Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-30/2024 06.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, məhkəmə iclas katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə, saat 19:50-də “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 2165” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Samux rayonu Çobanabdallı kəndi istiqamətində 50 km/ saat sürətlə hərəkətdə olarkən onun hərəkət istiqamətinə əks istiqamətdə qarşıdan gələn və ibtidai istintaqa dövlət qeydiyyat nişanı məlum olmayan avtomobilin işıqları gözünə düşdüyündən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinə əsasən sürücünün gözü qamaşdıqda qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğundan və qanunun bu tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Samux rayonu, Çobanabdallı kəndi ərazisində “Yol İdarəsi” adlanan yerin yaxınlığında onunla eyni istiqamətdə yolun hərəkət hissəsində piyada hərəkət edən X4, idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun baş-beyinə və beyinciyə qansızma, kəllə əsasının sol gicgah sümüyünün qəlpəli sınığı, başın yumşaq toxumalarına sol gicgah nahiyyəsinə uyğun hissədə qansızma (hematoma), İİ-İV və V boyun fəqərələrinin sınığı, sağ ağciyərin cırılması, döş qəfəsinin sağ tərəfində İİİ-Vİİİ-İX-X qabırğaların orta körpücük xətti üzrə sınıqları, sınıq ətraf yumşaq toxumalara qansızma, hər iki diz nahiyyələrinin sıyrıqları, hər iki baldır nahiyyələrinin qançırları ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bu xəsarətlərdən qapalı kəllə beyin travması nəticəsində əmələ gələn sol gicgah sümüyünün qəlpəli sınığı, baş beyinə və beyinciyə qansızma İİİ-İV və V boyun fəqərələrinin sınması, sağ ağciyərin cırılması ilə İsmayıl Abdıyevin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. O, rəsmi olaraq heç bir yerdə işləmir. X7 onun həmkəndlisi olmuşdur. Onunla aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. “VAZ 21065” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobilin mülkiyyətçisini tanımır. Həmin avtomobili 10 ildən artıq müddətdir ki, etibarnamə ilə almışdır. 29 noyabr 2023-cü il tarixdə saat təxminən 19:20 radələrində yaşadığı Gəncə şəhərindən çıxaraq etibarnamə əsasında idarə etdiyi “VAZ 21065” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu Qarabağlılar kəndinə gedirmiş. Gəncə-Çobanabdallı kənd avtomobil yolu ilə üzü Samux rayonu Çobanabdallı kəndi istiqamətində saatda təxminən 50km/saat surətlə hərəkət edirmiş, Samux rayonu Yol idarəsi adlanan yerə çatmağa təxminən 100 metr qalmış saat 19:50-da onunla əks istiqamətdən cip markalı avtomobil gəlmişdir. Həmin avtomobilin işıqları güclü olduğu üçün gözü 4 saniyə qamaşmışdır. Bu zaman qəfildən avtomobilimin sağ tərəf alın şüşəsinə nəyinsə dəydiyini gördüm. O, idarə etdiyi avtomobili yolun sağında saxlayaraq avtomobildən düşmüşdür. Avtomobilinə baxan zaman alın şüşəsinin zədələndiyini görmüşdür. Bundan sonra arxa tərəfə gedib baxmışdır. Bu zaman yoldan təxminən 2-metr kənarda bir nəfər insanın olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşan zaman onun həmkəndlisi olan X8 olduğunu görmüşdür. İsmayıla yaxınlaşan zaman o, can verirmiş. Tez təcili yardıma zəng vurmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşlarına hadisənin necə baş verməsi barədə məlumat vermişdir. Hadisə bir anın içərisində olmuşdur. Hadisənin baş verməsinə səbəb gözünün 4 saniyə qamaşmağı və İsmayıl Abdiyevin piyada yolun hərəkət hissəsində hərəkət etməsi və havanın qaranlıq olduğu üçün onu görməməyi olmuşdur. Hadisə baş verən zaman avtomobildə tək olmuşdur. Hadisə Gəncə-Çobanabdallı kənd avtomobil yolunun Samux rayonu Çobanabdallı kəndindən keçən hissəsində Yol idarəsinin yaxınlığında baş vermişdir. Məhkəmənin iclasında dindirilmiş zərəçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, X7 onun doğma atası olmuşdur. Atası İsmayıl onunla birgə yaşayırmış, rəsmi olaraq heç bir yerdə işləmirmiş, gündəlik fəhləliklə məşğul olurmuş. Atası rəhmətə getməmişdən əvvəl Samux rayonu Çobanabdallı kəndində Qurban adlı şəxsə məxsus olan fermada fəhlə işləyirmiş. Atası gündəlik olaraq səhər saat 9-da gedib axşam saat 19-20 radələrində də geri qayıdırmış. Çobanabdallı kəndi ilə Qarabağlılar kəndi yaxın olduğu üçün atası işə yol maşını ilə gedib gəlirmiş. xx.xx.2023-cü il tarixdə atası səhər ondan öncə durub işə getmişdir. Həmin tarixdə saat 20 radələrində yaşadığı kənddə olan zaman dostu Eşqin mobil telefonuna zəng vuraraq atası İsmayılı avtombilin vurması barədə ona məlumat vermişdir. İlk öncə Eşqinin sözünə inanmamışdır və atasının telefonuna zəng vurmuşdur. Atasına zəng vuranda onun telefonunu həmkəndlisi Murad Süleymanov açmışdır. Murad Süleymanov telefonda idarə etdiyi avtomobillə ehtiyyatsızlıqdan atası İsmayıl Abdıyevi vurduğunu və onun hadisə yerində vəfat etdiyini demişdir. Bundan sonra o, hadisə yerinə, yəni Samux rayonu Çobanabdallı kəndinə Yol İdarəsinin yanına getmişdir. Hadisə yerinə çatan zaman atası İsmayıl Abdıyev vəfat etmişdir. Hadisə yerində olan polis əməkdaşları atasını təcili tibbi yardım avtomobilinə qoyaraq xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, ona görə də, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis X15 X16 Patrul Xidmətinin kiçik inspektoru polis baş serjantı vəzifəsində çalışır. 29 noyabr 2023-cü il tarixdə 99 YP-611 dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu ərazisində Lək-Çobanabdallı istiqamətində avtopatrulda xidmət aparırmış. Həmin tarixdə saat 19:50 radələrində Samux rayonu Çobanabdallı kəndində “Yol İdarəsi” adlanan yerin yaxınlığında piyadanın vurulması hadisəsi barədə Samux NH-dən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında hadisə yerinə, Samux rayonu Çobanabdallı kəndinə“Yol İdarəsi” adlanan yerin yaxınlığına getmişdir. O, həmin yerə çatan zaman görmüşdür ki, üzü Samux rayonu Çobanabdallı kəndi istiqamətinə baxdıqda, yolun sağ tərəf ehtiyyat hissəsində “VAZ 21065” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. O, həmin avtomobilə tərəf yaxınlaşmış və görmüşdür ki, qeyd olunan avtomobildən təxminən 2- 3 metr aralıda yolun kənarında bir nəfər şəxsin meyiti var və meyitin başının üstündə isə adını sonradan bildiyi Təqsirləndirilən şəxs dayanmışdır. Təqsirləndirilən şəxs nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs özünə məxsus “VAZ 21065” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu Çobanabdallı kəndi istiqamətində hərəkət edən zaman ehtiyyatsızlıqdan tanışı piyada X5 vurduğunu və İsmayıl Abdıyevin öldüyünü bildirmışdır. Bundan sonra o, əməliyyat istintaq qrupu gələnə qədər hadisə yerini mühafizə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Gəncə-Çobanabdallı kənd avtomobil yolunun Çobanabdallı kəndi ərazisindən keçən hissəsində baş vermişdir. 3833/2023 nömrəli 29 noyabr 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin olmaması müəyyən edilmişdir. AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 29 dekabr 2023-cü il tarixli 07 №-li Məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X3 meyitinin müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir - baş- beyinə və beyinciyə qansızma, kəllə əsasının sol gicgah sümüyünün qəlpəli sınığı, başın yumşaq toxumalarına sol gicgah nahiyyəsinə uyğun hissədə qansızma( hematoma),İİ-İV və V boyun fəqərələrinin sınığı, sağ ağciyərin cırılması, döş qəfəsinin sağ tərəfində İİİ-Vİİİ-İX-X qabırğaların orta körpücük xətti üzrə sınıqları, sınıq ətraf yumşaq toxumalara qansızma. Hər iki diz nahiyyələrinin sıyrıqları, hər iki baldır nahiyyələrinin qançırları. Qeyd olunan xəsarətlər həyatidir- bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 29 noyabr 2023-cü il tarixə uyğun gəlir və birgə həyatla bira araya sığmayan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb qapalı kəllə beyin travması nəticəsində əmələ gələn sol gicgah sümüyünün qəlpəli sınığı, baş beyinə və beyinciyə qansızma İİİ-İV və V boyun fəqərələrinin sınması, sağ ağciyərin cırılması olmuşdur. X1 bədənində müəyyən edilən xəsarətlərin avtomobilin onu vurması nəticəsində əmələ gəlmələri istisna edilmir. X1 meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı zamanı 0.42% promilli qatılığında etil spirti aşkar edilmiş, narkotik maddə aşkar edilməmişdir. Etil spirtinin bu miqdarı qəbul edilmiş müvafiq cədvələ əsasən Yüngül dərəcələi sərxoşluq vəziyyətinə uyğun gəlir. Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 14 fevral 2024-cü il tarixli 8\140 nömrəli rəyi ilə müəyyən edilir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: “VAZ 21065” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş X9 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs maddi zərərə məruz qalmış ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, yolnəqliyyat hadisəsində iştirak etmiş VAZ2161 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 36 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 216 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası orta həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, yol-nəqliyyat hadisəsində iştirak etmiş VAZ2161 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, KOD– 210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 36 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 216 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-30/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-30/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver