Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-4/2023 21.02.2023 SAMUX RAYON MƏKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məkum olunmuş, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 148 A, mənzil 8-də qeydiyyatda olmaqla, Samux rayon Qarayeri qəsəbəsində yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə olan, təmiz çəkisi 39.951 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 14 avqust 2022-ci il tarixdə saat 13:15-də Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayonu, Sərkar kəndi ərazisində saxlanılaraq, Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində video çəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol cibində olan siqaret qutusunun içərisindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə olan təmiz çəkisi 39.951 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdiki, o, təxminən 2022-ci ilin avqust ayının 8-də Samux rayonu, Qarayeri qəsəbəsində kirayə qaldığı evdən çıxaraq zibilləri atmaq üçün həyətə düşmüş, zibilləri atan zaman orada bir ədəd sellofan paket onun diqqətini cəlb etmiş, həmin sellofan paketi götürmüş və həmin bükülüyə baxan zaman əvvəllər istifadə etdiyi üçün tiryəkə oxşar narkotik vasitə olduğunu görmüş və tez cibinə qoymuşdur. 14 avqust 2022-ci il tarixdə saat 13 radələrində Samux rayonu, Sərkar kəndinə dostu ilə görüşməyə getmişdir. Sərkar kəndində olan zaman saat təxminən 13 radələrində ona mülki şəxslər yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmişlər və ondan harada yaşadığını soruşmuşlar və daha sonra onun narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına getmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əynində olan göy rəngli cinsin sol cibində saxladığı siqaret qutusunun içərisində olan bir ədəd şəffaf sellofan bükülüdə olan narkotiki özü təqdim etmiş, belə ki, bilmişdir ki, artıq polis əməkdaşları onda narkotik vasitənin olduğunu bilmişdirlər. Üzərində saxladığı narkotik vasitə çəkilən zaman 40.47 ( qırx tam yüzdə qırx yeddi) qram olmuşdur.Hazırda isə əməlini səmimi olaraq etiraf edir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 14 avqust 2022-ci il tarixdə, xx.xx.1976-ci il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 14 avqust 2022-ci il tarixdə günorta saat 13:15də Samux Rayon Polis Şöbəsinin CAB-nın əməliyyatçısı, polis baş-leytenantı Şahid2la ilə birlikdə Samux rayon Sərkar kəndinə getmişlər. Samux rayon Sərkar kəndində kənd arasında “Abidə” adlanan ərazidə yerləşən avtobus dayanacağının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişdirlər və ona birlikdə getməyini təklif etmişlər, Təqsirləndirilən şəxs da heç bir etiraz etməmiş və onlarla birlikdə Samux Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis başleytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxsbu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy cinsin sol cibindən siqaret qutusunu çıxararaq həmin siqaret qutusunun içərisində olan sellofanın içərisində narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Bundan sonra həmin bükülü elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 40.47 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və kağız zərf möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Nağı oğlu ifadəsində bildirdi ki, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 avqust 2022-ci il tarixdə, xx.xx.1976-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 148 A mənzil 8 də qeydiyyatda olmaqla, Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 14 avqust 2022-ci il tarixdə günorta saat 13:15-də Samux Rayon Polis Şöbəsinin CAB-nın əməliyyatçısı Şahid1la birlikdə Samux rayon Sərkar kəndinə gedilmişdir. Samux rayon Sərkar kəndində kənd arasında “Abidə” adlanan ərazidə yerləşən avtobus dayanacağının yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişdirlər və ona birlikdə getməyini təklif etmişlər, Təqsirləndirilən şəxs da heç bir etiraz etməmiş və onlarla birlikdə Samux Rayon Polis Şöbəsinin inzibati binasına getmişlər. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş-leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxsbu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy cinsin sol cibindən siqaret qutusunu çıxararaq həmin siqaret qutusunun içərisində olan sellofanın içərisində narkotik vasitə olan tiryək olduğunu bildirdi. Bundan sonra həmin bükülü elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 40.47 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, MərdanovCeyhunNurəddinoğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və SamuxrayonpolisşöbəsininMSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olanxx.xx.2022-ci il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində əynində olan göy rəngli cins şalvarın sol cibində olan siqaret qutusunun içərisindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə olan təmiz çəkisi 39.951 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş və bu barəıdə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 bölməsinin 15 avqust 2022-ci il tarixli 16/968 saylır əyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 39.951 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (39.951 qram-tədqiqata sərf edildi 0.2 qram, qalıq 39.751 qram) İş materiallarında olan GöygölRayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)- 2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 20 sentyabr 2022-ci il tarixli 1418 nömrəli rəyiindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)-2023 saylı hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikasının CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1994-cü il tarixdə Gəncə şəhər, Kəpəz rayon Xalq Məhkəməsi tərəfindən AR.CM-nin 143, 4,39 maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2005-ci il tarixdə Ukrayna Respublikası Xarkov Vilayəti, Kominternovsk rayon məhkəməsi tərəfindən Ukrayna CMnin 309-cu maddəsi, 2-ci hissəsi ilə və Xrakov Vil. Moskovsk r, məhkəməsinin xx.xx.2005ci il tarixli qərarı ilə UKR. CM-nin 185.2, 185.3-cü maddələri, ilə 04 il A.M.E, CM-nin 75-ci maddəsi ilə 02 il şərti sınaq müddəti cəzası ilə birləşdirilərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzanına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə UKR. Resp, Xarkov şəh, Frunze r, məhkəməsi tərəfindən CM-nin 39.2-ci maddəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzanına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə barəsində 01 il islah işləri cəzası seçilmiş, xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri Nizami rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4, 69.4, 67.1, 68.2-ci maddələri ilə barəsində 01 il islah işləri, 2000 manat cərimə cəzası seçilməklə xx.xx.2017-ci il tarixdə azad edilmiş, xx.xx.2019-cu il tarixdə Gəncə şəhər, Kəpəz rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə barəsində 01 il 11 ay 06 gün Azadlığın məhdudlaşdırılması cəza növü seçilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1, 69.3-cü maddələri ilə barəsində 01 il 07 ay 27 gün azadlıqdan məhrumetmə və cəza çəkdiyi müddəti narkomaniya üzrə məcburi müalicə cəzası seçilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, CM-in 66.5-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(066)-2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdən 16 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğundan CM-nin 65.2 və 56.1.3cü maddəsinin tələbləri nəzərə alınmalqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və onun həbsdə olması nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. Azərbaycan Respublikasının CM-in 93.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 39,751 qram təşkil edən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 1 (bir) il06 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdən 16 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq,üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 39,751 qram təşkil edən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayət ivə ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-4/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-4/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver