Məhkəmə qərarları › İş №1(058)-35/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-35/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-35/2025 04.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon(şəhər) məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Məmmədova Hicran Mərdan qızı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Samux rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Samux rayonu Ziyadlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə Samux rayon Ziyadlı kəndində yerləşən yaşadığı evdə bacısı Məmmədova Hicran Mərdan qızı ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə edib dalaşmış və dava zamanı əlində olan taxta parçası ilə Məmmədova Hicran Mərdan qızının hər iki qollarına, hər iki bud və bədənin müxtəlif nahiyyələrinə bir necə dəfə qəsdən zərbə endirərək onun hər iki bud və hər iki sarğı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi, sol said mahiyəsinin qançırı və sıyrığı, hər iki baldır, sağ bazu, sağ said nahiyələrinin qançırı kimi müşaiyyət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına “YÜNGÜL” zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək özünü ona elan olunmuş ittihamla təqsirli bilərək göstərdi ki, o, Samux rayon Ziyadlı kəndində bacısı Məmmədova Hicran Mərdan qızı və anası Şahid ilə birlikdə yaşayır, fərdi əməklə məşğuldur. O, 2-3 gün bundan əvvəl Rusiyada yaşayan dayısı oğlu Nicat ilə telefonla hal əhval edib danışarkən, bacısı Hicran Məmmədovanın onun evdə səs-küy saldığını, ev əşyalarını satmağını və münaqişə yaratması barədə məlumat vermişdir. Bu səbəbdən Nicat Təqsirləndirilən şəxs öz iradını bildirmişdir. Nicat ondan yaşca böyük olduğuna görə ona bir daha evdə münaqişə yaratmayacağı barədə söz vermişdir. xx.xx.2025-ci saat 18:00 radələrində yaşadığı evdə olan zaman, bacısı Zərərçəkmiş şəxs və anası Şahid evə gəlmiş, anasından nə üçün onun qiybəti aparılmasını soruşmuş, bacısına isə nə üçün onun barəsində dayısı arvadı Güllüyə söz dediyini irad bildirmişdir. Bacısı isə dayısı arvadına heç bir söz demədiyini bildirmiş, bu zaman bacısının yalan danışmasına əsəbləşərək nə üçün evinin sirrini, söhbətini kiminsə bilməsinə şərait yaratdığını demişdir. Daha sonra yerdə olan taxta parçasını əlinə alaraq bacısının üstünə gedib hər iki qollarına, ayaqlarına və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq döymüşdür. Bu zaman anası Şahid araya girərək nə üçün qızının tərəfini saxladığını bildirmişdir. Bu zaman bacısı qaçarkən əlində olan taxta ilə yenidən onun sağ ayağına bir dəfə vurmuş və dayanmasını tələb etmişdir. Lakin bacısı dayanmayaraq qaçıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədova Hicran Mərdan qızı ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs qardaşıdır, birgə yaşayırlar. Təqsirləndirilən şəxs yaşadıqları evdə mütamadi olaraq əsassız yerə münaqişə yaradırmış, evin əşyaların satdığına görə ona irad bildirdikdə Əli təhqir edirmiş. O, təxminən 3-4 gün əvvəl kəndlərində yaşayan və onunla gündəlik fəhləliyə gedən mərhum dayısının arvadı X4 ilə həmsöhbət olarkən, bu barədə qardaşı Təqsirləndirilən şəxs evi dağıtdığı üçün evi təmizləyəcəyinə görə işə gələ bilməyəcəyini bildirmişdir. Həmin söhbəti dayısı arvadı X6 Federasiyanda yaşayan dayısı oğlu X2 demişdir. Nicat Zeynalov isə qardaşı Təqsirləndirilən şəxs zəng edərək, bu barədə irad bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs nə üçün onun barəsində dayısı arvadına söz dediyini irad bildirərək, təhqir etmiş, əlində olan taxta parçası ilə hər iki qoluna, ayaqlarına və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt anası Şahid, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, lakin qardaşı Təqsirləndirilən şəxs anasına əhəmiyyət verməyərək, yenidən onu döymüşdür. Bu zaman o, qardaşının əlindən qaçaraq xalası evinə gətmiş, oradan DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur, ona görə də cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 23 iyun 2025-ci il tarixli, 619 nömrəli ekspert rəyindən görünür ki, Məmmədova Hicran Mərdan qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər- hər iki bud və hər iki sarğı nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematiması və şişkinliyi, sol said nahiyəsinin qançırı və sıyrığı, hər iki baldır, sağ bazu, sağ said nahiyələrinin qançırıdır ki, bu xəsarətlər - küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş Məmmədova Hicran Mərdan qızının notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmağını xahiş etmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İş materiallarına əlavə edilmiş Samux Rayon Polis Şöbəsinin rəisi Ramil Səfərəliyev tərəfindən verilmiş raportun surətindən görünür ki, 17..08.1998-ci il təvəllüdlü X5 cinayət məsuliyətinə cəlb olunub-olunmaması, məhkumluğunun olub-olmaması barədə DİN-nin VMAS-nin “Məlumat Portalında” heç bir məlumat aşkar edilməmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İşin faktiki hallarından aydındır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384-cü maddələrini rəhbər tutub qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Göstərdiyi 27 saat hüquqi yardıma görə 297 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Qərardan elan olunduğu andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar