Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-20/2025 28.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1960-cı ildə Samux rayonu, Hacallı kəndində anadan olmuş, Rusiya Fedarasiyasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmuş, Samux rayonu, Hacallı kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X11 istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 165 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 05 yanvar 2025-ci il tarixdə saat 13: 47-də Samux rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Hacıalılı kəndi ərazsində yerləşən meşə massivində saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 165 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa X11 istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSR dövlətində 1983-cü ildə istehsal olunmuş 5.45 mm kalibrli texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı, yivli odlu silah hesab edilən “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan darağı və 02 ədəd zavod üsulu ilə 1979-cu il tarixdə keçmiş SSR dövlətində və 02 ədəd 1993-cü il tarixdə Rusiya dövlətində istehsal olunmuş 5.45x39mm kalibirli olmaqla həmin kalibirli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarını qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Samux rayonu, Hacıalılı kəndində yerləşən evinin mətbəx otağında olan divanın sandıqçasının içərisində saxlamış və 05 yanvar 2025-ci il tarixdə saat 16:00-da Samux rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X7 yaşadığı Hacıalılı kəndində yerləşən evinin mətbəx otağında olan divanın sandıqçasının içərisində saxladığı 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSR dövlətində 1983-cü ildə istehsal olunmuş 5.45 mm kalibrli texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı, yivli odlu silah hesab edilən “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan daraq və 02 ədəd zavod üsulu ilə 1979-cu il tarixdə keçmiş SSR dövlətində və 02 ədəd 1993-cü il tarixdə Rusiya dövlətində istehsal olunmuş 5.45x39mm kalibirli olmaqla həmin kalibirli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X11 məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Samux rayonu, Hacıalılı kəndində tək yaşayırmış. Əvvəllər Rusiya Federasiyasında yaşamışdır. Azərbaycana qayıtdıqdan sonra yaşadığı Samux rayonu, Hacıalılı kəndində yerləşən evində qardaşı oğlu Qasım yaşadığı üçün evin həyətində olan digər tikilidə yaşamaq üçün ona ev verilmiş və həmin evdə yaşamışdır. Uzun müddətdir ki, narkotik istifadəçisidir. 2023-cü il tarixdə qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkdiyi üçün CM 237.1-ci maddəsi ilə təqsirləndirilərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və üzərində elektron nəzarət qolbağı olmuşdur. Təxminən 2 il bundan əvvəl Samux rayonu ərazisindən keçən Kür çayına balıq tutmaq məqsədilə getmiş, həmin vaxt orada 1 ədəd sintetik kisəyə bükülü görmüş, həmin kisəyə yaxınlaşıb açdıqda içərisində 1 ədəd avtomat, 1 ədəd sandıqca, 4 ədəd patron və qara rəngli sellofana bükülmüş qurudulmuş marixuana olduğunu görmüşdür. Qurudulmuş marixuana istifadəçisi olduğu üçün həmin qurudulmuş marixuananı götürmüşdür. Silah isə başqa şəxslərin əlinə keçməsin deyə həmin silahı da özü ilə birlikdə götürmüşdür. O, həmin silahı və qurudulmuş marixuananı öz yaşadığı Samux rayonu, Hacıallı kəndində yerləşən evinə aparmışdır. Silahı və qurudulmuş marixuananı yaşadığı evin mətbəx otağında olan divanın sandıqçasının içərisində gizlətmişdir. Həmin silahı və qurudulmuş marixuananı yaşadığı evin mətbəx otağında olan divanın sandıqçasının içərisində gizlətməyindən heç kəsin xəbəri olmamış və bu barədə heç kəsə məlumat verməmişdir. O, qurudulmuş marixuanadan ara-bir yandırıb tüstüsünü qəbul etməklə istifadə etmişdir. Məhkumluğu olduğu üçün silahı polisə təhvil verməkdən qorxurmuşdur ki, onu yenidən məsuliyyətə cəlb edərlər. Yeni il bayramından sonra qərara gəlmişdir ki, artıq narkotik istifadə etməsin və buna görə də qərara gəlmişdir ki, tapmış olduğu qurudulmuş marixuananı aparıb tullasın. xx.xx.2025-ci il tarixdə 2 il bundan əvvəl tapdığı qurudulmuş marixuananı tullamaq üçün kəndin kənarında yerləşən meşə tərəfə gedirmiş, həmin vaxt ona mülki geyimdə polis əməkdaşları yaxınlaşmış, əlində olan qara rəngli sellofanda nə olduğunu soruşmuşlar, bu zaman məcbur qalıb əlində olan sellofanın içindəki narkotik vasitə olduğunu və tullamaq məqsədilə meşəyə getdiyini bildirmişdir. Bu zaman polis əməkdaşları üzərinə video çəkilişlə baxış keçirmiş, baxış zamanı könüllü olaraq sellofan torbada narkotik olduğunu etiraf etmiş, belə ki, bilmişdir ki, polis əməkdaşları onda narkotikin olmasından məlumatlıdırlar. Bundan sonra polis əməkdaşları onu Samux RPŞ-nə gətirmişlər, hüquqlarını müdafiə etmək üçün vəkil ilə təmin etmişdirlər. Polis şöbəsində olan zaman vicdanı yol vermədiyi üçün evində avtomat silahda olduğunu könüllü bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşları ilə birlikdə yaşadığı Samux rayonu Hacıalılı kəndində yerləşən evinə getmişdirlər. Yaşadığı evin mətbəx otağında olan divanın sandıqçasının içərisində 1 ədəd avtomat, 1 ədəd sandıqcanı və 4 ədəd patronu polislərə təqdim etmişdir. Həmin silahı onun və vəkilinin iştirakı ilə qablaşdıraraq götürmüşdürlər. Sonra bu barədə protokol və digər sənədlər tərtib edilmişdir. O, həmin sənədlərin doğru tərtib edilməsinə görə imzalamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. İttiham aktında göstərilən narkotiki tapmışdır. Sonra onu polis əməkdaşları saxlamış və o, artıq bilmişdir ki, polislər onda narkotik olduğunu bilmişlər. Polis əməkdaşlarını nakotik maddəni təqdim edən sonra polis əməkdaşları onda hazırkı nakotikdən başqa əlavə nakotik və yaxud hər hansı bir intifadəsi qadağın olunmuş əşyanın olmasını soruşduqda o, özü könüllü olaraq evində 1 ədəd avtomat, bir ədəd daraq və 4 əddə patronun olduğunu bildirmişdir və özü könüllü olaraq polisə təhvil vermişdir. O, hər iki epizod üzrə əməlimi səmimi etiraf edir. Narkotik vasitələ ona məxsus olub o, xəstə olduğu üçün daima narkotikdən istifadə edir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Samux rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 05 yanvar 2025-ci il tarixdə X11 adlı şəxsinn qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi,saxlaması və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 05 yanvar 2025-ci il tarixdə saat 13:47-də Samux rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili polis baş leytenantı X9 və Samux rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Samux rayonu, Hacıalılı kəndində yerləşən meşə massivində X11 müəyyən edilmişdir. X3 yaxınlaşaraq xidməti vəsiqələrini ona göstərərək özlərini təqdim etmişdirlər. Ona qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi, saxlaması və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və buna görədə video çəkilişdən istifadə edərək üstünün yoxlanılacığını ona bildirmiş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl X7 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X11 əlində saxladığı qara rəngli sellofan paketi təqdim etmiş və həmin paketin içərisində qurudulmuş marixuana olmasını bildirmişdir. X1 üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. X6 aşkar olunmuş qurdulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 195 (yüz doxsan beş qram) olmuşdur. Həmin içərisində qurudulmuş marixuana olan sellofan paket tərəflərindən qablaşdırılmış möhürlənərək üzəri iştirakçılar və X11 tərəfindən imzalanmışdır. X11 ondan aşkar olumuş narkotik vasitəni 2 il bundan əvvəl Samux rayonu ərazisindən keçən kür çayının sahilindən tapdığını, sonradan gətirib Samux rayonu Hacıalılı kəndində yerləşən evində gizlətməsini bildirmişdir. X2 yaşadığı mənzildə qanunsuz olaraq odlu silah saxladığını və həmin silahı yaşadığı mənzilə gedərək təqdim edə biləcəyini bildirmişdir. Üstünü yoxlama zamanı <<<Redmi 11 lite>> markalı mobil telefon vasitəsi ilə Samux rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili polis baş leytenantı X9 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra X4 rayon Polis şöbəsinə aparılmışdır. RPŞ-nin Təhqiqat Qrupunun xidməti otağında təhqiqatçı tərəfindən vəkil Müdafiəçi və onların iştirakı ilə aparılmış videoçəkiliş olan diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman X11 yaşadığı Samux rayonu, Hacıallı kəndində yerləşən evində avtomat silahda olduğunu könüllü bildirmişdir. Bundan sonra müdafiəçinin, X7 və onların iştirakı ilə birlikdə X7 yaşadığı Samux rayonu, Hacıalılı kəndində yerləşən evinə getmişlər. X11 yaşadığı evin mətbəx otağında olan divanın sandıqçasının içərisində 1 ədəd avtomat, 1 ədəd sandıqcanı və 4 ədəd patronu təqdim etmişdir. Həmin silahı X7 və vəkilin iştirakı ilə qablaşdıraraq götürülmüşdür. Sonra bu barədə protokol və digər sənədlər tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2025-ci il tarixli əməliyyat – axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair protokoldan görünür ki, X7 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış tədbirləri zamanı Samux rayonu Hacıallı kəndində yerləşən meşə massivində saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 195 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X13 bölməsinin 06 yanvar 2025-ci il tarixli 16/14 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan üzəri polietilen paketdəki 1 (bir) ədəd sellefon paketdəki təmiz çəkisi 165 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi – 165 qram, tədqiqata sərv edildi – 0.02 qram, qalıq 164.8 qram) ekspertiza xərci 30.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X7, üzərində şəxsi axtarış keçirilir. Axtarış tədbirləri zamanı Samux rayonu, Hacıallı kəndində yerləşən meşə massivinin yaxınlığında saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 195 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ondan aşkar olunur. Sonra Samux rayon Polis şöbəsində X11 müdafiəçi ilə təmin olunur, keçirilmiş əməliyyat çəlişinə baxış keçirilir, baxış zamanı X11 video çəkilişdəki şəxsi özü olduğunu və marixuananın özünə məxsus olduğunu etiraf etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 195 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı X11 üzərindən aşkar edilən kütlənin marixuana olduğunu, ona məxsus olduğunu, həmin marixuananı tapdığını, arabir marixuananı istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X7 yaşadığı Samux rayonu, Hacıallı kəndində yerləşən evə baxışı keçirilmin özü könüllü olaraq yataq dəstinin alıtından 1 ədəd avtomat, bir ədəd daraq və 4 ədəd patronu təhvil vermiş və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 260 saylı rəyindən görünür ki, X11 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcbuli müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013- 2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən “Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş xəstəlikləri olan cinayət törətmiş narkomanlar barəsində məcburi müalicə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 oktyabr tarixli 186 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 766; 2008, № 8, maddə 787) ləğv edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 06 yanvar 2025-ci il tarixli 25/5 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. (Bax: silahın tədqiqi hissəsinə)
3. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlardan 02 ədədi zavod üsulu ilə 1979-cu ildə keçmiş SSRİ dövlətində, 02 ədədi isə zavod üsulu ilə 1993-cü ildə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. (Bax: silahın və patronların tədqiqi hissəsinə)
4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ də yerləşən «güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadis yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Təqdim edilmiş 04 ədəd 5.45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(058)-11/2024 nömrəli hökmündən görünür ki, X11 Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 4(058)-1/2025 saylı qərarından görünür ki, X7 barəsində həbs etmənin əvvəli 05 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 1(104)-355/2025 nömrəli qərarından görünür ki, Samux Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 1(058)-11/2024 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, X8 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 hazırkı cinayət işi üzrə 01 avqust 2023-cü il tarixdən 18 mart 2024-cü il tarixədək həbsdə olduğu 7 (yeddi) ay 17 (on yeddi) gün müddət və hökm çıxarıldıqdan sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi 8 (səkkiz) ay müddət azadlıqdan məhrum etmə müddətinə iki günə bir gün hesabı ilə, yəni 4 (dörd) ay hesablanmaqla, cəmi 11(on bir) ay 17(on yeddi) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X7 şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. X7 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, X11 Azərbaycan Respublikası CM-nin 234.1-ci və 228.1-ci maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əasan cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X7 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə X8 məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinirn sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinirn sanksiyasında qeyd olunan cinayət əməli iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs X7 barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. X7 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. X11 yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, X11 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmadıdır Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qərarı ilə ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X7 həbsdə olduğu 1(058)-11/2024 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 07 ay 17 gün və hökm çıxarıldıqdan sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi 08 ay müddət azadlıqdan məhrum etmə müddətinə iki günə bir gün hesabı ilə 04 ay hesablanmaqla 11 ay 17 gün cəzasından çıxılmalı, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisənidə çəkməli və cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə X7 60 yaşdan yuxarı olmasını nəzərər alaraq ona cəza çəkdiyi müddətdə yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.3-cü maddəsinə əsasən X11 Azərbaycan Respublikasında doğulduğundan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilməz. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 164.8 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSR dövlətində 1983-cü ildə istehsal olunmuş 5.45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd patron və 01 ədəd patron daraq Dövlət nəfinə əvəzsiz olaraq müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X6 tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
X11 Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X11 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qərarı ilə ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X7 1(058)-11/2024 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 07 ay 17 gün və hökm çıxarıldıqdan sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi 08 ay müddət azadlıqdan məhrum etmə müddətinə iki günə bir gün hesabı ilə 04 ay hesablanmaqla 11 ay 17 gün cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisənidə çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2025-ci il tarixdən hesablansın. X11 yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. X7 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSR dövlətində 1983-cü ildə istehsal olunmuş 5.45 mm kalibrli «kalaşnikov» konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd patron və 01 ədəd patron daraq Dövlət nəfinə əvəzsiz olaraq müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 164.8 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat məbləğində pul vəsaiti X6 tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Gündüz Şirinov