində yerləşən “Əli Market” adlanan mağazanın yaxınlığında saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb üzərində saxladığı 1(bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 20.94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda heç bir epizod üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, ittiham aktında göstərilən narkotik vasitələrin heç biri ona məxsus olmamış, təhqiqatçıların psixoloji təzyiqi nəticəsində həmin narkotik vasitələrin ona məxsus olmasını boynuna götürmək məcburiyyətində qalmışdır. Narkotik vasitə onun üzərinə polis əməkdaşı tərəfindən qoyulmuş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və o, məcburiyyət qarşısında sözügedən narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Halbuki o, təqsirsizdir və uzun müddətdir ki, narkotik vasitə istifadə etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 fevral 2024-cü il tarixdə Gəncə şəhəri E.Allahverdiyev küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni qəbul etməsi, üzərində narkotik vasitələr gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 fevral 2024-cü il tarixdə, saat 14:00 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən Kürxəzər əyləncə mərkəzinin qarşısında olmasını müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqəni təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Baş Polis İdarəsinə aparmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Nofəl Mustafayevi dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişlər və Ramil, ona təqdim olunmuş Nofəl adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya, yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükülünün ona aid olmasını və xx.xx.2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri E.Allahverdiyev küçəsində “Türk” Liseyinin qarşısında yerdən tapdığını həmin bükülüdən istifadə etdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,40 qram olduğu müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 91 saylı" möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 fevral 2024-cü il tarixdə Gəncə şəhəri E.Allahverdiyev küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşayan Ramil adlı şəxsin qanunsuz olaraq narkotik maddə əldə edib istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral 2024-cü il tarixdə, saat 18:05 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri Sədi küçəsində olmasını müəyyən edib həmin yerə getmişlər və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələri təqdim etmişlər, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmişlər və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Əfqan Zeynalovu dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişlər və Ramil, ona təqdim olunmuş Əfqan adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində boz rəngli gödəkçəsininsol yan iç cibindən 1 ədəd kibrit qutusunda narkotik maddə olduğunu və həmin maddədən istifadə etdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna baxış zamanı içərisində tünd yaşıl rəngli, ilk baxışdan narkotik vasitə olan marixuana bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 8,54 qram olduğu müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 120 saylı" möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs marixuana kimi tanıdığı narkotik vasitə olan marixuanadır, həmin kibrit qutusunda olan marixuananı polis əməkdaşları onu saxlamazdan əvvəl xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri köhnə “Maşın bazarının” yaxınlığında yerləşən avtobus dayanacağının yanından tapmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını, həmin kütlədən az miqdarda istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid X5 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə tərəfindən elan edilmişdir. Şahid X8 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 06 mart 2024-cü il tarixdə ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, istifadə etməsi, və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin NMQ-yə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin, xx xxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, faktiki evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 06 mart 2024-cü il tarixdə saat 20 radələrində Samux Rayon Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı İlham İsmayılov ilə birlikdə Samux rayon Sərkar kəndi istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt Samux rayonu Sərkar kəndində küçədə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Samux rayonu Sərkar kəndi ərazisində yolayrıcında yerləşən “Əli Market” adlanan mağazanın yanında olması müəyyən edilmişdir. Həmin yerdə onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və Samux Rayon Polis Şöbəsinə gəlmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli qış gödəkçəsinin sağ çöl yan cibində “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirərək qara rəngli sellofona bükülü təqdim etmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 22.1 qram olduğu müəyyən edilməklə qablaşdırılmış və AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlənin qurudulmuş marixuana olduğunu, şifahi olaraq bir neçə gün bundan əvvəl Gəncə şəhərindən tapdığını və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Kütlə qanunamüvafiq qaydada qablaşdırılmış, üzərinə qeydlər aparılmış, qeydlər uca səslə oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra kütlənin ağzı bağlanaraq, bağlanc yerləri möhürlənmişdir. O göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisidir, narkotik vasitələri satması barədə heç bir əməliyyat məlumatı olmamışdır və özü istifadə etmək məqsədilə əldə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 mart 2024cü il tarixdə ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, istifadə etməsi, və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin NMQ-yə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin, xx xxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, faktiki evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 06 mart 2024-cü il tarixdə saat 20 radələrində Samux Rayon Polis X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Sərxan Sadıxov ilə birlikdə Samux rayon Sərkar kəndi istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt Samux rayonu Sərkar kəndində küçədə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Samux rayonu Sərkar kəndi ərazisində yolayrıcında yerləşən “Əli Market” adlanan mağazanın yanında olması müəyyən edilmişdir. Həmin yerdə onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və Samux Rayon Polis Şöbəsinə gəlmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli qış gödəkçəsinin sağ çöl yan cibində “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirərək qara rəngli sellofona bükülü təqdim etmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 22.1 qram olduğu müəyyən edilməklə qablaşdırılmış və AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlənin qurudulmuş marixuana olduğunu, şifahi olaraq bir neçə gün bundan əvvəl Gəncə şəhərindən tapdığını və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Kütlə qanunamüvafiq qaydada qablaşdırılmış, üzərinə qeydlər aparılmış, qeydlər uca səslə oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra kütlənin ağzı bağlanaraq, bağlanc yerləri möhürlənmişdir. O göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisidir, narkotik vasitələri satması barədə heç bir əməliyyat məlumatı olmamışdır və özü istifadə etmək məqsədilə əldə etməsi müəyyən edilmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: 14 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 14:00-da tutulmuşdur. 14 fevral 2024-cü il şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsada təqdim etməsi bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmişdir. Axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni çıxardaraq təqdim etmişdir. Həmin bükülünün nə olması soruşulduqda, şübhəli şəxs Təqsirləndirilən şəxs bükülünün ona məxsus olduğunu, həmin bükülünü xx.xx.2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri E.Allahverdiyev küçəsində “Türk” liseyinin qarşısında yerdən tapdığını, həmin bükülüdən istifadə etdiyini, həmin kütlədən heç kimə satmadığını və vermədiyini, sonra iştirakçılar tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərək onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülü iştirakçıların yanında açılaraq həmin kağızın içərisində olan ilk baxışdan psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə olması müəyyən edilmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilərək ümumi şəkisi 0.40 qram olmuşdur.həmin kütlə içtirakçıların yanında əvəllki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN 91 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video ilə çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 15 fevral 2024-cü il tarixli 16/218 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.292 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 15 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 16 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldlğı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. 24 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə saat 18:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində Gəncə şəhəri Sədi küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis şöbəsində "Panasonic" markalı video kamera vasitəsi ilə müdafiəçi X2 iştirakı ilə hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcəsinin sol yan iç cibindən 1 ədəd kibrit qutusunda narkotiik maddə olduğunu və həmin maddədən istifadə etdiyini bildirmişdir. Həmin vaxt təqdim edilmiş kütələnin ağzı açılaraq və baxış keçirilərək götürüldü. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun ağzı açılaraq, qutunun içərisindən xüsusi biliyə malik, tünd yaşıl rəngli, ilk baxışdan narkotik maddə olan marixuana bənzər kütlə elektron tərəzidə çəkilərək qutu ilə birlikdə kütlənin çəkisi 8.54 qram təşkil etməklə həmin kütlə zərfdə qablaşdırıldı və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirkçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış maddənin psixotrop maddə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Məhkəmə Ekspertizası X7 Bölməsinə göndərilmişdir. 25 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 25 fevral 2024-cü il tarixli 16/266 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Üzərində narkotik aşkar ol. Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,29 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 26 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. 06 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə saat 21:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. 06 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli qış gödəkçəsinin sağ çöl yan cibi olan qara rəngli sellofana bükülü təqdim edərək qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan bükülü elektron tərəzidə çəkilərək ümumi çəkisinin 22.1 qram ölçü müəyyən edilmişdir. Həmin sellofan bükülü bir ədəd ağ rəngli kağız zərfə qablaşdırıldı. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən başqa narkotik vasitə və digər qanunsuz əşya aşkar olunmamışdır. 07 mart 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Samux RPŞ-nin təhqiqaq qrupunun toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. 07 mart 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin 07 mart 2024-cü il tarixli 16/311 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözlər və mzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 20.94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bikisindən kustar üsulla hazırlanmış narkotik-yasitərə qurudulmuş marixuanadır. 08 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Samux Rayon Məhləməsinin 4(058)-12/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, xx xxxx 1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, faktiki evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 28 mart 2024-cü il tarixli cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdrilərək istintaqın aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun vasitəsi ilə Samux RPŞnin İstintaq qrupuna göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 2 may 2024-cü il tarixli, 881 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 06 may 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirlməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə icraata qəbul edilib ibtidai istintaqı aparılması və istintaq 240810031nömrəsi ilə davam etdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 17 may 2024-cü il tarixli, 847 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 7(003)-1835/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram, İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin psixotrop maddələrin onun üzərindən aşkar olunmadığına və onun həmin psixotrop maddələri üzərində daşımadığına dair ifadəsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, hər üç epizod üzrə cinayət işinin ibtidai istintaqı zamanı şəxsin üzərinə baxış müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmiş, təqsirləndirilən şəxs onun üzərinə baxış keçirilən zaman hər hansı etiraz bildirməmiş, əksinə o üzərində olan bükülünü özü könüllü olaraq çıxarıb təqdim etmiş və üzərindən çıxan bükülülərin içərisində narkotik vasitə olduğunu, həmin psixotrop maddələri tapdığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində hazırda narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini bildirsə də, iş materiallarındakı müvafiq ekspert rəyindən görünür ki, o, narkomaniya xəstəliyindən əzab çəkir. Həmin hal təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyri-səmimi ifadə verdiyini təsdiq edir, həmçinin də onun ifadəsində qeyd etdiyi hallar ibtidai istintaq zamanı toplanmış mötəbər sübutlarla təkzib olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindəki xüsusatları onun məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs hazırda sözügedən cinayət əməlini, öncəki məhkumluğunun ödənilmədiyi təqdirdə törətmiş olması cinayətin residivini yaradır və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun əməlində ağırlaşdırıcı halın (cinayətin residivinin) olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası müvafiq həddə təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1–ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün hissəsindən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 7(003)-1835/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 09 ay 26 gün hissəsi hazırkı hökmlə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 4 gün və həbsdə saxlanıldığı 2 ay 27 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 20,89 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,242 qram psixotrop maddə olan metamfetamin və 5,21 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 127,60 (yüz iyirmi yeddi manat altmış qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs CM-in 234.1–ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün hissəsindən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 7(003)-1835/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 9 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 3 ay 1 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəzasının əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 127,60 (yüz iyirmi yeddi manat altmış qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübutlar -Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı — 20,89 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,242 qram psixotrop maddə olan metamfetamin və 5,21 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-2/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-2/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver