Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-27/2025 28.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmamış, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olan, ünvan 1ində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd göy rəngli sellofan paketdə təmiz çəkisi 135 qram, bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 06 fevral 2025-ci il tarixdə saat 11:33-də Samux rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Samux şəhəri (Kolayır kəndi) ərazsində Kür yolunun yaxınlığında saxlanılaraq orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd göy rəngli sellofan paketdə təmiz çəkisi 135 qram, bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda omaqla Samux rayonu Kolayır kəndində yaşayır. Epizodik olaraq narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 2024-ci ilin sentyabr ayının əvvəllərində Samux rayonu Kür çayının kənarında yerləşən restorandan çıxıb yaşadığı evə gedən zaman yabanı halda bitən çətənə kolu tapmışdır. Narkotik istifadəçisi olduğu üçün qərara gəlmişdir ki, həmin çətənə kolunu qurudub ondan istifadə etsin. O, çətənə kolunun yarpaqlarını yığaraq özü ilə birlikdə yaşadığı evə gətirmişdir. Yaşadığı evin çardağının altında yığmış olduğu çətənə yarpaqlarını qurutmuşdur. Həmin çətənə yarpaqları quruduqdan sonra onu sellofan paketə yığaraq Samux rayonu ərazisində Kür yolu adlanan ərazinin yaxınlığında olan ağacın dibində gizlətmişdir. Ara-bir gəlib həmin çətənə kolunun yarpaqlarını gizlətmiş olduğu yerdən öz istifadə edəcəyi qədər götürüb istifadə edirmiş. Heç kimə də onda marixuananın olduğunu deməmişdir. xx.xx.2025-ci il tarixdə həmin yerə gedərək içərisində qurudulmuş marixuana olan sellofan paketi götürmüşdür ki, ondan istifadə etsin və geridə qalan hissəsini isə aparıb tullamaq fikrində imiş. Gizlətdiyi yerdən paketi götürüb aralaşan zaman saat 11 radələrində Samux rayonu ərazisində Kür yolu adlanan ərazinin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşaraq vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ona demişlər ki, onlarda barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı vardır və onlar üzərimdə qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olub-olmaması, əgər varsa təqdim edilməsini təklif etmişlər. Polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, həmin vaxt əlində içərisində qurudulmuş marixuana olan sellefan paketi təqdim etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 165 (yüz altmış beş) qram olması müəyyən edilmişdir. Həmin içərisində qurudulmuş marixuana olan sellofan paket qablaşdırılmış və üzəri möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra Samux Rayon Polis Şöbəsinə aparılmışdır. Samux rayonu Polis şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşı olan təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə aparılmış videoçəkiliş olan diskə baxış keçirilmişdir. Video çəkilişlə bağlı onun heç bir etiraz və vəsatəti yoxdur. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ancaq fəhlə işləməklə ailəsinə baxır. İttiham aktında göstərilən narkotiki tapmışdır. Sonra onu polis əməkdaşları saxlamış və o, artıq bilmişdir ki, polislər onda narkotik olduğunu biliblər. O, əməlini səmimi etiraf edir. Narkotik vasitə ona məxsus olmuşdur. Polis əməkdaşları onu saxlayanda ona qarşı hər hansı bir zor tətbiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Samux Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir. 06 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 06 fevral 2025-ci il tarixdə saat 11:33-də Samux RPŞ-nin Kibercinayətkarlğa Qarşı Mübarizə Qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və Samux RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti polis mayoru X2 ilə birlikdə Samux rayonu, Samux şəhəri (Kolayır kəndi) ərazsində Kür yolunun yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini ona göstərərək özlərini təqdim etmişdirlər. Ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və buna görədə video çəkilişdən istifadə edərək üstünün yoxlanılacığını ona bildirmişdirlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində içərisində narkotik vasitəyə bənzər kütlə olan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurdulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 165 (yüz altmış beş) qram olmuşdur. Həmin içərisində qurudulmuş marixuana olan sellofan paket qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və tərəflərindən imzalanmışdır. Üstünü yoxlama zamanı <Samsung Galaxy> markalı mobil telefon vasitəsi ilə Samux RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti polis mayoru X2 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Samux Rayon Polis Şöbəsinə aparılmışdır. Samux rayon Polis şöbəsinin Təhqiqat Qrupunun xidməti otağında təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi və onların iştirakı ilə aparılmış videoçəkiliş olan diskə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 bölməsinin xx.xx.2025-ci il tarixli, 16/110 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız bağlamadakı 1 (bir) ədəd rəngli selllofan paketdə təmiz çəkisi 135 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi – 135 qram, tədqiqata sərf edildi – 0.08 qram, qalıq 134.92 qram) ekspertiza xərci 30.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2025-ci il tarixli əməliyyat – axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış tədbirləri zamanı Samux şəhəri (Kolayır kəndi) «Kür yolunun» yaxınlığında saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd sellofan torbanı təqdim edir siqaret qutusunda təmiz çəkisi 165 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan portal sorğusuna əsasən DİN-nin BƏSİİ-dən daxil olmuş 18 fevral 2025-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 253 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkamaniya Xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1i ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri və Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda, Samux rayonu, Kolayr kəndində yaşayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmiş və barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmən 2 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/41/2-3736 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Samux Rayon Məhkəməsinin hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə hazırlıq iclası 14 iyul 2025-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qimində tutulduğu 02 (iki) gün müddət və 17 iyun 2025-ci il tarixdən 28 iyul 2025-ci il tarixədək həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 01 ay 13 (on üç) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 04 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “seçilmiş həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Samux ayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 134,92 qram təşkil edən narkotik vasitə olan marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 ay (üç) müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qimində tutulduğu 02 (iki) gün müddət və 17 iyun 2025-ci il tarixdən 28 iyul 2025-ci il tarixədək həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 01 ay 13 (on üç) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “seçilmiş həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1i ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu və Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 134.92 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-27/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-27/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver