Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-38/2023 25.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Qarayeva (Bağırova) Nuranə Sərdar qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu, Qarayeri qəsbəsində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(058)- 32/2021 nömrəli hökmü ilə 1 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, cavabdeh kimi ondan 09 oktyabr 2018-ci il tarixdən başlayaraq, 17 may 2007-ci il təvəllüdlü X2, 29 iyun 2008-ci il təvəllüdlü X3, 28 aprel 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin tutularaq, Qarayeva (Bağırova) Nuranə Sərdar qızına verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 yanvar 2019-cu il tarixli 2(058)-39/2019 nömrəli qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Samux Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 3(058)- 273/2028 nömrəli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən xx.xx.2021-ci il tarixdən sonuncu təqdimat verilən xx.xx.2023-ci il tarixədək cəmi 11550 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Qarayeva (Bağırova) Nuranə Sərdar qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Qarayeva (Bağırova) Nuranə Sərdar qızı ilə 2006-cı ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə 13 may 2008-ci ildə rəsmiləşdirilmişdir. Onlar evli olduğu müddətdə 17 may 2007-ci il təvəllüdlü X5, 29 iyun 2008-ci il təvəllüdlü X6, 28 aprel 2016-cı il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. O, nikahda olduğu müddətdə Qarayeva (Bağırova) Nuranə Sərdar qızı ilə yola getmədikləri üçün ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqlar anası Zərərçəkmiş şəxs himayəsində Bakı şəhərində yaşamışdırlar. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 09 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 17 may 2007-ci il təvəllüdlü X2, 29 iyun 2008-ci il təvəllüdlü X3, 28 aprel 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154,00 manat olmaqla, cəmi 462,00 manat sabit pul məbləğində alimentin tutularaq Qarayeva (Bağırova) Nuranə Sərdar qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıqlar edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Samux Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 10 fevral 2023-cü il tarixədək 11550 manat aliment borcu qalmışdır. O, analoji cinayəti törətdiyi üçün Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il, 05 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzamın sonu ilə azad olunmuşdur. O, uşaqlarına baxmalı olduğunu dərk edir, sadəcə qətnamədə qeyd edilən aliment məbləğ çox olduğundan və daimi iş yeri olmadından aliment borcundan heç bir ödəniş etməmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qarayeva (Bağırova) Nuranə Sərdar qızı ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 2006-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və 2008-ci il tarixdə isə nikahların rəsmiləşdirmişdir. Bu nikahdan 17 may 2007-ci il təvəllüdlü X5, 29 iyun 2008-ci il təvəllüdlü X6, 28 aprel 2016-cı il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. Onlar evli olduğu müddətdə Təqsirləndirilən şəxs ustalıq fəaliyyəti ilə məşğul olmuş və qazancı 400-500 manat təşkil etmişdir. Həmin müddətdə onlar Gəncə şəhərində Təqsirləndirilən şəxs ata evində birlikdə yaşamışdırlar. O, nikahda olduqları müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2019-cu ildə ona qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 17 may 2007-ci il təvəllüdlü X2, 29 iyun 2008-ci il təvəllüdlü X3, 28 aprel 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs ödəməli olduğu alimenti ödəməmişdir. O, aliment borcunun tam ödənilməsini, əks təqdirdə Təqsirləndirilən şəxs qanuna müvafiq olaraq ciddi cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, Samux rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(058)-39/2019 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Qarayeva (Bağırova) Nuranə Sərdar qızının xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqi və ona əlavə olunmuş qətnamə xx.xx.2019-cu il tarixdə Samux rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmış, borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasını təmin edilməsi üçün bildiriş göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs aliment üzrə yaranmış borcu ödəməmiş, onun izahatı alınmış, həmçinin rəsmi xəbərdarlıq edilmiş və bütün bunlara baxmayaraq icra sənədi üzrə borclu tələbin icrasından yayınmışdır. Borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Samux Rayon Məhkəməsinə təqdimat verilmiş və Təqsirləndirilən şəxs ölkədən getmək hüququ həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu barəsində inzibati protokol tərtib edilərək Samux Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin xx.xx.2019-cu tarixli, 3(058)-165/2019 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs növündə tənbeh edilmiş və icra sənədində olan tələbi icra etməsi üçün ona yeni icra müddəti təyin edilərək məsulliyəti elan olunmaqla xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə xx.xx.2021-ci il tarixədək yığılmış 12474 (on iki min dörd yüz yetmiş dörd) manat aliment borcunu ödəmədiyindən və qərarın icrasından qərəzli olaraq yayındığından barəsində verilmiş xx.xx.2021-ci tarixli təqdimata əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(058)-32/2021 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 306-cı maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 7(023)-758/2021 saylı qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin 05 noyavr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzasının 06 ay müddətinə azaldılması qərara alınmışdır. Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra isə xəbərdarlıq edilmiş, izahatı alınmışdır. Sonra borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından 04 oktyabr 2022-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilərək Samux Rayon Polis şöbəsinə göndərilmiş, 2022-ci il 17 oktyabr tarixdə borclu polis əməkdaşları tərəfindən saxlanılaraq Samux rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Borcluya xəbərdarlıq edilmiş, onunla profilaktik söhbət aparılmış, əmlak vəziyyəti yoxlanılmış, borclu izahatında 2022-ci il 17 oktyabr ayı da daxıl olmaqla 20876 manat borcunun olduğunu, fəhlə işlədiyini, aylıq gəlirinin 200-300 manat olduğunu bildirmişdir. Borclu Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra yığılmış 9702 (doqquz min yeddi yüz iki) manat aliment borcunu ödəmədiyi üçün barəsində inzibati protokol tərtib edilərək Samux Rayon Məhkəməsinə verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli 3(058)-273/2022 nömrəli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs növündə tənbeh edilmişdir. xx.xx.2022-ci il tarixdə borcluya CMnin 306-cı maddəsi ilə cinayyət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq edilmiş, xx.xx.2022-ci il tarixdə əmlak vəziyyəti yoxlanılmış, izahatı alınmışdır. Borclu izahatında maddi imkanının olmadığını, ayda cəmi 100 manat ödəyə biləcəyini, məşğulluq mərkəzində qeydiyyatda olmasına baxmayaraq ona uyğun iş olmadığını, təkrar məşğulluq mərkəzinə göndərilməsinə ehtiyac olmadığını, avtomobil sexində dəmirçi işlədiyini bildirərək, müəyyən bəhanələr gətirmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra aliment üzrə yaranmış borcunu ödəməkdən yayındığı üçün cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmışdır. Qeyd edirik ki, Təqsirləndirilən şəxs CM-nin 306-cı maddəsi ilə həbsdə olduğu müddətdə borcundan 1000 (min) manat ödəniş etmiş, həbsdən çıxdıqdan sonra həmin borcdan 350 (üç yüz əlli) manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək aliment borcu 11550 (on bir min beş yüz əlli) manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Alim oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan Samux rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(058)-39/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Qarayeva (Bağırova) Nuranə Sərdar qızının xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Samux rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Samux rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2(058)-39/2019 nömrəli icra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə xx.xx.2019-cu il tarixli 2(058)-39/2019 nömrəli icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022 il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan Samux rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş borclu Təqsirləndirilən şəxs tələbkar Qarayeva (Bağırova) Nuranə Sərdar qızına xx.xx.2023-cü il tarixə 11.550 manat aliment borcu qalmışdır. Cinayət işinin materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(058)- 273/2022 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün inzibati qaydada həbs edildmişdir. Cinayət işinin materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(058)–17/2019 nömrəli qərardadından görünür ki, Samux rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-39/2019 nömrəli icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs öıkədən getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixdə tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı mənzildə borcluya məxsus qanunla tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli 12/232950100 nömrəli qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(058)-39/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2018ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2016ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Qarayeva (Bağırova) Nuranə Sərdar qızına verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 yanvar 2019-cu il tarixli 2(058)-39/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 17 oktyabr 2022-ci il tarixli 3(058)-273/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün inzibati qaydada cərimə edilməsinə, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1, 69.3-cü maddəsi ilə təqsirli bilinib 01 il, 05 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 11.550 manat aliment borcunu tələbkara ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1 (yeni redaksiyada 528.1) –ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Belə ki, cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12/2-69691 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 226-1 M 1 his.; 55-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 207 M 3 his.; 226 M 2 his.; 38-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1, 69.3-cü maddəsi ilə təqsirli bilinib 01 il, 05 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müdddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, hal-hazırda məhkumluğu ödənilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Eləcə də, cinayət işinin materiallarında olan xx.xx.2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə axtarışla tutularaq 2 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1– ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5–ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-38/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-38/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver