Məhkəmə qərarları › İş №1(058)-33/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-33/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-33/2024 25.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Dəmir Yolları QSCdə qatar tərtibatçı işləyən, Samux rayonu, Ziyadlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə ne t d i Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə, saat 07 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sərkar-Gəncə avtomobil yolu ilə üzü Gəncə şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən və ibtidai istintaqa dövlət qeydiyyat nişanı məlum olmayan avtomobilin qarşısında dayandığından «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü bəndinə əsasən surətdən və hərəkət şəraitindən aslı olaraq elə ara məsafəsi seçməli idi ki, onunla eyni zolaqda hərəkət edən nəqliyyat vasitəsi surəti kəskin azaltdıqda və dayandıqda onunla toqquşmanın qarşısını almalı olduğundan və qanunun bu tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Samux rayonu, Sərkar kəndi ərazisində “20 Yanvar” abidəsinin qarşısında onunla eyni istiqamətdə yolun ehtiyyat hissəsində piyada hərəkət edən X10 idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun baş beyinin yumşaq qişasına, beyin mədəcəklərinə və beyinciyə qansızma, ənsə, sol təpə-gicgah nahiyyələrinin hematoması ilə müşayiət olunan qapalı küt kəllə beyin travması, sol baldır sümüklərinin (qamış və incik) açıq qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bu xəsarətlərdən qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəcəklərinə və beyin toxumasına qansızma Arzu Qarayevin ölümünə səbəb olmuşdur. Bununla da, Kərimov X4 Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Azərbaycan Dəmir Yolları QSC-də qatar tərtibatçı vəzifəsində çalışır. “Mercedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobilin mülkiyyətçisi atası Qədim Kərimovdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 07 radələrində yaşadığı Samux rayonu Ziyadlı kəndindən çıxaraq etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iş yerinə gedən vaxt ondan başqa idarə etdiyi avtomobildə qardaşı Şahid1 da olmuşdur. Qardaşı Əli idarə etdiyi avtomobilin ön qabaq oturacağında əyləşbmiş və Sərkar-Gəncə avtomobil yolu ilə saatda təxminən 50-60 km/saat surətlə hərəkətdə olmuşdur. Ondan təxminən 15-20 metr öndə isə modelini və qeydiyyat nişanını xatırlamadığı avtomobil onunla eyni istiqamətdə hərəkətdə olmuş, Samux rayonu Sərkar kəndində yerləşən “20 Yanvar” abidəsinin qarşısında olan zaman ondan öndə olan modelini və qeydiyyat nişanını xatırlamadığı avtomobil qəfil olaraq yolun hərəkət hissəsində dayanmışdır. Bu zaman həmin avtomobil ilə toqquşmamaq üçün yolun sağ tərəf ehtiyyat hissəsinə çıxmışdır. O, həmin avtomobili sol tərəfdən keçə bilməzmiş, çünki əks istiqamətdən avtomobil hərərkətdə olmuşdur. O, idarə etdiyi avtomobili tormozlayaraq yolun sağ tərəf ehtiyyat hissəsinə çıxaran zaman avtomobilinin qabaq sağ təkəri partlamış, ehtiyyat hissəsinə çıxan zaman ondan 2 metr aralıda bir nəfər piyadanın olduğunu və avtomobilə minmək istədiyini görmüşdür. Həmin piyada qarşısında dayanan avtomobilə minmək istəyirmiş. Piyada avtomobilinin tormoz səsini eşitdikdən sonra anidən bir iki addım arxa tərəfə hərəkət etmişdir. O, avtomobili dahada sağ tərəfə çəkə bilməmişdir. Belə ki, avtomobilinin təkəri partladığı üçün avtomobili idarə etmədən çıxıbmış. Buna görə də avtomobilinin qabaq sağ tərəfi piyadaya dəymişdir və həmin piyada qalxaraq idarə etdiyi avtomobilin ön alın şüşəsinə dəyərək yerə düşmüşdür. O, və qardaşı Əli idarə etdiyi avtomobildən düşərək həmin piyadaya yaxınlaşmışlar və onu yerdən qaldırıb öz avtomobilinə mindirmişlər. Ondan öndə olan avtomobilin sürücüsü isə avtomobilindən düşərək onlara tərəf baxmış və yenidən avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra həmin piyadanı Gəncə şəhərində yerləşən xəstəxanaya aparmışdır. Onun avtomobilininin təkəri boş olmasına baxmayaraq zərərşəkmişi xəstəxanaya aparmışdır. Hadisə bir anın içərisində olmuş, hadisənin baş veməsinə səbəb qarşısında hərəkət edən avtomobilin qəfil yolun hərəkət hissəsində dayanması və idarə etdiyi avtomobili yolun sağ tərəf hərəkət hissəsinə çıxaran zaman avtomobilinin təkərinin partlaması olmuşdur. Hadisə zamanı xəsarət yetirdiyi piyadanı görən zaman onunla arasında 2 metr məsafə olmuşdur. Hadisə baş verən zaman önündə dayanan avtomobilin markası və dövlət qeydiyyat nişanını xatırlamır, həmin avtomobil boz rəngli “VAZ” markalı avtomobil olmuşdur. Hadisə olandan sonra zərərçəkmiş şəxsi əvvəl Gəncə şəhərində yerləşən Beynəlxalq xəstaxanaya aparmış, həmin xəstaxana zərərçəkmiş şəxsi qəbul etməmiş, sonra Gəncə şəhəri 3 saylı xəstəxanaya aparmış, orada zərərçəkmiş şəxs bir müddət müalicə aldıqdan sonra yenidən zərərçəkmiş şəxsi Gəncə şəhərində yerləşən Beynəlxalq xəstaxanaya aparmışdır. Zərərçəkmiş şəxsə ümumilikdə ona 13 min manatdan artıq pul xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində bildirdi ki, Samux rayonu Sərkar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum oğlu Qarayev Arzu dünyasını dəyişməzdən əvvəl Gəncə şəhəri Dəmiryolu Vağzalının yaxınlığında yerləşən “OBA” marketdə satıcı vəzifəsində işləmiş, hər gün səhər saat 07 yaxud 08 radələrində yaşadığı evdən çıxaraq, Samux rayonu Sərkar kəndi ərazisində “20 yanvar” abidəsinin yanında dayanaraq yol maşını, yaxud kənd avtobusu ilə işə gedir, axşam isə saat təxminən 18-19 radələrində yaşadıqları evə qayıtmışdır. Mərhum oğlu kənddə və işdə nüfuz sahibi olan özünə hörmət qazanan, böyük kiçik yeri bilən oğlan olmuşdur. Mərhum oğlu Arzunu yaxın zamanlarda nişanlandırıb ona toy etmək istəyirmiş. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində oğlu Arzu yaşadığı Samux rayonu Sərkar kəndində yerləşən evindən çıxaraq Samux rayonu Sərkar kəndi ərazisində yerləşən kənd arasında “20 Yanvar” abidəsi adlanan yerin yanında yolun Gəncə şəhəri istiqamətinə baxdıqda sağ tərəf kənarında piyada dayanaraq işə getmək üçün nəqliyyat vasitəsi gözləyirmiş, bu zaman Gəncə şəhəri istiqamətində hərəkət edən taksiyə əl edərək saxlatdırmış, həmin taksi yolun sağ tərəf ehtiyyat hissəsinə çıxaraq dayanmış, oğlu Arzu isə həmin taksiyə tərəf addımlayaraq gələrkən həmin taksinin arxası ilə yüksək surətlə gələn “Mercedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin taksinin sağ tərəfinə keçib yolun ehtiyyat hissəsinə çıxaraq idarə etməni itirərək yolun ehtiyyat hissəsində oğlu Arzunu vurmuşdur. Bundan sonra “Mersedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxslər adları sonradan məlum olan Əli və İbrahim qardaşları oğlu Arzunu avtomobilə mindirirək Gəncə şəhəri 3 saylı X17 Xəstəxanasına aparmışlar. Onlar mərhum oğlunu yerindən tərpətməməli və X17 çağırmalı idilər. Çünki o, ağır travma aldığı üçün tərpətmək olmazdı. Həmin tarixdə saat 08 radələrində işə gedən zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş, telefonu götürən zaman telefonda olan şəxs özünü Arzunun iş yoldaşı kimi təqdim edərək, Arzunun şəxsiyyət vəsiqəsini istəmiş, ondan nə olduğunu soruşan zaman həmin telefonda olan şəxs Arzunu avtomobil vurduğunu və hazırda Gəncə şəhəri 3 saylı X17 xəstəxanasında olduqlarını bildirmişdir. Bundan sonra o, Gəncə şəhəri 3 Saylı X17 xəstəxanasına getmiş və görmüş ki, oğlu Arzu Qarayev koma vəziyyətində, ayağının iki yerində sınıq və kəllə beyin travması xəsarəti almışdır. O, getdikdən sonra Arzu xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmiş, Arzu reanimasiya şöbəsinə yerləşdirilən zaman oğlunu vuran şəxsin valideyini Qədim, Qədimin arvadı, Qədimin oğlu Əli, Qədimin qızı Xatun və adlarını bilmədiyi digər şəxslər orada olmuşlar. Mərhum oğlu Arzu 2 gün 3 saylı xəstəxanada qaldıqdan sonra vəziyyəti daha da ağırlaşmış və X6 təkidi ilə Gəncə Beynəlxalq xəstəxanasına aparmışlar. Arzunu Beynəlxalq xəstəxanaya aparan zaman xatırladığı qədəri ilə 2500 manat ilkin olaraq xəstəxanaya Qədim ödəniş etmişdir. Bundan başqa onlar xəstəxanaya nə qədər pul ödədiklərini xatırlamır. O, özü isə Beynəlxalq xəstəxanaya 17950 (on yeddi min doqquz yüz əlli) manat rəsmi olaraq ödəniş etmiş və həmin ödənişlərin qəbzləri əlindədir. Bundan əlavə də iynə dərmana əlavə olaraq 5 min manat pul xərcləmişdir. Ümumi olaraq oğlu Arzu X2 olan zaman 23000 (iyirmi üç min) manat pul xərcləmişdir. Daha sonra Arzunun vəziyyəti daha da ağırlaşdığından onu xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən Neorocərrahiyə xəstəxanasına aparmışlar. Həmin xəstəxanada isə onun 3 min manat xərci çıxmışdır. xx.xx.2024-cü il tarixdə isə oğlu Arzu Bakı şəhəri Neorocərrahiyə xəstəxanasında dünyasını dəyişmişdir. Onun Arzunun dəfn xərclərinə 9 min manat xərci çıxmışdır. Ümumilikdə ona oğlu Arzunun vəfat etməsi ilə bağlı 35000 (otuz beş min) manat məbləğində maddi zərər dəymişdir. Həmçinin əlavə olaraq da özünə 1800 manata Kəlbəcər rayonunda iş tapmış və məlum hadisəyə görə də o həmin işindən olmuşdur. Ona oğlu Arzunun vəfatı ilə bağlı özünə iş tapana qədər hər ay 1800 manat zərər dəyir. Bundan əlavə olaraq oğlu Arzunu avtomobillə vuran şəxsin Qədimin övladı Təqsirləndirilən şəxs olduğunu bildirmişdirlər. Lakin Qədimin qızları X2 söhbət edən zaman yoldaşı Şahnaz orada olmuş və eşitmişdir ki, “Əli qanına bələnmişin zibilini nə qədər İbrahim çəkəcək”. deyirlər. Sonra isə onlar Şahnazı gördükdən sonra söhbətin məğzini dəyişmişlər. Arzu X2 olan zaman xx.xx.2023-cü il tarixdən sonra yaxın gəlməyərək heç bir köməklik etməmişlər və Qədimin arvadı Almaz avtobus dayanacağında qardaşı arvadı Məleykəyə demişdir ki, “mən öz oğlumu qutaracam, getsin oğlunu necə istəyir sağaltsın”. Hazırda şikayətçidir. Ona dəyən ziyan ödənilməlidir. Mülki iddianın təmin olunmasını və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, rəsmi olaraq "OBA" marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı İbrahimin “Mercedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, səhər növbəsində olan zaman İbrahimlə birlikdə İbrahimə məxsus olan “Mercedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə gedir. xx.xx.2023-cü il tarixdə saat təxminən 07 radələrində yaşadığı Samux rayonu Ziyadlı kəndindən çıxaraq qardaşı İbrahimlə birlikdə ona məxsus olan “Mercedes C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yerinə, yəni Gəncə şəhərinə gedirmişlər. “Mercedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı İbrahim Sərkar-Gəncə avtomobil yolu ilə saatda təxminən 50-60 km/saat surətlə hərəkət etmişdir. Onlardan təxminən 15-20 metr öndə isə modelini və qeydiyyat nişanını xatırlamadığı avtomobil onunla eyni istiqamətdə hərəkət etmişdir. Samux rayonu Sərkar kəndində yerləşən “ 20 Yanvar” abidəsinin qarşısında olan zaman onlardan öndə olan modelini və qeydiyyat nişanını xatırlamadığı avtomobil qəfil olaraq yolun hərəkət hissəsində dayanmış, bu zaman qardaşı İbrahim avtomobil ilə toqquşmamaq üçün yolun sağ tərəf ehtiyyat hissəsinə çıxmışdır. Qardaşı İbrahim idarə etdiyi avtomobili tormozlayaraq yolun sağ tərəf ehtiyyat hissəsinə çıxaran zaman avtomobilin qabaq sağ təkəri partlamışdır. Yolun ehtiyyat hissəsinə çıxan zaman onlardan 2 metr aralıda bir nəfər piyadanın olduğunu görmüş, həmin piyada qarşısında qəfil dayanan avtomobilə minmək istəyən vaxt, piyada avtomobilin tormoz səsini eşitdikdən sonra anidən bir iki addım arxa tərəfə hərəkət etmişdir. Bu zaman avtomobilin qabaq sağ tərəfi piyadaya dəymiş və həmin piyada qalxaraq avtomobilin ön alın şüşəsinə dəyərək yerə düşmüşdür. O, və qardaşı İbrahim avtomobildən düşərək piyadaya tərəf yaxınlaşmışlar və onu öz avtomobillərinə mindirib Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs və Şahid1 doğma övladlarıdır. İbrahim və Əli ikisi də yanında, Samux rayonu Ziyadlı kəndində yaşayırlar. Oğlu Şahid1 Gəncə şəhərində Oba marketdə satıcı, digər oğlu İbrahim isə Gəncə şəhərində ADY-də qatar tərtibatçısı işləyir. Oğlu İbrahimin “Mercedes C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili etibarnamə ilə edir. İbrahim xx.xx.2023-cü il tarixdə saat təxminən 07 radələrində yaşadıqları Samux rayonu Ziyadlı kəndindən çıxaraq digər oğlu Əli ilə birlikdə “Mercedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə gedirmişlər. Avtomobili İbrahim idarə etmiş, Əli isə həmin avtomobilin ön qabaq oturacağında əyləşib Samux rayonu Sərkar kəndi ərazində İbrahimin idarə etdiyi avtomobilin qarşısında qəfil avtomobil dayanmış buna görə də İbrahim avtomobili yolun sağ tərəfinə çıxarmış və bu zaman yolun ehtiyyat hissəsində piyada dayanmış Arzu Qarayevi vurmuşdur. Bundan sonra İbrahim və X23 Təqsirləndirilən şəxs avtomobilinə mindirib Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Hadisədən sonra o, Gəncə şəhəri 3 Saylı X17 Xəstəxanasına getmiş, xəstəxanada olan zaman Arzunun atası Kamal onlara övladı Arzunun özəl xəstəxanada müalicə olunmalı olduğunu bildirmişdir. Onlar da borca girib X18 Beynəlxalq xəstəxanasına aparmışlar və həmin xəstəxanda müalicə etdirmişlər. Sonradan xx.xx.2024-cü il tarixdə Arzu Qarayevi Bakı Neyrocərrahiyə xəstəxansına aparmışlar və Arzu Qarayev müalicə aldğı Bakı Neyrocərrahiyə xəstəxansında dünyasını dəyişmişdir. O, qeyd etmişdir ki, heç vaxt heç kimə deməmişdir ki, öz oğlunu polisdən qurtaracaq. Əlində olan bütün pullarını Arzu Qarayevin müalicəsinə xərcləmişdir. Kamal Qarayevin ifadəsində qeyd etdiyi xüsusat şər böhtan xarakterlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, rəsmi olaraq X2 çamaşırxanaçı işləyir. Təqsirləndirilən şəxs və Şahid1 onun doğma qardaşlarıdır. Qardaşlarının ikisi də Samux rayonu Ziyadlı kəndində atası Qədimin evində yaşayırlar. Qardaşı Şahid1 Gəncə şəhərində Oba marketdə satıcı, digər qardaşı İbrahim isə Gəncə şəhərində ADY-də qatar tərtibatçısı işləyir. Qardaşı İbrahimin “Mercedes C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili var imiş. O, həmin avtomobili etibarnamə ilə edirmiş. İbrahim xx.xx.2023-cü il tarixdə saat təxminən 07 radələrində yaşadığı Samux rayonu Ziyadlı kəndindən çıxaraq qardaşı Əli ilə birlikdə “Mercedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə gedən vaxt avtomobili qardaşı İbrahim idarə edib, Əli isə həmin avtomobilin ön qabaq oturacağında əyləşmişdir. Samux rayonu Sərkar kəndi ərazində İbrahimin idarə etdiyi avtomobilin qarşısında qəfil avtomobil dayanmış buna görə də İbrahim avtomobili yolun sağ tərəfinə çıxarmış və bu zaman yolun ehtiyyat hissəsində piyada dayanmış Arzu Qarayevi vurmuşdur. Bundan sonra İbrahim və X23 Təqsirləndirilən şəxs avtomobilinə mindirib Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Hadisədən sonra Gəncə şəhəri 3 Saylı X17 Xəstəxanasına getmişdir. Xəstəxanada olan zaman Arzunun atası Kamal onlara övladı Arzunun özəl xəstəxanada müalicə olunmalı olduğunu bildirmişdir. Onlar da borca girib X18 Beynəlxalq xəstəxanasına aparmışlar və həmin xəstəxanda müalicə elətdirmişlər. Sonradan xx.xx.2024-cü il tarixdə Arzu Qarayevi Bakı Neyrocərrahiyə xəstəxansına apardılmışlar və Arzu Qarayev müalicə aldğı Bakı Neyrocərrahiyə xəstəxansında dünyasını dəyişmişdir. Arzu Qarayev onun işlədiyi Gəncə Beynəlxalq xəstəxanada müalicə olunan zaman yanına gəlmiş bacısı Yasəmən və Arzu Qarayevin anası Şahnazla birlikdə xəstəxanada oturub söhbət edirmişlər. Söhbət zamanı bacısı Yasəmən ona demişdir ki, “İbrahimi kor qalsın, əli ayağı qırılsın, kor olsun xalxın balasına vurub bu günə saldı”. Kamal Qarayevin ifadəsində qeyd etdiyi xüsusat şər böhtan xarakterlidir. Arzu Qaryevi avtomobil ilə qardaşı Təqsirləndirilən şəxs vurmuşdur. Onlar heç vaxt deməmişlər ki, X24 avtomobillə vurmuşdur. Əlinin heç vaxt avtomobili olmamış və o, avtomobil idarə edə bilmir. X15 avtomobili almışdır ki, qardaşı Əlini də işə aparıb gətirsin həm də evin işlərini görsün. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Samux rayonu Sərkar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Gəncə şəhərində beton zavodda fəhlə işləyir, hər gün səhər saat 07 radələrində işə gedir. Təqsirləndirilən şəxs, Şahid1 və X10 əvvəllər tanımamışdır. 22 noyabr 2023-cü il tarixdə səhər saat 07 radələrində yaşadığı Samux rayonu Sərkar kəndində yerləşən evindən çıxıb yol taksisinə minmiş, həmin taksidə sürücdən başqa heç kim olmamışdır. O, həmin yol taksisi ilə Gəncə- Sərkar avtomobil yolu ilə üzü Gəncə şəhəri istiqamətində işə gedən vaxt Samux rayonu Sərkar kəndi ərazisində “20 Yanvar” abidəsinə çatmağa az qalmış həmin abidənin qarşısında avtomobilin dayandığını və həmin avtomobilin qapılarının açıq olduğunu görmüşdür. Həmin avtomobilə çatan zaman görmüşdür ki, iki nəfər şəxs bir nəfər şəxsi qucağına alaraq avtomobilə mindirirlər. Onların yanına çatan zaman həmin avtomobilin Mercedes markalı “çeşka” adlanan avtomobil olduğunu və qeydiyyat nişanın **-CE-*** olduğunu görmüşdür. Həmin avtomobilin yanında dayanan zaman həmin avtomobil sürüb çıxıb getmişdir. Bundan sonra o, və içərisində olduğu taksinin sürücüsü yerə düşmüşlər. Həmin yerdə yolun ehtiyyat hissəsində yerdən telefon, bank kartı, açar, ətir və USB kabeli tapmışdır. Onları özü ilə götürmüşdür. Həmin telefonun ekranı sınmış və gələn zəngləri götürə bilməmişdir. Buna görə də telefonun sim kartını çıxarıb öz telefonuna taxmış ki, gələn zənglərə cavab verib telefonun yiyəsinin kim olduğunu öyrənib qaytarsın. Sim kartı taxdıqdan sonra telefona zəng gəlmiş və telefonu ondan istəmişlər. Daha sonra Zahid adlı şəxs ondan telefonu, bank kartını, açarı, ətiri və USB kabelini götürmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə olunmuş sxem və fotocədvəldən görünür ki, yol nəqliyyat hadisəsi Sərkar-Gəncə kənd avtomobil yolunun Samux rayonu, Sərkar kəndi ərazisində “20 Yanvar” abidəsinin qarşısında baş vermişdir. Hadisə yerinə baxışda sürücü Təqsirləndirilən şəxs iştirak etməklə, protokol baxış iştirakçıları, o cümlədən sürücü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materialarında olan xx.xx.2023-cü il tarixli 3699/2023 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdə verilmiş sürücülük vəsiqəsi xx.xx.2032-ci il tarixədək qüvvədədir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan BD 408224 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C180” markalı ** CE ***dövlət qeydiyyat nömrə nişanlı avtomobil X5 adına qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X11 tərəfindən “Mercedes Benz C180” markalı ** CE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dair Təqsirləndirilən şəxs xx.xx.2032-ci il tarixədək etibarnamə verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibi Ekspertiza və X7” Publik Hüquqi şəxsin Gəncə Şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 06 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, X1 meyitinin müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir - baş beyinin yumşaq qişasına, beyin mədəcəklərinə və beyinciyə qansızma, ənsə, sol təpəgicgah nahiyyələrinin hematoması ilə müşayiət olunan qapalı küt kəllə beyin travması, sol baldır sümüklərinin (qamış və incik) açıq qəlpəli yerdəyişmiş sınığı. Qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn baş beyinin baş beyinin yumşaq qişasına, beyin mədəcəklərinə və beyin toxumasına qansızma olmuşdur. X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux rayon İcra Hakimyyəti Başçısının Ziyadlı kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar2024-cü il tarixli 8/3866 nömrəli ekspert rəyindən görünür ki, "Mercedes Benz C180" markalı 01-CE- 975 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materialarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünur ki, X1 müalicəsi üçün zərərçəkmiş şəxsin hüquqi varisi X13 tərfindən 17.678.36 (on yeddi min altı yüz yetmiş səkkiz manat otuz altı) qəpik pul ödənilmişdir. Məhkəmə belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin əməli istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görədə o, CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxstörətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi, hadisə yerinə baxış protokolu, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə tamamilə təsdiq olunur. CM-in 263.2-ci maddəsinin sanksiyasındaüç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsiilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyükimi Təqsirləndirilən şəxs,cinayətlərin təsnifatına görə az ağırcinayəthesab edilən CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət - hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 12.2, 87.2 və 106.1. maddələrinin bəzi müddalarının şərh edilməsinə dair 15 aprel 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Məhkəməsi göstərmişdir ki, CM-nin cəzanı yüngülləşdirən halları nəzərdə tutan 59-cu maddəsində cinayətin törədilməsindən sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərər çəkmiş şəxsə zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin ödənilməsi (CM-nin 59.1.10-cu maddəsi ) də cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin bu hüquqdan istifadə etməsinə, bu hərəkətləri yerinə yetirməsinə CPM-nin 106.6-cı maddəsində nəzərdə tutulan halların təsiri yoxdur və təqsirləndirilən şəxs prosesin istənilən mərhələsində bu hərəkətləri edə bilər və qanunvericilikdə bununla bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə razılıq əldə etməyə cəhd etməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin azaldılmasına yönəlmiş hərəkətləri etməsini, həmçinin törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ müharibəsinin iştirakçısı olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59- cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Göstərilən halların yüngülləşdirici hallar kimi nəzərə alınma motivləri və bütövlükdə onların cəzanın məqsədləri ilə ağlabatan, məntiqi əlaqəsi, cinayət və cəza məsələlərində daşıdığı cinayət - hüquqi əhəmiyyət barədə aşağıdakılar qeyd edilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının 66-cı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91.7-ci maddələrinin tələbinə görə heç kəs özünə qarşı ifadə verməyə məcbur edilə bilməz və cinayətin törədilməsinə aidiyyatı olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə təqsirləndirilənin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Özünə qarşı ifadə vermək məcburiyyətində olmayan şəxsin tamamilə əks davranış variantı seçərək təqsirini etiraf etməsi onun şəxsiyyət baxımından tam aşınmadığından, ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Təqsirləndirilən şəxs istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamanı təqsirini etiraf etməklə məhz belə davranmışdır. Səmimi peşmançılıq isə şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığından, törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən və artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən davranışı isə ona cəza təyin edilən zaman nəzərə alınmaya bilməz. Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət davranışı ilə seçilməsi, İİ Qarabağ Müharibəsi uğrunda gedən döyüşlərdə iştirak etməsini, məhkumluğunun olmaması, onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı münasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətə layiq cizgiləridir. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə qeyd edir ki, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi CM-nin 59.1.1-ci maddəsində cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin hadisələrin təsadüfi axarı zəminində cinayət törətmənin anlayışı və əlamətləri Cinayət Qanunu ilə müəyyən edilməmişdir. Bu anlayış hüquqi qiymətləndirmə tələb edir və onun təqsirkarın əməlində mövcud olub-olmaması hər bir halda işin hallarından, habelə cinayətin xarakterindən asılıdır. Göründüyü kimi hadisə təsadüfən, yəni heç kimin o cümlədən sürücü Təqsirləndirilən şəxs gözləmədiyi şəraitdə və qəflətən baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə təsvir olunan əməl hadisələrin təsadüfi axarı zəmində ilk dəfə baş vermiş az ağır cinayət hesab oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun məsuliyyətini yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (müsbət xaratkeriza edilməsini, İİ Qarabağ Müharibəsi uğrunda gedən döyüşlərdə iştirak etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışmağa cəhd etməsi), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin, sanksiyada nəzərdə tutulmuş (zərərçəkmişin hüquqi varisinin və zərərçəkmiş şəxsin maraqları və mənafei nəzərə alınmaqla) yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, İİ Qarabağ Müharibəsi uğrunda gedən döyüşlərdə iştirak etməsini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilən Məcəllənin 179.3-cü maddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə etmə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquq pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 mülki iddiasından görünür ki, cinayət nəticəsində Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə 35.000 manat məbləğində maddi zərər vurulmuş və həmin məbləğin Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi X12 17.678.36 (on yeddi min altı yüz yetmiş səkkiz manat otuz altıqəpik) manat məbləğində maddi zərər vurulduğu (xəstəxanaya ödənilən vəsaitlər) öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 mülki iddia tələbi qismən təmin olunmalı və Təqsirləndirilən şəxs 17.678.36 (on yeddi min altı yüz yetmiş səkkiz manat otuz altı qəpik) məbləğində pul vəsaiti tutularaq, zərərçəkmiş şəxsin hüquqi varisi X12 ödənilməlidir. İş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci cəmi 85 (səksənbeş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxstutularaq, Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna və Azərbaycan Respublikasının Penitensiar xidmətin 2 saylı istintaq təcridxanasına həvalə edilsin. Mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs 17.678.36 (on yeddi min altı yüz yetmiş səkkiz manat otuz altı) qəpik və ödənilmiş 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumu alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi X12 verilsin. İş üzrə ekspertiza xərcicəmi 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilsin. Hökm elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar