Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-37/2023 08.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Samux Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Samux rayonu, Bağman yeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayon Bağmanlar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ünvan 1ində yaşadıqları evdə aralarında baş vermiş ailə münasibətlər zəminində mübahisə zamanı, döşəmə taxtası ilə qəsdən həyat yoldaşı Zərərçəkmiş şəxs bədən nahiyyələrinə vuraraq – sol saidin bir ədəd sol budun iki ədəd sağ budun bir ədəd sağ saidin bir ədəd böyük ölçülü hematomaları və sağ əl barmaqlarının hərəkət məhdudiyyəti kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Nəsib Əliyev isə onun atasıdır. Atası Nəsib altı ay bundan əvvəl əməliyyat olmuş, yoldaşı Gülmira isə əməliyyatdan sonra atasına qulluq etməmişdir. Buna görə də aralarında ara-sıra mübahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə yaşadığı evə sərxoş halda gəlmiş, atası Nəsib yoldaşının haqqında şikayətlənməyə başlamışdır. O, isə əsəbləşərək Gülmira ilə atasına qulluq etməməyin üstündə mübahisə etmişdir. Mübahisə zamanı Gülmira təhqirlə ona cavab qaytarmış, cavab qaytaran zaman əsəbləşərək otaqda olan döşəmə taxtası ilə Gülmiranın bədən nahiyyəsinə müxtəlif zərbələr vuraraq döymüşdür. O, zərərçəkən Zərərçəkmiş şəxs ilə barışmışdır, Bundan sonra belə hallara bir daha yol verməyəcəkdir. Onun barəsində olan cinayət işinə xitam verilməsi xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 17 ildir ki ailə həyatı qurmuşlar və bu nikahdan iki övladı dünyaya gəlmişdir. Ramil ilə əvvəllər bir neçə dəfə mübahisələri olmuş, ancaq bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. X3 əməliyyat olmuş, qaynatasına qulluq etməməyin üzərində Ramil xx.xx.2023-cü il tarixdə sərxoş halda evə gələrək mübahisə yaratmağa başlamışdır. Mübahisə zamanı Ramilə cavab qaytarmış, cavab qaytaran zaman Ramil evdə olan döşəmə taxtası ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döyərək xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1i ünvanda hadisə yerini göstərmiş və bu barədə fotoşəkillər çəkilərək, protokola əlavə edilmişir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 31 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol saidin bir ədəd sol budun, iki ədəd sağ budun, bir ədəd sağ saidin böyük ölçülü hematomaları və sağ əlin barmaqlarının hərəkət məhdudiyyəti bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ünvan 1ində yaşadıqları evdə aralarında baş vermiş ailə münasibətlər zəminində mübahisə zamanı, döşəmə taxtası ilə qəsdən həyat yoldaşı Zərərçəkmiş şəxs bədən nahiyyələrinə vuraraq – sol saidin bir ədəd sol budun iki ədəd sağ budun bir ədəd sağ saidin bir ədəd böyük ölçülü hematomaları və sağ əl barmaqlarının hərəkət məhdudiyyəti kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci addəsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icrrat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-37/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-37/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver