Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-3/2025 08.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1974-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayonu, Yenikənd kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3 və 134-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə saat 21 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Samux rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs oğlu Eltun Ələkbərovla əvvəllər aralarında yaranmış və davam edən şəxsi qərəzli mübahisə zəminində 2022-ci il tarixdə Eltun Ələkbərovun onun qəsdən sağlamlığına ağır zərər vurulmasına görə hal-hazırda müalicəsi üçün müəyyən məbləğdə pul lazım olduğunu bəhanə edərək, orada Zərərçəkmiş şəxsla mübahisə etmiş və mübahisə zamanı onunla yaxın məsafədə üzbəüz dayanmaqla ibtidai istintaqa məlum olmayan balta və əlində olan çomaqla sonuncuya “sənin uşaqlarının basıb gözünü çıxardacam, kişisən niyə yalvarırdın, səni parçalıyaram, səni doğrayaram, mən Nuşirəvan kişinin oğluyam, bir o dədəmin goru səni parçalayaram” sözlərini deyib hədələyərkən Zərərçəkmiş şəxs onu öldürmək və sağlamlığına ağır zərər vurmaq istədiyinin real olduğunu bilib evin həyətinə qaçaraq yayınmaqla hədənin icra ediləcəyi üçün real əsaslarla Zərərçəkmiş şəxs qəsdən öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı Samux rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin qarşısında olan küçədə özünün davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına etinasızlıq göstərməklə və özünü ətrafdakılara qarşı qoymaqla heç bir əsaslı səbəb olmadan X3 tərəfindən 2022-ci il tarixdə onun qəsdən sağlamlığına ağır zərər vurulmasına görə hal-hazırda müalicəsi üçün müəyyən məbləğdə pul lazım olduğunu bəhanə edərək, onun atası Zərərçəkmiş şəxs ilə mübahisə edərək, dalaşmış və dava zamanı Zərərçəkmiş şəxs daşla baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya qarnın sol yan divarının və döş qəfəsinin sol səthinin hematomaları qismində dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər və alın sümüyünün sınığı ilə müşayiət olunan alın nahiyəsinin hematoması qismində xəsarətlər yetirməklə ümumilikdə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına X12 vurmaya aid xəsarətlər yetirərək qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına X12 vurmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlanları Eltun və Vüqar 2022-ci ilin aprel ayında başına daşla vuraraq ona ağır xəsarət yetirmişlər. Ona xəsarət yetirildikdən sonra onu xəstəxanaya apararaq həkimlərə yalandan ağacdan yıxılmağı ilə bağlı məlumat vermişlər. Samux rayon Polis Şöbəsinin əməkdaşı Həsən adlı şəxs də ona boş kağıza qol çəkdirib adından ərizə yazaraq ağacdan yıxılmağı barədə araşdırma apararaq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Lakin sonradan istintaq aparılmış, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və Elçinin oğlu Eltuna 4 il həbs cəzası vermişlər. A.Səhhət xəstəxanasının həkimi Səbinə Əliyeva qardaşı Mehmana, Mehmanın arvadı Şəlaləyə və Elçinə demişdir ki, Səbuhini evə aparırsınızsa tez-tez yanına gətirin, Elçin isə həkimə demişdir ki, yaxşı gətirəcəm. Lakin Elçin isə onu heç vaxt xəstəxanaya aparmamış, anası ona zəng vurub tibb bacısını çağırmasını istəyən zaman Elçin bundan da imtina etmişdir və Elçin heç vaxt onu xəstəxanaya aparmamışdır. xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxsun yaşadığı evin qarşısına gedərək, Zərərçəkmiş şəxsla söhbət etmiş və Elçinə 2022-ci ildə oğlu döyən zaman niyə onu xəstəxanadan tez çıxarmasını demişdir. Zərərçəkmiş şəxs isə ona demişdir ki, “qardaşın Mehman səni xəstəxandan çıxardıb, mən çıxartmamışam”. O, isə Zərərçəkmiş şəxs demişdir ki, “gedib qardaşım Mehmandan bu məsləni maraqlanacam, əgər sənin dediyini qardaşım təsdiq etməsə sabah səninlə söhbət edəcəm”. Bundan sonra o, qardaşı Mehmandan bu məsələni soruşan zaman qardaşı ona deyib ki, səni xəstəxandan Zərərçəkmiş şəxs çıxartmışdır. Bu söhbətin sabahısı günü, yəni xx.xx.2023cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs heyvanını aparan zaman Samux rayonu Yenikənd kəndində yaşadığı evin qarşısında olan küçədə Elçinlə rastlaşmışdır. Zərərçəkmiş şəxs deyib ki, “bəs deyirsən qardaşın xəstəxanadan çıxardıb, niyə yalan deyirsən mənə”. Zərərçəkmiş şəxs isə ona deyib ki, “ sən nə demək istəyirsən”. O, Zərərçəkmiş şəxs demişdir ki, “canına Azzar deyirəm, niyə məni xəstəxanadan çıxartmısan” Elçin isə ona demişdir ki, “yaxşı eləmişəm” və Elçin əlində olan ağacla onun sinə nahiyyəsindən basaraq geriyə itələmişdir. O, Elçinə demişdir ki, “uşaqların niyə məni vurub, niyə malımı oğurlayıblar”. Elçin isə yenidən ona demişdir ki “yaxşı eliyib vurublar və yaxşı eliyib oğurluyublar”. O, Elçinə demişdir ki, “başa düşmədim birdə dediyini təkrarla, sən niyə mənə acığ verirsən” bu sözü deyəndən sonra Elçinin qolundan tutmuş və demişdir ki, ”gəl anamın yanına başa sal mən sən dediyini başa düşə bilmirəm” Elçin isə ona demişdir ki, “ta mən sözümü dedim da”. Bundan sonra əsəbləşərək sağ əli ilə Elçinin başının sol tərəfinə vurmuşdur. Elçinə vurduğu şillə onun qoluna dəymişdir, bundan sonra Elçinin qolundan tutub onu öz evlərinə anasının yanına dəvət etmişdir, bu zaman Elçin çomağla onun əlindən vurmuşdur, sonra Elçin çomağla onun ayağından iki dəfə vurmuşdur. Bundan sonra yerə yıxılmış, yerə yıxıldıqdan sonra yerdən yumurta boyda daş götürüb Elçinə demişdir ki “qorxma uşaqların məni ölümünə vurub, ala səndə vur niyə qorxursan” Bu zaman Xasay yanlarına gəlmişdir, Xasay Elçinə demişdir ki, “Səbuhi xəstə adamdı, niyə bunu vurursan” Elçində Xasaya demişdir ki, “Səbuhinin əlində daş var məni vuracaq” bundan sonra Xasay əlindən daşı alıb tullamışdır. Bu zaman həmkəndlisi Nunuş da yanlarına gəlmiş və demişdir ki “dalaşmayın” O, hadisə zamanı Elçinin yalnız qolundan vurub yaxasından tutmuş, Elçinə xəsarət yetirməmişdir, Elçin hadisədən sonra özü özünə xəsarət yetirmişdir ki, onu tutdursun. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs oğlu Vüqar 2022-ci ilin aprel ayında başına daşla vuraraq, ona ağır xəsarət yetirmişdir. İş üzrə istintaq aparılmış, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və Elçinin oğlu Eltuna 4 il həbs cəzası vermişlər. Bundan sora onun başının ağrısı kəsilməmiş, o, dəfələrlə Elçinə demişdir ki, onu həkimə aparıb müalicə etdirsin, lakin Elçin isə onu heç vaxt xəstəxanaya aparmamış, anası ona zəng vurub tibb bacısını çağırmasını istəyən zaman Elçin bundan da imtina etmişdir və Elçin heç vaxt onu xəstəxanaya aparmamışdır. xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxsun yaşadığı evin qarşısına gedərək, Zərərçəkmiş şəxsla söhbət etmiş və Elçinə 2022-ci ildə oğlu döyən zaman niyə onu xəstəxanadan tez çıxarmasını demişdir. Zərərçəkmiş şəxs isə ona demişdir ki, “qardaşın Mehman səni xəstəxandan çıxardıb, mən çıxartmamışam”. O, isə Zərərçəkmiş şəxs demişdir ki, “gedib qardaşım Mehmandan bu məsləni maraqlanacam, əgər sənin dediyini qardaşım təsdiq etməsə sabah səninlə söhbət edəcəm”. Bundan sonra o, qardaşı Mehmandan bu məsələni soruşan zaman qardaşı ona demişdir ki, səni xəstəxandan Zərərçəkmiş şəxs çıxartmışdır. Bu söhbətin sabahısı günü, yəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs heyvanını aparan zaman Samux rayonu, Yenikənd kəndində yaşadığı evin qarşısında olan küçədə Elçinlə rastlaşmışdır. Zərərçəkmiş şəxs demişdir ki, “bəs deyirsən qardaşın xəstəxanadan çıxardıb, niyə yalan deyirsən mənə”. Elçin isə ona demişdir ki, “yaxşı eləmişəm” və Elçin əlində olan ağacla onun sinə nahiyyəsindən basaraq geriyə itələmişdir. O, Elçinə demişdir ki, “uşaqların niyə məni vurub, niyə malımı oğurlayıblar”. Bundan sonra əsəbləşərək sağ əli ilə Elçinin başının sol tərəfinə vurmuşdur. Elçinə vurduğu şillə onun qoluna dəymişdir, bundan sonra Elçinin qolundan tutub onu öz evlərinə anasının yanına dəvət etmişdir, ancaq Elçin getməkdən imtina etmişdir. Bundan sonra yerdən yumurta boyda daş götürüb Elçinə demişdir ki “qorxma uşaqların məni ölümünə vurub, ala səndə vur niyə qorxursan” Bu zaman Xasay yanlarına gəlmiş, Elçin də Xasaya demişdir ki, “Səbuhinin əlində daş var məni vuracaq” bundan sonra Xasay əlindən daşı alıb tullamışdır. Bu zaman həmkəndlisi Nunuş da yanlarına gəlmiş və demişdir ki dalaşmayın. O, hadisə zamanı Elçinin yalnız qolundan vurub yaxasından tutmuş, Elçinə xəsarət yetirməmişdir, Elçin hadisədən sonra özü özünə xəsarət yetirmişdir ki, onu tutdursun. O, heç vaxt Elçinə hər hansı bir xasərət yetirməmişdir. Onun heç bir təqsiri yoxdur. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Səbuhi ilə övladı Eltun arasında bir dəfə mübahisə olmuş və mübahisə zamanı oğlu Eltun Səbuhiyə ağır xəsarət yetirmiş, bununla bağlı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə istintaq aparılaraq cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Dəfələrlə Səbuhi ilə barışıq əldə olunması üçün cəhd etmiş, Səbuhiyə 6000 manat barışıq əldə olunması üçün pul verib ondan notarial ərizə almış, lakin sonradan Səbuhi məhkəmədə yenə də oğlu Eltundan şikayətçi olmuş, səbəb kimi ondan ümumilikdə 15000 manat nağd pul istəyir, ancaq onun özü hər şeyi tam dərk edə bilmir, kimsə onu öyərdir ki, daha çox pul alsın, oğlu ondan asılıdır. Hadisə olandan sonra, yəni 2022-ci ildən bəri demək olar ki, günaşırı Səbuhi onu hədələyir və dəfələrlə mübahisə edib dalaşmağa cəhd etmiş, istəyir ki, o, da oğluna görə onu vursun, Səbuhi də ondan da şikayətçi olsun. Bununla bağlı bir neçə video görüntüləri də var, onları disk formasında təhqiqata təqdim etmişdir. Həmin görüntülərdə Səbuhi onu hədələmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, həmin zaman evin həyətində imiş, evdə özündən başqa arvadı Şəlalə, gəlini Elnarə və azyaşlı nəvələri var imiş, oğlu Vüqar isə mağazaya gedibmiş. Səbuhi evin həyətində darvazadan içəridə evin həyətində dayanıb səsləyərək onu çağırmış, o da Səbuhinin yanına getmiş, Səbuhi evin həyətində darvazanın yanında onunla üzbə üz dayanaraq niyə barışıq üçün ona 15 min manat pul vermədiyini qapılarına minnətçi göndərdiyini və niyə özünün onlara getmədiyini demiş, o da Səbuhiyə işinin olduğunu demiş, Səbuhi niyə ona yalvarıqçı düşdüyünu demiş, sonra Səbuhi ona demiş ki, “sənin uşaqlarının basıb gözünü çıxardacam, kişisən niyə yalvarırdın, səni parçalıyaram, səni doğrayaram, mən Nuşirəvan kişinin oğluyam, bir o dədəmin goru səni parçalayaram” O da Səbuhiyə onu Elmanın öyrətdiyini demiş, Səbuhi də Elmanın şəkəri olduğunu sözü olarsa onun özünə deməli olduğunu demişdir. Bundan sonra o, Səbuhidən evindən çıxıb getməsini tələb etmiş, çünki görmüş ki, Səbuhi artıq söz başa düşmək istəmir, ailə üzvləri də Səbuhinin səs küyünə görə evin həyətinə çıxmışdırlar, Səbuhinin qışqıraraq üstünə çəmkirdiyini görən azyaşlı nəvələri ağlamağa başlamış o da söhbəti bitirmək məqsədi ilə arxasını Səbuhiyə tərəf çevirərək evə doğru getmiş bu zaman Səbuhi qəfildən belindən balta çıxartmış və əlindəki balta ilə darvazaya güclü bir zərbə endirmiş, Səbuhinin əlində olan baltanı görən zaman qışqıraraq Səbuhidən nə üçün vurduğunu soruşmuş, Səbuhi isə heç nə anlamamış kimi üstünə gələndə qorxmuş ki, əlindəki balta ilə vurar, buna görə də ailə üzvlərinə demiş ki, evə girsinlər, özü isə Səbuhidən qaçmağa başlamış, Səbuhi də əlindəki baltanı yuxarı qaldıraraq onun arxası ilə qaçmış və balta ilə vurmaq istəyirmiş, bunu görən arvadı Şəlalə ona köməyə gəlmiş və Səbuhiyə yalvarmış ki, balta ilə onu vurmasın, Səbuhi arvadı Şəlaləni görən zaman onun arxasından qaçmağı buraxıb arvadı Şəlalənin üzərinə hücum çəkmiş, Şəlalə isə Səbuhidən qorxub qışqıra-qışqıra qonşulardan kömək istəyə-istəyə tez evə girib qapını bağlamış, Səbuhi də bir iki dəfə balta və təpiklə qapını vurub sındırmağa cəhd etmiş, o da Səbuhiyə yalvarmış ki, evdə azyaşlı uşaqlar vardır, belə etmə, Səbuhi qapının aça bilmədiyini görüb yenidən üzərinə hücum çəkmiş, o, yenə də qaçmağa başlamış, bu zaman oğlu Vüqar evə gəlmiş və Səbuhinin üzərinə gedib əlində olan baltanı almağa çalışmış, lakin Səbuhi balta ilə oğlu Vüqarı vurmaq istəmiş, Vüqar Səbuhinin atdığı zərbələrdən yayınmış, Səbuhi Vüqarın cavan oğlan olduğunu görə onu vura bilməyəcəyini görüb yenidən onun üzərinə gəlmiş, Səbuhi onun arxasınca qaçan zaman həmkəndlisi Etibar onların evinə daxil olmuş , Səbuhi Etibarın gəldiyini görməmiş, Etibar qəfil arxadan Səbuhini qucaqlayaraq tutmuş, bu zaman oğlu Vüqar Səbuhinin əlindən baltanı almış və oğlu Vüqarla birlikdə köməkli evin həyətindən Səbuhini çıxartmışlar. Bu hadisənin sabahısı günü, yəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxaraq heyvanlarını örüş sahəsinə aparırmış. Təqsirləndirilən şəxs evinin yaxınlığındakı küçədən keçən zaman küçənin baş tərəfində Səbuhi ilə rastlaşmış, Səbuhi qarşısını kəsərək yüksək səslə səs-küy salaraq təhqir etməyə başlamış, Səbuhiyə bu hərəkətlərə son qoymağını və uzaq durmasını xahiş etmiş. Təqsirləndirilən şəxs oğlunun ona xəsarət yetirməyinə görə 100 min manatdan artıq ona pul lazım olduğunu bildirmiş, O, isə Səbuhiyə 6000 manat məbləğində barışıq üçün pul verdiyini və bundan artıq pulu olmadığını deyən zaman Səbuhi baş nahiyəsindən qəfildən sağ və sol əlləri ilə yumruq vurmuş, həmin yumruğun biri başının sol tərəf gicgahına və qaş nahiyəsinə, digər yumruq isə başının sağ arxa hissəsinə dəymiş, o, özünü bir qədər itirmiş və arxaya doğru geri çəkilmiş, Səbuhi onu vuran zaman əlində ağac var imiş, hansı ki, həmin ağacı heyvan otarmaq üçün istifadə edirmiş, həmin ağacla Səbuhini özünnən uzaqlaşdırmağa və özünü müdafiə etməyə başlamış, ancaq Səbuhini vurmamış, yaxına buraxmamaq üçün Səbuhini ağacla itələyirmiş, o da üstünə cumurmuş ki, yenə vursun. Səbuhi yaxınlaşa bilmədiyi üçün, həm də əlində olan ağacı görüb ehtiyat etdiyinə görə Səbuhi yerdən bir əl boyda daş götürərək ona tərəf atmış, o da unamamış ki, o, həmin daşı atar, atmış olduğu daş başına, yəni alın nahiyəsinə dəymiş və xəsarət almış, huşunu itirmiş kimi olub aşağı çöməlmiş, ancaq Səbuhi ondan əl çəkmək istəmirmiş, həmin vaxt Səbuhi ona 15-20 ədəd böyüklükiçikli daşlar atmış, bir neçəsi dəysə də elə də ciddi xəsarət almamış, ancaq başında bərk ağrı yaranmışdır, gözü qaralmışdır, qarşı tərəfi artıq görə bilmirmiş, sadəcə olaraq əlində olan çomağı sağa-sola tərəf edirmiş ki, Səbuhi birdən yaxınlaşıb yenidən onu pis vurar. Atmış olduğu daşlar böyrək nahiyəsinə, başına, sol qoluna, sinə nahiyəsinin üstünə, kürək nahiyəsinə dəymişdir. Səbuhi ona daşla xəsarət yetirib büdrəməyindən istifadə edib üzərinə gəlmiş, onunla orada əlbəyaxa olub süpürləşmiş, Səbuhi ilə süpürləşən zaman qışqıraraq kömək istəmiş, səs-küyə həmkəndlisi Nuranə çıxmış, Nuranə cəld yaxınlaşaraq Səbuhiyə yaxınlaşmaqdan qorxduğu üçün qıraqdan demiş ki, “ay Elçin, ay Səbuhi dalaşmayın, ay Səbuhi Elçini burax yaşlı adamdır, öləcək”. Səbuhi isə onu təhqir edərək yenə vururmuş, Nuranə də görmüşdür ki, aralaya bilmir, qışqırıb kömək çağırmış və Səbuhi pis söyüşlər söydüyü üçün Nuranə artıq məcbur qalıb evlərinə qayıtmışdır. Nuranə evlərinə getdikdən təxminən 1-2 dəqiqə sonra hadisə yerinə həmkəndlisi Xasay gəlmişdir. Xasay gələn zaman da Səbuhinin əlində daş var imiş. Xasay gələrək Səbuhiyə demiş ki, “ayıbdı, kəndcisiniz, ağsaqqal kişidir, niyə dava edirsən”, Səbuhi isə Xasaya demiş ki “bunu öldürəcəm”. Səbuhi bu sözü deyəndən sonra Xasayın gözü qarşısında təpiklə belinə vurmuşdur. Bu zaman Xasay Səbuhiyə yaxınlaşaraq, onun əlindən daşları almış və yerə atmışdır. O, isə özünü pis his etdiyi üçün oğlu Eltuna zəng etmiş ki, gəlib onu aparsın. Bir qədər keçmiş Eltun gəlmiş onu evə aparmış. Bundan sonra bərk ağrımış və dörd gün evdə pasteldə yataq xəstəsi olmuşdur. Ona demişlər ki, tərpənmək olmaz, buna görə də o özünə gəldikdən sonra polisə və xəstəxanaya müraciət etmişdir. Baş vermiş mübahisə 30 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayəçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Səbuhi ilə övladı Eltun arasında bir dəfə mübahisə olmuş və mübahisə zamanı oğlu Eltun Səbuhiyə ağır xəsarət yetirmiş, bununla bağlı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə istintaq aparılaraq cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. O, Səbuhi ilə barışıq əldə olunması üçün cəhd etmiş, Səbuhiyə 6000 manat barışıq əldə olunması üçün pul verib ondan notarial ərizə almış, lakin sonradan Səbuhi məhkəmədə yenə də oğlu Eltundan şikayətçi olmuş, səbəb kimi ondan ümumilikdə 15000 manat nağd pul istəmiş, ancaq onun özü hər şeyi tam dərk edə bilmir, kimsə onu öyrərdir ki, daha çox pul alsın, oğlu ondan asılıdır. Hadisə olandan sonra, yəni 2022-ci ildən bəri demək olar ki, günaşırı Səbuhi onu hədələmiş və dəfələrlə mübahisə edib dalaşmağa cəhd etmiş, istəmişdir ki, o, da oğluna görə onu vursun, Səbuhi də ondan da şikayətçi olsun. Bununla bağlı bir neçə video görüntüləri də var, onları disk formasında təhqiqata təqdim etmişdir. Həmin görüntülərdə Səbuhi onu hədələmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, həmin zaman evin həyətində olmuş, evdə özündən başqa arvadı Şəlalə, gəlini Elnarə və azyaşlı nəvələri olmuşdur. Onun oğlu Vüqar isə mağazaya getmişdir. Səbuhi evin həyətində darvazadan içəridə evin həyətində dayanıb səsləyərək onu çağırmış, o, da Səbuhinin yanına getmiş, Səbuhi evin həyətində darvazanın yanında onunla üzbə üz dayanaraq, niyə barışıq üçün ona 15 min manat pul vermədiyini qapılarına minnətçi göndərdiyini və niyə özünün onlara getmədiyini demişdir. O, Səbuhiyə işinin olduğunu demiş, Səbuhi niyə ona yalvarıqçı düşdüyünu demiş, sonra Səbuhi ona demiş ki, “sənin uşaqlarının basıb gözünü çıxardacam, kişisən niyə yalvarırdın, səni parçalıyaram, səni doğrayaram, mən Nuşirəvan kişinin oğluyam, bir o, dədəmin goru səni parçalayaram” O, da Səbuhiyə onu Elmanın öyrətdiyini demiş, Səbuhi də Elmanın şəkəri olduğunu sözü olarsa onun özünə deməli olduğunu demişdir. Bundan sonra o, Səbuhidən evindən çıxıb getməsini tələb etmiş, çünki görmüşdür ki, Səbuhi artıq söz başa düşmək istəmir, ailə üzvləri də Səbuhinin səs küyünə görə evin həyətinə çıxmışlar. Səbuhinin qışqıraraq üstünə çəmkirdiyini görən azyaşlı nəvələri ağlamağa başlamış o, da söhbəti bitirmək məqsədi ilə arxasını Səbuhiyə tərəf çevirərək evə doğru getmiş bu zaman Səbuhi qəfildən belindən balta çıxartmış və əlindəki balta ilə darvazaya güclü bir zərbə endirmiş, Səbuhinin əlində olan baltanı görən zaman qışqıraraq, Səbuhidən nə üçün vurduğunu soruşmuş, Səbuhi isə heç nə anlamamış kimi üstünə gələndə qorxmuş ki, əlindəki balta ilə vurar. Buna görə də ailə üzvlərinə demişdir ki, evə girsinlər, özü isə Səbuhidən qaçmağa başlamışdır. Səbuhi də əlindəki baltanı yuxarı qaldıraraq onun arxası ilə qaçmış və balta ilə vurmaq istəmiş, bunu görən arvadı Şəlalə ona köməyə gəlmiş və Səbuhiyə yalvarmışdır ki, balta ilə onu vurmasın. Səbuhi arvadı Şəlaləni görən zaman onun arxasından qaçmağı buraxıb arvadı Şəlalənin üzərinə hücum çəkmiş, Şəlalə isə Səbuhidən qorxub qışqıra-qışqıra qonşulardan kömək istəyə-istəyə tez evə girib qapını bağlamışdır. Səbuhi də bir iki dəfə balta və təpiklə qapını vurub sındırmağa cəhd etmiş, o, da Səbuhiyə yalvarmış ki, evdə azyaşlı uşaqlar vardır, belə etməsin. Səbuhi qapını aça bilmədiyini görüb yenidən üzərinə hücum çəkmiş, o, yenə də qaçmağa başlamış, bu zaman oğlu Vüqar evə gəlmiş və Səbuhinin üzərinə gedib əlində olan baltanı almağa çalışmış, lakin Səbuhi balta ilə oğlu Vüqarı vurmaq istəmişdir. Vüqar Səbuhinin atdığı zərbələrdən yayınmış, Səbuhi Vüqarın cavan oğlan olduğunu görə onu vura bilməyəcəyini görüb yenidən onun üzərinə gəlmişdir. Səbuhi onun arxasınca qaçan zaman həmkəndlisi Etibar onların evinə daxil olmuş, Səbuhi Etibarın gəldiyini görməmiş, Etibar qəfil arxadan Səbuhini qucaqlayaraq tutmuş, bu zaman oğlu Vüqar Səbuhinin əlindən baltanı almış və oğlu Vüqarla birlikdə evin həyətindən Səbuhini çıxartmışlar. Bu hadisənin səhərisi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxaraq heyvanlarını örüş sahəsinə aparırmış. Təqsirləndirilən şəxs evinin yaxınlığındakı küçədən keçən zaman küçənin baş tərəfində Səbuhi ilə rastlaşmış, Səbuhi qarşısını kəsərək yüksək səslə səsküy salaraq təhqir etməyə başlamış, Səbuhiyə bu hərəkətlərə son qoymağını və uzaq durmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlunun ona xəsarət yetirməyinə görə 100 min manatdan artıq ona pul lazım olduğunu bildirmişdir. O, isə Səbuhiyə 6000 manat məbləğində barışıq üçün pul verdiyini və bundan artıq pulu olmadığını deyən zaman Səbuhi baş nahiyəsindən qəfildən sağ və sol əlləri ilə yumruq vurmuş, həmin yumruğun biri başının sol tərəf gicgahına və qaş nahiyəsinə, digər yumruq isə başının sağ arxa hissəsinə dəymiş, o, özünü bir qədər itirmiş və arxaya doğru geri çəkilmişdir. Səbuhi onu vuran zaman əlində ağac var olmuş, hansı ki, həmin ağacı heyvan otarmaq üçün istifadə edirmiş. Həmin ağacla Səbuhini özündən uzaqlaşdırmağa və özünü müdafiə etməyə başlamış, ancaq Səbuhini vurmamış, yaxına buraxmamaq üçün Səbuhini ağacla itələmiş, Səbuhi də onun üstünə hücüm cəkmişdir ki, onu yenə vursun. Səbuhi yaxınlaşa bilmədiyi üçün, həm də əlində olan ağacı görüb ehtiyat etdiyinə görə Səbuhi yerdən bir əl boyda daş götürərək ona tərəf atmış, o, da inanmamışdır ki, həmin daşı Səbuhi ona atarş Səbuhinin atmış olduğu daş başına, yəni alın nahiyəsinə dəymiş və xəsarət almış, huşunu itirmiş kimi oturmuş, ancaq Səbuhi ondan əl çəkmək istəməmişdir. Həmin vaxt Səbuhi ona 15-20 ədəd böyüklü-kiçikli daşlar atmış, bir neçəsi dəysə də elə də ciddi xəsarət almamış, ancaq başında bərk ağrı yaranmışdır, gözü qaralmış, qarşı tərəfi görə bilməmişdir. Sadəcə olaraq əlində olan çomağı sağa-sola hərərkət etdirmişdir ki, Səbuhi birdən yaxınlaşıb yenidən onu vurar. Səbuhinin atmış olduğu daşlar böyrək nahiyəsinə, başına, sol qoluna, sinə nahiyəsinin üstünə, kürək nahiyəsinə dəymişdir. Səbuhi ona daşla xəsarət yetirib büdrəməyindən istifadə edib üzərinə gəlmiş, onunla orada əlbəyaxa olmuş, Səbuhi ilə əlbayaxa olan zaman qışqıraraq, kömək istəmiş, səs-küyə həmkəndlisi Nuranə gələrək cəld yaxınlaşıb qışqırıb kömək çağırmışdır. Səbuhi pis söyüşlər söydüyü üçün Nuranə artıq məcbur olub evlərinə qayıtmışdır. Nuranə evlərinə getdikdən təxminən 1-2 dəqiqə sonra hadisə yerinə həmkəndlisi Xasay (Xətai) gəlmişdir. Xasay (Xətai) gələn zaman da Səbuhinin əlində daş olmuşdur. Xasay (Xətai) hadisə yerinə gələrək, Səbuhiyə demişdir ki, “ayıbdı, kəndçisiniz, ağsaqqal kişidir, niyə dava edirsən”, Səbuhi isə Xasaya (Xətai) demişdir ki “bunu öldürəcəm”. Səbuhi bu sözü deyəndən sonra Xasayın (Xətai) gözü qarşısında təpiklə belinə vurmuşdur. Bu zaman Xasay Səbuhiyə yaxınlaşaraq, onun əlindən daşları almış və yerə atmışdır. O, isə özünü pis his etdiyi üçün oğlu Eltuna zəng etmişdir ki, gəlib onu aparsın. Bir qədər keçmiş Eltun gəlmiş onu evə aparmışdır. Bundan sonra bərk ağrımış və dörd gün evdə pasteldə yataq xəstəsi olmuşdur. Ona demişlər ki, tərpənmək olmaz, buna görə də o, özünə gəldikdən sonra polisə və xəstəxanaya müraciət etmişdir. Baş vermiş mübahisə 30 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayəçidir, ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Samux rayonu, Yenikənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əsl adı Xətai olsa da kənd camaatı onu Xasay kimi tanıyır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kəndçiləridir, onlar yaşadığı kənddə onunla eyni küçədə yaşayırlar. Onun Səbuhi və Elçinlə arasında heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı evin həyətində heyvanları sahəyə çıxartmaq üçün hazırlaşan vaxt yaşadığı evin yaxınlığında olan küçədən səs küy gəldiyini eşitmişdir. Həmin səsdən güman etmişdir ki, küçədə kimlərsə dalaşır. Buna görə də küçəyə çıxmış, küçəyə çıxan zaman yaşadığı evdən təxminən 50-60 metr aralıda Təqsirləndirilən şəxs məxsus evin arxasında olan döngədə Səbuhi ilə Elçinin üzbə üz dayanaraq bir birləri ilə mübahisə etdiyini görmüşdür. Səbuhi və Elçini uzaqdan görən zaman onlar bir-birini təhqir edərək itələşmişlər. Elçin və Səbuhi mübahisə edən zaman rəhmətlik qonşuları Kamilin gəlini adını Nuruş kimi bildiyi qadın da onların yanında olmuşdur. Nuruş Elçini və Səbuhini dalaşmaması üçün onları sakitləşdirməyə çalışmış, ancaq Səbuhi Elçindən əl çəkmək istəməmişdir. O, kömək etmək məqsədi ilə Elçin və Səbuhinin yanına getmiş, onların yanına çatan zaman Səbuhi və Elçin yenə bir birinə söyüş söymüş və artıq əlbəyaxa dalaşmağa başalmışlar. Səbuhi Elçini ittiham etmişdir ki, təxminən bir il əvvəl itmiş heyvananı Elçin və onun ailəsi tərəfindən oğurlanmış, Elçin də heyvanını nəzarətsiz qoyduğu üçün itdiyini demişdir. O, Səbuhinin sol əlində çay daşını olduğunu görüb fikirləşmişdir ki, birdən Səbuhi əlində saxlamış olduğu daşla Elçini vurar, həm də Səbuhi əlində ki, daşla Elçinin üstünə hücüm çəkirmiş. Buna görə də Elçin və Səbuhinin arasına girərək hər birini sağa və sola doğru itələmişdir ki, bir birindən uzaqlaşsınlar. Həmçinin Nunuş da onları sakitləşdirməyə çalışmışdır. Onları mübahisə edənləri araladıqca Səbuhi daha da Elçinin üzərinə getmişdir. O, davanın olmaması üçün Səbuhinin sol əlində saxladığı daşı alaraq, kənara tullamış, ancaq daşı hara atdığını xatırlamır. Onlar 15-20 dəqiqə mübahisə etdikdən sonra zornan Səbuhini evlərinin həyətinə salmış, Elçin də heyvanlarını örüş sahəsinə aparmışdır. Elçin ilə Səbuhinin arasında mübahisənin nə səbəbə baş verdiyini bilməmişdir. Çünki həmin vaxt onlar bir biri ilə əlbəyaxa tutaşaraq, bir birlərini təhqir etmişlər. Həmin vaxt nə Elçinin nə də ki, Səbuhinin bir birini vurduqlarını görməmişdir. O, gələnə qədər artıq dava qutarmışdır. Sonradan bilmişdir ki, Səbuhi Elçinə xəsarət yetirmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Samux rayonu, Yenikənd kəndində yaşadığı evdən 50-60 metr aralıda Təqsirləndirilən şəxs məxsus evin yanında olan döngədə baş vermişdir. O, hadisə yerinə getdikdən sonra Səbuhi və Elçinin arasında baş vermiş davadalaş 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, onun əsl adı Nurayə olsa da kənd camaatı onu Nunuş kimi tanıyır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kəndçiləridir, onlar yaşadığı kənddə onunla eyni küçədə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı evdə olan zaman yaşadığı evin yaxınlığında olan küçədən səs küy gəldiyini eşitmiş, həmin səsdən güman etmişdir ki, küçədə kimlərsə dalaşır. Buna görə də küçəyə çıxmış, küçəyə çıxan zaman yaşadığı evdən təxminən 50-60 metr aralıda Təqsirləndirilən şəxs məxsus evin qarşısındakı küçədə Səbuhi ilə Elçinin üzbəüz dayanaraq bir birləri ilə mübahisə etdiyini görmüşdür. Səbuhi və Elçini uzaqdan görən zaman Səbuhi Elçini təhqir etmiş və onlar mübahisə etmişlər, onlara tərəf yaxınlaşıb onlara demişdir ki, dalaşmasınlar. X9 əl çəkmək istəməmiş, Səbuhi nalayiq söyüşlər söydüyü üçün onların yanına gedib aralamamışdır. Çünki Səbuhi əsəbləşən zaman onu aralamaq olmur. Səbuhi və Elçinin yanından aralanıb evə qayıdan zaman qonşuları adını Xasay kimi bildiyi Xətai də səs küyə çıxıb Elçin və Səbuhinin yanına getmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Samux rayonu, Yenikənd kəndində yaşadığı evdən 50-60 metr aralıda Təqsirləndirilən şəxs məxsus evin qarşısında küçədə baş vermişdir. O, hadisə yerinə getdikdən sonra Səbuhi və Elçinin arasında baş vermiş dava-dalaş 10 dəqiqə davam etmişdir, O, Səbuhi və Elçinin bir birlərini vurmalarını görməmiş, onlara aralıdan baxmış və baxan zaman onlar bir birləri ilə əlbəyaxa olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs atasıdır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Səbuhi ilə qardaşı Eltunun arasında bir dəfə mübahisə olmuş və mübahisə zamanı qardaşı Eltun Səbuhiyə ağır xəsarət yetirmiş, bununla bağlı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə istintaq aparılaraq cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və qardaşı Eltun 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onlar Səbuhiyə 6000 manat barışıq əldə olunması üçün pul verib ondan notarial ərizə almışlar, lakin sonradan Səbuhi məhkəmədə yenə də qardaşı Eltundan şikayətçi olmuş, səbəb kimi onlardan ümumilikdə 15000 manat nağd pul istəmişdir. Ancaq onun özü hər şeyi tam dərk də bilmir, kimsə onu öyərdir ki, daha çox pul alsın. Hadisə olandan sonra, yəni 2022-ci ildən bəri demək olar ki, günaşırı Səbuhi onların ailəsini hədələyir və dəfələrlə atası Elçinlə, qardaşı Eltunla və onunla mübahisə edib dalaşmağa cəhd etmiş, istəmişdir ki, ailələrindən kimsə yenə Səbuhini vursun və Səbuhi yenə də şikayətçi olsun. Səbuhi ilə arasında olan mübahisələrin birinin video görüntüsü də vardır və həmin görüntünü polisə təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində yaşadığı kənddə dükana getmiş, həmin vaxt arvadı Elnarə zəng edərək, Təqsirləndirilən şəxs əlində balta evlərinə basqına gəldiyini bildirmiş, tez qaça-qaça evlərinə tərəf getmiş, evə çatmağa az qalmış evdən səs küy gəldiyini eşitmiş, evə çatan zaman isə evin darvazasının rənginin töküldüyünü görmüşdür. Evin darvazasından içəri daxil olan zaman görmüşdür ki, Səbuhinin bir əlində balta digər əlində isə taxta parçası vardır və o, atası Elçinin arxası ilə qaçır və onu vurmaq istəyir, yaxınlaşıb Səbuhini tutmaq istəyən zaman Səbuhi balta ilə onu vurmaq istəmiş, lakin geri çəkildiyi üçün balta ona dəyməmişdir. Anası Şəlalə pəncərədən qışqıraraq kömək çağırmışdır ki, qonşulardan kimsə də köməyə gəlsinlər. Həmin vaxt səsə həmkəndlisi Etibar gəlmiş, Etibar gələn vaxt Səbuhi balta ilə evin həyətində atasını qovur o, isə Səbuhini tutmaq istəmişdir. Səbuhi isə “oğlun Eltunun onu döyməsinin qisasını səndən alacam, ailəni öldürəcəm, səni gör heyvanını örüşə aparan zaman başına nə oyun açacam” deyirmiş. Səbuhi Etibarın həyətə daxil olduğunu görməmiş və Etibar arxa tərəfdən Səbuhini tutmuş, Etibar Səbuhini arxadan tutduqdan sonra isə Səbuhinin əlində olan baltanı almışdır. Səbuhin əlində olan baltanı aldıqlarını görüb bir qədər sakitləşmiş, Etibarla köməkli Səbuhini evin həyətindən çölə çıxartmışlar. Etibar çöldə Səbuhini sakitləşdirmiş, Səbuhi isə deyirmiş ki, “indi sabah Elçin görər heyvanı örüşə aparanda gör onun başına nə oyun açaçacam”. O, da Səbuhiyə qapılarından getməyəcəyi təqdirdə polis çağıracağını demişdir. Səbuhi bundan sonra evlərinin yanından çıxıb getmişdir. Bu hadisənin sabahısı günü, yəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində atası Elçin yaşadıqları evdən çıxaraq heyvanları örüş sahəsinə aparmışdır. Atasının evdən çıxmasından heç bir saat keçməmiş atası üstü başı çırılmış halsız vəziyyətdə evə qayıtmışdır. Atasından nə olduğunu soruşan zaman Səbuhinin onun qarşısını kəsərək, mübahisə etdiyini və mübahisə zamanı Səbuhinin onu daşla, təpik yumruqla vurub döydüyünü bildirmişdir. Həmin vaxt atası zornan danışıraq özündə olmamışdır. Buna görə də atası demişdir ki, özünə gəldikdən sonra gedib Səbuhi barədə polisə şikayət edəcəkdir. Atasına demişlər ki, hal hazırda tərpətmək olmaz. Sonradan atası özünə gəldikdən gedib polisə şikayət etmişdir. Əlavə olaraq onuda bildirdi ki, Səbuhi bundan başqa dəfələrlə onların evlərinə basqına gəlmiş, onların ailəsini az yaşlı uşaqlarını qorxutmuşdur. Onlar daima qorxu içində yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Səbuhi ilə övladı Eltun arasında bir dəfə mübahisə olmuş və mübahisə zamanı oğlu Eltun Səbuhiyə ağır xəsarət yetirmiş, bununla bağlı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə istintaq aparılaraq cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və oğlu Eltun 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onlar Səbuhi ilə barışıq əldə olunması üçün cəhd etmişlər, Səbuhiyə 6000 manat barışıq əldə olunması üçün pul verib ondan notarial ərizə almışlar, lakin sonradan Səbuhi məhkəmədə oğlu Eltundan şikayətçi olmuş, səbəb kimi ümumilikdə 15000 manat nağd pul istəyir. Hadisə olandan sonra, yəni 2022-ci ildən sonra Səbuhi ailələrini hədələyir və dəfələrlə əri ilə oğlanları ilə mübahisə edib dalaşmağa cəhd etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişdir. Həmin zaman evdə olmuş, ondan başqa isə evdə gəlini Elnarə və azyaşlı nəvələri Könül və Banu olmuşlar. Evin qapısının yanında Səbuhi uca səslə danışmış, həmçinin Səbuhinin belində balta, əlində isə taxta parçası olmuşdur. Səbuhi qapıda səs- küy salıb, evdə olan azyaşlı nəvələri Səbuhinin evlərinə hücümundan qorxub ağlamışdır. O, nəvələrini sakitləşdirmiş və evin pəncərəsindən Səbuhini video görüntüyə çəkmişdir, belə ki, qorxudan qapıya çıxa bilməmişdir ki, Səbuhi onu da vurar. Səbuhi əri Elçini hədələyərək bildirmişdir ki, “niyə barışıq üçün ona 15000 min manat pul vermir qapılarına minnətçi göndərir və niyə Elçinin onlara getmədiyini niyə ona yalvarıqçı düşdüyünü demişdir. Sonra Səbuhi demişdir ki, “sənin uşaqlarının basıb gözünü çıxardacam, kişisən niyə yalvarırdın, səni parçalıyaram, səni doğrayaram, mən Nuşirəvan kişinin oğluyam, bir o dədəmin goru səni parçalayaram” Bundan sonra tez evin həyətinə çıxmışdır ki, Səbuhi birdən Elçinə hücüm çəkər. Həmin vaxt gəlini Elnarə və nəvələri də onunla birlikdə həyətə çıxmışlar. Səbuhi Elçinlə mübahisə edən zaman nəvələri qorxudan ağlamış, bunu görən Elçin Səbuhiyə evdən çıxıb getməsini demiş və üzünü çöndərib evə tərəf gəlmişdir. Həmin vaxt Səbuhi belində olan baltanı çıxartmış və həmin balta ilə qapıya zərbə vurmuş, həmin zərbənin izi hələ də qapıda qalmışdır. Elçin Səbuhiyə nə səbəbə qapıya vurmasını demiş, Səbuhi isə heç nə anlamamış kimi Elçinin üstünə gəlmişdir, Elçin də qışıraraq onlara demişdir ki, evə girsinlər. O, da gəlini ilə nəvələrini evə salmış, Səbuhi isə əlində olan baltanı yuxarı qaldırıb Elçinin arxası ilə qaçmağa başlamışdır. O, yenidən çölə çıxmışdır ki, Səbuhiyə kömək etsin, Səbuhiyə yalvarırmış ki, Elçini öldürməsin. Səbuhi onu görən zaman balta ilə onun üstünə hücum edib vurmaq istəmişdir. O, tez qaçıb evə girmiş və qapını bağlamışdır, Səbuhi qapıya bir neçə zərbə endirsə də qapı açılmamışdır, pəncərədən çığıraraq kömək çağırırmıdır. Səbuhinin hücum etməyi barədə əvvəlcədən gəlini Elnarə oğlu Vüqara zəng edərək, oğlunu çağırmış, bundan sonra Vüqar gəlmiş, Vüqar gəldikdən sonra Səbuhi Vüqarın üstünə hücum çəkmiş, səslərinə küçədən keçən həmkəndliləri Etibar gəlmişdir. Etibar gəldikdən sonra Vüqar və Etibar Səbuhinin əlindən baltanı alıb bir təhər evdən çıxartmışlar. Bu hadisənin sabahısı günü, yəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində əri Elçin yaşadıqları evdən çıxaraq heyvanları örüş sahəsinə aparmışdır. Elçinin evdən çıxmasından heç bir saat keçməmiş ki, Elçinin üstü başı çırılmış halsız vəziyyətdə evə qayıtmışdır. Elçindən nə olduğunu soruşan zaman Səbuhinin onun qarşısını kəsərək, mübahisə etdiyini və mübahisə zamanı Səbuhinin onu daşla, təpik yumruqla vurub döydüyünü bildirmişdir. Həmin vaxt Elçin zornan danışmış və özündə olmamışdır. Buna görə də Elçin demişdir ki, özünə gəldikdən sonra gedib Səbuhi barədə polisə şikayət edəcəkdir. Elçinə demişlər ki, hazırkı vəziyyətə onu tərpətmək olmaz. Sonradan Elçin özünə gəldikdən gedib polisə şikayət etmişdir. Əlavə olaraq onuda bildirdi ki, Səbuhi bundan başqa dəfələrlə onların evlərinə basqına gəlmiş, onların ailəsini az yaşlı uşaqlarını qorxutmuşdur. Onlar daima qorxu içində yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kəndçiləridir, onlar yaşadığı kənddə onunla qonşuluqda yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında küçədə olan zaman Elçinin evindən qışqırıq səslərinin gəldiyini eşitmişdir. Elçinin evindən kimsə uca səslə qışqıraraq “kömək edin Səbuhi bizi ödürdü” demişdir. O, tez Elçinin evinə getmiş, Elçinin evinə gedən zaman darvazanın açıq olduğunu və darvazanın rənginin töküldüyünü görmüş və belə güman etmişdir ki, kimsə darvazaya hansısa küt alətlə zərbə endirmişdir. Elçinin evinin həyətinə daxil olan zaman görmüşdür ki, Səbuhinin sol əlində taxta sağ əlində isə balta var və o, Elçinin arxası ilə düşüb onu vurmaq istəyir, qışqıra qışqıra Elçinə demişdir ki, “oğlanlarının məni vurmağının qisasını səndən alacam”, Elçinin oğlu Vüqar isə onların arxası ilə qaçır və Səbuhini tutmaq istəyirdi. Bundan başqa da evin pəncərəsinin qarşısında Elçinin arvadı Könül, Elçinin gəlini Elnarə və azyaşlı nəvələri Səbuhiyə baxmışlar və onlar qorxudan çığıraraq ağlaşırmışlar. Bundan sonra Vüqarla birlikdə Səbuhinin arxa tərəfdən qucaqlayaraq tutmuşdur, Vüqar da Səbuhinin əlində olan baltanı almışdır. Bundan sonra Səbuhini bir Vüqarla köməkli evdən çölə çıxarmışlar. Səbuhi isə demişdir ki, “buraxın bunların hamısını bir bir öldürəcəm”. O, Səbuhini çöldə sakitləşdirmiş və ona demişdir ki, səni bu hərəkətinə görə həbs edərlər eləmə. Səbuhi isə ona demişdir ki, “indi Elçin görər gör sabah o, heyvanları örüşə aparanda onun başına nə oyun açacam”. O, da Səbuhiyə demişdir ki, “ayıbdır kəndçiyik sənə yaraşmaz belə hərəkətlər etmək”, həmçinin Vüqarda Səbuhiyə demişdir ki,”mənim qapıma gəlsən səni polisə şikayət edəcəm”. Səbuhi də Vüqarın onu polisə verəcəyindən həm də Elçinin qapısına köməyə çoxlu kənd sakinlərinin yığılmasından qorxub çıxıb getmişdir. Bu hadisənin sabahısı günü, yəni xx.xx.2023-cü il tarixdə kənd camaatından eşitmişdir ki, Səbuhi Elçini kənddə döyüb və daşla vuraraq, Elçinin başına xəsarət yetirmişdir. O, həmin günü, yəni xx.xx.2023-cü il tarixdə axşam vaxtı bir qonşu kimi Elçinin yanına getmişdir. Elçin evdə yataqda yatmış və ondan nə olduğunu soruşan zaman Səbuhinin onu döydüyünü demişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» Publik Hüquqi şəxsin Samux rayon şöbəsinin rəisi X5 ekspert rəyinə uyğun izahat verərək bildirdi ki, 19 avqust 2023-cü il tarixli 71 nömrəli tərtib etdiyi rəylə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyyən edilmiş xəsarətlər- alın sümüyünün sınığı, alın nahiyyəsinin, qarının sol yan divarının və döş qəfəsinin sol səthinin hematomalarıdır ki, bu xəsarətlər - Bərk Küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa Ağır Zərər vurmaya aid edilmişdir. Ondan qabaq ilkin olaraq Zərərçəkmiş şəxs Samux rayon mərkəzi xəstəxanasında təcili tibbi yardım bölməsində müayinə etmişlər, ancaq Zərərçəkmiş şəxs alın nahiyyəsində olan xəsarəti vizual olaraq görməmişdir. Ancaq Zərərçəkmiş şəxs onun yanına gəldikdə onun bədəni üzərində olan xəsarətləri aydın müəyyən etmişdir. Məhkəmə iclasında dindirilmiş Samux rayon mərkəzi xəstəxanasında təcili tibbi yardım bölməsinin müdiri X1 izahat verərək bildirdi ki, tarixi dəyiq yadında qalmayan vaxtda Zərərçəkmiş şəxs Samux rayon mərkəzi xəstəxanasında təcili tibbi yardım bölməsinə müraciət etmiş və onun bədəni üzərində olan xəsarətlərə ilkin olaraq baxış keçirib müəyyinə etmişdir. Həmin vaxtı onun bədənində nə xasərətlər olmasını rəydə qeyd etmişdir. Zərərçəkmiş şəxs alın nahiyyəsində vizual olaraq hər hansı xəsarətin olmasını müəyyən etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Samux rayonu, Yenikənd kəndində yaşayan Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən Samux rayonu, Yenikənd kəndində küçədə iki yolun kəsişməsində xx.xx.2023cü il tarixdə saat 08 radələrində mübahisə və münaqişələrinin olduğu yeri göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin Gəncə şəhər şöbəsinin 19 avqust 2023-cü il tarixli 71 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyyən edilmiş xəsarətlər- alın sümüyünün sınığı, alın nahiyyəsinin, qarının sol yan divarının və döş qəfəsinin sol səthinin hematomalarıdır ki, bu xəsarətlər –Bərk Küt əşyanın( əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa Ağır Zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycna Respublikası SN-nin “Təkrar məhkəmə tibbi-ekspertizasının” T58/2024 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində alın sümüyünün sınığı ilə müşayiət olunan alın nahiyyəsinin hematoması, qarının sol yan divarının və döş qəfəsinin sol səthinin hematomaları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdilər, dərəcəsinə görə alın sümüyünün sınığı ilə müşayiət olunan alın nahiyəsinin hematoması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa X12 vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Xəsarətlərin xarakteri onların əllə deyil, daha çox daşla yetirilə bilməsinə uyğun gəlir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan amblator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının 31 yanvar 2023-cü il tarixli 60 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: - Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. - Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur. - Təqsirləndirilən şəxs keçirdiyi psixi-emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-ci il tarixli tələbnamədən və Samux Rayon Məhkəməsinin 23 may 2006-cı il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il müddətinə İslah İşləri cəzasına məhkum olunmuşdur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs əməlini etiraf etməsə də, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi işdə olan sübutlarla və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli 4(058)-08/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 134-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 134-cü maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin əməlində cəzanı yüngəlşdirən hal yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü məddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 134-cü məddəsinin sanksiyasında qeyd olunan cinayət əməli min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 127.2.3 və 134-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 134-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən birləşdirilməli və qəti olaraq cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-3/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-3/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver