Məhkəmə qərarları › İş №1(058)-34/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-34/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-34/2024 03.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015ci il tarixli, 1(088)-104/2015 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının CM 29, 149-cü maddəsi ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2zırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, 01 ədəd dəstəyi olmayan, nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, hissə və mexanizmlərin üzərində sonradan təyinatını dəyişdirən heç: bir: əlavə dəyişikliklər. edilməmiş, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AX-74 madelli avtomat və zavod üsulu 1lə istehsal olunmuş 30 ədəd 5,45x39 mn kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov: konstrusiyalı silahların ştat patronları hesab edilən döyüş sursatı və atəşə yararlı 10 ədəd patronları əldə etməklə, daşımaqla saxlamış, barəsində qanunsuz olaraq odlu silah əldə edib, gəzdirməsi və saxlaması barədə Gəncə st, XPŞ-na daxil olmuş məlumat əsasında 15 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Gəncə st, XPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəficəsində Samux rayonu, Alluşağı kəndində Yerləşən: "xxxx" QSC-ın Zazali: stansiyasının yaxınlığında saxlanılaraq Samux rayom, Alluşağı kəndində yerləşən Gəncə st, XPŞ-in Zazalı XPMnə gəlirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində olan bir ədəd ağ rəngli polmer bükümdə 01 ədəd dəstəyi olmayan, nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, hissə və mexanizmlərin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişikliklər edilməmiş, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 madelli avtomat və zavod üsulu 1lə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan Öl ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstrusiyalı silahların ştat patronları hesab edilən döyüş sursatı və atəşə yararlı 10 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, İmamzadədən piyada gələrkən Gəncə çayının kənarında körpünün altında ağ kisə nəzərini cəlb etmiş, gedib həmin kisəni açmış və kisənin içərisində bir ədəd avtomat və içərisində güllələr olan daraq olduğunu görmüşdür. Bundan sonra o avtomatı daraq və güllələr ilə birlikdə gətirib Zazalı stansiyasının peronunda olan sökülmüş yerə gizlədib getmişdir. Son günlər qar yağdığından avtomatın paslanacağını düşünərək xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Zazalı stansiyasına gəlmiş və orada gizlətdiyi avtomatı başqa yerdə gizlətmək üçün götürmüşdür. Daha sonra Zazalı stansiyasının peronu ilə gedən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələri göstərərək polis əməkdaşı olduqlarını və onun qanunsuz olaraq odlu silah üzərində saxlamağında şübhəli olduğunu bildirərək onu polis məntəqəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək Zazalı stansiyasında yerləşən polis məntəqəsinə getmişdir. Vəkil Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, əlində ağ rəngli kisənin içərisindəki avtomatı darağı ilə birlikdə təqdim etmişdir. Sonra həmin avtomata, darağa və daraqda olan 10 ədəd gülləyə baxış keçirilmişdir. Daha sonra həmin kisə qablaşdırılmış üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin 1 ədəd avtomat, 1 ədəd daraq və 10 ədəd gülləni tapdığı yerə, yəni Gəncə İmamzadə kompleksindən üzü dəmir yolu körpüsünü keçdikdən sonra Gəncə çayından 15 metr aralıda olan tullantılar atılan yerin yaxınlığında daşın yanında olan yerə onun polis əməkdaşları və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və həmin ərazidən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. O, həmin 1 ədəd avtomat, 1 ədəd daraq və 10 ədəd patronu Gəncə şəhəri, İmamzadə ziyarətgahından qayıdan zaman Gəncə çay körpüsünün alt hissəsində tapmış və həmin silahdan heç vaxt istifadə etməmiş. O, 1 ədəd Kalaşnikov konstrusiyalı avtomatı əldə etdikdən sonra həmin avtomatdan hər hansısa bir formada atəş açmamış, həmin avtomatın nömrəsinin kim tərəfindən və hansı məqsədlə silinməsini bilmir, o həmin silahın üzərində hər hansı bir əlavə dəyişiklik etməmiş, onun qanunsuz olaraq 1 ədəd Kalaşnikov konstrusiyalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu əldə edərək üzərində saxlayıb daşıyaraq gəzdirməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamış, o sözgedən cinayət əməlindən başqa digər hər hansısa bir cinayət əməli törətməmiş və belə bir məqsədi olmamışdır. O, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf edir, əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sahib adlı şəxsin qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun və Gəncə st. XPŞ-in CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən həmin şəxsin xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Vaqif küçəsi, dalan 5, ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Daha sonra həmin məlumat əsasında o, Gəncə st. XPŞ-in, CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə saat 19 radələrində Təqsirləndirilən şəxs Samux rayon, Zazalı stansiyasının yaxınlığında olması müəyyən edib həmin əraziyə getmişdirlər və Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Gəncə st. XPŞ-nin Zazalı st. XPM-nə dəvət etmişdirlər və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Gəncə st. XPŞ-nin Zazalı st. XPM-nə gəlmişdir. Gəncə st. XPŞ-nin Zazalı st. XPM-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edildi və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edildi. Şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmdi və bu barədə bildiriş təqdim olumuş və üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olub-olmadığı soruşulur, bundan sonra Təqsirləndirilən şəxs bir ədəd siqaret, bir ədəd ətir, bir ədəd alışqan, bir ədəd saqqız, 7,30 manat məbləğində pulu həmçinin, əlində olan bir ədəd ağ rəngli kisədə olan silahi təqdim etmişdir. Həmin kisəyə baxış keçirən zaman içərisləndə bir ədəd AK-74 markalı silah, bir ədəd daraq və 10 ədəd patron olması müəyyən edilmişdir. Daha sonra həmin bir ədəd AK-74 markalı silah, bir ədəd daraq və 10 ədəd patron qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənərək üzəri iştirkçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış predmetin odlu silah olub olmaması, istifadəyə yaralı olub-olmamasına rəy alınması üçün Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaret, bir ədəd ətir, bir ədəd alışqan, bir ədəd saqqız, 7,30 manat məbləğində pul sonuncunun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs saxlanılmazdan təxminən 7-8 gün əvvəl İmamzadədən piyada gələrkən Gəncə çayının kənarında körpünün altında ağ kisə nəzərini cəlb etdiyini və həmin kisəyə baxan içərisində bir ədəd avtomat, daraq və güllələr olan daraq olduğunu görmüş və həmin kisəni içərisində olan bir ədəd avtomat, daraq və güllələr ilə birlikdə götürüb Zazalı stansiyasında gizlətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə st. XPŞ-in, CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Gəncə XPŞ-nın CAB-ın rəisi, polis kapitanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə st. XPŞ-in İTQ-un baş təhqiqatçısı polis mayoru Ramin Həmidov, KTQ-un baş inspektoru polis kapitanı Hüseyn Qasımov və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatı əldə edib daşıyaraq saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs həmin silahi, onun komplekt hissəsini və güllələri tapdığı yerə baxış keçirmək üçün Gəncə İmamzadə kompleksinin yanında Gəncə çayının yanına getmişlər. Qeyd edilən yerə getdikdən sonra Təqsirləndirilən şəxs Gəncə İmamzadə kompleksindən üzü dəmir yolu körpüsünü keçib Gəncə çayından 15 metr aralıda olan tullantılar atılan yerin yaxınlığında daşın kənarını göstərərək bir ədəd avtomat, bir ədəd daraq və on ədəd patronu tapdığı yeri göstərmişdir. Bundan başqa həmin ərazidən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30da tutulmuşdur. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Gəncə st. XPŞ-in CAB-ın rəisi, polis kapitanı Şahid1, baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid2, vəkil Müdafiəçi iştirakı ilə, video qeyd aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan ağ rəngli kisədən bir ədəd avtomat, bir ədəd sandıqca və on ədəd güllələr aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd siqaret, bir ədəd alışqan və 7 manat 30 qəpik pul, bir qutu saqqız aşkar edilmiş, digər qanunsuz əşya və vasitələr aşkar olunmamışdır. Baxış bildikdən sonra bir ədəd siqaret, bir ədəd alışqan və 7 manat 30 qəpik pul, bir qutu saqqız Təqsirləndirilən şəxs geri qaylarılmış, götürülmüş bir ədəd avtomat, bir ədəd sandıqca və on ədəd güllələr qablaşdırılaraq ağzı möhürlənərək üzəri iştirkçılar tərəfindən imzalanmış, qablaşdırılmış avtomatın odlu silah və istifadəyə yaralı olub-olmamasını mülyyinləşdirmək məqsədi ilə rəy aınmas üçün Azərbaycan Reşpiblikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunan bir ədəd avtomat, bir ədət sandıqca və on ədəd güllələri Gəncə çayının kənarında tapdığını, üzərində saxladığını və xx.xx.2024-cü il tarixdə Zazalı stansiysinin ərazisində saxlanıldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/119 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd dəstəyi olmayan nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararldır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsl olununuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 10 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yaralıdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 4(125)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 15 aprel 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Həsənov X2 şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan CM-in 102 maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 29, 149.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-156/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin sözügedən cinayəti törətməsi öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video görüntü, ekspert rəyi, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, o, CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardığı vaxtdan məhkumluğun ödənilməsi üçün nəzərdə tutulmuş müddət keçmədən hazırkı cinayət əməlini törətmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu, həmçinin təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növünün qanunamüvafiq həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə st, XPŞ-in saxlama anbarına saxlanca verilmiş 01 ədəd dəstəyi olmayan, nömrəsi silinmiş, zavod üsulu İlə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, hissə və mexanizmlərin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişikliklər edilməmiş, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 madelli avtomat və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd daraq və xx.xx.2024-cü il tarixli, 24/119 nömrəli məhkəmə ballistik ekspertizasından qalıq qalmış zavod üsulu keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstrusiyalı silahların ştat patronları hesab edilən döyüş sursatı və atəşə yararlı 07 ədəd patron xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 36 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 216 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)156/2024 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istinaq və məhkəmə zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 yanvar 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə st, XPŞ-in saxlama anbarına saxlanca verilmiş 01 ədəd dəstəyi olmayan, nömrəsi silinmiş, zavod üsulu İlə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, hissə və mexanizmlərin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişikliklər edilməmiş, 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 madelli avtomat və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd daraq və xx.xx.2024-cü il tarixli, 24/119 nömrəli məhkəmə ballistik ekspertizasından qalıq qalmış zavod üsulu keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstrusiyalı silahların ştat patronları hesab edilən döyüş sursatı və atəşə yararlı 07 ədəd patron xüsusi müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 36 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 216 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həm də həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar