Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-22/2024 06.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Qurbanova (Muradova) Aytən Məmməd qızının, Təqsirləndirilən şəxs və müdafiəçisi Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Samux rayonu, Qırmızı Samux kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Samux rayonu, Qırmızı Samux kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir, belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 22 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 06 noyabr 2017-ci il təvəllüdlü X7 və 02 iyun 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Qurbanova (Muradova) Aytən Məmməd qızına verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)-50/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Samux Rayon Məhkəməsinin 3(058)-98/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 05 oktyabr 2023-cü il tarixədək Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)-50/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən 3600,00 manat ödənməmiş aliment borcunu zərərçəkmiş şəxs Qurbanova (Muradova) Aytən Məmməd qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Qurbanova (Muradova) Aytən Məmməd qızı ilə 2012-ci ildə faktiki olaraq nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişlər. Bu nikahdan 06 noyabr 2017-ci il təvəllüdlü X10 və 02 iyun 2019-cu il təvəllüdlü X11 adında övladları anadan olmuşdur. O, faktiki nikah münasibətlərində olduğu müddətdə Qurbanova (Muradova) Aytən Məmməd qızı ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqlar anası Zərərçəkmiş şəxs (Muradovanın) himayəsində, Samux rayonunda yaşamışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs (Muradova) uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 22 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 06 noyabr 2017-ci il təvəllüdlü X7 və 02 iyun 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Qurbanova (Muradova) Aytən Məmməd qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 05 oktyabr 2023-cü tarixədək 3600,00 manat məbləğində aliment borcu yığılıb qalmışdır. O, uşaqlarına baxmalı olduğunu dərk edir, sadəcə maddi imkanı kifayət qədər olmaması səbəbindən alimenti ödəyə bilməmişdir. Fərdi əmək fəaliyyəti ilə, yəni əkin-biçin ilə məşğuldur. Hazırda əkindən əldə etdiyi məhsulu satıb, lakin hələ məhsulun dəyəri ona ödənilməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qurbanova (Muradova) Aytən Məmməd qızı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2012-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikahlarını isə xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişlər. Bu nikahdan 06 noyabr 2017-ci il təvəllüdlü X10 və 02 iyun 2019-cu il təvəllüdlü X11 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə ət kəsim məntəqəsində qəssab işləmiş və qazancı 500,00-600,00 manat təşkil etmişdir. Həmin müddətdə onlar Samux rayonunda Təqsirləndirilən şəxs ata evində birlikdə yaşamışdırlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Onlar ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2022-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 06 noyabr 2017-ci il təvəllüdlü X7 və 02 iyun 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən 3600,00 manat məbləğində ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay bir uşaq üçün 100,00 manat olmaqla cəmi 200,00 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. Samux rayon İcra və Probasiya şöbəsində xx.xx.2022-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək üçün həmin tarixdə borcluya qərar və bildiriş göndərilmiş, tələb dərhal icra olunmadığından məcburi icra tədbirləri həyata keçirmək üçün tədbirlər görülsə də müsbət nəticə əldə olunmamışdır. Tələbkar şöbəyə müraciət edərək borclu tərəfindən ona heç bir ödəniş edilmədiyini bildirmiş və onun barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şöbəyə gəlmiş izahatı alınmış, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh olunmuşdur. Bundan sonra borclu yenə də məhkəmə qərarını qərəzli olaraq icra etməməyə davam etmiş, inzibati tənbeh tədbirlərindən sonra tələbin yerinə yetirilməsi üçün borcluya yeni müddət verilmiş, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilərək onun izahatı alınmışdır. Lakin borclu tələbi icra etməməkdə davam etmişdir. İcraat dövründə Təqsirləndirilən şəxs tərəfindən öhdəlik yerinə yetirməmiş, icra sənədi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək 4800,00 manat ödənilməli olan puldan cəmi 1200,00 manat ödəniş edilmiş 3600,00 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq üzərinə düşən vəzifələri yerinə yetirməmiş, tələbin icrasına maneçilik törədən hallara yol vermişdir. Tələbkar borcu ödəməkdən boyun qaçırdığına görə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə müraciət edilməsini icra şöbəsindən xahiş etmişdir. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə və yeni müddət verilməsinə baxmayaraq icra etməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində digər Şahid1 göstərdikləri xüsusatlara uyğun ifadə verərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının 28 fevral 2024-cü il tarixli, 3-17-2/2-15378/2024 nömrəli məktubundən görünür ki, Muradov X5 Mərkəzinə müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Muradov X9 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin müvafiq qətnaməsinə əsasən müəyyən edilmiş aliment üzrə yaranmış aliment borcunu ödəməklə qətnamənin icrası tələb edilmiş, əks təqdirdə qanunvericilikdə göstərilmiş məsuliyyəti diqqətinə çatdırılmışdır. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 3(058)-98/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)-50/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Müəyyən edilir ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsinin icra olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməyə görə məhkəmənin müvafiq qərarına əsasən inzibati məsuliyyətə cəlb olunmasına, ona dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq həmin qətnamə borclu tərəfindən icra edilməmişdir. Cinayət işinin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxs maddi vəziyyətinin imkan verməməsi ilə əlaqədar qətnaməni icra edə bilməməsini qeyd etmiş və borcunu yaxın müddətdə ödəyəcəyini bildirmiş, həmin səbəbdən məhkəmə iclası növbəti tarixə təxirə salınmış Təqsirləndirilən şəxs həmin müddət ərzində borcundan çox az miqradarda ödəniş etmişdir. Təqsirləndirilən şəxsin ifadəsində aliment borcunu ödəməyə maddi imkanının olmadığını bildirməsi özünü müdafiə xarakteri daşımaqla iş materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təkzib olunur. Onun işin məhkəmə icraatı dövründə aliment borcundan çox az miqdarda ödəniş etməsi məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 120 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Samux şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 120 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-22/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-22/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver