Məhkəmə qərarları › İş №1(058)-4/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-4/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-4/2024 08.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X7, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Məhəmmədli oğlunun iştirakı ilə, xx.xx.1994-cü ildə Samux rayonu, Lək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Cəlilabad rayonu, Göytəpə şəhəri, MNN saylı hərbi hissədə qeydiyyatda olan, Samux rayonu, Lək kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.1994-cü ildə Samux rayonu, Lək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Lək kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx.xx.1993-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Lək kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədilə 2023-cü ilin yanvar ayının əvvəllərində ibtidai istintaqa məlum olmayan vaxtda təxminən axşam saat 21 radələrində Zərərçəkmiş şəxs3 məxsus və yaşayış olmayan Samux rayonu, Lək kəndində yerləşən evinin həyətinə hasardan qanunsuz daxil olduqdan sonra evə açıq qapıdan daxil olub oradan sonuncuya məxsus 1 (bir) ədəd qiyməti 400 manat dəyərində olan qəhvəyi rəngli, türk istehsallı, 1600 x 2000: En-1700 mm, hündürlük-1200 mm, dərinlik-2080 mm, karkas materialı taxtadan, işlənmiş vəziyyətdə, matraslı iki nəfərlik çarpayını və 1 (bir) ədəd qiyməti 60 manat dəyərində olan “Euroline” markalı, “Euroline TNG-3203” modelli, ağ rəngli, üç ədəd yumru formalı, əmr düyməli, eletrikli, ayrıca dayanan funksiyalı, 1300 W, 40 lt tutumulu, mikro sobanı, cəmi 460 (dörd yüz altmış) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən zərər çəkmiş şəxsə ziyan vurub yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 30 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində X5 məxsus və yaşayış olmayan Samux rayonu, Lək kəndində yerləşən evinin həyətinə hasardan qanunsuz daxil olduqdan sonra evə açıq pəncərədən daxil olub oradan sonuncuya məxsus 1 (bir) ədəd qiyməti 180 manat dəyərində olan “HOFFMANN” markalı, “HOFFMANN LED 32A3600” modelli, HD (1366 × 768), 82 diaqonallı, Rusiya istehsallı, qara rəngli, yeni, istifadə olunmuş plazma televizoru, 1 (bir) ədəd qiyməti 40 manat dəyərində olan “Helmut” markalı, “Helmut 1251 2200W” seramik altlıqlı, buxarlı, qırmızı rəngli, istifadə olunmamış, paltar ütüsünü 1 (bir) ədəd qiyməti 20 manat dəyərində olan sovet istehsallı, diametri 30 sm, dərinliyi 10 sm, aliminium tərkibli, aşağı hissələri xırdaxırda deşikli olan yemək dəmlənməsi üçün nəzərdə tutulmuş aşsüzəni, 1 (bir) ədəd qiyməti 20 manat dəyərində olan diametri 60 sm, dərinliyi 15 sm, aliminium tərkibli, heç bir naxışı olmayan, sovet istehsallı, 10 litr tutumlu, xəmir yoğrulması üçün nəzərdə tutulmuş ləyəni (tiyəni), 1 dəst qiyməti 15 manat dəyərində olan sovet istehsallı, içərisində 2 ədəd 24x14 və 20x12 sm ölçüdə gümüşü rəngli, aliminium tərkibli yemək qazanlarını, 1 (bir) ədəd qiyməti 10 manat dəyərində olan sovet istehsallı, çuğun tərkibli, istifadə olunmuş, dəmir qulplu, qara rəngli tavanı, 1 (bir) ədəd qiyməti 40 manat dəyərində olan 2 təkərli “Carpisa VA 77960 LC00 Grey polyester” markalı, printsiz və naxışsız, uzunluğu 74 sm, eni 49 sm, dərinliyi 30 sm, üst və yan tutacaqla təchiz edilmiş, istifadə edilmiş çamadanı, 1 (bir) ədəd qiyməti 100 manat dəyərində olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “Zil” firmasına məxsus, yazılı, 50 litrlik aliminium tərkibli su bedonunu, 1 (bir) ədəd qiyməti 20 manat dəyərində olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “Zil” firmasına məxsus, yazılı, 10 litrlik aliminium tərkibli su bedonunu, 1 (bir) ədəd qiyməti 45 manat dəyərində olan 150 metr uzunluqda, üstü qara kabellə örtülmüş, içərisi sırf aliminium olan, “H03VV-F 2x1.5 mm2” markalı elektrik kabelini və 1 cüt, qiyməti 120 manat dəyərində olan ölçüsü 42 sm, işlənmiş, sarı rəngli, türk istehsallı, hərbi botinkanı, cəmi 610 (altı yüz on) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında zərər çəkmiş şəxsə ziyan vurub yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin yanvar ayının əvvəllərində ibtidai istintaqa məlum olmayan vaxtda gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus və yaşayış olmayan Samux rayonu, Lək kəndində yerləşən evinin həyətinə hasardan qanunsuz daxil olduqdan sonra evə açıq pəncərədən daxil olub oradan sonuncuya məxsus 1 (bir) ədəd qiyməti 180 manat olan “NİKAİ” markalı, “NİKAİ NTV3216LED2” modelli, Çin istehsallı, qara rəngli, 82 dioqanallı, işlənmiş, yararlı televizoru gizli yolla talayıb qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında zərər çəkmiş şəxsə ziyan vurub yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 30 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində X5 məxsus və yaşayış olmayan Samux rayonu, Lək kəndində yerləşən evinin həyətinə hasardan qanunsuz daxil olduqdan sonra evə açıq pəncərədən daxil olub oradan sonuncuya məxsus 1 (bir) ədəd qiyməti 180 manat dəyərində olan “HOFFMANN” markalı, HOFFMANN LED 32A3600 modelli, HD (1366 × 768), 82 diaqonallı, Rusiya istehsallı, qara rəngli, yeni, istifadə olunmuş plazma televizoru, 1 (bir) ədəd qiyməti 40 manat dəyərində olan “Helmut” markalı, “Helmut 1251 2200W” seramik altlıqlı, buxarlı, qırmızı rəngli, istifadə olunmamış, paltar ütüsünü 1 (bir) ədəd qiyməti 20 manat dəyərində olan sovet istehsallı, diametri 30 sm, dərinliyi 10 sm, aliminium tərkibli, aşağı hissələri xırdaxırda deşikli olan yemək dəmlənməsi üçün nəzərdə tutulmuş aşsüzəni, 1 (bir) ədəd qiyməti 20 manat dəyərində olan diametri 60 sm, dərinliyi 15 sm, aliminium tərkibli, heç bir naxışı olmayan, sovet istehsallı, 10 litr tutumlu, xəmir yoğrulması üçün nəzərdə tutulmuş ləyəni (tiyəni), 1 dəst qiyməti 15 manat dəyərində olan sovet istehsallı, içərisində 2 ədəd 24x14 və 20x12 sm ölçüdə gümüşü rəngli, aliminium tərkibli yemək qazanlarını, 1 (bir) ədəd qiyməti 10 manat dəyərində olan sovet istehsallı, çuğun tərkibli, istifadə olunmuş, dəmir qulplu, qara rəngli tavanı, 1 (bir) ədəd qiyməti 40 manat dəyərində olan 2 təkərli “Carpisa VA 77960 LC00 Grey polyester” markalı, printsiz və naxışsız, uzunluğu 74 sm, eni 49 sm, dərinliyi 30 sm, üst və yan tutacaqla təchiz edilmiş, istifadə edilmiş çamadanı, 1 (bir) ədəd qiyməti 100 manat dəyərində olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “zil” firmasına məxsus, yazılı, 50 litrlik aliminium tərkibli su bedonunu, 1 (bir) ədəd qiyməti 20 manat dəyərində olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “zil” firmasına məxsus, yazılı, 10 litrlik aliminium tərkibli su bedonunu, 1 (bir) ədəd qiyməti 45 manat dəyərində olan 150 metr uzunluqda, üstü qara kabellə örtülmüş, içərisi sırf aliminium olan, “H03VV-F 2x1.5 mm2” markalı elektrik kabelini və 1 cüt, qiyməti 120 manat dəyərində olan ölçüsü 42 sm, işlənmiş, sarı rəngli, türk istehsallı, hərbi botinkanı, cəmi 610 (altı yüz on) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında zərər çəkmiş şəxsə ziyan vurub yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin yanvar ayının əvvəllərində ibtidai istintaqa məlum olmayan bir günündə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus və yaşayış olmayan Samux rayon Lək kəndində yerləşən evinin həyətinə hasardan qanunsuz daxil olduqdan sonra evə açıq pəncərədən daxil olub oradan sonuncuya məxsus 1(bir) ədəd qiyməti 180 manat olan “NİKAİ” markalı, “NİKAİ NTV3216LED2” modelli, Çin istehsallı, qara rəngli, 82 dioqanallı, işlənmiş, yararlı televizoru gizli yolla talayıb qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında zərər çəkmiş şəxsə ziyan vurub yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 30 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində X5 məxsus və yaşayış olmayan Samux rayon Lək kəndində yerləşən evinin həyətinə hasardan qanunsuz daxil olduqdan sonra evə açıq pəncərədən daxil olub oradan sonuncuya məxsus 1(bir) ədəd qiyməti 180 manat dəyərində olan “HOFFMANN” markalı, HOFFMANN LED 32A3600 modelli, HD (1366 × 768), 82 diaqonallı, Rusiya istehsallı, qara rəngli, yeni, istifadə olunmuş plazma televizoru, 1(bir) ədəd qiyməti 40 manat dəyərində olan “Helmut” markalı, “Helmut 1251 2200W” seramik altlıqlı, buxarlı, qırmızı rəngli, istifadə olunmamış, paltar ütüsünü 1(bir) ədəd qiyməti 20 manat dəyərində olan sovet istehsallı, diametri 30 sm, dərinliyi 10 sm, aliminium tərkibli, aşağı hissələri xırdaxırda deşikli olan yemək dəmlənməsi üçün nəzərdə tutulmuş aşsüzəni, 1(bir) ədəd qiyməti 20 manat dəyərində olan diametri 60 sm, dərinliyi 15 sm, aliminium tərkibli, heç bir naxışı olmayan, sovet istehsallı, 10 litr tutumlu, xəmir yoğrulması üçün nəzərdə tutulmuş ləyəni(tiyəni), 1 dəst qiyməti 15 manat dəyərində olan sovet istehsallı, içərisində 2 ədəd 24x14 və 20x12 sm ölçüdə gümüşü rəngli, aliminium tərkibli yemək qazanlarını, 1(bir) ədəd qiyməti 10 manat dəyərində olan sovet istehsallı, çuğun tərkibli, istifadə olunmuş, dəmir qulplu, qara rəngli tavanı, 1(bir) ədəd qiyməti 40 manat dəyərində olan 2 təkərli “Carpisa VA 77960 LC00 Grey polyester” markalı, printsiz və naxışsız, uzunluğu 74 sm, eni 49 sm, dərinliyi 30 sm, üst və yan tutacaqla təchiz edilmiş, istifadə edilmiş çamadanı, 1(bir) ədəd qiyməti 100 manat dəyərində olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “zil” firmasına məxsus, yazılı, 50 litrlik aliminium tərkibli su bedonunu, 1(bir) ədəd qiyməti 20 manat dəyərində olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “zil” firmasına məxsus, yazılı, 10 litrlik aliminium tərkibli su bedonunu, 1(bir) ədəd qiyməti 45 manat dəyərində olan 150 metr uzunluqda, üstü qara kabellə örtülmüş, içərisi sırf aliminium olan, “H03VV-F 2x1.5 mm2” markalı elektrik kabelini və 1 cüt, qiyməti 120 manat dəyərində olan ölçüsü 42 sm, işlənmiş, sarı rəngli, türk istehsallı, hərbi botinkanı, cəmi 610(altı yüz on) manat dəyərində özgə əmlakını gizli yolla talayıb qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs halında zərər çəkmiş şəxsə ziyan vurub yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 2015-ci il tarixdən həqiqi hərbi xidmətə “MAXE” kimi işləmiş, 2021-ci il tarixdə isə tərxis olunmuş, “İkinci Qarabağ” döyüşlərində iştirak etmiş, bir neçə rayonun işğaldan azad edilməsində döyüşmüş, döyüşlərdə kiçik gizir rütbəsində olmuş, hal-hazırda bir neçə medalı vardır. Təqsirləndirilən şəxs2 və onun əmisi oğlu Təqsirləndirilən şəxs3 uzun müddətdir ki, tanıyır, onlar bir kəndləndirlər. 2023-cü ilin yanvar ayının ortalarında o, kənddə çayxanada Vilayət ilə söhbət edərkən aralarında oğurluq etmək barədə söhbət olmuş və pulsuzluq olduğundan qərara gəlmişlər ki, oğurluq etsinlər. Ancaq o, haradan oğurluq edəcəyini bilməmişdir. Həmin vaxt Vilayət ona Adil adlı bir kəndlisinin uzun müddət evində yaşayış olmadığını demişdir. Bundan sonra onlar qərara gəlmişlər ki, həmin evdən oğurluq etsinlər. Onlar havanın bir qədər qaralmağını gözləmiş və gecə saat 01 radələrində o, Vilayət ilə birlikdə piyada kənddə “1941-1945-ci il “Vətən Müharibəsi” şəhidlərinin xatirəsinə ucaldılmış abidəsinin arxa tərəfində yerləşən Adil adlı şəxsin evinə çatmışlar. Evin həyətinə hasardan düşmüşlər, evin həyətində olan evə isə açıq pəncərədən daxil olmuşlar. Evə daxil olan zaman televizoru görüb onu götürmüş və yenə gəldikləri yolla evdən çıxmışlar. Onun və Vilayətin evində adamlar olduğundan qərara gəlmişlər ki, Azərə zəng edib desinlər ki, televizoru o, saxlasın. Buna görə də Vilayət həmin vaxt Azərə zəng edib 1 ədəd televizoru saxlamağını xahiş etmiş, Azər isə etiraz etməmiş və onlar kənddə Azər ilə görüşüb televizoru Azərə vermişlər. Azər onlardan televizoru haradan aldığını soruşan zaman o, Azərə demişdir ki, onundur, köhnədir, satır. Azərdən də xahiş etmişdir ki, satmağa köməklik etsin. Bundan sonra onlar evlərinə getmişlər. O, Vilayətlə Zərərçəkmiş şəxs2 məxsus və yaşayış olmayan Samux rayonu, Lək kəndində yerləşən evinə 2023-cü ilin yanvar ayının ortalarında xatırlamadığı bir gündə oğurluq etmiş, həmin evdən 1 ədəd qara rəngli, televizor oğurlamışlar. Bundan başqa o, Vilayət və Azərlə birlikdə olarkən qərara gəlmişlər ki, üçü də birlikdə haradansa oğurluq etsinlər və X1 məxsus evdən etməyi qərarlaşdırmışlar O, Azər və Vilayətlə birlikdə 30 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində Uğulxan Mamiyevaya məxsus fərdi yaşayış evinə getmişlər. Onlar həmin evə piyada getmişlər. Vilayət onları küçədə gözləmişdir ki, əgər kimsə gəlsə xəbər etsin. O, da Azərlə evin həyətinə çəpərdən keçmiş, evə isə açıq pəncərədən daxil olmuşlar. Həmin evdən o, Azərlə birlikdə 1 (bir) ədəd aşsüzəni, 1 (bir) ədəd ləyəni (tiyəni), 1 dəst yemək qazanları, 1 (bir) ədəd qara rəngli tavanı, digər yataq otağından 1 (bir) ədəd çamadanı, qonaq otağından 2 (iki) ədəd iri və xırda su bedonunu, 1 (bir) ədəd sarı rəngli, türk istehsallı, hərbi botinkanı oğurlamış və oğurladıqdan sonra bütün əşyaları Azərin evinə yığmışlar. Hərbi batinkanı Vilayət özünə götürmüş, çamadanı isə Azər götürmüşdür. Həmin günün sabahısı, yəni xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində Azərə məxsus “Priora” markalı avtomobillə aliminium əşyaları Gəncə şəhərində “Musayevin qarajı” adlanan metal qəbuletmə məntəqəsinə, Azərin şəxsiyyət vəsiqəsi ilə satmışlar. Həmin əşyalara görə 34 manat pul almışlar, xırda pula benzin tökmüşlər, yerdə qalan pulu isə bərabər üç nəfərə bölmüşlər. Etdiyi əməllərdən çox peşmandır. O, X5 məxsus və yaşayış olmayan Samux rayonu, Lək kəndində yerləşən evinə bir dəfə, 30 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində daxil olmuş, onunla birlikdə Azər və Vilayət olmuş, başqa heç kim olmamışdır. Onlar oğurluq edərkən heç kim görməmişdir. Vilayət ilə Zərərçəkmiş şəxs2 məxsus və yaşayış olmayan Samux rayonu, Lək kəndində yerləşən evinə 2023-cü ilin yanvar ayının ortalarında xatırlamadığı bir gündə oğurluq etmək üçün girmiş, həmin evdən 1 ədəd qara rəngli, televizor oğurlamış, həmin televizor da Azərin evində olmuş, satmaq istəsə də sata bilməmişdir. X5 məxsus və yaşayış olmayan Samux rayon Lək kəndində yerləşən evinə bir dəfə, 30 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində daxil olmuş, onunla birlikdə Azər və Vilayət olmuş, başqa heç kim olmamışdır. Oğurluq edərkən heç kim görməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs3 ilə doğma əmioğludur, Təqsirləndirilən şəxs1 da uzaqdan qohumu düşür. Vilayət və Nurəddin onunla eyni kənddə yaşayırlar. Onun yaşadığı küçə ilə qonşu olan küçədə Vahid adlı bir şəxsin evi vardır, uzun müddətdir ki, yaşayış yoxdur. 2023-cü ilin yanvar ayının əvvəllərində pulsuzluq olduğundan qərara gəlmişdir ki, oğurluq etsin, fkirləşmişdir ki, kənddə X3 məxsus evdə uzun müddətdir ki, yaşayış yoxdur və onun evindən oğurluq etsin. Buna görə də o, tək olaraq 2023-cü ilin yanvar ayının əvvəllərində axşam saat 21 radələrində İttifaq Əliyevin evinə getmiş, hasardan evin həyətinə daxil olmuş, evn giriş qapısı olmadığından o, evə daxil olmuş, evin giriş qapısının əvəzinə dəmir setqa olmuş, o, evə setqanı açaraq daxil olmuşdur. Evə daxil olan kimi sağ tərəf otağa daxil olub orada ancaq 1 (bir) ədəd ağ rəngli elektrik sobasını görüb oğurlamış, belə ki, sobanı götürüb evin həyətindən hasardan keçirdib küçəyə qoymuş və sonra yenə evə daxil olmuş, düzünə gedib bir otağa daxil olanda görmüşdür ki, ikitaylı çarpayı vardır, qərara gəlmişdir ki, söküb aparsın, çünki dəyərli başqa heç nə olmamışdır. Həmin evdən dəmir parçası tapıb çarpayını boltlarını açaraq sökmüşdür. Birinci olaraq oğurlamış olduğu sobanı yaşadığı evin həyətinə qoymuş, sonra isə çarpayını iki dəfə olmaqla hissə-hissə aparmış və evin həyətinə qoymuşdur. Ondan arvadı Kəmalə bunları haradan aldığını soruşan zaman ona ucuz satdıqları üçün aldığını demişdir. 2023-cü ilin yanvar ayının ortalarında evdə olarkən Nurəddin və Vilayət onun yaşadığı evə gəlmişlər, Nurəddin ona demişdir ki, onun özünə məxsus 1 (bir) ədəd televizoru vardır, evindir və onu satırmış, ondan də xahiş etmişdir ki, satmağa köməklik etsin. O, da televizorun harada olduğunu deyən zaman Nurəddin və Vilayət bir qədər keçmiş gedib televizoru gətirmişlər. O, həmin televizoru yaşadığ evə qoymuş, bundan başqa o, Vilayət və Nurəddinlə birlikdə kənddə olarkən qərara gəlmişlər ki, üçü də birlikdə haradansa oğurluq etsinlər. X1 məxsus evdən etməyi qərarlaşdırmışlar, belə ki, həmin evdə də yaşayış olmamışdır. O, Nurəddin və Vilayətlə birlikdə 30 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində Uğulxan Mamiyevaya məxsus fərdi yaşayış evinə getmişlər. Onlar həmin evə piyada getmişlər. Vilayət onları küçədə gözləmişdir ki, əgər kimsə gəlsə xəbər etsin. O, da Nurəddin ilə evin həyətinə çəpərdən keçmiş, evə isə açıq pəncərədən daxil olmuşdur. Həmin evdən o, Nurəddinlə birlikdə 1 (bir) ədəd aşsüzəni, 1 (bir) ədəd ləyəni (tiyəni), 1 dəst yemək qazanları, 1 (bir) ədəd qara rəngli tavanı, digər yataq otağından 1 (bir) ədəd çamadanı, qonaq otağından 2 (iki) ədəd iri və xırda su bedonunu, 1 (bir) ədəd sarı rəngli, türk istehsallı, hərbi botinkanı oğurlamışlar. Oğurladıqdan sonra bütün əşyaları yaşadığı evə yığmışlar, hərbi batinkanı Vilayət özünə götürmüş, çamadanı isə o, özünə götürmüşdür. Həmin günün sabahısı, yəni xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində ona məxsus “Priora” markalı avtomobillə aliminium əşyaları Gəncə şəhərində “Musayevin qarajı” adlanan metal qəbuletmə məntəqəsinə, onun şəxsiyyət vəsiqəsi ilə satmışlar. Həmin əşyalara görə 34 manat pul almışlar, xırda pula benzin tökülmüş, yerdə qalan pulu isə bərabər üç nəfərə bölmüşlər. O, sonradan bilmişdir ki, Nurəddin və Vilayətin ona gətirmiş olduqları televizoru oğurlamışlar, onların oğurluq etmələrindən xəbəri olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qohumlarıdır və bir kənddə yaşayırlar. 2023-cü ilin yanvar ayının ortalarında kənddə çayxanada Nurəddin ilə söhbət edən zaman aralarında oğurluq etmək barədə söhbət olmuş və pulsuzluq olduğundan qərara gəlmişlər ki, oğurluq etsinlər. Həmin vaxt o, Nurəddinə Adil adlı bir kəndlisinin uzun müddət evində yaşayış olmadığını demişdir. Bundan sonra onlar qərara gəlmişlər ki, həmin evdən oğurluq etsinlər. Onlar havanın bir qədər qaralmağını gözləmiş və gecə saat 01 radələrində o, Nurəddinlə birlikdə piyada kənddə “1941-1945-ci il “Vətən Müharibəsi” şəhidlərinin xatirəsinə ucaldılmış abidəsinin arxa tərəfində yerləşən Adil adlı şəxsin həyətinə hasardan düşmüşlər, evin həyətində olan evə isə açıq pəncərədən daxil olmuşlar. Evə daxil olan zaman görmüşlər ki, 1 ədəd qara rəngli televizor var, televizoru görüb Nurəddin onu götürmüş və yenə gəldikləri yolla evdən çıxmışlar. Onun və Nurəddinin evində adamlar olduğundan qərara gəlmişlər ki, Azərə zəng edib desinlər ki, televizoru o, saxlasın. Buna görə də o, həmin vaxt Azərə zəng edib 1 ədəd televizoru saxlamağını xahiş etmişdir, Azər isə etiraz etməmiş və onlar kənddə Azərlə görüşüb televizoru Azərə vermişlər. Azər onlardan televizoru haradan aldığını soruşan zaman Nurəddin Azərə demişdir ki, özününküdür, köhnədir, satır. Azərdən də xahiş etmişdir ki, satmağa köməklik etsin. Bundan sonra onlar evlərinə getmişlər. O, Nurəddin ilə Adilə məxsus və yaşayış olmayan Samux rayonu, Lək kəndində yerləşən evinə 2023-cü ilin yanvar ayının ortalarında xatırlamadığı bir gündə oğurluq etmişlər, həmin evdən 1 (bir) ədəd qara rəngli, televizor oğurlamışlar. Bundan başqa o, Nurəddin və Azərlə birlikdə olarkən qərara gəlmişlər ki, üçü də birlikdə haradansa oğurluq etsin. X1 məxsus evdən etməyi qərarlaşdırmışlar, həmin evdə də yaşayış olmamışdır. O, Azər və Nurəddinlə birlikdə 30 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində Uğulxan Mamiyevaya məxsus fərdi yaşayış evinə getmişlər. O, küçədə gözləmişdir ki, əgər kimsə gəlsə xəbər etsin. Həmin evdən 1 (bir) ədəd aşsüzəni, 1 (bir) ədəd ləyəni (tiyəni), 1 dəst yemək qazanları, 1 (bir) ədəd qara rəngli tavanı, digər yataq otağından 1 (bir) ədəd çamadanı, 2 (iki) ədəd iri və xırda su bedonunu, 1 (bir) ədəd sarı rəngli, türk istehsallı, hərbi botinkanı oğurlamışlar. Oğurladıqdan sonra bütün əşyaları Azərin evinə yığmışlar. Hərbi batinkanı özünə götürmüş, çamadanı isə Azər götürmüşdür. Həmin günün sabahısı, yəni xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində Azərə məxsus “Priora” markalı avtomobillə aliminium əşyaları Gəncə şəhərində “Musayevin qarajı” adlanan metal qəbuletmə məntəqəsinə, Azərin şəxsiyyət vəsiqəsi ilə satmışlar. Həmin əşyalara görə 34 manat pul almışlar, xırda pula benzin tökülmüş, yerdə qalan pulu isə bərabər üç nəfərə bölmüşlər. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, onun iki oğlu var, onlardan biri Bakı şəhərində yaşayır, digəri isə həqiqi hərbi xidmətdə oldğundan və evdə tək qalmasın deyə qardaşı ilə birlikdə yaşayır. 03 fevral 2023-cü il tarixdə saat 10:30 radələrində o, qardaşına məxsus evdən çıxıb piyada öz evlərinə getmişdir ki, evə nəzarət etsin. O, evin çöl darvazasından evin həyətinə daxil olan zaman görmüşdür ki, evin həyətində olan hamamın plastik qapısı açıqdır, həmin vaxt artıq şübhələnmişdir ki, kimsə evə oğurluğa girmişdir. Evin yataq otağının pəncərəsində olan setqasının da aşağı düşdüyünü görüb bilmişdir ki, evə kimsə daxil olub. Bundan sonra o, evin qapısını açmaq istəyərkən görmüşdür ki, evin qapısı artıq açıqdır, sadəcə örtülü qalmışdır. İçəri daxil olan zaman görmüşdür ki, ev bütünlüklə dağınıqdır. Naməlum şəxslər yaşadığı evin yataq otağından divardan asılı olan 1 (bir) ədəd qiyməti 500 manat olan “HOFFMANN” markalı, HOFFMANN LED 32A3600 modelli, HD (1366 × 768), 82 diaqonallı, Rusiya istehsallı, qara rəngli, yeni, istifadə olunmuş plazma televizoru, mətbəx otağından 1 (bir) ədəd qiyməti 35 manat olan “Helmut” markalı, “Helmut 1251 2200W” seramik altlıqlı, buxarlı, qırmızı rəngli, istifadə olunmamış, paltar ütüsü, 1 (bir) ədəd qiyməti 10 manat olan, sovet istehsallı, diametri 30 sm, dərinliyi 10 sm, aliminium tərkibli, aşağı hissələri xırda-xırda deşikli olan yemək dəmlənməsi üçün nəzərdə tutulmuş aşsüzəni, 1 (bir) ədəd qiyməti 10 manat olan diametri 60 sm, dərinliyi 15 sm, aliminium tərkibli, heç bir naxışı olmayan, sovet istehsallı, 10 litr tutumlu, xəmir yoğrulması üçün nəzərdə tutulmuş ləyəni (tiyəni), 1 dəst qiyməti 25 manat olan, sovet istehsallı, içərisində 2 ədəd 24x14 və 20x12 sm ölçüdə gümüşü rəngli, aliminium tərkibli yemək qazanları, 1 (bir) ədəd qiyməti 10 manat olan, sovet istehsallı, çuğun tərkibli, istifadə olunmuş, dəmir qulplu, qara rəngli tavanı, digər yataq otağından 1 (bir) ədəd qiyməti 50 manat olan 2 təkərli “Carpisa VA 77960 LC00 Grey polyester” markalı, printsiz və naxışsız, uzunluğu 74 sm, eni 49 sm, dərinliyi 30 sm, üst və yan tutacaqla təchiz edilmiş, istifadə edilmiş çamadanı, qonaq otağından 1 (bir) ədəd qiyməti 50 manat olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “Zil” firmasına məxsus, yazılı, 50 litrlik aliminium tərkibli su bedonunu, evin həyətində olan hamamdan 1 (bir) ədəd qiyməti 30 manat olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “Zil” firmasına məxsus, yazılı, 10 litrlik aliminium tərkibli su bedonunu, 1 (bir) ədəd qiyməti 100 manat olan, 150 metr uzunluqda, üstü qara kabellə örtülmüş, içərisi sırf aliminium olan, “H03VV-F 2x1.5 mm2” markalı elektrik kabelini və 1 cüt, qiyməti 150 manat olan, ölçüsü 42 sm olan, işlənmiş, sarı rəngli, türk istehsallı, hərbi botinkanı oğurlamışdırlar. Samux rayon Lək kəndində yerləşən evindən oğurluq hadisəsini xx.xx.2023-cü il tarixdə aşkar etmişdir. Oğurluq hadisəsi isə nə vaxt dəqiq baş verib bilmir. Samux rayon Lək kəndində yerləşən evindən göstərdiyi əşyalardan başqa heç bir şey oğurlanmamışdır. O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ona ödənilmişdir, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İstintaq zamanı vermiş olduğu və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Samux rayonu, Qovlarsarı kəndində yaşayır. O, oğluna Samux rayonu, Lək kəndində ev tikdirmiş, ancaq həmin evi tam düzəltsə də oğlu ora köçməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində o, Samux rayonu, Lək kəndinə evə baxmağa getmişdir. O, evin giriş darvazasını açıb evin həyətinə daxil olan zaman görmüşdür ki, qonaq otağının pəncərəsi açıqdır, buna görə də o, evə keçmiş və evə keçən zaman görmüşdür ki, ev dağınıqdır, artıq bilmişdir ki, naməlum şəxslər evdən oğurluq etmişlər. Ona məlum olmuşdur ki, qonaq otağında 1 (bir) ədəd 500 manat dəyərində olan “NİKAİ” markalı, “NİKAİ NTV3216LED2” modelli, Çin istehsallı, qara rəngli, 82 dioqanallı, işlənmiş, yararlı televizor yoxdur, evə oğurluğa daxil olan şəxslər evdən ancaq 1 (bir) ədəd televizor oğurlamışlar. Ona məxsus Samux rayonu, Lək kəndində yerləşən və yaşayış olmayan fərdi yaşayış evindən oğurluq hadisəsinin nə vaxt baş verdiyini bilmir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında evə baxan zaman oğurluq olunduğunu aşkar etmişdir. Zərərçəkmiş şəxs2 09 oktyabr 2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. İstintaq zamanı vermiş olduğu və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Lək kəndində olan evi Vahid adlı şəxsdən aralarında şifahi razılaşma əsasında evin əşyaları ilə birlikdə almışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində o, əri İttifaqla evə baxmağa getmiş, əri İttifaq həmin günü evə daxil olan zaman evin qapısının setqasının açıq olduğunu, evin içinə keçən zaman görmüşdür ki, ev dağınıqdır, artıq bilmişdirlər ki, evdən oğurluq edilmişdir. Evdə demək olar ki, dəyərli heç nə yox imiş, evə tam göz gəzdirəndən sonra məlum olmuşdur ki, sağ tərəfdə olan otaqda 1 (bir) ədəd “Euroline” markalı, “Euroline TNG-3203” modelli, ağ rəngli, üç ədəd yumru formalı, əmr düyməli, eletrikli, ayrıca dayanan funksiyalı, 1300 W, 40 lt tutumulu, mikro sobanın və digər bir otaqdan isə 1 (bir) ədəd qəhvəyi rəngli, türk istehsallı, 1600 x 2000: En-1700 mm, hündürlük-1200 mm, dərinlik-2080 mm, karkas materialı taxtadan, vəziyyəti işlənmiş, matraslı iki nəfərlik çarpayının naməlum şəxslər tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs3 30 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 əridir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 eyni kənddə yaşayırlar, Azərin dostları və qohumlarıdır. 2023-cü ilin yanvar ayının əvvəllərində o, evdə olarkən əri Azər evə 1 (bir) ədəd ağ rəngli elektrik sobası və 1 (bir) ədəd ikitaylı çarpayı gətirmiş, o, Azərdən əşyaları haradan aldığını soruşanda Azər ona Gəncə şəhərindən işlənmiş vəziyyətdə aldığını demişdir. Həmin vaxtdan sonra o, elektrik sobasını işlətməsə də, ancaq çarpayını yenidən quraşdıraraq evə qoymuşdur. 2023-cü ilin fevral ayında yaşadığı evə polis əməkdaşları gəlmiş, onlar Azərin Gəncə şəhərindən alıb gətirdiyi 1 (bir) ədəd ağ rəngli elektrik sobasını və 1 (bir) ədəd ikitaylı çarpayını soruşmuşlar, o, da onlara həmin əşyaların hal-hazırda evdə olduğunu demişdir. Sonra polis əməkdaşları ona demişlər ki, həmin 1 (bir) ədəd ağ rəngli elektrik sobası və 1 (bir) ədəd ikitaylı çarpayı oğurluq nəticəsində əldə edilmiş, belə ki, Azər həmin əşyaları başqa bir şəxsin evindən oğurlamışdır. Polis əməkdaşları ona həmin əşyaları götürəcəklərini bildirəndə onlara etiraz etməmiş və sonra polis əməkdaşlarına həmin əşyaların yerini göstərərək onlara təqdim etmişdir. Onun həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Azər ona oğurluq barədə heç nə deməmişdir. Bundan başqa 2023-cü ilin yanvar ayının ortalarında o, evdə olarkən Nurəddin və Vilayət onun yaşadığı evə gəlmişlər, Nurəddin Azəri çağırıb demişdir ki, onun özünə məxsus 1 (bir) ədəd televizoru vardır, evindir və onu satır, Azərdən də xahiş etmişdir ki, satmağa köməklik etsin. Azər də televizorun harada olduğunu deyəndə Nurəddin və Vilayət bir qədər keçmiş gedib televizoru gətirmişdirlər. Həmin televizorun da Nurəddin və Vilayət tərəfindən oğurlandığını sonradan bilmiş, nə onun, nə də ki, əri Azərin həmin televizorun oğurluq olduğunu bilməmişdir. O, sonradan bilmişdir ki, Nurəddin və Vilayət onalra gətirmiş olduqları televizoru oğurlamışdırlar, onların oğurluq etmələrindən xəbəri olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirdi ki, iş üzrə zərərçəkmiş şəxsə X8 onun bacısıdır. Bacısı onunla birlikdə yaşayır. 03 fevral 2023-cü il tarixdə bacısı onlardan çıxıb öz evinə getmiş ki, evə nəzarət etsin. Bacısı evə girəndə görmüşdür ki, evin qapısı açıqdır, kimsə evə oğurluğa girmişdir. İçəri daxil olan zaman bacısı görmüşdür ki, ev bütünlüklə dağınıqdır. Naməlum şəxslər yataq otağından divardan asılı olan 1 (bir) ədəd qiyməti 500 manat olan “HOFFMANN” markalı, HOFFMANN LED 32A3600 modelli, HD (1366 × 768), 82 diaqonallı, Rusiya istehsallı, qara rəngli, yeni, istifadə olunmuş plazma televizoru, mətbəx otağından 1 (bir) ədəd qiyməti 35 manat olan “Helmut” markalı, “Helmut 1251 2200W” seramik altlıqlı, buxarlı, qırmızı rəngli, istifadə olunmamış, paltar ütüsü, 1 (bir) ədəd qiyməti 10 manat olan, sovet istehsallı, diametri 30 sm, dərinliyi 10 sm, aliminium tərkibli, aşağı hissələri xırda-xırda deşikli olan yemək dəmlənməsi üçün nəzərdə tutulmuş aşsüzəni, 1 (bir) ədəd qiyməti 10 manat olan diametri 60 sm, dərinliyi 15 sm, aliminium tərkibli, heç bir naxışı olmayan, sovet istehsallı, 10 litr tutumlu, xəmir yoğrulması üçün nəzərdə tutulmuş ləyəni (tiyəni), 1 dəst qiyməti 25 manat olan, sovet istehsallı, içərisində 2 ədəd 24x14 və 20x12 sm ölçüdə gümüşü rəngli, aliminium tərkibli yemək qazanları, 1 (bir) ədəd qiyməti 10 manat olan, sovet istehsallı, çuğun tərkibli, istifadə olunmuş, dəmir qulplu, qara rəngli tavanı, digər yataq otağından 1 (bir) ədəd qiyməti 50 manat olan 2 təkərli “Carpisa VA 77960 LC00 Grey polyester” markalı, printsiz və naxışsız, uzunluğu 74 sm, eni 49 sm, dərinliyi 30 sm, üst və yan tutacaqla təchiz edilmiş, istifadə edilmiş çamadanı, qonaq otağından 1 (bir) ədəd qiyməti 50 manat olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “Zil” firmasına məxsus, yazılı, 50 litrlik aliminium tərkibli su bedonunu, evin həyətində olan hamamdan 1 (bir) ədəd qiyməti 30 manat olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “Zil” firmasına məxsus, yazılı, 10 litrlik aliminium tərkibli su bedonunu, 1 (bir) ədəd qiyməti 100 manat olan, 150 metr uzunluqda, üstü qara kabellə örtülmüş, içərisi sırf aliminium olan, “H03VV-F 2x1.5 mm2” markalı elektrik kabelini və 1 cüt, qiyməti 150 manat olan, ölçüsü 42 sm olan, işlənmiş, sarı rəngli, türk istehsallı, hərbi botinkanı oğurlamışlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 məxsus məxsus 1 (bir) ədəd diametri 60 sm, dərinliyi 15 sm, aliminium tərkibli, heç bir naxışı olmayan, sovet istehsallı, 10 litr tutumlu, xəmir yoğrulması üçün nəzərdə tutulmuş ləyən (tiyən), 1 dəst sovet istehsallı, içərisində 2 ədəd 24x14 və 20x12 sm ölçüdə gümüşü rəngli, aliminium tərkibli yemək qazanlar, 1 (bir) ədəd sovet istehsallı, çuğun tərkibli, istifadə olunmuş, dəmir qulplu, qara rəngli tavan, 1(bir) ədəd 2 təkərli “Carpisa VA 77960 LC00 Grey polyester” markalı, printsiz və naxışsız, uzunluğu 74 sm, eni 49 sm, dərinliyi 30 sm, üst və yan tutacaqla təchiz edilmiş, istifadə edilmiş çamadan, 1 (bir) ədəd sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “zil” firmasına məxsus, yazılı, 50 litrlik aliminium tərkibli su bedonu göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “Zil” firmasına məxsus, yazılı, 10 litrlik aliminium tərkibli su bedonu, 1 (bir) ədəd “NİKAİ” markalı, “NİKAİ NTV3216LED2” modelli, Çin istehsallı, qara rəngli, 82 dioqanallı, işlənmiş, yararlı televizor göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) ədəd qəhvəyi rəngli, türk istehsallı, 1600 x 2000: En-1700 mm, hündürlük-1200 mm, dərinlik-2080 mm, karkas materialı taxtadan, vəziyyəti işlənmiş, matraslı iki nəfərlik çarpayı, 1 (bir) ədəd “Euroline” markalı, “Euroline TNG-3203” modelli, ağ rəngli, üç ədəd yumru formalı, əmr düyməli, eletrikli, ayrıca dayanan funksiyalı, 1300 W, 40 lt tutumulu, mikro sobanı göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin 23 may 2023-cü il tarixli, 9\3702 nömrəli rəyindən görünür ki, 1(bir) ədəd qiyməti 180 manat dəyərində olan “HOFFMANN” markalı, HOFFMANN LED 32A3600 modelli, HD (1366 × 768), 82 diaqonallı, Rusiya istehsallı, qara rəngli, yeni, istifadə olunmuş plazma televizoru, 1(bir) ədəd qiyməti 40 manat dəyərində olan “Helmut” markalı, “Helmut 1251 2200W” seramik altlıqlı, buxarlı, qırmızı rəngli, istifadə olunmamış, paltar ütüsü, 1 (bir) ədəd qiyməti 20 manat dəyərində olan sovet istehsallı, diametri 30 sm, dərinliyi 10 sm, aliminium tərkibli, aşağı hissələri xırda-xırda deşikli olan yemək dəmlənməsi üçün nəzərdə tutulmuş aşsüzən, 1 (bir) ədəd qiyməti 20 manat dəyərində olan diametri 60 sm, dərinliyi 15 sm, aliminium tərkibli, heç bir naxışı olmayan, sovet istehsallı, 10 litr tutumlu, xəmir yoğrulması üçün nəzərdə tutulmuş ləyən (tiyən), 1 dəst qiyməti 15 manat dəyərində olan sovet istehsallı, içərisində 2 ədəd 24x14 və 20x12 sm ölçüdə gümüşü rəngli, aliminium tərkibli yemək qazanları, 1 (bir) ədəd qiyməti 10 manat dəyərində olan sovet istehsallı, çuğun tərkibli, istifadə olunmuş, dəmir qulplu, qara rəngli tavan, 1(bir) ədəd qiyməti 40 manat dəyərində olan 2 təkərli “Carpisa VA 77960 LC00 Grey polyester” markalı, printsiz və naxışsız, uzunluğu 74 sm, eni 49 sm, dərinliyi 30 sm, üst və yan tutacaqla təchiz edilmiş, istifadə edilmiş çamadan, 1 (bir) ədəd qiyməti 100 manat dəyərində olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “zil” firmasına məxsus, yazılı, 50 litrlik aliminium tərkibli su bedonu, 1 (bir) ədəd qiyməti 20 manat dəyərində olan sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “zil” firmasına məxsus, yazılı, 10 litrlik aliminium tərkibli su bedonu, 1 (bir) ədəd qiyməti 45 manat dəyərində olan 150 metr uzunluqda, üstü qara kabellə örtülmüş, içərisi sırf aliminium olan, “H03VV-F 2x1.5 mm2” markalı elektrik kabeli, 1 cüt, qiyməti 120 manat dəyərində olan ölçüsü 42 sm, işlənmiş, sarı rəngli, türk istehsallı, hərbi botinka. Cəmi 610(altı yüz on) manat, 1(bir) ədəd qiyməti 180 manat olan “NİKAİ” markalı, “NİKAİ NTV3216LED2” modelli, Çin istehsallı, qara rəngli, 82 dioqanallı, işlənmiş, yararlı televizor, 1(bir) ədəd qiyməti 400 manat dəyərində olan qəhvəyi rəngli, türk istehsallı, 1600 x 2000: En-1700 mm, hündürlük-1200 mm, dərinlik-2080 mm, karkas materialı taxtadan, vəziyyəti işlənmiş, matraslı iki nəfərlik çarpayı, 1 (bir) ədəd qiyməti 60 manat dəyərində olan “Euroline” markalı , “Euroline TNG-3203” modelli, ağ rəngli, üç ədəd yumru formalı, əmr düyməli, eletrikli, ayrıca dayanan funksiyalı, 1300 W, 40 lt tutumulu, mikro sobanın orta bazar qiyməti nəzəri qaydada təxminən 1.250 manat müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdikləri cinayət əməlini etiraf edərək, əməllərindən səmimi peşman olmalarını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, həmçinin Təqsirləndirilən şəxs1 müharibə iştirakçısı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onların cəzalarını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətlərini, ailədə yeganə qazanc gətirən şəxslər olmasını, təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 islah olunmasına və ailələrinə həyat şəraitinə təsirini, cəzalarının məqsədini və cəzalarının yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Lək kəndində yerləşən fərdi yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək, habelə cəzalarının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan əşyalar zərərçəkmiş şəxslərə qaytarılmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dan tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Lək kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Lək kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Lək kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış, Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 1 (bir) ədəd diametri 60 sm, dərinliyi 15 sm, aliminium tərkibli, heç bir naxışı olmayan, sovet istehsallı, 10 litr tutumlu, xəmir yoğrulması üçün nəzərdə tutulmuş ləyən (tiyən), 1 dəst sovet istehsallı, içərisində 2 ədəd 24x14 və 20x12 sm ölçüdə gümüşü rəngli, aliminium tərkibli yemək qazanlar, 1 (bir) ədəd sovet istehsallı, çuğun tərkibli, istifadə olunmuş, dəmir qulplu, qara rəngli tavan, 1 (bir) ədəd 2 təkərli “Carpisa VA 77960 LC00 Grey polyester” markalı, printsiz və naxışsız, uzunluğu 74 sm, eni 49 sm, dərinliyi 30 sm, üst və yan tutacaqla təchiz edilmiş, istifadə edilmiş çamadan, 1 (bir) ədəd sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “zil” firmasına məxsus, yazılı, 50 litrlik aliminium tərkibli su bedonu zərərçəkmiş şəxs X5 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış, Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 1 (bir) ədəd sovet istehsallı, üzərində “MOLOÇNAƏ FLAQA 38 1957 q” “zil” firmasına məxsus, yazılı, 10 litrlik aliminium tərkibli su bedonu, 1 (bir) ədəd “NİKAİ” markalı, “NİKAİ NTV3216LED2” modelli, Çin istehsallı, qara rəngli, 82 dioqanallı, işlənmiş, yararlı televizor Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış, Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, 1 (bir) ədəd qəhvəyi rəngli, türk istehsallı, 1600 x 2000: En-1700 mm, hündürlük-1200 mm, dərinlik-2080 mm, karkas materialı taxtadan, vəziyyəti işlənmiş, matraslı iki nəfərlik çarpayı, 1 (bir) ədəd “Euroline” markalı, “Euroline TNG-3203” modelli, ağ rəngli, üç ədəd yumru formalı, əmr düyməli, eletrikli, ayrıca dayanan funksiyalı, 1300 W, 40 lt tutumulu, mikro soba Zərərçəkmiş şəxs3 qaytarılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar