Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-26/2024 01.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Samux rayonu, Çobanabdallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadəyə yararlı darağı və həmin darağın içərisində döyüş sursatı hesab edilən atəşə yararlı 04 ədəd patronlardan 02 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli və həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarını qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, 07 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Samux RPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Samux rayonu, Əhmədbəyli kəndi, Eltun İsgəndərov küçəsində saxlanılaraq, Samux RPŞ-nə aparılıb onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol iç döş cibindən həmin qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq, daşıyıb üzərində saxladığı 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadəyə yararlı darağı və həmin darağın içərisində döyüş sursatı hesab edilən atəşə yararlı 04 ədəd patronlardan 02 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli və həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, 2023-cü ilin oktyabr ayının əvvəllərində xatırlamadığı bir günündə yaşadığı Samux rayonu, Çobanabdallı kəndinə piyada üzü Əhmədbəyli kəndinə gedən zaman Samux rayonu, Qarabağlar-Əhmədbəyli kəndi yolu üzərində yeni quraşdırılmış Gəncə çayının üzərində olan körpünün yanında qara rəngli sellofan paket tapmışdır. Həmin paket bükülü vəziyyətdə olmuş, həm də uzun olduğundan diqqəti cəlb etmiş, buna görə də paketi götürmüşdür. Həmin paketin içərisinə baxan zaman 1 (bir) ədəd avtomat silah, 1 (bir) ədəd daraq və 4 (dörd) ədəd patron olduğunu görmüşdür. Silah yaxşı vəziyyətdə olmuş, o, həmin vaxt fikirləşmişdir ki, avtomatı əgər aparsa görərlər, buna görə də qərara gəlmişdir ki, avtomatı həmin yerdə torpağın altında gizlətsin. Avtomatı torpağın altında gizlətmiş, ancaq 1 (bir) ədəd darağı və 4 (dörd) ədəd patronu özü ilə götürmüşdür. Bir müddət sonra həmin daraq və patronu gizli saxlaya bilməyəcəyini görüb qərara gəlmişdir ki, aparsın onları da avtomatı basdırdığı yerdə gizlətsin. 07 yanvar 2024-cü il tarixdə axşam saat 16 radələrində yaşadığı evdən çıxıb piyada avtomatı basdırmış olduğu yerə getmiş, Samux rayonu, Əhmədbəyli kəndi yolu, Eltun İsgəndərov küçəsi ilə gedərkən həmin vaxt tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ona demişlər ki, onlarda onun barəsində qanunsuz olaraq silah komplekt hissələr, döyüş sursatı olması barədə əməliyyat məlumatı vardır. Bundan sonra onlar ona təklif etmişlər ki, onlarla birlikdə Samux rayon Polis şöbəsinə getsin. O, artıq bilmiş ki, polis əməkdaşlarının onun silah əldə etməyi barədə məlumatları var, buna görə də o, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşı olan təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, həmin vaxt ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olubolmamasını, əgər varsa təqdim edilməsini təklif etmişlər. O, da həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol tərəf iç cibində avtomat silaha məxsus 1 (bir) ədəd daraq olduğunu demiş və onu təqdim etmişdir. Həmin 1 (bir) ədəd darağa baxış keçirilmiş və baxış zamanı darağın içərisində 4 (dörd) ədəd patron aşkar edilmişdir. 1 (bir) ədəd daraq və darağın içərisində 4 (dörd) ədəd patron qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. İlkin şifahi sorğu zamanı o, demişdir ki, həmin darağı və patronları 2023-cü ilin oktyabr ayının əvvəllərində, xatırlamadığı bir günündə yaşadığı Samux rayonu, Çobanabdallı kəndinə piyada gedən zaman Samux rayonu, Çobanabdallı-Qarabağlar kəndindən Gəncə çayının yanından tapmış, tapan zaman avtomat silah da olmuş, ancaq həmin silahı tapmış olduğu yerdə gizlətmişdir. Bundan sonra onlar xidməti avtomobillərlə Samux rayonu, Qarabağlar kəndinə getmiş, Qarabağlar-Əhmədbəyli kənd yolunda Gəncə çayının üzərində quraşdırılmış körpünü keçib çayın kənarına düşmüşlər və orada torpaqlıq olan yerdə kol tikanlarının altında gizlətmiş olduğu 1 (bir) ədəd avtomat silahı təqdim etmişdir. Həmin 1 (bir) ədəd avtomat silah qara rəngli sellofanın içərisində olmuş, həmin vaxt avtomat silah qara rəngli sellofan paketə qablaşdırılmış və üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Samux rayon Polis şöbəsinin Kibercinayətkarlığa qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 07 yanvar 2024-cü il tarixdə Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etməsi, daşıması və ya gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyatın müəyyənləşdirməsi nəticəsində həmin şəxsin xx xxxx 1978-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 07 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Samux rayon Polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Samux rayonu, Əhmədbəyli kəndi istiqamətində hərəkət etmişlər. Samux rayonu, Əhmədbəyli kəndi Eltun İsgəndərov küçəsində olması müəyyən edilmiş və həmin yerdə onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmiş və ona qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etməsi, daşıması və ya gəzdirməsi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux rayon Polis şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və birlikdə Samux rayon Polis şöbəsinə getmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş-leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onda hər hansı bir silah qismində olan əşyanı və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç döş cibindən 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağı və həmin darağın içərisində 04 (dörd) ədəd patronları təqdim etmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və həmin darağın içərisində 04 (dörd) ədəd patronlar qablaşdırılmış möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağı və həmin darağın içərisində 0 4(dörd) ədəd patronları Samux rayonu, Qarabağlar kəndi içərisindən keçən çayın kənarına gizlətmiş olduğu avtomata məxsus olduğunu və verilən suallara cavab olaraq bildirmişdir ki, “Kalaşnikov” konstruksiyalı avtomatı gizlətmiş olduğu yeri və avtomatı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti yekunlaşmış, əməliyyat tədbirlərinin davamı olaraq əməliyyat qrupunun üzvləri, müdafiəçi və iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə xidməti avtomobillərlə Samux rayonu, Qarabağlar kəndinə getmişlər. Təqsirləndirilən şəxs yolu göstərməyi ilə onlar həmin günü saat 17:20-də Samux rayonu, Qarabağlar-Əhmədbəyli kəndi yolunda Gəncə çayının üzərində quraşdırılmış körpünün yaxınlığında olan torpaq əraziyə çatmışlar. Həmin əraziyə baxış keçirilirkən həmin yerdə iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs orada torpaqlıqda qara rəngli sellofan torbada gizlətmiş olduğu 01 ədəd 7,62 mm kalibrli olmaqla, “Kalaşnikov” konstruksiyalı AK-47 modelli avtomatı könüllü olaraq təqdim etmişdir. Həmin avtomat təhqiqatçı Həsən Qurbanov tərəfindən qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Samux rayon polis şöbəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-ballistik ekspertizasının 08 yanvar 2024-cü il tarixli 24/24 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №si silinmiş silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AK-47 modelli, təyinatı üzrə hərbi ibtidai dərslərində təlim-məşq üçün nəzərdə tutulmuş avtomatdır. Yuxarıda göstərilən səbəbdən, silah hal-hazırda atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlardan 02 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən daxil olmuş 18 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 20 faiz əmək haqqından tutularaq 01 il 02 ay islah işləri cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında qeyd olunan iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının CM-nin 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə zalından həbs edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, atəş üçün yararlı 04 ədəd patronlardan 02 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 ədədi zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, “Kalaşnikov” konstruksiyalı avtomatların darağı Dövlət nəfinə əvəzsiz olaraq müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “DVD” diski iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, atəş üçün yararlı 04 ədəd patronlardan 02 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 02 ədədi zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Kalaşnikov” konstruksiyalı avtomatların darağı Dövlət nəfinə əvəzsiz olaraq müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “DVD” diski iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Hökmdən 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayət ivə ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-26/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-26/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver