Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-30/2025 14.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Xanlar rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Göygöl rayon Mollacəlilli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 06 iyul 2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus Samux rayonu Nəbiağalı qəsəbəsi ərazisində “Qarasaqqal” adlanan yerdə yerləşən fermanın həyətində saxlanc yeri hesab olunan xalxala ətrafında dəmir hörmə çəpərdən(reşotkadan) aşaraq qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 10(on) ədəd, hər birinin qiyməti 130 manat olan, hər birinin uzunluğu 6 metr, hər birinin çəkisi 100 kq, 300-lük diametrli, qalınlığı 0,5 sm, işlənmiş turbanın yarı hissədən kəsilmiş və təyinatı heyvanların ot-su içməsi üçün nəzərdə tutulmuş dəmir tərkibli olan kalotları, 7(yeddi) ədəd, hər birinin qiyməti 100 manat olan, hər birinin uzunluğu 5 metr, 150-lik diametrli, qalınlığı 0,5 sm turbanın yarı kəsilmiş, hər biri 70-80 kqlıq, üzərində həmin uzunluqda olan dəmirdən arakəsmələr(reşotka) olan, təyinatı quzuların su və ot yeməsi üçün nəzərdə tutulmuş dəmirdən olan kalotları, 3(üç) ədəd, hər birinin qiyməti 150 manat olan, hər biri 2,5x2 metr ölçüdə, qalınlığı 0,2 sm, sovet istehsallı, dəmir tərkibli fermaya aid dəmir list qapıları, l(bir) ədəd qiyməti 100 manat olan dəmir tərkibli, sovet istehsallı, tikinti üçün nəzərdə tutulmuş, uzunluğu 5 metr, 16-lıq şivelleri, 12(on iki) ədəd hər birinin qiyməti 25 manat olan, hər biri 1x0,80 metr ölçüdə, qalınlığı 0,5 sm, dəmir tərkibli ferma pəncərələri üçün nəzərdə tutulmuş dəmir listləri, l(bir) ədəd qiyməti 50 manat olan, 1x1,20 metr ölçüdə, kənarları və özü dəmirdən olan setqanı, cəmi 2900(iki min doqquz yüz) manat miqdarında özgə əmlakını gizli yolla talayıb qəsdən zərər çəkmiş şəxsə ziyan vurub saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə 09 iyul 2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus Samux rayonu Nəbiağalı qəsəbəsi ərazisində “Qarasaqqal” adlanan yerdə yerləşən fermanın həyətində olan fərdi yaşayış evinə evin pəncərəsini açma yolu ilə açmaqla qanunsuz daxil olub oradan sonuncuya məxsus l(bir) ədəd qiyməti 90 manat olan üzərində “BK2500” yazılı markası olan, sovet istehsallı, işlənmiş, işlək vəziyyətdə olan kondisioneri və l(bir) ədəd qiyməti 90 manat olan sovet istehsallı, “orisk” markalı soyuducunun motorunu, cəmi 180( bir yüz səksən) manat miqdarında özgə əmlakını gizli yolla talayıb qəsdən zərər çəkmiş şəxsə ziyan vurub saxlanc yeri hesab edilən yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, onun öz adına “Vaz 21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobillə o, fərdi taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Aydınlaşdırmaq üçün demişdir ki, Cankeş adlı dayısı vardır, o, Rusiya Federasiyasında yaşayır. O, dayısının yanında işləyirmiş, beş ay olarmış ki, Azərbaycana qayıtmışdır. Qayıdandan sonra dayısı Cankeşin xahişi ilə o, onun Samux rayonu Nəbiağalı qəsəbəsi ərazisində Kür çayının yaxınlığında yerləşən “Qarasaqqal” adlanan ərazidə yatağına gedib nəzarət edirmiş, demək olar ki, ayda iki dəfə gedib-gəlirmiş. 2024-cü ilin iyul ayının əvvəllərində o, dayısına mobil telefonda “Whatsapp”da yazaraq anasının xərçəng xəstəsi olduğundan dərmana ehtiyacının yarandığı və pulunun olmadığını deyib dayısından 200 ABŞ dolları pul göndərməsini xahiş etmişdir. Həmin günü dayısı yazmış olduğu sms oxusa da cavab yazmamışdır, həmin günün sabahısı o, dayısına yenə sual işarəsi yazaraq cavab gözlədiyini bildirmişdir, ancaq dayısı yenə oxuyaraq ona cavab verməmişdir. O da qərara gəlmişdir ki, onun Samux rayonunda yerləşən yatağında olan dəmir-dümürləri oğurlasın, belə ki, onun da yatağa baxmağa əziyyəti keçmişdir. Buna görə də o, 06 iyul 2024-cü il tarixdə axşam saat 17 radələrində kəndçisi Qorxmazla kənddə görüşüb ondan xahiş etmişdir ki, onunla birlikdə dayısının yatağına gedib orada olan dəmirləri maşına mindirməyə köməklik etsin, ancaq o, Qorxmaza oğurluq edəcəyi barədə heç nə deməmişdir, belə ki, Qorxmaz həm də bilirmiş ki, o, dayısına məxsus yatağa nəzarət edirmiş, bir dəfə də o, Qorxmazla həmin yatağa getmişdir. Qorxmaz da boş-bekar adam olduğundan etiraz etməmişdir və o, digər kəndçisi Şəmillə görüşüb ona məxsus Qazellə Samux rayon Nəbiağalı qəsəbəsi ərazisində yerləşən yatağa getmişdir. Qeyd etmişdir ki, Şəmil ondan nə gətirəcəyini soruşanda o, ona yatağın dayısının olduğunu və dəmir gətirəcəyini demişdir, yol pulu olaraq o, Şəmilə 40 manat pul verəcəkmiş. Onlar yatağa çatanda yatağın həyətində olan 7 ədəd qoyunlara su verilməsi üçün nəzərdə tutulmuş təxminən uzunluğu 5 metr olan kalotları, 1 ədəd uzun dəmiri, 2 ədəd, birinin ölçüsü 2.5x2.5 sm və 2.5x3 sm olan dəmir listləri qazelə yükləyərək kəndçisi Saqibin evinə aparmışdır. Saqibə demişdir ki, kalotlara ayaq düzəltmək lazımdır, digərlərini isə yonmaq lazımdır, Saqib də ona edə biləcəyini deyəndən sonra dəmirləri onun evinin qabağına düşürtmüşdür. Qeyd etmişdir ki, Saqib dəmir işinə baxırmış, belə ki, özü qaynaqçı(svarşikdir). Həmin gündən təxminən 2 gün sonra Saqiblə görüşərək pul lazım olduğunu demişdir və gətirmiş olduğu dəmirləri satmaq məcburiyyətində qaldığını deyib Saqiblə razılaşaraq ümumilikdə dəmirlərə görə 400 manat nağd pul almışdır. Həmin pulun çox hissəsində anasına dərman almışdır, yerdə qalanı 80 manatını isə xərcləmişdir. Oğurluq etdiyi gündən bir neçə gün sonra dayısına yenə yazaraq pul istəmişdir, o da yenə ona cavab yazmamışdır. O da xatırladığı qədəri ilə 09 iyul 2024-cü il tarixdə təxminən saat 13 radələrində yenə dayısına məxsus yatağa getmişdir, getməmişdən qabaq da dayısına səs atmışdır. Yatağa çatandan sonra o, yataqda olan kameraları sındırmışdır və orada soyuducuya məxsus motoru götürüb yaşadığı evə qayıtmşdır, evə çatan zaman motoru yaşadığı evin həyətində damın yanına tullamışdır, çünki lazımsız bir şey imiş. Samux Rayon Polis Şöbəsində o, bilmişdir ki, sən demə dayısı yatağı başqa bir şəxsə satmışdır, ancaq o, 10-15 gün əvvəl dayısının yeznəsioğlu Müqəddəs ilə danışarkən ona yatağı satması barədə heç nə deməmişdir, hansı ki, yataq Müqəddəsin adınadır, danışanda Müqəddəs hələ ona demişdir ki, yatağa gedib suları bağlasın. Aydınlaşdırmaq üçün demişdir ki, dayısıyla yeznəsi İqbal yatağı şərikinə işlədirmişlər, sonradan aralarında narazılıq olduğundan yataq eləcə də qalmışdır. Əgər o, bilsəymiş ki, yataq başqa bir şəxsə satılıb həmin yataqdan oğurluq etməzmiş. O, həm də dayısına acıq vermək üçün bu cür hərəkət etmişdir. Bildirmişdir ki, ona pul lazım imiş, belə ki, anası xərçəng xəstəsiymiş, ona dərman lazım imiş, pul tapa bilmirmiş. Dayısı çox imkanlıymış, ondan pul istəmişdir, ancaq ona cavab verməmişdir, o da qərara gəlmişdir ki, oğurluq etsin. O, birinci dəfə 06 iyul 2024-cü il tarixdə təxminən saat 17 radələrində kəndçiləri Qorxmaz və Şəmillə getmişdir, yatağın ərazisi çəpərli deyilmiş açıqdır, oralar örüş sahəsidir, yaxınlıqda heç bir yaşayış yoxmuş. İkinci dəfə həmin yatağa 09 iyul 2024-cü il tarixdə təxminən saat 13 radələrində getmişdir, ikinci dəfə gedərkən tək olmuşdur, başqa heç kim olmamışdır. O, ora gedən zaman və orada olarkən onun heç kim görməmişdir. O, yatağın həyətində olan 7 ədəd qoyunlara su verilməsi üçün nəzərdə tutulmuş təxminən hər birinin uzunluğu 5 metr olan kalotları, 1 ədəd uzun dəmiri, 2 ədəd, birinin ölçüsü 2.5x2.5 sm və 2.5x3 sm olan dəmir listləri oğurlamış. İkinci dəfə isə, yəni 09 iyul 2024-cü il tarixdə təxminən saat 13 radələrində yatağa gedərək kameraları sındıraraq orada qoymuşdur və orada soyuducuya məxsus motoru götürüb yaşadığı evə qayıtmışdır, evə çatan zaman motoru yaşadığı evin həyətində damın yanına tullamışdır, çünki lazımsız bir şey imiş. Onu qeyd etmişdir ki, 06 iyul 2024-cü il tarixdə o, yatağa kömək üçün kəndçisi Qorxmaz və digər kəndçisi Şəmillə ona məxsus Qazellə getmişdir, hər ikisinə yalan danışmışdır ki, o, dəmirləri götürməyinə dayısından icazə almışdır, həm də onlara demişdir ki, dəmirləri düzəldib yenidən yerinə qaytaracaqmış. Onlar onun oğurluq etdiyindən xəbərləri olmamışdır. Oğurluq cinayətlərini o, tək etmişdir. Bundan başqa heç kimə bu barədə heç nə deməmişdir. Dəmirlər hamısı kəndçisi Saqibin evinin qarşısında olmuş, soyuducunun motorunu isə yaşadığı evin həyətində damın yaxınlığına tullamışdır, ancaq orada qalıb-qalmadığını dəqiq bilmirmiş. Bildirmişdir ki, o, bundan başqa oğurluq etməmişdir. Hazırda isə əməlindən peşmandır, ilk dəfədir ki, cinayət əməli törədir, himayəsində azyaşlı uşağı var. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, əvvəllər AR X3 xidmət edib təqaüdə çıxmışdır. 2024-cü ilin may ayında o, Göygöl rayonunda yaşayan İqbal adlı şəxslə danışaraq onun oğlu Müqəddəsin adına olan Samux rayonu Nəbiağalı qəsəbəsi ərazisində yerləşən “Qarasaqqal” adlanan yerdə 0,15617 kvadrat metr olan sənayə, nəqliyyat, rabitə və digər təyinatlı torpaq olmaqla yataq almış və onu öz adına çıxarış almışdır. O, həmin yatağı aldıqdan sonra həmin yatağa kamera da quraşdırmışdır ki, yatağa nəzarət etsin. 14 iyul 2024-cü il tarixdə axşam saatlarında kürəkəni Rövşən mobil telefonla yatağa baxarkən görmüşdür ki, kameralar sönlüdür, onlar birinci elə bilmişlər ki, işıqlar keçibmiş, usta ilə maraqlanan zaman usta demişdir ki, kamera öz özünə sönə bilməz. O da kürəkəninə demişdir ki, usta ilə bərabər sabah yatağa getsin ki, görsün nə məsələdir. Həmin günün sabahısı, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında kürəkəni Rövşən ona zəng edərək kameraların sındırıldığı və yatağın həyətindən dəmir kalotları naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını demişdir. O da öz mobil telefonuna AR DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Sonradan o, özü yatağa gedərkən yatağın həyətindən 10(on) ədəd, hər birinin qiyməti 130 manat olan, uzunluğu 6 metr, çəkisi 100 kq, 300-lük diametrli turbanın yarı kəsilmiş və heyvanların otsu içməsi üçün nəzərdə tutulmuş dəmirdən olan kalotları, 7(yeddi) ədəd, hər birinin qiyməti 100 manat olan, uzunluğu 5 metr, 150-lilik diametrli turbanın yarı kəsilmiş, 70-80 kq, üzərində həmin uzunluqda olan dəmirdən arakəsmələr(reşotka) və quzuların su və ot yeməsi üçün nəzərdə tutulmuş dəmirdən olan kalotlarm, 3(üç) ədəd hər birinin qiyməti 200 manat olan, hər biri 2,5x2 metr olan, dəmirdən, yatağın dəmir qapıları, l(bir) ədəd qiyməti 200 manat olan, dəmirdən olan şivelleri (uzunluğ 5 metr), 12(on iki) ədəd hər birinin qiyməti 40 manat olan, 1x0,80 metr ölçüdə, yatağın pəncərələri olan dəmirləri və l(bir) ədəd qiyməti 40 manat olan 1x1,20 metr ölçüdə kənarları və özü dəmirdən olan setqanı, həmçinin yataqda olan evin içərisindən l(bir) ədəd qiyməti 300 manat olan üzərində “BK2500” yazılı markası olan, sovet istehsallı, işlənmiş və hal-hazırda işlək vəziyyətdə olan kondisionerin, l(bir) ədəd qiyməti 150 manat olan sovet istehsallı, “orisk” markalı soyuducunun motorun olmadığını və naməlum şəxs(şəxslər) tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan başqa yataqda olan kameraların yaddaş aparatları sındırılmışdır və sındırılma nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir. Oğurluq nəticəsində ona 3770 (üç min yeddi yüz yetmiş) manat maddi ziyan dəymişdir, həmçinin kameraların yaddaş aparatları sındırılmışdır və sındırılma nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir. Yataqda o, yatağı 2024-cü ilin may ayında almış, ona qədər heyvan saxlanılmış, may ayından sonra isə orada yaşayış olmamışdır, buna görə də o, hər ehtimala qarşı kamera quraşdırmışdır. O, oğurluq hadisəsini xx.xx.2024-cü il tarixdə aşkar etmiş, həmin vaxta qədər oğurluq olunduğundan xəbəri olmamışdır. O göstərmişdir ki, ona məxsus yatağın ətrafı açıq sahədir, yataq özü üç tikili evdən ibarətdir, evə pəncərənin setqasını çıxardaraq evə daxil olublar, ona məxsus Samux rayon Nəbiağalı qəsəbəsi ərazisində yerləşən yataqdan nə vaxt oğurluq olduğunu bilməmiş, xx.xx.2024-cü il tarixdə kameralar işləməyəndə o, artıq şübhələnmiş, səhəri günü isə oğurluq olduğunu aşkar etmişdir. Ona məxsus Samux rayon Nəbiağalı qəsəbəsi ərazisində yerləşən yataqdan göstərdiyi əşyalardan başqa bir şey oğurlanmamışdır. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Şahid şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, kənd arasında ona “Sahib” deyirlər, ancaq əsl adı Saqibdir. Özü yaşadığı kənddə qaynaqçı (svarşik) işləyir. Qorxmaz, Şəmil və Şaiq onun kəndçiləridir. Şəmilin “Qazel” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə yüklərin daşınması ilə məşğul olur. Qorxmaz 3-cü qrup əlilidir, belə ki, “İkinci Qarabağ M üharibəsi” iştirakçısıdır, qazidir. Bildirmişdir ki, 06 iyul 2024-cü il tarixdə axşam saat 19-20 radələrində o, Göygöl şəhərində olarkən Şaiq istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək demişdir ki, “bir qədər dəmir və kalotlar var, onlara əl gəzdirmək lazımdır”. O, da Şaiqə düzəldənik deyib qapıya boşaltmağını demişdir, bir qədər keçmiş o, evə qayıdanda görm üşdür ki, Şaiq və Şəmil dəmirləri artıq boşaldıb gedirlər. Şaiq onu görüb ona demişdir ki, kalotlara ayaqlar düzəltsin, list qapıları və kiçik kvadrat dəmirləri çərçivəyə salsın. Şaiq özünə dam tikəcəyini demişdir. O, da Şaiqə 10 günə düzəldə biləcəyini demişdir. Bundan sonra Şaiq çıxıb getmişdir və iki gün sonra o, evdə olarkən Şaiq onun yaşadığı evə gəlmiş və ona demişdir ki, “dayımla danışmışam, mamam ağrıyır, iynə-dərmana pul lazımdır, dəmirləri satmaq istəyirəm”. O, da Şaiqə demişdir ki, “mənə neçəyə satarsan”, Şaiq də ona 500 m anata sata biləcəyini deyəndə o, Şaiqə demişdir ki, həmin dəmirlərə görə 400 manat pul verə bilər. Şaiq də onunla razılaşmışdır. O, Şaiqə həmin vaxt nağd 400 manat pul vermişdir. Qeyd etmişdir ki, Şaiq həmin dəmirləri ona gətirərkən dayısının olduğunu, Samux rayonunda yerləşən yataqdan söküldüyünü, belə ki, heyvanlara baxmadıqlarını, buna görə də həmin dəmirləri dayısından xahiş edib özünə götürməklə dam tikəcəyini demişdir, Şaiqin oğurluq etməyindən onun xəbəri olmamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə axşam saat 19-20 radələrində o, Göygöl şəhərində olarkən Şaiq istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onunla görüşmüşdür və ona ümumilikdə 400 manata razılaşmaqla 7 (ədəd) kalotu (3-ü diametri 200-lük olan turbanm ortadan yarı kəsilmiş, 4-ü 300- lük turbanm ortadan yarı kəsilmiş), 2 (iki) ədəd dəmir listləri(qapmı çərçivəsiz), l(bir) ədəd şivelleri (uzunluğ 5 metr), 12(on iki) ədəd kiçik kvadrat dəmirləri və l(bir) ədəd setqanı( 1x1.20 sm) və 2(iki) ədəd reşotkqanı(50x50 sm ölçüdə) satmışdır. O, Samux rayon Hacallı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus yatağa getməmişdir. Təqsirləndirilən şəxs ona həmin dəmirləri gətirərkən dayısının olduğunu, Samux rayonunda yerləşən yataqdan söküldüyünü, belə ki, heyvanlara daha baxmadıqlarını, buna görə də həmin dəmirləri dayısından xahiş edib özünə götürməklə dam tikəcəyini demişdir, Şaiqin oğurluq etməyindən onun xəbəri olmamışdır. Şahid şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Onun atasına məxsus “Qazel 31110” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə yüklərin daşınması ilə məşğul olur. Qorxmaz, Saqib və Şaiq onun kəndçiləridir. Qorxmaz 3-cü qrup əlildir, belə ki, “X4” iştirakçısıdır, qazidir. Bildirmişdir ki, 06 iyul 2024-cü il tarixdə axşam saat 17 radələrində o, heyvanda olarkən Şaiq onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək demişdir ki, “boşsanmı?” o, da demişdir ki, “hə kəndə gəlirəm” . O da ona demişdir ki, “dayımın Samux rayonunda fermasında kalot var, onu gətirmək lazımdır” . O da etiraz etməmişdir və Qazeli götürüb kənddə çayxanaya getmişdir. Orada o, Şaiqlə görüşm üşdür, görüşən zaman Qorxmaz da yanında imiş, belə ki, o da onlarla köməyə getməliymiş. Sonra onlar birlikdə Samux rayonuna getmişdirlər. Onlar yatağa çatanda yatağın həyətində olan 7 ədəd qoyunlara su verilməsi üçün nəzərdə tutulm uş təxminən uzunluğu 5 metr olan kalotları, 1 ədəd uzun dəmiri, 2 ədəd, birinin ölçüsü 2.5x2.5 sm və 2.5x3 sm olan dəmir listləri Qazelə yükləyərək kəndçisi Saqibin evinə aparmışlar. Şaiq Saqibə demişdir ki, kalotlara ayaq düzəltmək lazımdır, digərlərini isə yonmaq lazımdır, Saqib də edə biləcəyini deyəndən sonra dəmirləri onun evinin qabağına düşürmüşdürlər. Qeyd etmişdir ki, Saqib dəmir işinə baxır, belə ki, özü qaynaqçı (svarşikdir). Sonradan o, bilmişdir ki, Şaiq təxminən 2 gün sonra Saqiblə görüşərək dəmirlərə görə 400 manat nağd pul almışdır. Samux Rayon Polis Şöbəsində o, bilmişdir ki, sən demə Şaiq onlara yalan olaraq demişdir ki, guya dəmirlər özünə lazımdır, belə ki, heyvan alıb baxacaqdır. Onun Şaiqin oğurluq etdiyindən xəbəri olmamışdır, onunla bərabər Qorxmaz da getmişdir, Qorxmazın da Şaiqin oğurluq etdiyindən xəbəri olmamışdır. Bildirmişdir ki, onlar həmin yatağın həyətində olan 7 ədəd qoyunlara su verilməsi üçün nəzərdə tutulm uş təxminən hər birinin uzunluğu 5 metr olan kalotları, 1 ədəd uzun dəmiri, 2 ədəd, birinin ölçüsü 2.5x2.5 sm və 2.5x3 sm olan dəmir listləri götürmüşdülər. O, yatağa Şaiq və Qorxmazla birlikdə getmişdir, başqa heç kim olmamışdır. Şahid şəxs qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 19 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus, Samux rayonu Nəbiağalı qəsəbəsi ərazisində “Qarasaqqal” adlanan yerdə yerləşən fermadır. Fermanın ətrafında hörmə çəpər (reşotka) var, xalxaldır. Fermanın həyətində həmçinin fərdi yaşayış evi var. Hal-hazırda ferma işlədilmir və yaşayış yoxdur. Hadisə yerinə baxış zamanı iştirak etmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, bu fermaya iki dəfə yəni xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə oğurluq etmək üçün gəlmişdir. Birinci səfər oğurluq edərkən və həmçinin ikinci dəfə oğurluq edərkən fermadan həmin əşyaları oğurladığı yerləri əli ilə göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini göstərən zaman bir neçə istiqamətdən fotoşəkillər çəkilmiş və əhəmiyyət kəsb edən heçnə götürülməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu Nəbiağalı qəsəbəsi, Qarasaqqal ərazisində yerləşən, ümumi sahəsi 1311.9 kv.m. olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs Əlamdar oğluna məxsusdur. 31 iyul 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. 31 iyul 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, 07 ( ədəd) kalot, 2 (iki) ədəd dəmir listlər, 1 (bir) ədəd şiveller, 12 (on iki) ədəd kiçik kvadrat dəmirlər, 1 ( bir) ədəd setqa və 2 (iki) ədəd reşotka cinayət işi üzrə maddi sübut hesab edilmiş və maddi sübutların Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli 9/164 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən və fotoşəkilləri təqdim edilmiş 06 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1080,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 02 adda malların satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edildi. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmamışdır. 15 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. 15 dekabr 2024-cü il tarixli ittiham elan edilməli olan şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə - xx.xx.1991-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Göygöl rayon Mollacəlili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası 177.1-ci maddəsi ilə axtarış elan edilmişdir. 07 may 2025-ci il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına könüllü gələrək axtarışda olduğundan daha öncə xəbərdar olmadığını bildirmişdir. 07 may 2025-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildiyini bildirmişdir. 07 may 2025-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 08 may 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 09 may 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 09 may 2025-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bildiyini bildirmişdir. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Mollacəlilli kənd İƏD-i üzrə nümayəndəsi, tərəfindən verilən xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Başçısının Mollacəlilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Mollacəlilli kəndində yaşayır, onun qeyd olunan tərkibdə ailə üzvləri var: arvadı-X2, qızı-X5 (2015-ci il təvəllüdlü), oğlu- X8 (2023-cü il təvəllüdlü). Zərərçəkmiş şəxs Əlamdar oğlunun xx.xx.2025-ci il tarixli, notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs hazırda heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş zərərin tam şəkildə ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarındakı digər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlindən peşman olması, onun zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsi və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmaması, həmçinin təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut hesab edilmiş 7 ədəd kalot ( 3-ü diametri 200-lük olan turbanın ortadan yarı kəsilmiş, 4-ü 300-lük turbanın ortadan yarı kəsilmiş), 2 ( iki) ədəd dəmir listlər, 1( bir) ədəd setqanın (1x1.20 sm) zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Göygöl rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilmiş 7 ədəd kalot (3-ü diametri 200-lük olan turbanın ortadan yarı kəsilmiş, 4-ü 300-lük turbanın ortadan yarı kəsilmiş), 2 ( iki) ədəd dəmir listlər, 1( bir) ədəd setqanın (1x1.20 sm) zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Göstərdiyi 37 saat hüquqi yardıma görə 407 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-30/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-30/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver