Məhkəmə qərarları › İş №1(058)-38/2025

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-38/2025

22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-38/2025 22.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1ində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 18 avqust 2025-ci il tarixdə səhər saat 05:30 radələrində ünvan 1ində yerləşən küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, əli ilə qəsdən Zərərçəkmiş şəxs üzünün sol nahiyyəsinə vuraraq – sol gicgah və sol yanağın yumşaq toxumalarının əzniyi və hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” zərər yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi eyni zamanda da qonşusudur. Onunla münasibətləri normal deyil və onlar təxminən 8-10 ildir ki danışmırlar. O, xx.xx.2025-ci il tarixdə saat səhər saat təxminən 5:30 radələrində həyətyanı torpaq sahəsini suvaran zaman küçədən keçən su arxı dolduğu üçün onun sahəsinə su yaxşı gəlməmiş, buna görə də o, küçədən keçən su arxını suyun yaxşı getməsi üçün bir qədər qazmışdır. Sonra o, əkin sahəsini suvaran zaman Zərərçəkmiş şəxs özünə məxsus qazel avtomaşını ilə küçədən keçən zaman yol palçıq olduğu üçün qazel avtomaşını küçədə batıb qalmışdır. O, isə bunu kənardan görüb qazel avtomaşının yanına gedərək kömək etmək üçün qazeli arxadan itələmişdir. Bu zaman isə Zərərçəkmiş şəxs qazel avtomaşının içindən ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Zərərçəkmiş şəxs onun köməyindən imtina edərək uzaqlaşmağı tələb etmişdir. Sonra isə Zərərçəkmiş şəxs qazeldən düşərək onun üzərinə tərəf gəlmiş, həmin vaxt onlar əlbəyaxa olmuşlar. Onlar əlbəyaxa olan zaman o, sağ əli ilə Zərərçəkmiş şəxs sol üz nahiyəsinə vurmuşdur. Bu zaman isə onun qazeldə olan həyat yoldaşı Şahid qazel avtomaşınından düşərək onun üzərinə doğru gəlmiş, o, Zərərçəkmiş şəxs üzərinə gələn zaman yerdən daşları götürüb ona tərəf atmışdır. O, isə həmin daşların ona dəyəcəyindən qorxuduğu üçün həmin yerdən qaçmağa başlamışdır. X2 atdığı daşlar ona dəyməmişdir. Baş vermiş hadisə zamanı o, xəsarət almamışdır. Lakin əli ilə Mubarizi vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs yaxın qonşudurlar. Onların münasibətləri normal deyil və onlar təxminən 8-10 ildir ki danışmırlar. Hadisə olan günü yəni xx.xx.2025-ci il tarixdə o küçəyə çıxmış, küçəyə çıxan zaman qonşusu Zərərçəkmiş şəxs məxsus avtomaşının palçığa batdığını görmüşdür. O, kömək məqsədi ilə avtomaşına yaxınlaşmış ki, itələymib avtomaşını palçıqdan çıxarsın. Həmin vaxt Zərərçəkmiş şəxs onunla razılaşmamışdır və bildirmişdir ki, onun köməyinə ehtiyacı yoxdur. Bu səbəbdən aralarında mübahisə yaranmış, bir-birilərini itələmişlər və təsadüfdən onun əli Zərərçəkmiş şəxs sifət nahiyəsinə dəymişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi həm də qonşusudur. Onunla münasibətləri normal deyildir. Təxminən 4 il bundan öncə Əli onun həyətyanı sahəsinə girərək onu və ailəsini izləmiş, lakin bunu onun boynuna qoya bilməmişdir. Bu səbəbdən də onu güdmüş və gecə saatlarında onu həyətyanı sahəsində tutmuş və həmin vaxt Əli ilə arasında dava-dalaş olmuşdur. Həmin vaxtdan etibarən Əli ilə danışmır. xx.xx.2025-ci il tarixdə səhər saat 5:30 radələrində özünə məxsus qazel ilə həyat yoldaşı Şahid ilə birlikdə işə gedən vaxt Qazel ilə küçənin kənarında olan geniş su arxında suyun daşıb küçəyə axması səbəbindən qazeli küçədə palçığa batmış, nə qədər çalışsa da qazeli palçıqdan çıxara bilməmişdir. Bu zaman qonşusu Əli küçənin kənarında yerləşən həyətyanı sahəsini suvarırmış. Əli qazelin palçıqda batdığını görüb yanına gəlmiş, Əli onun yanına gələrək öz köməyini təklif etmişdir. Lakin ona köməyə ehtiyacının olmadığını bildirib yanından uzaqlaşmasını tələb etmişdir. Lakin Əli israrla kömək edəcəyini bildirmişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə əsnasında Əli qəfil şəkildə var gücü ilə yumruqla onun sol üz nahiyəsinə yumruqla zərbələr endirməyə başlamışdır. O, aldığı zərbənin təsirindən gözü qaralmış və özünü itirmişdir. Həmin vaxt qazeldə əyləşən həyat yoldaşı Şahid avtomobildən düşərək tez bir zamanda onların yanlarına gələrək onları aralamışdır. O, aralaşdıqdan sonra isə DİN-nin 102 xidmətinə müraciət etmişdir. 18 avqust 2025-ci il tarixdə səhər saat 5:30 radələrində Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə ünvan 1ində yerləşən küçədə baş vermişdir. Mübahisə 1-2 dəqiqə ərzində baş vermişdir. Mübahisə zamanı onun həyat yoldaşı Şahid hadisə yerində olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs yaxın qonşudurlar. Onların münasibətləri normal deyil və uzun müddətdir ki danışmırlar. Hadisə olan günü yəni xx.xx.2025-ci il tarixdə o, arvadı X1 ilə avtomaşınla gedən zaman, küçəyə su buraxıldığını avtomaşının sol arxa təkəri batmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onlara yıxınlaşmışdır ki, kömək etsin, lakin o, buna etiraz etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs onun sifət nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Hazırda şikayətçidir Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı Təqsirləndirilən şəxs isə onun qonşusudur. Onların Təqsirləndirilən şəxs ilə münasibətləri normal deyildir. Təxminən 4 ildir ki onunla danışmırlar. xx.xx.2025-ci il tarixdə səhər saat təxminən 5:30 radələrində o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birgə qazel ilə işə gedən vaxt qazel küçənin kənarında olan geniş su arxında suyun daşıb küçəyə axması nəticəsində palçığa batmışdır. Zərərçəkmiş şəxs nə qədər çalışsa da qazeli palçıqdan çıxara bilməmişdir. Bu zaman qonşuları Təqsirləndirilən şəxs qazelin palçıqda batdığını görüb onların yanına gələrək öz köməyini təklif etmiş, əri Zərərçəkmiş şəxs köməyə ehtiyacı olmadığını bildirib uzaqlaşmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs israrla kömək edəcəyini bildirmişdir. Bundan sonra əri Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sözlü mübahisə yaranmışdır. Mübahisə əsnasında isə Təqsirləndirilən şəxs qəfil şəkildə var gücü ilə yumruqla əri Zərərçəkmiş şəxs sol üz nahiyəsinə yumruqla zərbələr endirməyə başlamişdir. O, dərhal qazeldən düşərək araya girib onları aralamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan “MTE və PA Birliyi” publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinin 18 avqust 2025-ci il tarixli 99 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol gicgah və sol yanağın yumşaq toxumalarının əzniyi və hematomalarıdır ki, bu xəsarət – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 18 avqust 2025-ci il tarixdə səhər saat 05:30 radələrində Samux rayonu Sərkar kəndində yerləşən küçədə aralarında baş vermiş şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs üzünün sol nahiyyəsinə vuraraq – sol gicgah və sol yanağın yumşaq toxumalarının əzniyi və hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına “Yüngül” zərər yetirməklə Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam və təkzib edilməz sübutlarla təsdiq edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Samux RPŞ-nin UQSİQ-nun “Məlumat Potralı” üzrə müvafiq sorğu edilmiş Təqsirləndirilən şəxs məhkumluğu olmadığı barədə məlumat alınmışdır. Təqsirləndirilən şəxsin əməlində cəzanı yüngəlşdirən və ağırlaşdıran hal yoxdur. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni azadlığın məhdudlaşması cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1i ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 6 ay (altı) müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1i ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar