Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-37/2024 13.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci ildə Goranboy rayonu, Todan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 07-08 radələrində gəlini Zərərçəkmiş şəxs ilə yaşadıqları Samux rayon İnstitut qəsəbəsində evin həyətində aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, Təqsirləndirilən şəxs əlindəki yabanın taxta hissəsi ilə qəsdən gəlini Zərərçəkmiş şəxs sağ bilək nahiyyəsinə vuraraq – sağ bilək nahiyyəsinin hemotoması, yumşaq toxumalarının əzniyi, sağ əlin V barmağının qançırı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” zərər yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, o, özünü təqsirli bilir. Zərərçəkmiş şəxs onun gəlnidir, münasibəti normal deyil, buna səbəb isə onun oğlunun uzun müddətdir Rüfanəni və uşaqlarını qoyub Rusiyaya getməsidir. O, xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə olan zaman Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Rüfanə onun ünvanına nalayıq söyülər işlədərək təhqir etmişdir. Həmin vaxt atası X3 onları sakitləşdirmiş, mübahisə etməyə icazə vermədiyi üçün Rüfanə ilə mabahisə edə bilməmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 07-08 radələrində evdə olan zaman Rüfanə işdən gəlib, ona yaxınlaşaraq nə üçün axşam təhqir etdiyini soruşmuş, bu zaman Rüfanə ilk olaraq onun sinəsindən itələmiş, daha sonra əli ilə sağ əlinin orta barmağına vuraraq döymüşdür. Həmin vaxt onun Zərərçəkmiş şəxs gücü çatmadıağını düşünərək evin həyətində olan yabanı götürüb taxta hissəsi ilə Zərərçəkmiş şəxs sağ bilək nahiyyəsinə bir dəfə zərbə ilə vuraraq döymüşdür. Həmin vaxt səs-küyə atası Səməd Həsənov evin həyətinə çıxmış, onların dava-dalaş etdiyini görmüş və onları ayırmışdır. O, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun qaynanasıdır. Onlar Samux rayonu, İnstitut qəsəbəsində birgə yaşayırla və münasibətləri normal deyildir. Onun həyat yoldaşı ilə 4 ildir ki, əlaqəsi olmadığı üçün qaynanası Təqsirləndirilən şəxs onu yaşadığı evdən çıxarmaq istəyir, bu səbəbdən aralarında mübahisələr olur, bu səbəbdən Təqsirləndirilən şəxs ona söz ataraq onunla dava-dalaş edir. O, xx.xx.2024-cü il tarixdə axşam saatlarında işdən evə gəldikdən sonra Naibə ilə aralarında sözlə mübahisə olmuş, xx.xx.2024-cü il tarixdə saat 07-08 radələrində o, işə hazırlaşan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq nalayiq ifadələrlə təhqir edib əl-qol atmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs sinəsindən itələyərək kənarlaşmasını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs evin həyətində olan yabanı götürüb ona tərəf gələrək yabanın taxta hissəsi ilə onun sağ bilək nahiyyəsinə bir dəfə vuraraq döymüşdür. O, bu zaman DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Naibə onu döyən zaman Naibənin atası Səməd Həsənov onları ayırmışdır. Təqsirləndirilən şəxslə barışmışdır nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Samux rayonu, İnstitut qəsəbəsində qızı Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs gəlni Zərərçəkmiş şəxs ilə birgə yaşayır. O, xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə olan zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisə olduğunu görmüş və onlara irad bildirərək sakitləşdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 07-08 radələrində evin həyətindən səs gəldiyini eşitmiş, həyətə çıxan zaman Rüfanı ilə Naibə arasında dava-dalaş olduğunu, qarşılıqlı təhqir etdiklərini görmüşdür. O, bu zaman onlara yaxınlaşmaq istəmiş, həmin vaxt Rüfanə əli ilə Naibənin baş və bədən nahiyyəsinə vurduğunu, daha sonra Naibə əlindəki yabanın taxta hissəsi ilə Rüfanənin sağ bilək nahiyyəsinə bərk vurduğunu görmüş və onaları ayırmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan “MTE və PA Birliyi” publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 80 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ bilək nahiyyəsinin hemotoması, yumşaq toxumalarının əzniyi, sağ əlin V barmağının qançırıdır ki, bu xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 07-08 radələrində gəlni Zərərçəkmiş şəxs ilə yaşadıqları Samux rayonu, İnstitut qəsəbəsində evin həyətində aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, Təqsirləndirilən şəxs əlindəki yabanın taxta hissəsi ilə qəsdən gəlni Zərərçəkmiş şəxs sağ bilək nahiyyəsinə vuraraq – sağ bilək nahiyyəsinin hemotoması, yumşaq toxumalarının əzniyi, sağ əlin V barmağının qançırı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” dərəcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan Samux rayon İcra Hakimiyyətinin Başçısının İnstitut qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, hazırda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışsalar da, bu hal Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi nəzərə alınmır. Belə ki, o, daha əvvəl də CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, həmin iş üzrə istintaq müddətində cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət qanunvericiliyində şəxsin müvafiq kateqoriyadan olan cinayət əməllərinin törədilməsinə görə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs yenidən həmin kateqoriyadan olan cinayətin törədilməsinə görə cinayət məsuliyyətindən azad oluna bilməz. Ona görə də, o, təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Samux rayon Polis şöbəsinin TQ-u tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən təqsirli bilinmiş və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsiilə cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur, onun zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı gündən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 4 (dörd) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İşdə ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-37/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-37/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver