Məhkəmə qərarları › İş №1(058)-36/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-36/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-36/2023 15.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X2 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1952-ci ildə Samux rayonu, Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin fevral ayının 9-da istintaqa məlum olmayan dəqiq saatda, Samux rayonu, Sərkar kəndində yerləşən “Dəri sexi” adlanan fabrikin arxasında yerləşən hazırda Samux Rayon Məhkəməsində mülki iş üzrə icraat aparılan mübahisəli torpaq sahəsində 1 ədəd ümümi dəyəri 120 manat olan 12 sm diametrində, 2 ədəd ümümi dəyəri 300 manat olan 14 sm diametrində, 4 ədəd ümümi dəyəri 600 manat olan 16 sm diametrində, 1 ədəd ümümi dəyəri 180 manat olan 18 sm diametrində, 5 ədəd ümümi dəyəri 900 manat olan 20 sm diametrində, 3 ədəd ümümi dəyəri 600 manat olan 24 sm diametrində, 1 ədəd ümümi dəyəri 250 manat olan 26 sm diametrində, 1 ədəd ümümi dəyəri 250 manat olan 28 sm diametrində ümumilikdə isə 3200 manat dəyərində olan yaş köküstə bioloji inkişafda olan 18 ədəd qovaq cinsli ağacların qəsdən qanunsuz olaraq kökündən kəsib məhv etməklə 3200 (üç min iki yüz ) manat məbləğində olmaqla xeyli miqdarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda ziyan vurmaqla qəsdən qanunsuz olaraq qovaq ağaclarını kəsmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Özünə məxsus Samux rayonu Sərkar kəndində 2.2 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində müxtəlif meyvə ağacları əkərərək təsərrüfatla məşğul olur. Həmin sahənin yan tərəfində olan qovaq ağacları yüksək gərginlikli elektirk xəttinin altından keçməklə, insanların həyatı üçün təhlükə yaratmışdır. Buna görə də o, qərara gəlmişdir ki, həmin ağacları kəssin. Həmçinin kəsmiş olduğu qovaq ağaclarını özü təxminən 1995-ci ildə əkmişdir. 2022-ci ilin oktyabr ayında Çingiz Aslanov ona demişdir ki, “mənə daranqı ağacı lazımdır”. Kənd arasında qovaq ağacına daranqı ağacı deyirlər. O, isə Çingizə demişdir ki, “sahəsində ağaclar var, maneçilik törədir isdəyirsən gəl kəs apar”. 2022-ci il təxminən dekabr ayında Şahid5 onun bağına gəlmiş və onun iştirakı ilə 18 ədəd qovaq ağacını Çingiz Aslanova kəsdirmişdir. Həmin ağacları kəsdikdən sonra Çingiz ağacları özü ilə aparmışdır. O, yaşlı adamdır, 70 dən çox yaşı var, qanunları izləmir, bu barədə hansısa qanunun olduğunu bilməmişdir. Bilsəydi qanuna müvafiq icazə alıb kəsdirərdi. 18 ədəd ağacın kəsilməsi ilə bağlı baxış keçirilərkən oda iştirak etmiş, aktdada imza etmişdir. O, ankoloji xəstə olmağını , 70-dən çox yaşının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X3 ifadəsində bildirdi ki, Samux rayonu, Sərkar kəndində yerləşən dəri zavodunun ferma və kafe sahəsində 19 ədəd ağacın (1 ədədi ərik, 19 ədədi qovaq) qanunsuz kəsilməsi ilə bağlı Samux rayonu, Sərkar kəndində yaşayan Şahid1 Qaynar xətt -168 əlaqə mərkəzinə etdiyi müraciətlə əlaqədar 01 mart 2023-cü il tarixdə sözügedən əraziyə əməkdaşlar tərəfindən baxış keçirilmiş, mövcud ağaclar siyahıya alınmış və qanunsuz ağac kəsilməsi faktı aşkar edilmişdir. Keçirilmiş araşdırmanın nəticəsi olaraq 01 mart 2023-cü il tarixdə tərtib olunmuşdur. Araşdırma zamanı sözügüdən ərazinin Sərkar kənd sakini Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmiş və həmin ərazidə Təqsirləndirilən şəxs 1 (bir) ədəd diametri 12 sm, 2 (iki) ədəd diametri 14 sm, 4 (dörd) ədəd diametri 16 sm, 1 (bir) ədəd diametri 18 sm, 5 ədəd diametri 20 sm, 3 ədəd diametri 24 sm, 1 ədəd diametri 26 sm, 1 ədəd diametri 28 sm olan qovaq cinsinə aid ağacların və 1 (bir) ədəd ərik ağacının, ümümilikdə 19 ədəd bioloji inkişafda olan ağacın kəsilərək məhv edildiyi müəyyən olunmuşdur. Qeyd edilən 18 ədəd ağacın qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən hesablanmış və 3200 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafızəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi müfəttişi Şahid3 ifadəsində bildirdi ki, Samux rayonu, Sərkar kəndində yerləşən dəri zavodunun ferma və kafe sahəsində 19 ədəd ağacın (1 ədədi ərik 19 ədədi qovaq) qanunsuz kəsilməsi ilə bağlı Samux rayonu, Sərkar kəndində yaşayan Şahid1 Qaynar xətt -168 əlaqə mərkəzinə etdiyi müraciətlə əlaqədar iş yoldaşı Şahid4 ilə birlikdə həmin yerə baxış keçirmişlər. Baxış zamanı şikayətçi Zaur Yusibov, Şahid2 və barəsində şikayət olunan Təqsirləndirilən şəxs iştirak etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ağac kəsilən ərazi arxboyu olmaqla təxminən 8-10 sot ərazini əhatə edir. Həmin əraziyə baxış zamanı Zaur Yusibov onlara bildirmişdir ki, ağac kəsilən ərazi ilə bağlı hal-hazırda məhkəmədə iş gedir və həmin ərazi mübahisəli ərazi olmasına baxmayaraq, Təqsirləndirilən şəxs həmin 19 ədəd ağacı qanunsuz olaraq kəsmişdir. Şahid2 isə sözü gedən ərazidə kəsilmiş 19 ədəd ağacın Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini və ağacların 17 ədədinin onun xüsusi mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinə düşdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ağac kəsdiyi ərazi onun xüsusi mülkiyyətində olan pay torpaq sahəsidir və həmin ağacları ona görə kəsib ki, ərazidə kəsdiyi qoz ağaclarının meyvələrini yığmağa maneçilik törədirmiş, həmçinin yüksək gərginlikli elektirik xəttinə toxunurmuş. Baxış zamanı Təqsirləndirilən şəxs 1 (bir) ədəd diametri 12 sm, 2 (iki) ədəd diametri 14 sm, 4( dörd) ədəd diametri 16 sm, 1 (bir) ədəd diametri 18 sm, 5 ədəd diametri 20 sm, 3 ədəd diametri 24 sm, 1 ədəd diametri 26 sm, 1 ədəd diametri 28 sm olan qovaq cinsinə aid ağacların və 1 (bir) ədəd ərik ağacının, ümümilikdə 19 ədəd bioloji inkişafda olan ağacın kəsilərək məhv edildiyi müəyyən olunmuşdur. Qeyd edilən 18 ağacın qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən hesablanmış və 3200 manat olduğu müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan məsələ ilə bağlı Baş Prokurorluqda aparılan araşdırma ilə əlaqədar, əraziyə onların da iştirakı ilə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid Nəsibov Şahid3 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Təxminən 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ona Samux rayonu, Sərkar kəndində yerləşən “Dəri” sexinin arxasında özünə məxsus olan torpaq sahəsində olan ağacları kəsməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona ağacları 1995-ci ildə özü əkdiyini və həmin ağacların hal-hazırda böyüyərək elektirk xəttinə toxunduğunu demişdir. 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona məxsus Samux rayonu, Sərkar kəndində yerləşən “Dəri” sexi adlanan fabrikin arxasında yerləşən sahəyə aparmışdır. O, Vədail Qarayevaya məxsus 18 ədəd qələmə və 1 ədəd ərik ağacını Vədail Qarayevanın göstərişi ilə kəsmişdir. Təqsirləndirilən şəxs ağacları kəsib qurtardıqdan sonra ona zəhmət haqqı qarşılığda həmin ağacları verəcəkdir. Ağacları kəsdikdən sonra ora Razil Yusibov gəlmiş və bu ərazinin onun olduğunu demişdir. O, görmüşdür ki, həmin ərazi mübahisəli ərazidir, buna görədə digər ağacları kəsməyi dayandırmışdır. Şahidlər Şahid1 və Şahid2 ibtidai araşdırma dövründə verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli tam təsdiq olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2022-ci il tarixli, 78082 saylı akta əlavə edilən hesabatdan görünür ki, 19 ədəd ağac qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən hesablanmış və 3200 manat olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsinin, şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə tam təsdiq edildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş üzrə məhkəmə icraatı zamanı zərər çəkmiş hüquqi şəxs tərəfindən tələb edilən 3200 manat mülki iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları bildirir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanmasına dair qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 72-ci bəndinə əsasən məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq mülki iddianın məbləği məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunduğundan, 19 ədəd ağac qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın 3200 manat olduğu müəyyən edilməklə müvafiq hesabat cinayət işinə əlavə edildiyindən mülki iddia təmin olunmalı, 3200 manat maddi ziyan təqsirləndirilən şəxsdən tutulub müvafiq hesaba ödənilməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın səmərəliliyini, məqsədəuyğunluğunu, məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəli olmaqla 71 yaşının olmasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə imkan verən və onun şəxsiyyətini müsbət səciyyələndirən halları nəzərə alıb cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə zərurət olmaması və azadlıqdan məhrum edilmədən islah olunmasının mümkünlüyü qənaətinə gələrək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun və yetərli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 10 (on) faiz miqdarda pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsini yetərli hesab edir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs təbiətə dəymiş ziyanın əvəzi 3200 (üç min iki yüz) manat tutularaq X4 Kod 210005, VÖEN:**********, M/h: AZ 41NABZ ********************, S.W.İ.F.T CTREAZ 22, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab: AZ 90 CTRE ******************** VÖEN: **********, büdcə gəlirlər təsnifat kodu:142330, büdcə səviyyəsinin kodu (Fond) 1 hesabına ödənilsin. İşdə ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar