Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-26/2025 07.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci və 185.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 15 dekabr 2024-cü il tarixdə saat 14 radələrində, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə X2 məxsus 5500 (beş min beş yüz) manat dəyərində “VAZ 2107” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sonuncunun işlədiyi Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən “Toyota” servizin arxasında olan Metalqəbulu məntəqəsinin yan hissəsindən sahibinin iradəsindən kənar olaraq talama məqsədi olmadan zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub qəsdən qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 15 dekabr 2024-cü il tarixdə saat 14 radələrində, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus 16500 (on altı min beş yüz) manat dəyərində olan “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu İnstitut qəsəbəsi, Bağmanlar kəndi, Atabəylər prospekti yolunda sahibinin iradəsindən kənar olaraq talama məqsədi olmadan zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub qəsdən qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.2.2-ci və 185.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, ustalıq edərək dolanır. Onun ailədaxili problemi, yəni arvadıyla boşanma ərəfəsində olduğu üçün və arvadı ona övladlarını göstərmədiyinə görə o, hər gün içki qəbul edirmiş. Sonuncu dəfə, yəni 15 dekabr 2024-cü il tarixdə səhər saat 06 radələrində Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən 24 saat fəaliyyət göstərən mağazadan 2 ədəd “GO” və visqi-spirtli içkiləri almışdır. O, həmin spirtli içkilərini qəbul etdikdən sonra övladları yadına düşdüyü üçün arvadı X5 ilə telefon əlaqəsi saxlayaraq ondan övladlarını onunla görüşdürməsini istəmişdir. Bu zaman arvadı Aytən Hüseynova ona tərs cavab verərək övladlarına həsrət qoyacağını bildirmişdir. Bu zaman o, əsəbi halda yaşadığı evin mətbəxinin aynalarını yumruq ilə qırmağa başlamışdır. O, aynaları sındıran zaman o, sağ əlindən şüşə kəsiyi xəsarəti almışdır. O, içkili olduğu üçün ağrıları hiss etməmişdir. O, içkili halda 15 dekabr 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evi tərk edərək Məhsəti qəsəbəsində hərəkətdə olan zaman küçədə ağaca söykənildi vəziyyətdə velosiped görmüşdür. O, velosipedi götürərək oradan uzaqlaşmışdır. O, içkili və yorğun olduğu üçün velosipedi “Toyota” servizin arxasında qoyaraq İşıq transformatorunun yaxınlığında yuxuya getmişdir. O, 15 dekabr 2024-cü il tarixdə saat 14 radələrində yuxudan oyananda görmüşdür ki, əli üzərində olduğu üçün paltarı, əli qan içindədir. O, içkili vəziyyətdə ayağa qalxaraq biraz getdikdə uzaqdan polis avtomobilinin hərəkət etdiyini görmüşdür. O, düşünmüşdür ki, icazəsiz velosipedi götürdüyü üçün velosipedin sahibi velosipedin oğurlanması ilə bağlı polisə şikayət edib. Buna görə də polis əməkdaşları onu axtarırlar. Bu zaman o, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən, metal qəbulu məntəqəsinin yan hissəsində aynası açıq vəziyyətdə “VAZ 2107” markalı avtomobil dayandığını görmüşdür. O, avtomobilə yaxınlaşanda avtomobilin qapısı açıq olmaqla yanaşı mühərriki işə salan zamoqun açarı da avtomobilin üzərində olduğunu görmüşdür. O, içkili vəziyyətdə olduğu üçün fikirləşirmiş ki, polislər onu axtarırlar. Buna görə də avtomobili idarə edərək hadisə yerindən uzaqlaşmışdır. O, “VAZ 2107” markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolu səhv salaraq Samux rayonu, İnstitut qəsəbəsi, Bağbanlar kəndi istiqamətinə dönmüşdür. Bu zaman o, qaçırdığı avtomobili sürətlə hərəkət etdirdiyi üçün kəndin əhalisi onun arxasınca qaçaraq gəlməyə başlamışdır. O, qarşısı bağlı küçəyə girdiyi üçün avtomobili idarə edə bilməmişdir. Bu zaman o, qorxmuşdur ki, kəndin əhalisi onu tutsa döyəcəklər. Buna görə də o, dərhal “VAZ 2107” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili orada qoyub hasardan aşaraq qaçmağa başlamışdır. Bu zaman kəndin içində dayanıqlı vəziyyətdə “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyatda nişanlı avtomobili görmüşdür. O, avtomobilə yaxınlaşanda görmüşdür ki, avtomobilin qapısı açıq olmaqla yanaşı mühərriki işə salan zamoqun açarı da avtomobilin üzərindədir. Arxaya baxanda görmüşdür ki, iki nəfər şəxs qışqıraraq ona tərəf qaçmışdır. O, qorxduğu üçün dərhal “Fiat Doblo” markalı avtomobilin mühərrikini işə salaraq oradan uzaqlaşmışdır. O, “Fiat Doblo” markalı avtomobil ilə Gəncə şəhər istiqamətinə hərəkət etməyə başlamışdır. O, yolda olan zaman çoxlu qan itirdiyi üçün Gəncə şəhəri, Atatürk prospekti 197, №-li yataqxananın arxasına keçmiş və avtomobili orada saxlamışdır. O, yataqxananın qarşısında olan avtomobil təmiri sxeminə daxil olaraq orada avtomobil krasqası ustası olan dostu Asimə yaxınlaşaraq ona bildirmişdir ki, halı yaxşı deyil ona köməklik göstərsin. Bu zaman Asim ondan nə baş verdiyini soruşanda o, Asimə əsəbi olduğu üçün əli ilə evin aynasını qırdığını demişdir. Asim görmüşdür ki, halı yaxşı deyilmiş və dərhal onu özünə məxsus avtomobilin arxa oturacağına əyləşdirərək onu yaşadığı ünvan 2 ünvanına çatdırmışdır. O, Asimə məxsus avtomobildə qan itirdiyi üçün huşunu itirməyə başlamışdır. O, oyanan zaman görmüşdür ki, yaşadığı ünvanda əli sarıqlı vəziyyətdə yatağımdadır. Başının üzərində isə Asim dayanıbdır. Bu zaman o, Asimə həqiqətləri danışanda Asim ona bildirmişdir ki, onunla bərabər onu da kömək etdiyi üçün məsuliyyətə cəlb edəcəklər. Asim qorxduğu üçün onu evdə tək qoyaraq oradan uzaqlaşmışdır. 16 dekabr 2024-cü il tarixdə saat 05 radələrində polis əməkdaşlarının yaşadığı ünvana gəldiklərini görmüşdür. Bu zaman o, qorxduğu üçün qaçmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. O göstərmişdir ki, “VAZ 2107” markalı 09- BS-477 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək aparmağına səbəb içkili olduğu üçün düşünmüşdür ki, icazəsiz götürdüyü velosipedin sahibi velosipedin oğurlanması ilə bağlı polisə şikayət edib. Buna görə də polis əməkdaşları onu axtarır. O, Samux rayonu, İnstitut qəsəbəsi, Bağbanlar kəndində “VAZ 2107” markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobili sürətlə hərəkət etdiyi üçün həmin kəndin sakinləri onun arxasınca qaçdıqlarını görmüşdür. O, onların onu döyməklərindən qorxduğu üçün “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək oradan aparmışdır. Onun hər iki avtomobili qaçırtmaq niyyəti olmamışdır. Həmin avtomobilləri idarə edən zaman heç bir cinayət əməli törətməmiş və belə bir niyyəti olmamışdır. Həmin avtomobilləri idarə edən zaman spirtli içkinin təsiri altında olmuşdur. Həmin avtomobillərə heç bir zədə yetirməmiş və avtomobillərdə olan hər hansı bir əşyanı götürməmişdir. Avtomobil idarə etmək üçün sürücülük hüququ verən sürücülük vəsiqəsi vardır. Həmin avtomobillərin qaçırılmasında hər hansısa bir şəxsin köməkliyi olmamışdır. Bundan başqa hər hansısa bir cinayət hadisəsi törətməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobili tanışı Şahid1 sürmə etibarnaməsi ilə idarə etməyə vermişdir. Şahid1 Gəncə şəhəri ərazisində yerləşən "xxxx" MMC kombinatında sürücü işləyirmiş. Adətən o, MMC-də ətləri götürüb ona məxsus “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif rayonlara ət paylayır. 15 dekabr 2024-cü il tarixdə təxminən günorta saatlarında o, Gəncə şəhərində olan zaman ona xəbər vermişdirlər ki, Şahid1 idarə etdiyi “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu İnstitut qəsəbəsi Bağmanlar kəndində yaşayan tanışı Faiq adlı şəxsin yaşadığı evinin qarşısından naməlum şəxs qaçırtmışdır, Şahid1 da avtomobili tapa bilmədiyi üçün AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Sonradan məlum olmuşdur ki, Samux rayonu İnstitut qəsəbəsi Bağmanlar kəndində bir küçədə ağ rəngli “Vaz 2107” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil də olmuş, Şahid1 hadisə yerinə gəlmiş polis əməkdaşları ilə Gəncə şəhərinə gedərək avtomobili Gəncə şəhəri, “Tekstilni” adlanan yerin arxasında olan binaların arasından tapmışdır. Avtomobildən heç bir əşya oğurlanmamışdır. Sonradan bilmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs ona məxsus və idarə etdiyi “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu İnstitut qəsəbəsi, Bağmanlar kəndində Faiqin evinin qarşısından götürüb Gəncə şəhəri, Atatürk prospekti 197, 1 nömrəli yataqxananın arxasına qoyub qaçmışdır, həmçinin də Gəncə şəhərindən ağ rəngli “Vaz 2107” markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobil də qaçırdaraq Samux rayonu ərazisinə qoymuşdur. O, hadisənin birbaşa şahidi olmamış, ümumiyətlə avtomobil idarə etmirmiş, tanışı Şahid1 sürmə etibarnaməsi ilə idarə etməyə vermişdir. Ona məxsus avtomobil sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs tərəfindən 15 dekabr 2024-cü il tarixdə təxminən günorta saatlarında Samux rayonu İnstitut qəsəbəsi, Bağmanlar kəndində Faiqin evinin qarşısından qaçırılmış və sonradan avtomobili Şahid1 polis əməkdaşları ilə Gəncə şəhəri, Atatürk prospekti 197, 1 nömrəli yataqxananın arxasından tapmışdır. O göstərmişdir ki, həmin avtomobildə heç bir əşyası olmamış, həmçinin Şahid1 məxsus avtomobildən hər hansı bir əşya və yaxud da bir əmlak oğurlanmamışdır. Avtomobilin bu günə bazar qiyməti 17000 manatdır. Ümumilikdə 17000 manat dəyərində avtomobil Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən qaçırılmışdır. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən, metal qəbulu məntəqəsində fəhlə işləyərək ailəsini dolandırır. O, hər gün səhər saat 07:30-da özünə məxsus “VAZ 2107” markalı avtomobili ilə işlədiyi Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən “Toyota” servizin arxasında olan Metal qəbulu məntəqəsinə gələrərək işə başlayırmış. xx.xx.2024-cü il tarixdə saat 07:30da eyni qaydada özünə məxsus avtomobil ilə işə gələrək avtomobili metal qəbulu məntəqəsinin qarşısında saxlayıb metal qəbulu məntəqəsinə daxil olmuşdur. Saat 13:00da işlədiyi Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən “Toyota” servizin arxasında olan Metal qəbulu məntəqəsinin yanında yerləşən kafedə günorta yeməyini yedikdən sonra saat 14:15-də o, kafedən çıxanda görmüşdür ki, ona məxsus “VAZ 2107” markalı **-BS-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil saxladığı yerdə yoxdur. O, əvvəlcə fikirləşmişdir ki, kimsə onunla zarafat edir. O, özünə məxsus avtomobili 25 dəqiqə axtardıqdan sonra tapa bilmədiyi üçün məcbur qalıb DİN-nin 102 -xidmətinə müraciət etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarının köməkliyi ilə ona məxsus “VAZ 2107” markalı **-BS-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil Samux rayonu, Bağbanlar kəndində qapıları açıq vəziyyətdə tapılmışdır. Ona məxsus avtomobilin açarı zamoqun üzərində olmuşdur. O göstərmişdir ki, avtomobilin qapılarını bağlamamış, mühərriki işə salan açar zamoqun üzərincə olmuş, avtomobilin mühərrikini işə salan zamoqun yeri xarab olduğu üçün açar qapıları isə fikirli olduğu üçün bağlamaq yadından çıxıbmış, avto əşya və yaxud da bir əmlak oğurlanmamışdır. Avtomobilin manatdır. Bundan başqa ona məxsus avtomobilin sürətlər qutusu da dağılmışdır Ümumilikdə 6000 manat ziyan dəymişdir. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri ərazisində yerləşən "xxxx" MMC kombinatında sürücü işləyir. Adətən o, MMC'-də ətləri götürüb “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif rayonlara ət paylayırmış. Həmin avtomobil Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 məxsusdur, o, avtomobili sürmə etibarnaməsi ilə idarə edir. 15 dekabr 2024-cü il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi “Fiat Doblo” markalı 77- BV-308 dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu institut qəsəbəsi Bağmanlar kəndində yaşayan tanışı Faiq adlı şəxsin yaşadığı evə getmişdir ki, ondan xırda buynuzlu heyvan alsın. Avtomobillə Faiq gilin evinin qarşısında dayanıb avtomobildən düşmüş, motoru söndürmüş, ancaq açarları avtomobilin üzərində qoyub Faiq gilin evinin həyətinə daxil olmuş, Faiqlə heyvanlara təxminən yarım saat baxıb alışları baş tutmadığından küçəyə çıxmış, çıxan zaman görmüşdür ki, avtomobil yoxdur, həmin vaxt orada olan tanımadığı bir şəxsin olduğunu görüb ondan soruşmuşdur ki, avtomobili kim sürmüşdür, o da ona demişdir ki, əli yaralı, üzü saqqallı bir cavan oğlan avtomobilə minərək bir dəfə geri fırlanıb yenidən bərk sürətlə asfalt yolnan üzü X1 doğru sürmüşdür. O da Faiqdən xahiş etmişdir ki, onun avtomobili ilə ona məxsus avtomobilini tapsınlar. Onlar İmamzadə yolu ilə getsələr də avtomobili tapa bilməmişdirlər və o, AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Bir qədər keçmiş ona xəbər etmişdirlər ki, Samux rayonu İnstitut qəsəbəsi Bağmanlar kəndində bir küçədə ağ rəngli “Vaz 2107” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. O da həmin avtomobilin yanına getmiş, belə ki, ona demişdirlər ki, avtomobilin içi qandır. Bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişdilər, o, polis əməkdaşları ilə Gəncə şəhərinə getmiş, çünki demişdirlər ki, avtomobil Gəncə şəhərindədir. Onlar avtomobili Gəncə şəhəri, “Tekstilni” adlanan yerin arxasında olan binaların arasından tapmışdırlar. Avtomobilin qapısı açıq imiş, içində heç kim yox imiş, salonun bir neçə yeri qan imiş, avtomobilə baxanda heç bir əşyanın oğurlanmadığını bilmişdir. Həmin vaxt avtomobilə polislərlə birlikdə baxış keçirilmiş və o, avtomobili götürmüşdür. Sonradan bilmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs onun idarə etdiyi “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu İnstitut qəsəbəsi, Bağmanlar kəndində Faiqin evinin qarşısından götürüb Gəncə şəhəri, Atatürk prospekti 197, 1 nömrəli yataqxananın arxasına qoyub qaçmışdır, həmçinin də Gəncə şəhərindən ağ rəngli “Vaz 2107” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil qaçırdaraq Samux rayonu ərazisinə qoymuşdur. O göstərmişdir ki, avtomobili Samux rayonu İnstitut qəsəbəsi, Bağmanlar kəndində Faiqin evinin qarşısında saxlayan zaman avtomobilin qapılarını bağlamamışdır. Mühərriki işə salan açar zamoqun üzərində olmuşdur. Avtomobildən hər hansı bir əşya və yaxud da bir əmlak oğurlanmamışdır. Avtomobilin bazar qiyməti 17000 manatdır. Ümumilikdə 17000 manat dəyərində avtomobil Təqsirləndirilən şəxs tərəfindən qaçırılmışdır. “Fiat Doblo’ markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2dır, o, avtomobili sürmə etibarnaməsi ilə idarə edirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. 2024-cü il tarixdə bəzi ailədaxili məsələlərə görə ayrılmışlar. Hazırda sözügedən cinayət hadisəsi barədə onun heç bir məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 15 dekabr 2024-cü il cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. 16 dekabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şüphəli şəxs qismində tutulmuşdur. 18 dekabr 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən CM-nin 185.2.4-cü maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. 18 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində dindirilmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklifi ilə, iştirakçılarla birlikdə MSY-nin inzibati binasından çıxaraq hadisə yerinə gedilmiş, təqsirləndirilən şəxs Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən “Toyota” servizin arxasında olan metal qəbulu məntəqəsinin yan hisssəsindən qaçırdığı “VAZ 2107” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yeri göstərmiş. Daha sonra Təqsirləndirilən şəxs göstərdiyi yol ilə Samux rayonu, Bağbanlar kəndində gedilmiş və orada qaçırdığı “VAZ 2107” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı yeri göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Samux rayonu, Bağbanlar kəndində qaçırdığı “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyatda nişanlı avtomobilin olduğu yeri göstərmiş, daha sonra Təqsirləndirilən şəxs göstərdiyi yol ilə Gəncə şəhəri, Atatürk prospekti 197,1 nömrəli yataqxananın arxasına gedilmiş və Təqsirləndirilən şəxs orada qaçırdığı Fiat Doblo markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı yeri göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini göstərən zaman bir neçə istiqamətdən fotoşəkillər çəkilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(125)-408/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 mart 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin 18 dekabr 2024-cü il tarixli 1685 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ üst səthinin yarasıkəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti pram təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və kamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin 20 dekabr 2024-cü il tarixli 45 saylı məhkəmə-tibbi bioloji ekspertiza rəyində qeyd edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə qanın qrup göstəricisi O (İ) alfa, beta-dır. Hadisə yerindən götürülmüş tampon üzərində insana məxsus qan aşkar olunmuş və həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa, beta olduğundan Təqsirləndirilən şəxs məxsus ola bilər. 09 yanvar 2025-ci il tarixdə cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib istintaq aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Samux Rayon Polis Şöbəsinin İstintaq Qurupuna göndərilmişdir. 21 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin etap edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs - xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 2(iki) gün müddətinə, yəni 21 fevral 2025-ci il tarixdən 22 fevral 2025-ci il tarixə Samux RPŞ-nin MSY-nə etap edilmişdir. 21 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 21 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildiyini bildirmişdir. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il şərti sınaq müddəti tətbiq olunmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(058)-8/2025 saylı qərarından görünür ki, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış və barəsində "həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 16 may 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsindən CM-nin 185.2.2 və 185.2.4-cü maddələrinə tövsif edilmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli, notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs hazırda heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş zərərin tam şəkildə ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli, notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs hazırda heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş zərərin tam şəkildə ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 185.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarındakı digər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 185.2.4-cü maddələri ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlindən peşman olması, onun zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəməsi və zərərçəkmiş şəxslərin hazırda ondan heç bir şikayət və tələbinin olmaması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut hesab edilmiş 1 ədəd “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil və 1 ədəd “Vaz 21074” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxlanıldığı müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 1(bir) il 1(bir) ay 12(on iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut hesab edilmiş 1 ədəd “Fiat Doblo” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil və 1 ədəd “Vaz 21074” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə geri qaytarılması nəzərə alınsın. Göstərdiyi 29 saat hüquqi yardıma görə 319 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-26/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-26/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver