Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-4/2025 17.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, üzərində çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası olan, Ağdaş rayonu Xosrov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda ünvan istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 ədəd “ARGO”markalı siqaret qutusunda təmiz çəkisi 18.62 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 27 yanvar 2024cü il tarixdə saat 15:40 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayon İnstitut qəsəbəsində saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 ədəd “ARGO” markalı siqaret qutusunda təmiz çəkisi 18.62 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əvvəlcə ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də məhkəmə istintaqının gedişində özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilirərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə olan marixuana istifadə edir. 17 yanvar 2024-cü il tarixdə Bakı şəhərinə xeyir işdə iştirak etmək üçün yollanmış, bu zaman küçədə bir ədəd siqaret qutusu görmüşdür. Qutunu götürüb içərisinə baxdıqda qutuda “nəyşə” yəni qurudulmuş marixuana olmasını aşkar etmiş, marixuana istifadəçisi olduğundan, dərhal marixuananı tanımış və marixuananı götürüb cibinə qoymuşdur. Bakı şəhərində olarkən isə bir ədəd siqaretə doldurub çəkmişdir. 27 yanvar 2024-cü il tarixdə təxminən saat 07 radələrində Samux şəhərinə avtomobil icarəyə götürmək üçün tanışı Şahid1 və Raufun tanışı Rəcəb adlı şəxslə birlikdə gəlmişdir. Avtomobil sahibi avtomobili sabah üçün verməyi söz vermişdir. Bakı şəhərindən aşkar etdiyi içərisində qurudulmuş marixuana olan siqaret qutusu isə əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxlayırmış. 27 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Samux rayonu İnstitut qəsəbəsində mülki şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmişdirlər və ondan harada yaşadığını soruşmuşlar və daha sonra narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişdirlər. O da polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusunu təqdim etmiş və bildirmişdir ki, həmin qutunun içərisində marixuana vardır. O, həmin narkotik vasitəni özü təqdim etmiş, belə ki, bilmişdir ki, artıq polis əməkdaşları onda narkotik vasitənin olduğunu bilmişdirlər. İzahatında həmin narkotik vasitəni Bakı şəhərindən tapdığını bildirmişdir. Üzərində saxladığı narkotik vasitə çəkilən zaman 23.5 qram olmuşdur. Hazırda isə əməlini səmimi olaraq etiraf edir. O, həmçinin göstərmişdir ki, onda narkotik vasitə olduğunu heç kəs bilmirmiş və heç kəsin də bundan xəbəri olmamışdır. Əvvəllər heç kəsdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə və ya psixotrop maddə satmamış, verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 27 yanvar 2024-cü il tarixdə xx.xx.1995-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdaş rayonu Xosrov kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 27 yanvar 2024-cü il tarixdə saat 15:40 radələrində Samux RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə Samux rayonu İnstitut qəsəbəsinə getmişdirlər. Samux rayonu İnstitut qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs oğlunun müəyyən etmişdirlər. Şahid3la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışlar və xidməti vəsiqələri Təqsirləndirilən şəxs göstərərək özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və Samux RPŞ-nə getməyini təklif etmişdirlər, Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusu çıxardaraq təqdim etmiş və həmin siqaret qutusunun içərisində qurudulmuş marixauana olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr varmış. Bundan sonra həmin qutu elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 23.5 (iyirmi üç tam onda beş ) qram olmaqla qablaşdırılmış və üzəri AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərindən tapdığını və özü istifadə etdiyi üçün gəzdirdiyini, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək şahid Rüfət Abdinovun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək iş üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmələrini tələb etmədiyini bildirmiş və həmin şahidlər dindirilmədən məhkəmə istintaqının tamamlanmasını xahiş etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaqda verdikləri ifadələri elan olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 və Təqsirləndirilən şəxs onun tanışlarıdır. 26 yanvar 2024-cü il tarixdə Bakı şəhərindən Tovuz rayonuna getməli imiş, Rəcəb ona zəng edərək Zaqatala rayonuna getmək istədiyini, yol pulu olmadığını demiş, o da Rəcəbə Tovuz rayonuna getdiyini birlikdə gəlməyini yol üstü onuda düşürdə biləcəklərini demişdir. xx.xx.2024-cü il tarixdə günorta radələrində o, Rəcəb və Kamalla birlikdə Bakı şəhərindən yola çıxmışdırlar, Bakıdan Kamalın idarə etdiyi avtomobillə gəlirmişlər, ilk öncə o, öz yaşadığı Tovuz rayonuna gedəcəkmiş, sonra isə X6 rayonuna düşürdəcəkmiş. Gəncə şəhərinə çatmağa az qalmış, saat təxminən axşam saat 10 radələrində Samux rayonu Alıuşağı kəndinin yaxınlığında Kamalın idarə etdiyi avtomobildə nasazlıq yaranmışdır. Onlar avtomobildən düşüb yol maşınına minib Gəncə şəhərinə getmişdirlər ki, oradan usta tapıb avtomobili təmir etdirsinlər. Onlar bir qədər Gəncə şəhərində usta axtardıqdan sonra usta tapa bilməmişlər və gecə saat 03-04 radələrində yenidən Samux rayonu Alıuşağı kəndinin yaxınlığına avtomobilin yanına qayıtmışdırlar. Kamal avtomobili yavaş-yavaş bir qədər arxa yol ilə idarə edərək Samux rayonu İnstitut qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinə çatmışdırlar. Samux rayonu İnstitut qəsəbəsində avtomobildən düşmüşdürlər və yoldan keçən maşınların birinə minib Samux rayonun mərkəzinə usta tapmağa getmişdirlər, lakin oradada usta tapa bilmədiklərinə görə orada yerləşən Heydər Əliyev adına olan parkda skamyaların üstündə yatıb səhəri açmışdırlar, səhər açıldıqdan sonra saat 11 radələrində parkın yanında yerləşən avtoservisdən avtomobilin yanına usta aparmışlar, usta bildirmişdir ki, avtomobilin təmiri üçün 3-4 gün vaxt lazımdır. Sonra Kamal kimləsə telefonla danışmış və avtomobil icarəyə verən tapdığını və həmin adamın ona avtomobil verəcəyini bildirmişdir. Kamala avtomobil icarayə vermək istəyən şəxs gah telefonda onlara Samux rayonun mərkəzinə gəlməklərini, gahda “AZNİXİ” qəsəbəsi adlanan İnstitiut qəsəbəsinə gəlməklərini bildirmişdir. Bundan sonra Samux rayonun mərkəzinə getmişlər, daha sonra yenidən Samux rayonu İnstitut qəsəbəsinə qayıtmışdırlar. İnstitut qəsəbəsində olan zaman saat 15 radələrində iki nəfər mülki geyimli şəxslər Kamala yaxınlaşmışdırlar, onlar Kamalla nəsə danışdıqdan sonra onu avtomobilə otuzdurmuşlar. Həmin şəxslərə yaxınlaşıb nə olduğunu soruşan zaman həmin şəxslər Samux RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Bundan sonra yol takisisinə minərək Samux RPŞ-nə gəlmişlər. Samux RPŞ-də olan zaman onlara demişdirlər ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə aşkar olunduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından xəbəri olmamışdır, Kamalı polislər tutduqdan sonra bilmişdir ki, Kamal üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirirmiş. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: 27 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 16:15-də tutulmuşdur. 27 yanvar 2024-cü il şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil cihazından istifadə etməklə Samux RPŞ-nin KTQ-nın inspektoru X4 tərəfindən video çəkiliş aparılmış, Təqsirləndirilən şəxs qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusunu təqdim edərək həmin qutunun içərisində narkotik vasitə olan “nəyşə”, yəni qurudulmuş marixuananın olmasını bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd qutuda spesifik qoxusu olan ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, həmin siqaret qutusu elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 23,5 qram olduğu müəyyən edilmiş, həmin siqaret qutusu bir ədəd ağ rəngli kağız paketə qablaşdırılaraq zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsin üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marıxuana istifadə etdiyini, narkotik vasitəni təxminən 10 gün əvvəl Bakı şəhərində küçədə tapdığını, narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin 28 yanvar 2024-cü il tarixli 16/148 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ilk baxışdan marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd ARGO markalı siqaret qutusunda təmiz çəkisi 18.62 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 28 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır. 29 yanvar 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 29 yanvar 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilmiş və saxlanıldlğı Samux RPŞ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 332.2.1-ci, 332.2.2-ci, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-367/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Samux Rayon Məhkəməsinin 1(058)50/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının məhkəməyə ünvanladığı məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin müvafiq qərarına əsasən həbs edilərək xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasına daxil olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixdə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudulaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş, xx.xx.2024-cü il tarixə cəzasının çəkilmiş hissəsinin 01 il 01 ay 06 gün olduğu, çəkilməmiş hissəsinin 01 il 04 ay 20 gün təşkil etdiyi qeyd edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin narkotik maddə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini ona məhkəmənin müvafiq hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdə olduğu müddətdə törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi dəyərləndirilməlidir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası müvafiq həddə təyin edilməli, eyni zamanda Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-367/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-367/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 04 ay 20 gün hissəsi iki günə bir gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 18.52 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığım məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 4 ay 20 gün hissəsi iki günə bir gün hesabı ilə hesablanmaqla 8 ay 10 gün azadlıqdan məhrum etməz cəzası hazırkı hökmlə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 18.52 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-4/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-4/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver