Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-23/2023 08.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Samux rayon Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayon Sərkar kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 13 avqust 2018-ci il tarixdən başlayaraq 24 iyun 2013-cü il təvəllüdlü X2 və 06 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)-980/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 16 iyun 2022ci il tarixli 3(058)-171/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 9448.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahların isə 25 iyun 2013-cü ildə rəsmiləşdirilmişlər. Onlar evli olduğu müddətdə 24 iyun 2013-cü il təvəllüdlü X4 və 06 aprel 2017-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Onlar yola getmədikləri üçün ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladları Zərərçəkmiş şəxs himayəsində yaşamış, ayrılandan sonra X7 uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən ondan 13 avqust 2018-ci il tarixdən hesablanmaqla 24 iyun 2013-cü il təvəllüdlü X2 və 06 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Samux Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə maddi imkanı kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 15 dekabr 2022-ci il tarixədək 9448.00 manat aliment borcu yığılıb qalmışdır. O, övladlarına baxmalı olduğunu dərk edir, sadəcə qətnamədə qeyd edilən aliment məbləğinin çox olduğunu, buna görə də qətnamə ilə razı olmadığını, lakin alimentin azaldılması və ya yaranmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmədiyini, hazırda Göygöl rayonunda dostu Babək Əliyevin yanında fəhləlik etdiyini, aylıq qazancının 350-400 manat təşkil etdiyini, istintaq müddətində yaranmış aliment borcundan 200 manat ödəniş etdiyini, bununla bağlı qəbzi ifadəsinə əlavə etdiyini bildirmişdir. Ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahların isə 25 iyun 2013-cü ildə rəsmiləşdirilmişdlər. Onların 24 iyun 2013-cü il təvəllüdlü X4 və 06 aprel 2017-ci il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. O, evli olduqları müddətdə X6 rayonunda Mərkəzi Poçtda mühafizəçi işlədiyini və qazancının 400-500 manat təşkil etdiyini, həmin müddətdə onların Samux rayonu, Sərkər kəndində birlikdə yaşadıqlarını bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görədə ayrılmaq qərarına gəlmiş, uşaqlar isə onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2018-ci ildə Qəhrəman Məhərəmova qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2018-ci il tarixdən hesablanmaqla 24 iyun 2013-cü il təvəllüdlü X2 və 06 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsədə aylıq ödəməli alimenti ödəməmişdir. Sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən 9448,00 manat ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, maddi və mənəvi köməkliyi olmamışdır. Ziyanı ödəmədiyindən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 Alim oğlu ifadəsində bildirdi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay bir uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat aliment alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Samux rayon İcra və Probasiya şöbəsində xx.xx.2018-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək üçün həmin tarixdə borcluya qərar və bildiriş göndərilmiş, tələb dərhal icra olunmadığından məcburi icra tədbirləri həyata keçirmək üçün tədbirlər görülsə də müsbət nəticə əldə olunmamışdır. Tələbkar şöbəyə müraciət edərək borclu tərəfindən ona heç bir ödəniş edilmədiyini bildirmiş və onun barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun çağırışlarına gəlmədiyinə və rayon ərazisində olmadığına görə borclu Təqsirləndirilən şəxs axtarılması barədə xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmiş və Samux Rayon Polis Şöbəsində xx.xx.2019-cu il tarixdə 810142 saylı axtarış işi açılmışdır. Samux Rayon Polis əməkdaşları tərəfindən tutularaq, xx.xx.2022-ci il tarixdə şöbəyə gətirilmiş, Təqsirləndirilən şəxs izahatı alınmış, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Samux Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra borclu yenə də məhkəmə qərarını qərəzli olaraq icra etməməyə davam etmiş, inzibati tənbeh tədbirlərindən sonra tələbin yerinə yetirilməsi üçün borcluya yeni müddət verilmiş, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilərək onun izahatı alınmışdır. Lakin borclu tələbi icra etməməkdə davam etmişdir. İcraat dövründə Təqsirləndirilən şəxs tərəfindən öhdəlik yerinə yetirməmiş, icra sənədi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 16016 manat ödənilməli olan pulundan cəmi 6568 manat ödəniş edilmiş, 9448 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq üzərinə düşən vəzifələri yerinə yetirməmiş, tələbin icrasına maneçilik törədən hallara yol vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 16016 manat ödənilməli olan pulundan cəmi 6568 manat ödəniş edilmiş, 9448 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq üzərinə düşən vəzifələri yerinə yetirməmiş, tələbin icrasına maneçilik törədən hallara yol vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)-980/2018 nömrəli qətnaməsindən görünür ki, 13 avqust 2018-ci il tarixdən başlayaraq, 24 iyun 2013-cü il təvəllüdlü X2 və 06 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Samux rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Samux rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(058)-980/2018 saylı icra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə xx.xx.2018-ci il tarixli, 2(058)-980/2018 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022 il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan Samux rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xx.xx.2018xx.xx.2022-ci illər ərzində ödədiyi aliment puluna dair cədvəllərdən görünür ki, borclu tərəfindən qeyd edilən illər ərzində ümumilikdə 6568 manat aliment ödənilmiş, 9448 manat məbləğində aliment isə borc olaraq qalmışdır. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin Samux rayon filialının xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hesabına 200 manat məbləğində ödəniş etmişdir. Cinayət işinin materiallarında olan Samux rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(058)-171/2022 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. Cinayət işinin materiallarında olan Samux Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(058)–147/2018 saylı qərardadından görünür ki, Samux rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(058)-980/2018 saylı icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixdə tarixdə Samuz şəhərində tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı mənzildə borcluya məxsus qanunla tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli 12/232950004 nömrəli qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)-980/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs 13 avqust 2018-ci il tarixdən başlayaraq, 24 iyun 2013-cü il təvəllüdlü X2 və 06 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 sentyabr 2018ci il tarixli 2(058)-980/2018 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 16 iyun 2022-ci il tarixli 3(058)-171/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 9448.00 manat aliment borcunu tələbkara ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1 (yeni redaksiyada 528.1) – ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan ödəniş qəbzindən görünür ki, təqsirləndirilən şəxs mövcud aliment borcunun 200 manat məbləğini ibtidai istintaq müddətində ödəmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Eləcə də, cinayət işinin materiallarında olan xx.xx.2023-cü tarixdə verilmiş “qətimkan tədbiri seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçimişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5–ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» dəyişdirilməli, onun barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından həbs edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-23/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-23/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver