Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-39/2024 27.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüququşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Azərbaycan küçəsi, 14 döngə, ev 27 də qeydiyyatda olmaqla Samux rayonu Əhmədbəyli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Samux rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evinin qarşısından keçən küçədə uzun müddət aralarında davam edən mülk mübahisəsi üstündə arvadı Şahid2 ilə əmisi arvadı Şahid1 mübahisə etdiyini görüb onları aralamaq istəyən zaman bu vaxt oraya gəlmiş əmisi Zərərçəkmiş şəxs ilə şəxsi qərəzli münasibətlər zəminində mübahisə edib dalaşmış və dava zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq sonuncuya alın nahiyəsindən solda 1x0,8 sm ölçülü, qeyri-müəyyən formalı, üzəri ətraf dəri səviyyəsindən hündürdə yerləşən qartmaqla örtülü kənarları nahamar əzilmiş yara, sol gicgah nahiyəsinin şişkin, ağrılı, 9x6 sm ölçülü, qeyri müəyyən formalı göyümtül rəngli hematomasından ibarət qəsdən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Gəncə şəhərində yerləşən “Dubay bazarı” adlanan bazarda fəhlə işləyir. “İkinci Qarabağ” müharibəsi iştirakçısıdır, veterandır. Yaşadığı evdə arvadı Sara və iki azyaşlı övladları ilə qalır, qonşuluqda əmisi Rafiq qalır. Aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Bir müddət əvvəl aralarında mülk mübahisəsi olmuş və bununla bağlı Samux Rayon Polis Şöbəsində araşdırılma aparılmış və mülki xarakterli olduğundan məhkəməyə müraciət olunması izah edilmişdir. Həmin vaxtdan mülk üstündə əmisiylə onun arasında bir qədər narazılıq yaranmışdır. 17 noyabr 2023-cü il tarixdə təxminən saat 15 radələrində o, arvadı Sara ilə Gəncə şəhərinə getmiş, saat 17 radələri olarmış ki, qaynı Ayxan ona zəng edərək demişdir ki, əmisi Rafiqin arvadı Səadət uşaqlarını küçədə görüb onları söyüb təhqir edirmiş. O da məsələnin nə olduğunu bilmək üçün arvadıyla Gəncə şəhərindən yaşadıqları evə qayıtmışlar. Sara ona demişdir ki, o, özü gedib Səadətlə söhbət edəcəkmiş. Sara küçəyə çıxarkən Səadət də küçədə imiş, o, onlara yaxınlaşmamış, arvadı onunla söhbət etməyə başlamış, aralarında təxminən 3-4 metr məsafə var imiş, onlar arasında sözlə mübahisə yaranmış və Səadət əlində olan çubuqla Saranı vurmaq istəyə zaman Sara onun əlindən çubuğu almış, həmin vaxt Səadət Rafiqə zəng edərək ondan kömək istəmiş, belə ki, guya o, arvadıyla onu döyürmüş və bu zaman təxminən 5 dəqiqə keçmişdir ki, o görmüşdür ki, küçənin baş tərəfindən əmisi Rafiq özünə məxsus avtomobillə onların yanına gəlirmiş, onların mübahisə etdiyini görüb idarə etdiyi avtomobili onun üstünə sürmüş və avtomobilin qabaq sağ tərəf təkəri onun ayağının üstündən keçmiş, o da ayağıyla onun avtomobilinin bufer hissəsinə təpik vurmuş, bu zaman Rafiq avtomobili bir qədər qabağa verib saxlayaraq onu təhqir edə-edə üstünə gəlməyə başlamış, o da onun üstünə getmiş və bir-biriylə tutaşmışlar, tutaşan zaman o, yumruqla əmisini vurmuş, onların səs-küyünə atası gələrək onları aralamışdır. O, əvvəldən atasına zəng edib bu barədə demiş, o da gələn zaman mübahisənin olduğunu görüb aralamışdır. O göstərmişdir ki, mübahisəyə səbəb mülk məsələsidir, belə ki, əmisi Rafiq onun həmin evdə yaşamağına razı deyilmiş, çünki istəyirmiş ki, həmin evdən çıxıb getsin və həmin ev ona qalsın. Həmin günü də mübahisəyə səbəb Səadətin onun övladlarını təhqir etməsi olmuşdur. İlkin olaraq arvadı Sara ilə əmisi arvadı Səadət arasında yaşadıqları Samux rayon Əhmədbəyli kəndində yerləşən evinin qarşısında olan küçədə baş vermiş, sonradan əmisi Rafiq gəlmiş və həmin yerdə o, onunla mübahisə etmişdir. Aralarında baş vermiş mübahisə 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, onun özünə məxsus “mercedes benz E280” markalı avtomobili vardır. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. O, onunla Samux Rayon Əhmədbəyli kəndində qonşuluqda yaşayır, əvvəllər Anar Gəncə şəhərində yaşayırmış, ailə həyatı qurandan sonra Əhmədbəyli kəndinə onun ata yurduna gəlmişdirlər. Onun əvvəllər Anar və onun ailəsi ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Anar Gəncə şəhərində yerləşən “Dubay bazarı” adlanan bazarda fəhlə işləyirmiş. Qardaşı oğlu Anar yaşadığı evdə arvadı Sara və iki azyaşlı övladları ilə qalır. Aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Bir müddət əvvəl aralarında mülk mübahisəsi olmuş və bununla bağlı Samux Rayon Polis Şöbəsində araşdırılma aparılmış və mülki xarakterli olduğundan məhkəməyə müraciət olunması izah edilmişdir. Həmin vaxtdan mülk üstündə qardaşı oğlu ilə onun arasında bir qədər narazılıq yaranmışdır. 17 noyabr 1023-cü il tarixdə təxminən saat 15 radələrində arvadı Səadət onun mobil telefonuna zəng edərək demişdir ki, Anar və onun qohumları küçədə onu döyürlər. O da həmin vaxt Gəncə şəhərində “Savxoz Nizami” adlanan yerdə imiş, təcili olaraq yaşadığı Samux Rayon Əhmədbəyli kəndinə gəlmiş, öz küçələrinə daxil olan zaman görmüşdür ki, Anarın arvadı Sara və Anarın anası Məhbubə onun arvadı Səadətin saçından tutub dartırlar, Anar və atası Rövşən də onları aralamaq istəyirlər. O, da küçədə olan işıq dirəyinin yanında avtomobili saxlayaraq yerə düşmüş və o, Anarı görüb ona “nolub”, deyən zaman Anar da onun avtomobilin sağ tərəfindən yeyin-yeyin onun üstünə gəlmiş, onlar avtomobilin arxa tərəfinə keçmişlər, orada o, Anara demişdir ki, “Ay qaa nolub, niyə dincəlmirsən”. Bunu demişkən Anar onun alın nahiyəsinə bir dəfə qəsdən yumruq vurmuşdur. Bu zaman Məhbubə onun üstünə cummuş və köynəyindən tutaraq kənara çəkmiş, qardaşı Rövşən də gəlib onun sağ qolundan tutub geriyə çəkərkən o, qardaşına tərəf dönüb ona “sən ağsaqqal kimi böyüksən, niyə belə edirsən” deyən zaman Anar yenə yumruqla onun baş nahiyəsinə vurmuşdur. Bundan sonra onlar aralaşmışlar və aralarında dava-dalaş qurtarmışdır. Aralarında baş vermiş mübahisə 10-15 dəqiqə davam etmişdir. Mübahisə olarkən o, arvadı Səadət, qardaşı oğlu Anar, onun arvadı Sara, qardaşı Rövşən, onun arvadı Məhbubə orada olmuş, başqa heç kim olmamışdır. Sonradan səs-küyə ətrafda yaşayan qonşular gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, əri Anar ilə ərinin əmisi Rafiq arasında mülki mübahisə ilə bağlı narazılıqlar olmuşdur. 17 noyabr 2023-cü il tarixdə ərinin əmisi arvadı Səadətlə isə onun arasında sözlə mübahisə yaranmış və Səadət əlində olan çubuqla onu vurmaq istəyən zaman o, onun əlindən çubuğu almış, həmin vaxt Səadət Rafiqə zəng edərək ondan kömək istəmiş, belə ki, guya o, Səadəti döymüşdür. Təxminən 5 dəqiqə keçmişdir ki, ərinin əmisi Rafiq özünə məxsus avtomobillə onların yanına gəlmiş, mübahisə olduğunu görüb idarə etdiyi avtomobili onların üstünə sürmüşdür. Daha sonra Rafiq onun ərini təhqir edə-edə üstünə gəlmiş və onlar tutaşmışlar, tutaşan zaman əri Anar yumruqla əmisi Rafiqi vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə ərinin qardaşı oğludur. Onlar eyni kənddə qonşuluqda yaşayırlar. Bir müddət əvvəl əri ilə ərinin qardaşı oğlu arasında mülk mübahisəsi olmuşdur. 17 noyabr 1023-cü il tarixdə təxminən saat 15 radələrində o, mobil telefonuna zəng edərək ərinə demişdir ki, Anar və onun qohumları küçədə onu döyürlər. Əri həmin vaxt Gəncə şəhərində “Savxoz Nizami” adlanan yerdə imiş, təcili olaraq yaşadığı Samux Rayon Əhmədbəyli kəndinə gəlmiş, Anardan mübahisənin səbəbini soruşmuş, onlar arasında mübahisə yaranmış Anar onun ərinin alın nahiyəsinə bir neçə dəfə qəsdən yumruq vurmuşdur. Bundan sonra onlar aralaşmışlar və aralarında davadalaş qurtarmışdır. Aralarında baş vermiş mübahisə 10-15 dəqiqə davam etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsinin 17 noyabr 2023-cü il tarixli 148 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər alın nahiyəsinin əzilmiş yarası, sol gicgah nahiyəsinin hematoması, sol əlin beşinci barmağının yumuşaq toxumalarının əzniyi və hematomasıdır ki, bu xəsarətlər - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və hər biri ayr-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayb. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi və cinayət işinə əlavə edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən tədirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, işin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni ictimai işlər cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxsnın üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı və məhkəmədə cəmi 25 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi yardıma görə ümumilikdə 150 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsnın üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-39/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-39/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver