Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-35/2023 19.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda ünvan 2ntaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Ə.Babayev küçəsi ev 48-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Qızılhacılı küçəsi 1-ci döngə, ev 5-də yaşamış, Gəncə Şəhər Məhkəməsinin 6 iyul 2023-cü il traixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 cə 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda ünvan 2ntaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs1 tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il saat 22 radələrində xx.xx.2022-ci il saat 09 radələrinədək olan müddət ərzində Gəncə şəhər 2-ci mikrorayon 11 saylı binanın qarşısında yerləşən Zərərçəkmiş şəxs2 məxsus ünvansız fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq orada 1 ədəd 350(üç yüz əlli) manat dəyərində 40 litrlik tutumu olan aliminium qazanı, 1 ədəd 450(dörd yüz əlli) manat dəyərində 40 litrlik tutumu olan mis qazanı, 1 ədəd 200(iki yüz) manat dəyərində 10 litrlik tutumu olan samovarı, 1 ədəd 470(dörd yüz yetmiş) manat dəyərində preparatoru, 1 ədəd 100(yüz) manat dəyərində margüs markalı su motorunu, 50(əlli) manat dəyərində 20 kiloqramlıq mismarı, 300(üç yüz) manat dəyərində 4 millilik, 200 metr uzunluğunda elektrik naqilini və 90(doxsan) manat dəyərində 2 millilik, 90 metr uzunluğunda elektrik naqilini, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 2010 (iki min on) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 20 aprel 2023-cü il tarixdə saat 07 radələrində X6 məxsus və yaşayış olmayan Samux rayon Qarayeri qəsəbəsində yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən, saxlanc yeri hesab edilən anbardan və evdən sonuncuya məxsus ümumi dəyəri 200 manat olan 400 kiloqramlıq dəmir metalları, 2(iki) ədəd hər birinin qiyməti 80 manat, ümumi dəyəri 160 manat olan “Hunday” markalı, ЛКРБ 52СС-5.2 modelli, Güc: 0.65 kVt, biçmə sahəsi: 27.2 sm3 olan benzinli otbiçən aparatını, 1(bir) ədəd qiyməti 200 manat olan qırmızı rəngli, üzəri naxışlı, Türkiyyə istehsallı, üzərində “Classic, 100% Polypropylene machine made carpet” yazısı olan eni 3 metr, uznunluğu 5 metr olan gəvəni, 1(bir) ədəd qiyməti 10 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 10 sm, dərinliyi 20 sm olan gül qabını, 1(bir) ədəd qiyməti 20 manat olan mis tərkibli, sovet istehsallı, diametri 7 sm, dərinliyi 25 sm, üzərində üzüm naxışı olan, içərisinə bərkidilmiş süni güllər olan gül qabını, 1(bir) dəst – ümumi dəyəri 150 manat olan və içərisində 2(iki) ədəd çaynik, 1(bir) ədəd şəkər tozu qabı, 2(iki) ədəd süd qabı, 1(bir) ədəd qəhvə qabı, 6(altı) ədəd qulplu stəkanı, 1(bir) dəst ümumi dəyəri 350 manat olan və içərsində 6(altı) ədəd kiçik nəlbəki, 6(altı) ədəd iri nəlbəki, 6(altı) ədəd tort boşqabı, 1(bir) ədəd iri tort boşqabı olan servisi, 1(bir) ədəd qiyməti 10 manat olan sovet istehsallı, üzəri naxışlı, qapaqlı və qulplu, dəm çayniki, 2(iki) ədəd hər birinin qiyməti 25 manat, cəmi 50 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 5 sm, dərinliyi 10 sm, konfet qabını, 2(iki) ədəd hər birinin qiyməti 20 manat, cəmi 40 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 10 sm, dərinliyi 15 sm, mürəbbə qabını, 1(bir) ədəd qiyməti 20 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 30 sm, dərinliyi 3 sm olan meyvə qabını, 2(iki) ədəd hər birinin qiyməti 10 manat, cəmi 20 manat olan tünd göy rəngli, sovet istehsallı, ləpə qabını, cəmi 1230 (bir min iki yüz otuz) manat miqdarında özgə əmlakını gizli yolla talayıb qəsdən zərər çəkmiş şəxsə ziyan vurub yaşayış sahəsinə və saxlanc yeri hesab olunan anbara qanunsuz daxil olmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bundan başqa o, məlum olmayan tarixdə, vaxtda və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 20 aprel 2023cü il tarixdə Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə şübhəli şəxs qismində tutularaq üzərində videoçəkilişlə saat 18:09-da şəxsi axtarış aparılan zaman əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb üzərində saxladığı 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 20 aprel 2023-cü il tarixdə saat 07 radələrində X6 məxsus və yaşayış olmayan Samux rayon Qarayeri qəsəbəsində yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən saxlanc yeri hesab edilən anbardan və evdən sonuncuya məxsus ümumi dəyəri 200 manat olan 400 kiloqramlıq dəmir metalları, 2(iki) ədəd hər birinin qiyməti 80 manat, ümumi dəyəri 160 manat olan “Hunday” markalı, ЛКРБ 52СС-5.2 modelli, Güc: 0.65 kVt, biçmə sahəsi: 27.2 sm3 olan benzinli otbiçən aparatını, 1(bir) ədəd qiyməti 200 manat olan qırmızı rəngli, üzəri naxışlı, Türkiyyə istehsallı, üzərində “Classic, 100% Polypropylene machine made carpet” yazısı olan eni 3 metr, uznunluğu 5 metr olan gəvəni, 1(bir) ədəd qiyməti 10 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 10 sm, dərinliyi 20 sm olan gül qabını, 1(bir) ədəd qiyməti 20 manat olan mis tərkibli, sovet istehsallı, diametri 7 sm, dərinliyi 25 sm, üzərində üzüm naxışı olan, içərisinə bərkidilmiş süni güllər olan gül qabını, 1(bir) dəst – ümumi dəyəri 150 manat olan və içərisində 2(iki) ədəd çaynik, 1(bir) ədəd şəkər tozu qabı, 2(iki) ədəd süd qabı, 1(bir) ədəd qəhvə qabı, 6(altı) ədəd qulplu stəkanı, 1(bir) dəst ümumi dəyəri 350 manat olan və içərsində 6(altı) ədəd kiçik nəlbəki, 6(altı) ədəd iri nəlbəki, 6(altı) ədəd tort boşqabı, 1(bir) ədəd iri tort boşqabı olan servisi, 1(bir) ədəd qiyməti 10 manat olan sovet istehsallı, üzəri naxışlı, qapaqlı və qulplu, dəm çayniki, 2(iki) ədəd hər birinin qiyməti 25 manat, cəmi 50 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 5 sm, dərinliyi 10 sm, konfet qabını, 2(iki) ədəd hər birinin qiyməti 20 manat, cəmi 40 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 10 sm, dərinliyi 15 sm, mürəbbə qabını, 1(bir) ədəd qiyməti 20 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 30 sm, dərinliyi 3 sm olan meyvə qabını, 2(iki) ədəd hər birinin qiyməti 10 manat, cəmi 20 manat olan tünd göy rəngli, sovet istehsallı, ləpə qabını, cəmi 1230 (bir min iki yüz otuz) manat miqdarında özgə əmlakını gizli yolla talayıb qəsdən zərər çəkmiş şəxsə ziyan vurub yaşayış sahəsinə və saxlanc yeri hesab olunan anbara qanunsuz daxil olmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa o, məlum olmayan tarixdə, vaxtda və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,222 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 20 aprel 2023-cü il tarixdə Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə şübhəli şəxs qismində tutularaq üzərində videoçəkilişlə saat 18:38-də şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibininin yuxarı hissəsində kiçik cibdən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb üzərində saxladığı 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,222 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətməsi özlərinin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla təqsirli bilməyərək, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamla isə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı küçədə onunla birlikdə tanışı Şahid1 adlı şəxs də yaşayır və onun vasitəsilə o, Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. O, Cavidi təxminən 1 ay olarmış ki, tanıyırmış. O, tanışı Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx.xx.2022-ci il saat 22 radələrində xx.xx.2022-ci il saat 09 radələrinədək olan müddət ərzində Gəncə şəhər 2-ci mikrorayon 11 saylı binanın qarşısında yerləşən Zərərçəkmiş şəxs2 məxsus ünvansız fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 350(üç yüz əlli) manat dəyərində 40 litrlik tutumu olan aliminium qazanı, 1 ədəd 450(dörd yüz əlli) manat dəyərində 40 litrlik tutumu olan mis qazanı, 1 ədəd 200(iki yüz) manat dəyərində 10 litrlik tutumu olan samovarı, 1 ədəd 470(dörd yüz yetmiş) manat dəyərində preparatoru, 1 ədəd 100(yüz) manat dəyərində margüs markalı su motorunu, 50(əlli) manat dəyərində 20 kiloqramlıq mismarı, 300(üç yüz) manat dəyərində 4 millilik 200 metr uzunluğunda elektrik naqilini və 90(doxsan) manat dəyərində 2 millilik 90 metr uzunluğunda elektrik naqilini, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 2010(iki min on) manat dəyərində əmlakını oğurlamışdır. Gəncə Şəhər Məhkəməsinin 06 iyul 2023-cü il tarixli hökmü ilə o, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa 16 aprel 2023-cü il tarixdə o, Cavid və Elmanla görüşən zaman pulsuzluq olduğundan Cavid onlara demişdir ki, Samux rayon Qarayeri qəsəbəsində nənəsigilin evi vardır, həmin evdə yaşayış yoxdur, evdə bir neçə satılası əşya vardır, onları satıb pul əldə etmək olar. Onlar da Cavidə inanmış və onunla birlikdə yol maşını ilə Samux rayon Qarayeri qəsəbəsinə getmişlər. Onlar ora təxminən gecə saat 03- 04 radələrində çatmışlar. Cavidin hərəkətlərindən Elmanla o, şübhələnmişdir ki, o, oğurluq edir, yəni ev nənəsigilin evi deyil. O, Elmanla orada bir qədər olduqdan sonra Cavid Elmana demişdir ki, qonşu evə hasardan keçib baxsın ki, götürməyə və pula gedəcək nəsə varsa oğurlasın, Elman da hasardan keçərək özünə 1(bir) ədəd velosiped götürmüş və ona demişdir ki, “çıxıb gedək”. O da Elmanla Cavidi orada qoyub Gəncə şəhərinə qayıtmışdır. Onlar ora Elmanla oğurluq etmək üçün getməmişlər, ora gedəndən sonra görmüşlər ki, Cavid oğurluq etmək istəyir, buna görə də çıxıb getmişdir. Sonradan onlara pul lazım olduğundan qərara gəlmişdirlər ki, haradansa oğurluq edib bir qədər pul qazansınlar. Cavidlə görüşüb yenidən yol maşını ilə Samux rayon Qarayeri qəsəbəsinə getmişlər. Onlar gələn vaxtı artıq saat 02 radələri olarmış. Onlar yaşayış olmayan, Cavidin nənəsinin evi kimi təqdim etdiyi evə hasardan daxil olmuşlar. Daxil olandan sonra Cavid ona demişdir ki, qonşu evdə uzun müddətdir ki, yaşayış yoxdur, onların evində dəmirlər vardır, oğurlayıb sata bilərlər. O da etiraz etməmiş və onunla oğurluq etməyə razılıq vermişdir. Onlar yolun çox hissəsini piyada gəldiyindən yorulmuş, buna görə də həmin evdə bir qədər dincəldikdən sonra təxminən səhər saat 07 radələrində qərara gəlmişlər ki, oğurluq etsinlər. Onlar planlaşdırdmışdır ki, sonradan adını X2 bildiyi şəxsin evinin həyətinə olduqları evlə arasında olan setkanı açaraq içəri daxil olsunlar. Həmin setkanı Cavid aralayaraq onunla birlikdə Elçinə məxsus evin həyətinə düşmüşlər. Evin həyətində sağ tərəfdə anbar var imiş, anbarın qapısı açıq imiş, o və Cavid həmin anbara daxil olaraq oradan dəmir metal nə varsa hamısını Cavidin nənəsigilin evi kimi təqdim etdiyi evin həyətinə yığmağa başlamışlar, daha sonra həmin anbardan o, 2(iki) ədəd otbiçən aparatı götürmüş, bununla bərabər Cavid həmin setka olan tərəfdə yerləşən evin pəncərəsini əli ilə açmış, belə ki, pəncərə bağlı deyilmiş. Cavid evə daxil olaraq oradan 1(bir) ədəd gəvə, çay dəstləri, gül qabları, stəkan, nəlbəki oğurlayıb ona vermiş, o da həmin əşyaları digər evin həyətinə yığmışlar. Onlar həmin əşyaları qonşunun həyətinə 1 saata kimi yığmışlar. Qonşunun həyətində yığmış olduqları dəmir metalları un kisələrinə doldurmuşlar, digər əşyaları isə çantaya yığmışlar. Daha sonra o, oğurluq niyyətindən daşınaraq oradan çıxıb getmiş, yolda olarkən Cavid ona zəng edərək gəlib onu da aparmasını xahiş etmişdir. O, taksi tapan zaman polis əməkdaşları onu saxlamış, onlarla birlikdə Samux Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Samux Rayon Polis Şöbəsinə getmişdir. Ona dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, həmin vaxt ona üzərimdə qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə, psixotrop maddə olub-olmamasını, əgər varsa təqdim edilməsini təklif etmişdirlər. O da həmin vaxt üzərində, yəni əynində olan açıq boz rəngli şalvarımın sağ yan cibində olan kağız paket bükülünü təqdim edərək “patı”, yəni metamfetamin olduğunu bildirmişdir. Lakin narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuş və o polis əməkdaşlarının onu məcbur etməsi nəticəsində həmin narkotik vasitənin ona məxsus olduğunu boynuna almaq məcburiyyətində qalmışdır. O, özü narkotik vasitə istifadəçisi olsa da həmin vaxt onun üzərində heç bir psixotrop maddə və ya narkotik vasitə olmayıb, həmçinin həmin maddələri kiməsə satmaq fikri və niyyəti olmamışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamla isə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 aprel 2023-cü il tarixdə Gəncə şəhərində Ruslan və Elmanla görüşərkən pulsuzluq olduğundan demişdir ki, Samux rayon Qarayeri qəsəbəsində dostu İlkin adlı şəxsin nənəsigilin evi vardır, həmin evdə yaşayış yoxdur, evin həyətində dəmir metallar vardır, onları satıb pul əldə etmək olarmış. Onlar da etiraz etməmişlər və birlikdə yol maşını ilə Samux rayon Qarayeri qəsəbəsinə gəlmişlər. Onlar ora təxminən gecə saat 03-04 radələrində çatmışlar. Həmin evə hasardan daxil olmuş və evə baxan zaman heç bir şey tapa bilməmiş, o, evin içərisində olan zaman görmüşdür ki, Elman və Ruslan artıq çıxıb gediblər, onların nə üçün onu orada qoyub çıxıb getdiklərindən xəbəri olmamış, Elmana zəng edib getməklərinin səbəbini soruşmuş, Eman ona demişdir ki, onun oğurluq etməyə gəldiyini anladıqları üçün çıxıb gediblər. 19 aprel 2023-cü il tarixdə axşam saat 23 radələrində o, Gəncə şəhərində Ruslana zəng edib dostu İlkinin nənəsigilin evinə gedib oğurluq etməyi təklif etmiş, Ruslan da etiraz etməmiş və sonra onlar Elmana zəng etsələr də ona zəng çatmamışdır. O, Ruslanla yol maşını ilə Samux rayon Qarayeri qəsəbəsinə getmişlər. Onlar ora çatan vaxt artıq saat 02 radələri olarmış. Onlar yaşayış olmayan həmin evə yenə hasardan daxil olmuşlar. Daxil olandan sonra yorğun olduqlarından həmin evdə bir qədər dincəldikdən sonra təxminən səhər saat 07 radələrində qərara gəlmişlər ki, oğurluq etsinlər. Onlar planlaşdırmışdır ki, X4 evinin həyətinə olduqları evlə arasında olan setkanı açaraq içəri daxil olsunlar. Həmin setkanı o, aralayaraq Ruslanla birlikdə Elçinə məxsus evin həyətinə düşmüşlər. Evin həyətində sağ tərəfdə anbar var imiş, anbarın qapısı açıq imiş, o və Ruslan həmin anbara daxil olaraq oradan dəmir metal nə varsa hamısını İlkinin nənəsigilin evinin yığmağa başlamış, daha sonra həmin anbardan Ruslan 2(iki) ədəd otbiçən aparatı götürmüş, bununla bərabər o, həmin setka olan tərəfdə yerləşən evin pəncərəsini əliylə açmış, belə ki, pəncərə bağlı deyilmiş. O, evə daxil olaraq oradan 1(bir) ədəd gəvə, çay dəstləri, gül qabları, stəkan, nəlbəki oğurlayıb Ruslana vermiş, Ruslan da həmin əşyaları digər evin həyətinə yığmışdır. Onlar həmin əşyaları qonşunun həyətinə 1 saata kimi yığmışlar. Qonşunun həyətində yığmış olduqları dəmir metalları un kisələrinə doldurmuşlar, digər əşyaları isə çantaya yığmışlar. Sonra Ruslan evdən çıxıb getmişdir. Elçingilin evinin həyətindən səs-küy gəldiyindən həmin evə boylanan zaman Elçin onu görmüş, o da artıq oğurluq etdiklərinin bilindiyini bilib qaçmağa başlamış, ancaq onu tutmuşlar. Bir qədər keçmiş polis əməkdaşları Ruslanı da tutmuşlar. O, polis əməkdaşları ilə birlikdə Samux Rayon Polis Şöbəsinə gəlmişdir. Ona dövlət hesabına təyin edilmiş vəkil Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, həmin vaxt ona üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə, psixotrop maddə olub-olmamasını, əgər varsa təqdim edilməsini təklif edilmişdir. O da həmin vaxt üzərində, yəni əynində olan tünd göy rəngli şalvarın sağ yan cibininin yuxarı hissəsində kiçik cibdə olan sellofan bükülünü təqdim edərək “patı” olduğunu bildirmişdir. Lakin narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuş və o, polis əməkdaşlarının onu məcbur etməsi nəticəsində həmin narkotik vasitənin ona məxsus olduğunu boynuna almaq məcburiyyətində qalmışdır. O, özü narkotik vasitə istifadəçisi olsa da həmin vaxt onun üzərində heç bir psixotrop maddə və ya narkotik vasitə olmayıb, həmçinin həmin maddələri kiməsə satmaq fikri və niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis başleytanantı vəzifəsində işləyir. 20 aprel 2023-cü il tarixdə saat 12-13 radələrində Samux RPŞ-nin İTB-nin polis sahə rəisinin köməkçisi Şahid6 Samux RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək xidmət etdiyi Samux rayon Qarayeri qəsəbəsində qəsəbə sakini X7 adlı şəxsin polis sahə məntəqəsinə gələrək ona məxsus və yaşayış olmayan Samux rayon Qarayeri qəsəbəsində yerləşən evindən naməlum şəxsin(şəxslərin) oğurluq etməsi barədə şifahi müraciət etdiyini bildirmişdir. Həmin müraciət əsasında Samux Rayon Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili polis baş-leytenantı Şahid4la birlikdə Samux rayon Qarayeri qəsəbəsində gedilmiş, vətəndaş Elçin Musayev bildirmişdir ki, evə qayıdan zaman oğurluq etmiş şəxsi görmüş, ancaq həmin şəxs onun görüb qaçmışdır. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərin anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, Əkbər Babayev küçəsi, ev 48-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Qızılhacılı küçəsi, 1-ci döngə, ev 5-də yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1992-ci il tarxdə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, işsiz, əvəllər məhkum olunmuş, Gəncə şəhəri, Vaqif küçəsi, dalan 4, ev 10-da qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Həmin şəxslər Samux rayonu Qarayeri qəsəbəsi ərazisində müəyyən edilərək Samux Rayon Polis Şöbəsinə gətirilmişdir. İnzibati binada ilkin olaraq Təqsirləndirilən şəxs1 dövlət hesabına müdafiəçi ilə təmin edilməklə Samux RPŞ-nin İstintaq qrupunda başlanılmış AR CM-nin 177.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə protokolla tanış edilərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı bir əşya, narkotik vasitələ, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan açıq boz rəngli şalvarın sağ yan cibində olan kağız paket bükülü təqdim edərək “patı” yəni metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilmiş psixotrop maddə elektron tərəzidə çəkilmiş, psixotrop maddə olan metamfetaminin çəkisi 0.44 qram olduğu müəyyən edilməklə qablaşdırılmış və AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 törətmiş olduğu oğurluq cinayətini səmim olaraq etiraf etmiş və oğurlamış olduğu əşyaları Elçin Musayevə məxsus evlə qonşu olan evin həyətinə yığdığını, həmçinin ondan aşkar edilərək götürülmüş psixotrop maddəyə oxşar maddənin “patı” yəni metamfetamin olduğunu, şifahi olaraq həmin günü, yəni xx.xx.2023-cü il tarixdə günorta saat 12 radələrində Gəncə şəhərində Azərbaycan Pedaqoji İnstitutun qarşısında olan dayanacaqdan tapdığını, şəxsi istifadəsi üçün saxlamasını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına müdafiəçi ilə təmin edilməklə Samux RPŞ-nin İstintaq qrupunda başlanılmış AR CM-nin 177.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə şübhəli şəxs qismində tutuldu və şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə protokolla tanış edilərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı bir əşya, narkotik vasitələ, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinin yuxarı hissəsində kiçik cibdə olan sellofan bükülü təqdim edərək “patı” yəni metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilmiş psixotrop maddə elektron tərəzidə çəkilmiş, psixotrop maddə olan metamfetaminin çəkisi 0.35 qram olduğu müəyyən edilməklə qablaşdırılmış və AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı X5 törətmiş olduğu oğurluq cinayətini səmim olaraq etiraf etdi və oğurlamış olduğu əşyaları Elçin Musayevə məxsus evlə qonşu olan evin həyətinə yığdığını, həmçinin ondan aşkar edilərək götürülmüş psixotrop maddəyə oxşar maddənin “patı” yəni metamfetamin olduğunu, şifahi olaraq təxminən 3-4 gün əvvəl Gəncə şəhərində xatırlamadığı bir yerdən tapdığını, şəxsi istifadəsi üçün saxlamasını bildirmişdir. Bu barədə protokol tərtib edildi, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunan zaman AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. O göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımırmış. Əməliyyat məlumatı əsasında müəyyən edilmişdir ki, onlar psixotrop maddələrin istifadəçisidir, psixotrop maddələri şəxsi istifadə üçün əldə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq Samux Rayon Polis X1 Bölməsinin polis sahə nəfəri, polis baş serjantı vəzifəsində işləyir. O, Samux rayon Qarayeri qəsəbəsi və ona qonşu olan kəndlərin ərazisində xidmət edir. X7 qəsəbə sakinidir, 20 aprel 2023-cü il tarixdə günorta saatlarında o, Samux rayon Qarayeri qəsəbəsində yerləşən polis sahə məntəqəsində olan zaman Elçin Musayev arvadı Şahid5 ilə məntəqəyə gələrək şifahi olaraq bildirmişlər ki, onlara məxsus və yaşayış olmayan qəsəbədə yerləşən fərdi yaşayış evindən naməlum şəxs(şəxslər)oğurluq etmişdirlər. O da onlara həmin evin ünvanını öyrəndikdən sonra birlikdə ora getməklərini xahiş etmişdir. Bundan sonra o, oğurluq barədə Samux RPŞ-nin Növbətçi hissəsinə zəng edərək oğurluq barədə məlumat daxil olmasını və hadisə yerinə istintaq-əməliyyat qrupunun göndərilməsini xahiş etmişdir. O, özü hadisə yerinə istintaqəməliyyat qrupunun üzvləri ilə birlikdə çatmışdır. Evə ümumi baxış zamanı müəyyən edilmişdir ki, evdən və evin həyətində olan anbardan oğurluq edilmişdir, həmçinin Elçin Musayev bildirmişdir ki, polisə müraciət edib həmin evə qayıdan zaman evin həyətində tanımadığı bir şəxsin gördüyünü, həmin şəxsin də onu görüb qaçdığını bildirmişdir. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, Əkbər Babayev küçəsi, ev 48-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Qızılhacılı küçəsi, 1-ci döngə, ev 5-də yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1992-ci il tarxdə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, işsiz, əvəllər məhkum olunmuş, Gəncə şəhəri, Vaqif küçəsi, dalan 4, ev 10-da qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Həmin şəxslər Samux rayonu Qarayeri qəsəbəsi ərazisində müəyyən edilərək Samux Rayon Polis Şöbəsinə gətirilmiş, inzibati binada ilkin olaraq həmin şəxslər barəsində Samux RPŞ-nin İstintaq qrupunda başlanılmış AR CM-nin 177.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşlar və şöbənin inzibati binasında barələrində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman üzərlərindən psixotrop maddə-metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Samux rayon Qarayeri qəsəbəsində yaşadıqları evdən başqa daha bir yaşayış olmayan bir həyət evi var, həmin ev ərinin ata yurdudur, evdən təxminən 2 il olar ki, çıxmışlar, ancaq aradabir həmin evə gedib baş çəkirlər. 20 aprel 2023-cü il tarixdə onlar həmin evə baş çəkməyə getmişlər, evə daxil olan zaman görmüşlər ki, evin həyətində olan anbarın qapısı açıqdır, anbara baxan zaman görmüşlər ki, anbardan dəmir metallar, habelə 2(iki) ədəd otbiçən aparatı oğurlanmışdır. O, evin qonaq otağına baxan zaman qonaq otağında yerdə sərilmiş gəvənin, çaynik dəstlərinin, gül qablarının da olmadığını aşkar etmişdir. Artıq bilmişlər ki, kimsə onlar evdə olmayan zaman evə gəlib oğurluq etmişdir. Bundan sonra qərara gəlmişlər ki, bu barədə polis xəbər versinlər. Əri polis sahə məntəqəsinə getmiş, orada Zaur adlı polis əməkdaşına dedikdən sonra yenidən evə qayıtmışdır, əri evə qayıdan zaman görmüşlər ki, evin hasarının yanında tanımadıqları bir şəxs dayanıb, onlar həmin şəxsi tanımamış, şübhələnmişlər. Həmin şəxs onları görüb qaçmağa başlamışdır. Bundan sonra onlar və polis əməkdaşları həmin şəxsi saxlamışlar, həmin vaxt aydın olmuşdur ki, həmin şəxs başqa bir şəxslə onların evindən oğurluq etmiş, oğurlamış olduqları bütün əşyları da qonşunun yaşayış olmayan evinin həyətinə yığmışlar. Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələri ilə onların ibtidai istintaq zamanı verdikləri ifadələr arasında ziddiyyət olduğundan təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 9/3701 nömrəli məhkəmə-əmtəəşünaslıq rəyindən görünür ki, X6 məxsus ümumi dəyəri 200 manat olan 400 kiloqramlıq dəmir metallar, 2(iki) ədəd hər birinin qiyməti 80 manat, ümumi dəyəri 160 manat olan “Hunday” markalı, ЛКРБ 52СС-5.2 modelli, Güc: 0.65 kVt, biçmə sahəsi: 27.2 sm3 olan benzinli otbiçən aparatı, 1(bir) ədəd qiyməti 80 manat olan 18 ölçülü, oğlan uşağına məxsus, üzərində “ЛИДЕР+” yazısı olan “ДЕСНА” firmasına məxsus, göy rəngli ikitəkərli velosiped, 1(bir) ədəd qiyməti 200 manat olan qırmızı rəngli, üzəri naxışlı, Türkiyyə istehsallı, üzərində “Classic, 100% Polypropylene machine made carpet” yazısı olan eni 3 metr, uznunluğu 5 metr olan gəvə, 1(bir) dəst – ümumi dəyəri 150 manat olan və içərisində 2(iki) ədəd çaynik, 1(bir) ədəd şəkər tozu qabı, 2(iki) ədəd süd qabı, 1(bir) ədəd qəhvə qabı, 6(altı) ədəd qulplu stəkan, 1(bir) ədəd qiyməti 10 manat olan sovet istehsallı, üzəri naxışlı, qapaqlı və qulplu, dəm çayniki, 2(iki) ədəd hər birinin qiyməti 25 manat, cəmi 50 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 5 sm, dərinliyi 10 sm, konfet qabı, 2(iki) ədəd hər birinin qiyməti 20 manat, cəmi 40 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 10 sm, dərinliyi 15 sm, mürəbbə qabı, 1(bir) ədəd qiyməti 20 manat olan xrustal tərkibli, sovet istehsallı, diametri 30 sm, dərinliyi 3 sm olan meyvə qabı, 2(iki) ədəd hər birinin qiyməti 10 manat, cəmi 20 manat olan tünd göy rəngli, sovet istehsallı, ləpə qabı, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə istifadədə olmuş malların nəzəri qaydada 2023-cü ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 930,00 manat müəyyən edilir, digər qərarda göstərilən 03 adda mallara dair kifayət qədər məlumat olmadığından onların qiymətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizanın 21 aprel 2023-cü il tarixli 16/436 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs. Təqsirləndirilən şəxs1..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,181 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizanın 21 aprel 2023-cü il tarixli 16/437 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs. Təqsirləndirilən şəxs2..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,222 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarına əlavə edilmiş 30 may 2023-cü il tarixli 935 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 30 may 2023-cü il tarixli 935 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasındakı ziddiyyətlərə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələr işin halları ilə uyğun gəlmir və daxilən ziddiyyətli olmaqla təqsirləndirilən şəxslərin məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrinin məzmunu ondan ibarətdir ki, onlar sözügedən evə daxil olarkən oğurluq niyyətləri olsa da və həmin niyyətlə əşyaları topalayaraq çantalara yığsalar da sonradan fikirlərindən daşınmışlar. Lakin bu ifadələr onların istintaqda verdikləri ifadələrə tamamilə zidd olmaqla hadisənin gedişatındakı davranışları ilə uzlaşmır və ağlabatan məntiqi mühakiməyə zidd olmaqla hadisəni aşkar surətdə təhrif edir. Belə ki, təqsirləndirilən şəxslər hər ikisi istintaq zamanı verdikləri ifadələrində evə oğurluq niyyəti ilə daxil olduqlarını, oğurladıqları əşyaları qapının ağzına yığdıqdan sonra onları aparmaq üçün taksi gətirməyə getdiklərini, lakin sonradan yalnız Ruslan Bayramovun taksi gətirmək üçün getməsi və Təqsirləndirilən şəxs2 geri qayıdaraq onu hadisə yerində gözləməsi barədə qərara gəldiklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 hadisə yerinə qayıtdıqdan sonra zərərçəkmiş şəxslər tərəfindən görülməsi və yaxalanması faktı da ibtidai istintaqda onun, zərəçəkmiş şəxslərin və Şahid5 verdiyi ifadələr ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs2 yenidən hadisə yerinə qayıtması onu təsdiq edir ki, təqsirləndirilən şəxslər heç də oğurluq niyyətlərindən daşınmaq fikrində olmamışlar, onların bu niyyətinin həyata keçirilməsi iradələrindən asılı olmayan səbəblərdən, yəni Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər tərəfindən, Təqsirləndirilən şəxs1 isə polis tərəfindən yaxlanması səbəbilə baş tutmamışdır. Təqsirləndirilən şəxslərin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə münasibətdə məhkəmə istintaqı zamanı verdikləri ifadələri də ibtidai istintaq zamanı verdikləri ifadələrlə ziddiyyət təşkil edir. Belə ki, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrində CM-nin 234.1-ci maddəsi ilə onlara elan olunmuş ittihamda özlərini tam təqsirli bilmişlər. Eyni zamanda təqsirləndirilən şəxslər vəkilin iştirakı ilə üzərlərində şəxsi axtarış aparılması zamanı video lentə alınmış görüntülərdə sərbəst şəkildə narkotik vasitənin onlara məxsus olduğunu və onlara heç bir təsir və təzyiqin göstərilmədiyini bildirmişlər. Buna görə də təqsirləndirilən şəxslərin CMnin 234.1-ci maddəsi ilə onalara elan olunmuş ittihamda özlərini təqsirli bilməmələrinə dair məhkəmə iclasında göstərdikləri xüsusatlar məhkəmə tərəfindən onların özünü müdafəsi kimi qiymətləndirilir. Məhkəmə təqsirəndirilən şəxslərin ifadələrinin müqayisəli təhlilinə və iş materialları ilə həmin ifadələrin qarşılıqlı əlaqəsinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri hadisənin baş vermə mexanizmi, təqsirləndirilən şəxslərin həmin cinayət əməlinin törədilməsində iştirakı barədə tam dolğun təsəvvür yaratmaqla iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr isə hadisənin baş vermə mexanizmi, təqsirləndirilən şəxslərin cinayət əməlindəki iştirakı barədə təhrif olunmuş görüntü yaratmaqla ağlabatan mühakiməyə uyğun gəlmir və iş materiallarındakı sübutlarla təkzib olunur. Hadisənin bu cür təsviri hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyindən məhkəmə onların məhkəmə istintaqında verdikləri ifadələrini cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmağa yönəlmiş ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərə isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və onlara təqsirli bilindikləri maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəza verilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Resublikası DİN BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmuş, məhkumluqları ödənilmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X7 məhkməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs2 tərəfindən onlara vurulmuş zərərin tamamilə ödənildiyini və ondan heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Hər iki təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X6 vurulmuş ziyanı ödəmələri və onlarla barışıq əldə etmələri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hər bir təqsirləndirilən şəxsə münasibətdə onların şəxsiyyətini səciyyələndirən halları, törətdikləri cinayət əməllərinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın, 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin törətdikləri əməllərə münasibətlərini və işin hallarını nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün və eyni zamnda cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 müxtəlif vaxtlarda iki fərqli cinayət törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə və həmin Məcəllənin 234.1-ci maddəsi ilə ayrılıqda cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən isə təyin edilmiş cəzalar tam toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda iki fərqli cinayət törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və həmin Məcəllənin 234.1-ci maddəsi ilə ayrılıqda cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən isə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 hazırki talama cinayətini onun CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin 06 iyul 2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyi üçün CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Şəhər Məhkəməsinin 06 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanlmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmə müddətlərinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablanmalı, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut - zərərçəkmiş şəxs X6 məxsus 1(bir) ədəd qırmızı rəngli, üzəri naxışlı, Türkiyyə istehsallı, üzərində “Classic, 100% Polypropylene machine made carpet” yazısı olan eni 3 metr, uznunluğu 5 metr olan gəvə, 1(bir) ədəd xrustal tərkibli, sovet istehsallı, diametri 10 sm, dərinliyi 20 sm, gül qabı, 1(bir) ədəd mis tərkibli, sovet istehsallı, diametri 7 sm, dərinliyi 25 sm, üzərində üzüm naxışı olan, içərisinə bərkidilmiş süni güllər olan gül qabı, 1(bir) dəst - içərisində 2(iki) ədəd çaynik, 1(bir) ədəd şəkər tozu qabı, 2(iki) ədəd süd qabı, 1(bir) ədəd qəhvə qabı, 6(altı) ədəd qulplu stəkan, 6(altı) ədəd kiçik nəlbəki, 6(altı) ədəd iri nəlbəki, 6(altı) ədəd tort boşqabı, 1(bir) ədəd iri tort boşqabı olan servis, 1(bir) ədəd sovet istehsallı, üzəri naxışlı, qapaqlı və qulplu, dəm çayniki, 2(iki) ədəd xrustal tərkibli, sovet istehsallı, diametri 5 sm, dərinliyi 10 sm, konfet qabı, 2(iki) ədəd xrustal tərkibli, sovet istehsallı, diametri 10 sm, dərinliyi 15 sm, mürəbbə qabı, 1(bir) ədəd xrustal tərkibli, sovet istehsallı, diametri 30 sm, dərinliyi 3 sm olan meyvə qabı, 2(iki) ədəd tünd göy rəngli, sovet istehsallı, ləpə qabı, 2(iki) ədəd “Hunday” markalı, ЛКРБ 52СС-5.2 modelli, Güc: 0.65 kVt, biçmə sahəsi: 27.2 sm3 olan benzinli otbiçən aparatı, 400 kiloqramlıq dəmir metalların qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut Samux Rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,202 qram təşkil edən metanfetamin və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,161 qram təşkil edən metanfetamin məhv edilməli, 2 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə məhkəmə kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 64, 80 (altmış dörd manat səksən qəpik) manat pul və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 göstərdiyi 20 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 120 manat pul, Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 göstərdiyi 25 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 150 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablansın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Şəhər Məhkəməsinin 06 iyul 2023-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlardan Samux Rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,202 qram təşkil edən metanfetamin məhv edilsin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,161 qram təşkil edən metanfetamin məhv edilsin, 2 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 64, 80 (altmış dörd manat səksən qəpik) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3, Məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3. Məhkəmədə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 göstərdiyi 20 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 120 manat pul dövlət büdcəsi hesabına Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: (X11 filialı, Kod: 504023, VÖEN: **********, Müxbir hesab: AZ24NABZ******************** S.W.İ.F.T.BİK HAJCAZ22 Hesab: AZ75HAJCHCRAZN**********1001 VÖEN: **********), Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 göstərdiyi 25 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 150 manat pul onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-35/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-35/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver