Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-28/2025 21.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Samux rayonu Samux şəhəri Dostluq-2 küçəsi qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd “Kent” markalı siqaret qutusunda təmiz çəkisi 14.09 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 11 fevral 2025-ci il tarixdə saat 12:20-də Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Samux şəhəri (Kolayır kəndi) Kür yolunun yaxınlığında saxlanılaraq orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd “Kent” markalı siqaret qutusunda təmiz çəkisi 14.09 qram, bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, Samux rayonu Kolayır kəndində qeydiyyatda olmaqla yaşayır. Epizodik olaraq narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 09 fevral 2025-ci il tarixdə Samux rayonu Kür çayının sahilinə balıq yeməyə getmiş, yeməkxanadan çıxıb evə qayıdan zaman həmin ərazidə yerdən bir ədəd siqaret qutusu tapmışdır. Siqaret qutusuna baxan zaman içində qurudulmuş marixuana olduğunu əvvəllər də istifadə etdiyi üçün görüb tanımışdır. Daha sonra həmin marixuananı istifadə etmək üçün özü ilə götürmüşdür. Onda marixuana olması ilə bağlı heç kimə məlumat verməmişdir. Sonradan həmin marixuananı istifadə etmək istəyən zaman onun yabanı olduğunu görmüş və buna görə də xx.xx.2025-ci il tarixdə onu tullamaq qərarına gəlmişdir. O, içərisində qurudulmuş marixuana olan həmin siqaret qustusunu əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Daha sonra həmin marixuananı Kür yolu adlanan ərazidə heç kimin görə bilməyəcəyi yerə tullamaq üçün yola düşmüş, ardınca 11 fevral 2025-ci il tarixdə saat 12 radələrində Samux rayonu ərazisində Kür yolu adlanan ərazinin yaxınlığında mülki geyimli şəxslərin ona yaxınlaşaraq vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra polis əməkdaşlarında onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu söyləmişlər. Ardınca üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olub-olmaması, əgər varsa, təqdim edilməsini təklif etmişdirlər. Polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, həmin vaxt əynində olan gödəkçənin sağ yan cibindən içərisində qurudulmuş marixuana olan siqaret qutusunu təqdim etmişdir. Həmin qutuda narkotik vasitə olan qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 18.65 (on səkkiz altmış beş) qram olması müəyyən edilmişdir. İçərisində qurudulmuş marixuana olan həmin siqaret qutusu qablaşdırılmış və Az.Respublikası DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra sonuncunu polis əməkdaşları Samux Rayon Polis Şöbəsinə gətirmişlər. RPŞ-nin xidməti otaqlarının birində polis əməkdaşı olan təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə aparılmış videoçəkiliş olan diskə baxış keçirilmişdir. Videoçəkilişlə bağlı onun heç bir etiraz və vəsatəti olmamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Samux Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir. xx xxxxxxx 1994-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Samux rayonu Samux şəhəri Dostluq-2 küçəsi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 11 fevral 2025-ci il tarixdə saat 12:20də Samux Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Samux RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti polis mayoru X6 ilə birlikdə Samux rayonu, Samux şəhəri (Kolayır kəndi) Kür yolunun yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən müəyyən edilmişdir. O və Şahid2 Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini ona göstərərək özlərini təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-da əməliyyat məlumatı olmasını və buna görədə video çəkilişdən istifadə edərək üstünün yoxlanılacığını bildirmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli isti gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan qara rəngli siqaret qutusunu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurdulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 18.65 (on səkkiz tam yüzdə altmış beş qram) olmuşdur. İçərisində qurudulmuş marixuana olan həmin siqaret qutusu ağ kağız zərflə qablaşdırılmış və kağız zərf Az.Respublikası DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonuncu üzərindən aşkar olumuş narkotik vasitəni Samux rayonu ərazisindən tapdığını bildirmişdir. Üstünü yoxlama zamanı “Samsung Galaxy S22” markalı mobil telefon vasitəsi ilə Samux RPŞ-nin KTQ-nın baş inspektoru kriminalisti polis mayoru X6 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Samux Rayon Polis Şöbəsinə gətirilmişdir. RPŞ-nin Təhqiqat Qrupunun xidməti otağında təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmişvəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə aparılmış videoçəkiliş olan diskə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: 11 fevral 2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il il tarixdə, saat 13:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, 11 fevral 2025-ci il tarixdə saat 12:20-də Təqsirləndirilən şəxs Samux rayonu Kolayır kəndi “Kür yolu” nun yaxınlığında saxlanılmış, ona hüquq və vəzifələri izah olunmuş, onun üstü yoxlanılmış, üstünü yoxlama və götürmə aparılmazdan öncə Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli isti gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan qara rəngli siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusu elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 18,65 (on səkkiz tam yüzdə altmış beş) qram olduğu müəyyən edilmiş, həmin kütlə qablaşdırılmış və saxlanılan şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması video qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 12 fevral 202-ci il tarixli, 16/127 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində imzalar olan kağız bağlamadakı 1(bir) ədəd KENT markalı siqaret qutusunda təmiz çəkisi 14,09 (on dörd tam yüzdə doqquz) qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 13 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 13 fevral 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 19 fevral 2025-ci il tarixli, 252 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilnərək qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməyən 02 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə də, iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün tam etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, maddi sübutlar, məhkəmə ekspertizasının rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin cinayətlərin təhlükəli residivini yaratması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin narkotik vasitə olan qurudulmuş marixuananı (kannabisi) şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs özü də ona ittiham elan olunmuş cinayət əməlini törətdiyini etiraf edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin hazırda törətmiş olduğu əməlin cinayətlərin təhlükəli residivini yaratması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə qanunvericiliyin tələbini əsas götürməklə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın yəni azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin 2/3 hissəsi həddində təyin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi nəzərə alınmaqla hökmün icrasını təmin etmək məqsədilə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclası zalından dərhal həbsə alınmalı və cəzasının əvvəli hökmün elan edildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 14,05 (on dörd tam yüzdə beş) qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişin qeyd edildiyi iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməldir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılsın, üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 14,05 (on dörd tam yüzdə beş) qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişin qeyd edildiyi iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT Bik: CTREAZ22) köçürülsün. Göstərdiyi 34 saat hüquqi yardıma görə 374 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-28/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-28/2025
21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver