Məhkəmə qərarları › İş №1(058)-29/2025

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-29/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-29/2025 07.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Samux rayonu, Kolayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Samux şəhərində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 330 qram, bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 21 fevral 2025-ci il tarixdə saat 11:55-də Samux rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Kolayır kəndində yerləşən “Əli Market” adlanan mağazanın yaxınlığında saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 330 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Bunda başqa o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 220 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 03 mart 2025-ci il tarixdə saat 16:50-də Samux rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsinin yuxarı hissə adlanan ərazidə saxlanılaraq orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 220 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, epizodik olaraq narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Əvvəllər üzərində qanunsuz olaraq narkotik vasitə daşıdığı üçün məhkum olunmuşdur. Samux və Gəncə şəhərlərində yol kənarından tullantı enerji içkiləri qabları toplayaraq metalqəbulu müəssisələrinə pul qarşılığında satışı ilə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Dəmiryolu altı adlanan ərazidə yerləşən 6 nömrəli avtobusun son dayanacağının arxasındakı zibilxanada tullantı metal qabları axtararkən oradan qara rəngli sellofan paket tapmış və içərisinə baxış keçirmişdir. Baxış zamanı sellofanın içində marixuana olduğunu görən zaman istifadəçisi olduğu üçün onu özü ilə götürmüşdür. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə narkotik vasitə olan bağlamanı yaşadığı Samux rayonu Kolayır kəndinə gətirmiş, daha sonra qəbirstanlığın yaxınlığında torpağa basdırmışdır. Qəbirstanlığın yaxınlığı insanların tez-tez gəldiyi yer olduğu üçün istədiyi vaxt baş çəkə bilmirmiş. xx.xx.2025-ci il tarixdə bağlamanı gizlətdiyi yerdən götürmüş və yaşadığı evin yaxınlığında gizlətmək üçün piyada şəkildə Samux rayonu Kolayır kəndində yerləşən Əli marketə tərəfə getmişdir. Saat 11 radələrində Samux rayonu Kolayır kəndində yerləşən "Əli" marketin yaxınlığında, mülki geyimli şəxslərin ona yaxınlaşdığını görüb qaçmağa başlamış, əlində olan bağlamanı isə tullamaq istəmiş, lakin imkan edə bilməmişdir. Təqribən qırx metr qaçdıqdan sonra əməkdaşlar ona çataraq saxlamış və onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olmasını və üzərində qanunla qadağan edilmiş hər hansı narkotik vasitə olub-olmaması, əgər varsa təqdim edilməsini təklif etmişdirlər. Polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, həmin vaxt əlində olan sellofan paketin içərisində qurudulmuş marixuana olduğunu demiş və içərisində qurudulmuş marixuana olan sellofan paketi təqdim etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkildikdən sonra çəkisinin 365 qram olduğu müəyyən edilmişdir. İçərisində qurudulmuş marixuana olan həmin sellofan paket qablaşdırıldıqdan sonra Azərbaycan Respublikası DİN-nin 180 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, Samux rayon Polis şöbəsinə gətirilmişdir. RPŞ-nin xidməti otaqlarının birində polis əməkdaşı olan təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə aparılmış videoçəkiliş olan diskə baxış keçirilmiş, videoçəkilişlə bağlı heç bir etiraz və vəsatəti olmamış və polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Avtozavod adlanan ərazidə zibil tullantı metal qabları axtararkən oradan qara rəngli sellofan paket tapmış və içərisinə baxış keçirmişdir. Baxış zamanı sellofanın içində marixuana olduğunu gördükdən sonra istifadəçisi olduğu üçün özü ilə götürmüşdür. Sonra qərara gəlmişdir ki, həmin narkotiki yaşadığı evdən uzaq ərazidə gizlətsin ki, heç kimin onda narkotik olmasından xəbəri olmasın. xx.xx.2025-ci il tarixdə narkotik vasitə olan bağlama ilə Samux rayonu Yeni Nəbiağalı qəsəbəsinə gəlmişdir. Samux rayonu Yeni Nəbiağalı qəsəbəsinin yuxarı hissəsinin yaxınlığında mülki geyimli şəxslər onu saxlamış və onlarda barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu və üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olub-olmaması, əgər varsa təqdim edilməsini təklif etmişdirlər. Polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, həmin vaxt əlində olan sellofan paketin içərisində qurudulmuş marixuana olduğunu demiş, içərisində qurudulmuş marixuana olan sellofan paketi təqdim etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 275 qram olması müəyyən edilmişdir. İçərisində qurudulmuş marixuana olan həmin sellofan paket kağız zərflə qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 180 saylı möhürü ilə möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Samux Rayon Polis Şöbəsinə aparlmişdir. RPŞnin xidməti otaqlarının birində polis əməkdaşı olan təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə aparılmış videoçəkiliş olan diskə baxış keçirilmişdir. Videoçəkilişlə bağlı heç bir etiraz və vəsatətinin olmadığını, həmçinin, polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Ancaq Gəncə şəhərində və müxtəlif ərazilərdə dəmir yığıb satmaqla məşğul olur və xəstə anasına baxır. İttiham aktında göstərilən narkotikləri o, dəmir yığanda müxtəlif ərazilərdən tapmışdır. Sonra onu polis əməkdaşları saxlamış və o, artıq bilmişdir ki, polislər onda narkotik olduğunu bilmişlər. O, hər iki epizod üzrə əməlimi səmimi etiraf edir. Narkotik vasitələ ona məxsus olub o, xəstə olduğum üçün daima narkotikdən istifadə edir. Polis əməkdaşları onu saxlayanda ona qarşı hər hansı bir zor tətbiq etməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Samux Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 21 fevral 2025-ci il tarixdə Samux Rayon Polis Şöbəsinin KMQ-nın baş əməliyyat müvəkkili polis mayoru X4 və Samux RPŞ-nin PPXBnın manqa komandiri polis serjantı Şahid2 ilə birlikdə Samux rayonu Kolayır kəndində “Əli” marketin yaxınlığında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini ona göstərərək özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olduğunu və buna görə də video çəkilişdən istifadə edərək üstünün yoxlanılacığını ona bildirmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılarkən sonuncunun əynində iş üçün əhəmiyyəti olan heçnə aşkar edilməmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 365 qram (üç yüz altmış beş qram) olduğu müəyyənləşdirilmişdir. Ardınca həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs tərəfindən imzalanıb götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik vasitəni Gəncə şəhəri Dəmiryolu altı adlanan ərazidə yerləşən 6 nömrəli avtobusun son dayanacağın arxasındakı zibilxanadan tapdığını, sonradan onu gətirib Samux rayonu, Kolayır kəndinə aparıb qəbirsanlığın yaxınlığında torpağa basdırmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərini yoxlama Samux rayonu Kolayır kəndində “Əli” marketin yaxınlığında keçirilmiş və yoxlama zamanı <<<Redmi 11 Lite>> markalı mobil telefon vasitəsi ilə Samux Rayon Polis Şöbəsinin KMQ-nın baş əməliyyat müvəkkili polis mayoru X2 tərəfindən video çəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Samux Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, 03 mart 2025-ci il tarixdə Samux rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Samux RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid4 ilə birlikdə həmin tarixdə saat 16:50-də Samux rayonu Yeni Nəbiağalı kəndində tərəflərindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini ona göstərərək özlərini təqdim etmiş və ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və buna görədə video çəkilişdən istifadə edərək üstünün yoxlanılacığını ona bildirmişdirlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərindəki içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxsin üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynindən bir ədəd siqaret və bir ədəd kibrit qutusu aşkarlanmış, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən bir ədəd siqaret və bir ədəd kibrit qutusu sonuncuya geri qaytarılmışdır. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 275 qram (iki yüz yetmiş beş qram) olduğu müəyyənləşdirilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üstünü yoxlama Samux rayonu Yeni Nəbiağalı kəndinin yuxarı tərəfində keçirilmiş, üstünü yoxlama zamanı <<<Redmi 11 Lite>> markalı mobil telefon vasitəsi ilə Samux RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 oğlu tərəfindən video çəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2025-ci il tarixli əməliyyat – axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış tədbirləri zamanı Samux rayonu Kolayır kəndində yerləşən “Əli” marketin yaxınlığında saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 365 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana ondan aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2025-ci il tarixli əməliyyat – axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış tədbirləri zamanı Samux rayonu «Yeni Nəbiağalı»-nın yuxarı tərəfində saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 275 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 bölməsinin 21 fevral 2025-ci il tarixli 16/175 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan üzəri polietilen paketdəki 1 (bir) ədəd sellefon paketdəki təmiz çəkisi 330 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi – 330 qram, tədqiqata sərv edildi – 0.02 qram, qalıq 329.8 qram) ekspertiza xərci 30.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 bölməsinin 04 mart 2025-ci il tarixli 16/218 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzəri yapışqan lentlə bağlanmış üzərində imzalar olan qara rəngli polietilen paketdəki təmiz çəkisi 220 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi – 220 qram, tədqiqata sərv edildi – 0.02 qram, qalıq 219.8 qram) ekspertiza xərci 30.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. Axtarış tədbirləri zamanı Samux rayonu, Kolayır kəndində yerləşən “Əli” marketin yaxınlığında saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış polietilen torbada təmiz çəkisi 365 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ondan aşkar olunur. Sonra Samux rayon Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunur, keçirilmiş əməliyyat çəlişinə baxış keçirilir, baxış zamanı Təqsirləndirilən şəxs video çəkilişdəki şəxsi özü olduğunu və marixuananın özünə məxsus olduğunu etiraf etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 365 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin marixuanaolduğunu, ona məxsus olduğunu, həmin marixuananı tapdığını, arabir marixuananı istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. Axtarış tədbirləri zamanı Samux rayonu «Yeni Nəbiağalı»-nın yuxarı tərəfində saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış polietilen torbada təmiz çəkisi 275 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ondan aşkar olunur. Sonra Samux rayon Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunur, keçirilmiş əməliyyat çəlişinə baxış keçirilir, baxış zamanı Təqsirləndirilən şəxs video çəkilişdəki şəxsi özü olduğunu və marixuananın özünə məxsus olduğunu etiraf etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 275 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin marixuanaolduğunu, ona məxsus olduğunu, həmin marixuananı tapdığını, arabir marixuananı istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 550 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qediyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs sonuncu dəfə Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 06 müddətinə Azadlıqdan Məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(058)-22/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 4(058)-7/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin və cinayətin təkrar törədilməsi onun cəzanı ağırlaşdıran hallardır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinirn sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il tarixdən 23 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün həbsdə olduğu müddət günə gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 329.8 və 219.8 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 60.80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2025-cü il tarixdən 23 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Hüseyqulu oğlu yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 329.8 və 219.8 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 60.80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar