Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-36/2024 01.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami küçəsi 8-d, ev 50-də qeydiyyatda olmaqla Samux rayonu Sərkar kəndində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 285 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 17 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Sərkar kəndində saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 285 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, Samux rayonu Sərkar kəndində ailə üzvləri ilə birlikdə yaşayır epizodik olaraq narkotik vasitə olan marixuana istifadə edir. 2023-cü ilin dekabr ayında yaşadığı Samux rayonu Sərkar kəndində yerləşən kanalın yanında olan zibbilikdən qara rəngli sellofan tapmışdır. Həmin sellofan torbanın içərisinə baxan zaman içərisində əvvəllərdə istifadə etdiyi üçün tanıdığı qurudulmuş marixuana olduğunu görmüşdür. Tapmış olduğu qurudulmuş marixuananı yaşadığı evdə heç kimin görə bilməyəcəyi yerdə gizlətmişdir. O, həmin marixuananı ara-bir götürərək kənddə heç kimin görə bilməyəcəyi yerdə yandırıb tüstüsünü qəbul etmək yolu ilə istifadə edirmiş. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində yaşadığı evdən çıxaraq həmin marixuananı gizlətdiyi yerdən götürmüşdür. O, marixuananı götürüb istifadə etmək niyyətində imiş və kimsəsiz bir ünvana yollanmışdır. Yolda olarkən saat 18:00 radələrində ünvan 1 mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmişlər və ondan harada yaşadığını soruşmuşlar və daha sonra narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əlində olan sellofan torbanı təqdim etmişdir və bildirmişdir ki, həmin sellofan torbanın içərisində qurudulmuş marixuana vardır. O, həmin narkotik vasitəni özü təqdim etmişdir, belə ki, bilmişdir ki, artıq polis əməkdaşları onda narkotik vasitənin olduğunu bilmişdirlər. İzahatında bildirmişdir ki, həmin narkotik vasitəni ünvan 1 kanalın kənarından tapmış və şəxsi istifadəsi üçün gəzdirirmiş. Üzərində daşıdığı narkotik vasitə çəkilən zaman 320 qram olmuşdur. Hazırda isə əməlini səmimi olaraq etiraf edir. O, həmçinin göstərmişdir ki, onda narkotik vasitə olduğunu heç kəs bilmirmiş və heç kəsin də bundan xəbəri olmamışdır. Əvvəllər heç kəsdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə və ya psixotrop maddə satmamış, verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis Şöbəsinin Kibercinayətkarlğa Qarşı Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 17 yanvar 2024-cü il tarixdə xx.xx.1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami küçəsi 8-də, ev 50-də qeydiyyatda olmaqla Samux rayonu Sərkar kəndində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. 17 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Samux rayonu Sərkar kəndinə getmişlər. ünvan 1 Təqsirləndirilən şəxs müəyyən etmişlər. Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışlar və xidməti vəsiqələri Təqsirləndirilən şəxs göstərərək özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və Samux RPŞ-nə getməyini təklif etmişlər, Təqsirləndirilən şəxs də heç bir etiraz etməyərək Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Rəcəb Cəbrayılov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan paketi təqdim edərək içərisində qurudulmuş marixauana olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisində ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr varmış. Bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 320 (üç yüz iyirmi) qram olmaqla qablaşdırılmış və üzəri AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni ünvan 1 kanalın kənarından tapdığını və özü istifadə etdiyi üçün üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: 17 yanvar 2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 17 yanvar 2024-cü il tarixdə saat 19:25-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan qara rəngli sellofanı təqdim edərək həmin sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olmasını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsun üzərindən aşkar olunan bir ədəd sellofan paketdə spesifik qoxusu olan ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olundu. Həmin sellofan elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 320 qram olduğu müəyyən edildi. Həmin sellofan bir ədəd ağ rəngli sellofana qablaşdırıldı. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf ekspertizaya göndərilməsi üçün götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı onun üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 18 yanvar 2024-cü il tarixli, 16/84 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: tədqiqata təqdim edilmiş, üzərində “ 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış ilə götürmə zamanı aşkar edilərək götürülmüş ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlə..” sözlər və imzalar olan qara rəngli polietilen torbada, təmiz çəkisi 285 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs barəsində 19 yanvar 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 20 fevral 2024-cü il tarixli, 297 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə AR CM-nin 181.3.2; 234.1; 66.3; 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə CM-nin 93.1.4cü maddəsi hökmdən xaric edilmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ciil tarixli qərarı ilə 09 ay 15 gün müddət çəkilməmiş cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəzası başa çatmışdır. Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum olunmuş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilərək üzərindən məhkumluq götürülmüşdür. Beləliklə də, iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün tam etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, maddi sübutlar, məhkəmə ekspertizasının rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin cinayətlərin residivini yaratması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan qurudulmuş marixuananı (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs özü də, ona ittiham elan olunmuş cinayət əməlini törətdiyini etiraf edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin hazırda törətmiş olduğu əməlin cinayətlərin residivini yaratması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə cəzanın islah məqsədinə nail olunması üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi nəzərə alınmaqla hökmün icrasını təmin etmək məqsədilə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbsə alınmalı və cəzasının əvvəli hökmün elan edildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 284.95 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişin qeyd edildiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməldir.a Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılsın, üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 284.95 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişin qeyd edildiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-36/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-36/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver