Məhkəmə qərarları › İş №1(058)-28/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-28/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-28/2024 20.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş Gəncə şəhəri, Bakı Küçəsi ev 82-də qeydiyyatda olmaqla yaşayan barəsində “Həbs ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd şəffaf rəngli sellofan paketdə təmiz çəkisi 400 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 18 yanvar 2024cü il tarixdə saat 17:30 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Kolayır kəndində yerləşən klubun yaxınlığında saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofan paketdə təmiz çəkisi 400 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, onun üzərində narkotik vasitə olmayıb. Polis əməkdaşları onu ittiham aktında göstərilən yerdə deyil, Gəncə şəhəri X5 prospektindəndən Savxoz Nizami dairəsi istiqamətindəki yolda yerləşən dayanacaqdan tutub aparmışlar. Həmin vaxt onun əlində sellofan paket olmayıb. Əgər həmin dayanacağın yerləşdiyi yoldakı şəhər təhlükəsizlik kamera görüntüsü sorğu edilərək baxılarsa onun bildirdiyi halın doğru olduğu müəyyənləşər. Polis əməkdaşları içərisində narkotik vasitə olan sellofan paketi ona məcburi qaydada verərək narkotik vasitənin ona məxsus olmasını boynuna almağa məcbur ediblər. Ona görə də, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 18 yanvar 2024-cü il tarixdə xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş Gəncə şəhəri, Nizami rayonu, Bakı Küçəsi ev 82-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. 18 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Samux rayonu Kolayır kəndinə getmişlər. Samux rayonu Kolayır kəndində klubun yaxınlığınında Təqsirləndirilən şəxs müəyyən etmişlər. O, Şahid2la Təqsirləndirilən şəxs yaxınlaşmış və xidməti vəsiqələri Təqsirləndirilən şəxs göstərərək özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və birlikdə Samux RPŞ-nə getməyini təklif etdik, Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində olan sellofanı təqdim edərək içərisində qurudulmuş marixauana olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisində ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr varimiş. Bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 405 ( dör yüz beş ) qram olmaqla qablaşdırılmış və üzəri AR DİNnin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Samux rayonu Kür çayının sahilindən yığdığını və özü istifadə etdiyi üçün üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. O göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımırmış, o, narkotik vasitənin istifadəçisidir, narkotik vasitəni satış və ya satış məqsədi ilə əldə etməsi barədə heç bir məlumatları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: 18 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə, saat 18:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 18 yanvar 2024-cü il tarixdə saat 18:35-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları izah edilərək, həmçinin bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkofik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq sol əlində olan rəngli sellofan torbanı təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, həmin sellofana baxış keçirən zamın şəffaf rəngli sellofanda qurudulmuş, spesifik iyə malik olan kütlə aşkar edilmiş, həmin sellofanda olan kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0.405 kq olduğu müəyyən edilmiş, həmin kütlə rəngli sellofana bükülərək qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin sellofan paket eksperİizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə pols əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 19 yanvar 2024-cü il tarixli 16/94 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs o.” yazı və imzalar olan üzəri yapışqan lentlə bağlanmış 1(bir) ədəd rəngli sellofan paketdə olan digər 1 (bir) ədəd şəffaf sellofan paketdəki təmiz çəkisi 400 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X1 Məcburi Narkoloji-tibbi yoxlama ekspertizasının 16 mart 2024-cü il tarixli 474 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsidə yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət götürülür. DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin məhkəmənin xx.xx.2021-ci tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 09 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 30.12. 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhər Baş Polis İdarəsindən verilmiş sorğuya cavab məktubunda Gəncə şəhəri BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinin kameralarının serverlərində yaddaşsaxlama müddəti 1 ayadək olduğundan xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri X5 prospekti ilə Zülfü Hacıyev 157-dən Savxoz Nizami dairəsi istiqamətində hər hansı görüntünün təqdim edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə olan marixuananın onun üzərindən aşkar olunmadığına və onun həmin vasitəni üzərində daşımadığına dair ifadəsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaqda şəxsin üzərinə baxış müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmiş, təqsirləndirilən şəxs onun üzərinə baxış keçirilən zaman hər hansı etiraz bildirməmiş, əksinə o, əlindəki sellofan torbanı özü könüllü olaraq çıxarıb təqdim etmiş və həmin torbanın içərisində marixuana olduğunu, həmin narkotik vasitəni Kür çayının ətrafından topladığını və özü istifadə etməsi üçün saxladığını, içərisində narkotik vasitə-marixuana olan torbanı evdən götürüb Samux rayon Kolayır kəndində getdiyini və polis əməkdaşları tərəfindən Samux rayonu Kolayır kəndində “kruq” deyilən yerdə tutulduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatların araşdırılması məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinə sorğu edilərək müvafiq şəhər təhlükəsizlik kamera görüntüsünün məhkəməyə təqdim olunması xahiş olunsa da, Gəncə şəhər Baş Polis İdarəsinin sorğuya cavab məktubunda “Təhlükəsiz şəhər” xidmətinin kameralarının serverlərində yaddaşsaxlama müddətinin 1 ayadək olması səbəbilə müvfaiq kamera görüntüsünün təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatları onun özünü müdafəsi kimi qiymətləndirir və onun ifadəsində qeyd edilən hallar ibtidai istintaq zamanı toplanmış mötəbər sübutlarla təkzib edilir. Beləliklə də, iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, maddi sübutlar, məhkəmə ekspertizasının rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əvvəllər iki dəfə cinayət əməli törətməsi, həmin əməllərdən birinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, daha sonra ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş olması, lakin bunlara baxmayaraq onun yenidən cinayət törətməsi istiqamətləndirir. Məhkəmə qeyd edir ki, hazırda Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilmiş olsa da, ümumiyyətlə onun yenidən cinayət törətməsi şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilir və onun cinayət törətməyə meyilli şəxs olması qənatətinə gəlməyə əsas verir. Bu səbəbdən də, məhkəmə cəzanın islah məqsədinə nail olunması üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası müvafiq həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidi, cəzasının əvvəli həbsə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – ümumi təmiz çəkisi 399.8 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə bioloji ekspertiza xərci tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclasında göstərdiyi 37 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 222 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – ümumi təmiz çəkisi 399.8 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclasında göstərdiyi 37 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 222 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar