Məhkəmə qərarları › İş №1(058)-39/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-39/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-39/2023 12.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Samux rayonu, Köbər kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının 1-dən 2023-cü ilin mart ayının 5-dək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan saatlarda «X3» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli, 321 saylı qərarı ilə təsdiq edilmiş « Yaşıllıqların götürülməsi qaydalarının» tələblərini pozaraq, Samux rayonu, Qaraağaclı kəndi ərzisində X9 mülkiyyətində olan torpağın 0.70 ha sahəsini əkinə yararlı vəziyyətə gətirmək niyyəti ilə həmin ərazidə bitmiş meşə fonduna daxil olmayan, bir ədədinin dəyəri 80 manat olmaqla cəmi 6560 (altı min beş yüz altmış ) manat dəyərində 82 ədəd bioloji inkişafda olan, köküstə yaş yulğun kollarını qəsdən qanunsuz olaraq kəsib məhv etməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda ziyan vurmaqla qəsdən qanunsuz olaraq yulğun kollarını kəsmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. 2023-cü ilin fevral ayının sonlarında Şəmkir regional meşə təsərrüfatının 10 saylı meşə dolayısının gözətçisi X6 ilə yaşadığı Samux rayonu Köbər kəndində görüşmüş və bostan əkmək üçün onun xidməti ərazisində yer verməsini ondan istəmişdir. Bəhruz isə ona Samux rayonu, Qaraağaclı kəndinə bitişik olan meşəyə aparaq bir ərazi göstərmiş və həmin ərazidə ehtiyacı olduğu qədər yer açıb bostan əkməyini və açdığı ərazidən 0.25 ha ərazini ona verməyini və sezonun sonunda əkdiyi hər sot torpaq üçün 5 manatdan ona pul verəcəyini bildirmişdir. Bundan sonra mart ayının təxminən 1-də həmin əraziyə gedərək, bir qədər yer təmizləmişdir. Lakin həmin işi görmək tək adam üçün çətin olduğu üçün onunla eyni kənddə yaşayan həmkəndlisi Şahid2 ona köməklik göstərməsini bildirmişdir. Şahid2 həmin yulğun kollarını təmizləmək üçün icazə aldığını da demişdir. Bundan sonra mart ayının 2-dən etibarən Şahid2la birlikdə yulğun kollarını təmizləməyə başlamışlar. O, gündəlik olaraq Şahid2 15 manat pul vermişdir. O, Şahid2la birlikdə gündə 2-3 saat yulğun kolu təmizləmiş, mart ayının 5-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şahid2la yulğun kollarını təmizlədiyi əraziyə gəlmişlər və qanunsuz olaraq yulğun kollarını kəsdiklərini onlara bildirmişlər. Bundan sonra Şahid2 və onun iştirakı ilə həmin əraziyə baxış keçirilmiş və orada 0.70 ha sahədə yulğun kollarının məhv edilməsi və ümümulikdə 120 ədəd yulğun kollarının təmizləndiyini, onlardan 38 ədədinin yararsız olması müəyyən olunmuşdur. Bundan sonra onların iştirakı ilə akt tərtib olunmuş və həmin akta imza etmişlər. O, yulğun kollarının kəsilməsinin qanunsuz olduğunu bilmişdir. Lakin onu Bəhruz Əbdürəhmanov arxayın salmış ki, narahat olmasaın təmizləsin nəsə olsa cavabdehdir. Həmçinin o, özü Şahid2da arxayın salmışdır ki, yulğun kollarının kəsilməsi barədə Bəhruz Əbdürəhmanovdan icazə almışdır. Sonradan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ekologiya və Təbii Sərvətlət İdarəsinin əməkdaşları onu yulğun kollarını təmizləyərkən tutduqdan sonra Bəhruz onun üzünə duraraq ona icazə vermədiyini və onun belə bir səlahiyyəti olmadığını bildirmişdir. Ziyanı tam ödədyiyi üçün barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirdi ki, o, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçisihüquq məsələləri üzrə, kiçik dövlət qulluqçusu vəzifəsində çalışır. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 yanvar 2023-cü il tarixli 02 saylı əmri əsasında “ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət edilməsi məqsədi ilə əməkdaşları Şahid3 və Şahid4 tərəfindən 05 mart 2023-cü il tarixdə xidməti əraziləri olan Samux rayonunda reyd keçirilmiş, keçirilən reyd zamanı Samux rayonu, Qaraağaclı kəndi ərazisində “X10” aid torpaqlarda yulğun kollarının qanunsuz məhv edildiyi müəyyən edilmişdir. Əməkdaşlar tərəfindən həmin əraziyə baxış keçirilərkən Şahid2 və Təqsirləndirilən şəxs həmin ərazidə olmuşlar. Həmin əraziyə baxış zamanı yulğun kollarını məhv edən şəxslər Şahid2 və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Yulğun kollarının qanunsuz məhv edilməsi ilə bağlı 05 mart 2023-cü il tarixli akt tərtib olunmuşdur. Yulğun kollarının qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən hesablanmış və 6560 manat olduğu müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödəmişdir, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafızəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi müfəttişi Şahid3 ifadəsində bildirdi ki, onun aparıcı məsləhətçi müfəttiş kimi vəzifəsi Gəncə, Samux və digər ərazilərdə xidməti ərazidə rəhbərliyin müvafiq sərəncamları əsasında ekoloji pozuntularla bağlı daxil olmuş məlumat və şikayətlərin araşdırılması, mütəmadi reydlərin keçirilməsi, ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etməkdən ibarətdir. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 yanvar 2023-cü il tarixli 02 saylı əmri əsasında “ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət edilməsi məqsədi ilə həmkarı, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafızəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi müfəttişi Şahid4 ilə birlikdə 05 mart 2023-cü il tarixdə xidməti əraziləri olan Samux rayonunda reyd keçirilmişdir. Keçirilən reyd zamanı Samux rayonu, Qaraağaclı kəndi ərazisində “X10” aid torpaqlarda yulğun kollarının qanunsuz məhv edildiyi müəyyən edilmişdir. Həmin əraziyə baxış keçirilərkən adlarını sonradan bildiyi Şahid2 və Təqsirləndirilən şəxs həmin ərazidə olmuşlar. Həmin əraziyə baxış zamanı müəyyən edilmişdir ki, yulğun kollarını məhv edən şəxslər Şahid2 və Təqsirləndirilən şəxsdur. Onlarla şifahi söhbət zamanı Təqsirləndirilən şəxs bildirib ki, Şəmkir regional meşə mühafizəsi və bərpası mərkəzinin meşə gözətçisi Şahid1 ona həmin ərazidə əkin əkmək üçün yulğun kollarını məhv edilməsi üçün icazə vermişdir. Bundan başqa Şahid2 və Təqsirləndirilən şəxs həmin ərazidə olan yulğun kollarını birlikdə məhv etdikərini etiraf etmişlər. Bundan sonra Şahid2 və Təqsirləndirilən şəxs yazılı izahatları alınmışdır. Şahid1 müəyyən edilərək idarəyə dəvət olunmuş və yazılı izahatı alınmışdır. Şahid1 yazılı izahat verərək, Şahid2 və Təqsirləndirilən şəxs ona şər atdığını, onlara torpaq sahəsi vermədiyini, həmin yulğun kolu məhv edilən ərazinin onun xidməti ərazisi olmadığını bildirmişdir. Yulğun kollarının qanunsuz məhv edilməsi ilə bağlı 05 mart 2023-cü il tarixli 78098 nömrəli akt tərtib olunmuş və Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən həmin akta imza atılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, 2012-ci il tarixdən Şəmkir regional meşə mühafizəsi və bərpası mərkəzinin meşə gözətçisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla arasında heç bir düşmənçəlik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ifadəsi ilə tanış olmuş. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar şər böhtan xarakterlidir. Təqsirləndirilən şəxs həmin ərazidən yer verməmişdir, Raqib məsuliyyətdən yaxa qurtarmaq üçün ona böhtan atır. Onun yulğun kollarının təmizlənməsi üçün icazə vermək səlahiyyəti yoxdur, həmçinin qeyd olunan əraziyə nəzarət etmir. O, Təqsirləndirilən şəxs yulğun kollarını kəsdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, heç bir yerdə işləmir, fəhləlik edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 2023-cü ilin mart ayının 1-də axşam vaxtlarında yaşadığı Samux rayonu, Köbər kəndində Təqsirləndirilən şəxsla rastlaşmış, Raqib Məmmədəv ona həmkəndlisi Şahid1 bostan bitkiləri əkmək üçün yer aldığını və həmin yerdə bitən yulğun kollarını təmizləmək üçün ona köməklik etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs yulğun kollarını təmizləmək üçün ona gündəlik 15 manat pul verməli idi. Həmçinin Təqsirləndirilən şəxs ona yulğun kollarını təmizləmək üçün icazə verilməsi üçün Şəmkir regional meşə təsərrüfatının 10 saylı meşə dolayısının gözətçisi X4 yer açıb bostan əkdikdən sonra açacağı ərazidən 0.20 ha ərazini və sezonun sonunda əkdiyi hər sot torpaq üçün 5 manatdan pul verəcəyini demişdir. Bundan sonra mart ayının 2-də Təqsirləndirilən şəxsla birlikdə Samux rayonu, Qaraağaclı kəndinə bitişik olan meşəyə getmiş və Təqsirləndirilən şəxs bir qədər yulğun kollarını təmizlədirini görmüşdür. Mart ayının 2-5-dək olan müddət ərzində Təqsirləndirilən şəxsla yulğun kollarını təmizləmişlər. Gündəlik olaraq 2-3 saat ərzində yulğun kolları təmizləmişlər, təmizlədikləri yulğun kollarının bəziləri quru bəziləri isə kök üstə yaş vəziyyətdə olmuşdur. 2023-cü ilin mart ayının 5-də Təqsirləndirilən şəxsla birlikdə yulğun kolları təmizləyən zaman Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlara yaxınlaşaraq qanunsuz olaraq yulğun kollarını təmizlədiklərini demişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara qeyd olunan sahəni təmizləmək üçün Şəmkir regional meşə təsərrüfatının 10 saylı meşə dolayısının gözətçisi X2 icazə aldığını və yulğun kollarını qanunsuz kəsmədiyini demişdir. Bundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları oraya Şahid1 çağırmışlar və Şahid1 ona Təqsirləndirilən şəxs icazə vermədiyini və onun ümümiyyətlə belə bir səlayiyyətinin olamamasını və qeyd olunan ərazinin onun xidməti ərazisi olmadığını bildirmişdir. Bundan sonra o, bilmişdir ki, qeyd olunan ərazidə yulğun kollarını Təqsirləndirilən şəxs ona qanunsuz olaraq kəsdirirmiş. O, Şahid1la həmin yer barəsində heç bir söhbət etməmiş və Təqsirləndirilən şəxs onunla söhbət edən zaman orada olmamışdır. O, kənddə fəhləlik edir və kimə fəhlə lazım olsa onlara fəhləlik edir. O, həmin ərazidə Təqsirləndirilən şəxs yulğun kollarını təmizləmək üçün icazəsi olmadığını bilsəydi ona yulğun kollarını təmizləməkdə köməklik göstərməzdi. Şahid4 ibtidai araşdırma dövründə verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli tam təsdiq olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə dəymiş 6560 manat ziyanı tam ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023cü il tarixli, 78098 saylı akta əlavə edilən hesabatdan görünür ki, 82 ədəd bioloji inkişafda olan, köküstə yaş yulğun kollarını qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən hesablanmış və 6560 manat olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsinin, şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə tam təsdiq edildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, dəymiş maddi ziyanv tam ödəməsini yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın səmərəliliyini, məqsədəuyğunluğunu, məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəli olmasını, dəymiş ziyanı tam ödəməsini Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə imkan verən və onun şəxsiyyətini müsbət səciyyələndirən halları nəzərə alıb cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə zərurət olmaması və azadlıqdan məhrum edilmədən islah olunmasının mümkünlüyü qənaətinə gələrək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun və yetərli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 10 (on) faiz miqdarda pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsini yetərli hesab edir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə aylıq qazıncının 10 (on) faiz olmaqla islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla, 08 (səkkiz) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Mülki iddiada göstərilmiş 6560 (altı min beş yüz altmış) manat pulun ödənilməsi nəzərə alınsın. İşdə ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar