Məhkəmə qərarları › İş №1(058)-31/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-31/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-31/2024 29.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon(şəhər) məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə saat 09 radələrində Zazalı dəmir yol vağzalının dəmir yol stansiyasının ərazisində tanışı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, sonuncunun onunla kobud danışması səbəbindən əsəbləşərək, yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq, sol yanağın yumşaq toxumalarının əziyi, sol gözün alt qapağının qançırı, gözün ağlı qişasnın qansızması, ağız boşluğunun əzilmiş yarası ilə müşayət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsədən sağlamlığına yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək özünü ona elan olunmuş ittihamla təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-ci il tarixdə saat 09 radələrində Zazalı dəmir yol vağzalının peronunda tanışı Cəbrayıl adlı şəxslə görüşüb ona demişdir ki, onun həyətində fəhlə kimi işlədiyinə görə ona 30 manat borcu qalıb və həmin borcu ödəməsini tələb etmişdir. Cəbrayıl isə ona bildirmişdir ki, həmin işə görə ona heç bir borcu qalmayıb. Bu mövzuda onların aralarında mübahisə yaranmış və mübahisə nəticəsində o, Cəbrayılın sifət nahiyəsindən bir dəfə yumuruqla vurmuş və bundan sonra orada çıxıb getmişdir. Həmin dava-dalaş Zazalı dəmir yol stansiyasında baş vermiş, təxminən 1-2 dəqiqə davam etmiş, orada onlardan başqa heç kim olmamışdır, həmin vaxt səs-küyə kənardan heç kim gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli, 28 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol yanağın yumuşaq toxumaların əzniyi, sol gözün alt qapağının qançırı, gözün ağlı qişasına qansızma, ağız boşluğunun əzilmiş yarasıdır ki, bu xəsarətlər - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş, DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayıb. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Şıxzamanlı QİƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İşin faktiki hallarından aydındır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384-cü maddələrini rəhbər tutub qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar