Məhkəmə qərarları › İş №1(058)-38/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-38/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-38/2024 06.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Samux şəhəri Gəncə küçəsində qeydiyyatda olmaqla yaşamış, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(058)-7/2024 saylı hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Pentensiar Xidmətin 11 saylı X2 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan darağı, 05 ədəd texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında 2012-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq Samux rayonu Qarayeri qəsəbəsinədək daşıyıb üzərində gəzdirmiş, 01 yanvar 2024-cü il tarixdə saat 11:30-da Samux RPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Qarayeri qəsəbəsində saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq üzərində gəzdirdiyi 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı Makarov konstruksiyalı, yivli odlu silah hesab edilən tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan daraq, 05 ədəd texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında 2012ci ildə istehsal olunmuş 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0.991 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 01 yanvar 2024-cü il tarixdə saat 11:30-da Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Qarayeri qəsəbəsində saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0.991 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilir. O, rəsmi olaraq heç bir yerdə işləmir. Epizodik olaraq narkotik vasitə istifadə edir. Hal-hazırda istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Xatırladığı qədəri ilə 2021-ci ilin qış aylarında Samux Rayon Kolayır kənd qəbrstanlığına gedən yolda körpünün yanından "Makarov" tapançası tapmışdır. Həmin tapançanın içərisində daraq və darağın içərisində 06 ədəd patron var imiş. Həmin silah onda maraq doğurduğu üçün həmin silahı saxlamaq qərarına gəlmişdir. Sonradan həmin silahın atəşə yararlı olub olmamasını yoxlamaq üçün həmin silahdan bir dəfə havaya atəş açmış və görmüş ki, həmin silah istifadə üçün yararlıdır. Həmin silahı götürüb onu tapdığı yerin yaxınlığında yerləşən qəbirstanlıqda çinar ağacının içərisində olan oyuq yerinə gizlətmişdir ki, sonra gəlib götürsün. O, 2022-ci ildə məhkum olunmuş, 2023-cü ilin yay aylarında həbsdən çıxmışdır. Bu səbəbdən həmin silahı oradan götürə bilməmişdir. xx.xx.2024-cü il tarixdə “Yeni il” Bayramından sonra ona pul lazım imiş, həmin vaxt 2021-ci ildə taparaq gizlətmiş olduğu silahı satmaq fikrinə düşmüşdür. Buna görə də xx.xx.2024-cü il tarixdə səhər tezdən yaşadığı evdən çıxaraq Samux Rayon Kolayır kənd qəbirstanlığına gedərək silahı əvvəlcədən gizlətdiyi çinar ağacının içərisində olan oyuq yerə baxmış və görmüşdür ki, silah yerindədir və həmin silahı götürmüşdür. Qərara gəlmiş ki, Samux rayonu Qarayeri qəsəbəsinə gedərək əvvəllər onunla həbsdə olan şəxslərdən kimisə tapıb onlarla görüşüb həmin şəxslərə silah satmaq barədə fikrinin olmasını və silahı satmaqda ona köməklik göstərmələrini xahiş etsin. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Samux rayonu Qarayeri qəsəbəsində piyada gedərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun komplekt hissələrini gəzdirməkdə, daşımaqda şübhəli olduğunu bildirərək Samux RPŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman belində olan “Makarov” tipli tapançanı və gödəkçəsinin cibində saxladığı və içərisində 05 ədəd patron olan darağı könüllü olaraq təqdim etmiş, belə ki, bilmişdir ki, artıq polis əməkdaşları onda silah olduğunu bilmişdirlər. Bundan başqa o, 2023-cü ilin dekabr ayının təxminən 30-da Gəncə şəhərində yerləşən “Dubay Bazarı” adlanan yerə bayram bazarlığı etməyə gedibmiş. Həmin vaxt bazarın yaxınlığında küçədə yolun kənarında bir ədəd siqaret qutusu diqqətini cəlb etmişdir. Həmin siqaret qutusunu götürüb baxan zaman siqaret qutusunun içərisində əvvəllər istifadə etdiyi üçün tanıdığı adını “kakos” olaraq bildiyi narkotik vasitə olan heroin olmasını görmüşdür. O, narkotik vasitə olan heroini tez cibinə qoymuş ki, istifadə edər. O, həmin heroini cibində daşıyıb saxlayırmış ki, münasib bir vaxtda istifadə edər. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu şübhəli şəxs qismində tutduqdan sonra cibində saxladığı heroini könüllü olaraq təqdim etmişdir. Həmin narkotiki özü təqdim etmiş, belə ki, “Makarov” tipli tapançanı könüllü verdikdən sonra başqa üzərində hər hansı bir qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuşlar, o, əvvəllər bir neçə dəfə məhkum olunduğundan bilmiş ki, onun üzərinə şəxsi axtarış aparacaqlar, buna görə də əynində olan şalvarın sağ yan cibindən çıxardaraq narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Hazırda isə əməlindən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 01 yanvar 2024-cü il tarixdə, xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş Samux rayonu, Samux Şəhər Gəncə küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılaraq Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 01 yanvar 2024-cü il tarixdə Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytanantı Şahid2 ilə birlikdə Samux rayon Qarayeri qəsəbəsinə gedilmişdir. Samux rayon Qarayeri qəsəbəsində saat 11:30-da Təqsirləndirilən şəxs müəyyən edilmişdir, ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və qanunsuz olaraq odlu silah əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib saxlayaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sol yan cibindən içərisində 05 ədəd parton olan darağı, belində olan “Makarov” tipli tapançanı könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi patronlara silaha və darağa baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən 01 ədəd sellofan büküm təqdim etmiş və həmin bükülünün içərisində narkotik maddə olan “kakos” yəni “heroin” olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı 2021-ci ilin qış aylarında Samux rayon Kolayır kənd qəbirstanlığına gedən yolda körpünün yanından tapdığını həmin silahın atəşə yararlı olub-olmamasını yoxlamaq üçün həmin silahdan bir dəfə havaya atəş açdığını silahı tapdığı yerin yaxınlığında yerləşən qəbirstanlıqda çinar ağacının içərisində olan oyuq yerə gizlətdiyini 2024-cü ilin yanvar ayının 1-də isə silahı həmin yerdən götürüb satmağa aparan zaman polis əməkdaşları onu tutduğunu bildirmişdir. Bundan başqa üzərindən aşkar olunan heroin baraədə soruşulan zaman Təqsirləndirilən şəxs, 2023-cü ilin dekabr ayının təxminən 30-da Gəncə şəhərində yerləşən “Dubay Bazarı” adlanan yerə bayram bazarlığı etməyə gedən zaman bazarın yaxınlığında küçədə yolun kənarında bir ədəd siqaret qutusu tapdığını və qutusunun içərisində narkotik vasitə olan heroin olmasını gördüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paket elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 1.08 ( bir tam onda səkkiz) qram olmaqla qablaşdırılmış və üzəri AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə 12:30 -da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş 01 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Samux RPŞ-nın CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, Samux RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2, Samux RPŞ-nin KTQ-nun baş inspektoru polis mayoru Elnur Məmmədovun və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, həmçinin video çəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmış, ona üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən silahın, döyüş dursatının və kompletkt hissələrinin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan bir ədəd "Makarov“ tipli tapancanın olmasını bildirmiş, ilkin olaraq əynindəki gödəkçənin sol yan çibindən içərisində 5 ədəd patron olan daraq, daha sonra isə üzərindən aşkar olunan bir ədəd ilk baxışdan “Makarov“ konstruksiyalı tapancaya bənzər silahı şalvarının sağ tərəf belindən çıxararaq təqdim etmiş, silahın üzərində olan buraxılış ili və seriya nömrəsi silinmiş, həmin ilk baxışdan “Makarov“ konstruksiyalı tapancaya bənzər silah, həmin konstruksiyalı tapancanın sandıqcası və həmin sandıqcada 05 ədəd patron qablaşdırıldı. Qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin “Makarov” konstruksiyalı tapancaya bənzər silah ballistik ekspertizaya göndərilməsi üçün götürülmüş və qara rəngli sellofana bükülərək AR DİN-nin 180 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddə hesan edilən kakos olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarın sağ balaca cibindən şəffaf sellofana bükülü təqdim etdi, bükülünün içərisində tünd rəngli maddə olduğu görünürdü. Vüqar Abbasaovun üzərində götürülmüş bükülü elektron tərəzidə çəkilərək 1.08 qram olması müəyyən olunmuş, kimyəvi ekspertizaya göndərilməsi üçün kağız zərfə qablaşdırılmış və imzalanaraq üzəri AR DİİN-nin 180 saylı möhürü ilə möhürlənmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, onun üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə ballistik ekspertizasının 02 yanvar 2024-cü il tarixli 24/03R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişikliyə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında 2012-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. İş materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizanın 02 yanvar 2024-cü il tarixli 16/2 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0.991 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə edilmiş 03 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 03 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında olan qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarərti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 17 aprel 2024-cü il tarixli 645 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AZ RES Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1ci, 217.2-ci, 234.1-ci, 66.3, 181.2.2-ci və 181.2.5-ci maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 1(058)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023cü il tarixədək şübhəli şəxs iismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (yirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal əməlində cinayətlərin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində az yaşlı övladının olmasıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarlarına görə” İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə hər iki maddəyə görə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddələrin sanksiyasında digər alternativ cəzalar nəzərdə tutulmasına baxmayaraq, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin hazırda iki cinayət əməlini törətməkdə təqsirli olması, həmçinin onun əməlində cinayətlərinin residivinin olması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə cəzanın islah məqsədinə nail olunması üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun hazırki cinayət əməlinin cinayətlərin residivini yaratmasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası qanunamüvafiq həddə təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmalı, həmçinin Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(058)7/2024 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmalı, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidi, cəzasının əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. İşdə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Samux RPŞ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmiş 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı, yivli odlu silah hesab edilən Makarov konsfruksiyalı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konsiriksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan darağı, ekspertiza tədqiqatından sonra 03 ədəd qalmış texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında 2012-ci ildə istehsal olunmuş 9x18mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – ümumi təmiz çəkisi 0.941 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə zamanı aparılmış videoçəkilişin qeyd edildiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə bioloji ekspertiza xərci tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclasında göstərdiyi 34 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 204 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HökmEtdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(058)7/2024 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Samux RPŞ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmiş 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı, yivli odlu silah hesab edilən Makarov konsfruksiyalı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konsiriksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan darağı, ekspertiza tədqiqatından sonra 03 ədəd qalmış texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan zavod üsulu ilə Azərbaycan Respublikasında 2012-ci ildə istehsal olunmuş 9x18mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – ümumi təmiz çəkisi 0.941 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeyd edildiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs Müslum oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperlizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD210005, VÖEN — **********, müxbir hesab — AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319 büdcə səviyyəsinin kodu - 3. Göstərdiyi 34 saat hüquqi yardıma görə 204 (iki yüz dörd) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Agazadə oğluna ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə, filialı kod: 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944 SWİFT: İBAZAZ2X, Hesab AZ 92 1 BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxslər tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Cəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar