Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-40/2023 07.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüququşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Ermənistan Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu Sərkar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs , 24 iyul 2023-cü il tarixdə saat 23 radələrində Samux rayonu Sərkar kəndində yerləşən fərdi yaşayış evində keçmiş arvadı Şahid1 nənəsi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, əli ilə qəsdən Zərərçəkmiş şəxs sağ qol nahiyyəsinə vuraraq – sağ saidin, sağ dirsəyin əzilmiş iki ədəd yarası və iki ədəd qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 onun keçmiş həyat yoldaşıdır. Şahid1 ilə o, 2019-cu ildə boşanmışdır. Onun Fizzə ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdr. Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı Fizzənin nənəsidir. Bir müddət əvvəl onun Səltənətin evində cücələri oğurlamağı üstündə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə və Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. 24 iyul 2023-cü il tarixdə saat 23 radələrində o, spirtli içki qəbul etdikdən sonra yadına iri buynuzlu heyvanlarının Fizzə tərəfindən satılması düşmüşdür. O, əsəbləşib Səltənətgilə getmişdir. Onun sərbəst Səltənətgilə giriş-çıxış olmuşdur. Qapını üzənə Fizzə açmış, o, Fizzəni gördükdə hansı səbəbdən heyvanları satmasını soruşmuşdur. Fizzə onun ünvanına nəlayiq ifadələ dedikdə, o, Fizzəni vurmaq niyyətinə düşmüşdür. Lakin bu zaman Fizzənin nənəsi Səltənət aralarına girmişdir. O, Səltənəti gördükdə qəzəbi daha çox artmış və bir dəfə Səltənəti sağ qolundan əli ilə qəsdən vurmuşdur. O, Səltənəti vurduqdan sonra qəzəbi soyumuş və evdən çıxıb getmişdir. Sonradan isə Səltənətin ondan şikayət etməsini öyrənmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqlarını, Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. O Boranla boşanmış, lakin onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs onun nənəsidir. Boşandıqdan sonra övladları ilə birgə nənəsi Zərərçəkmiş şəxs Samux rayonu Sərkar kəndində yerləşən evinə gəlmiş, orada yaşamağa başlamışdır. 24 iyul 2023-cü il tarixdə saat 23:00 radələrində Boran sərxoş vəziyyətdə nənəsinin evinə gəlmiş, bu zaman evdə o, nənəsi Səltənət, qızları Nərmin, Xədicə və oğlu Emin olmuşdur. Qapını açmadıqda Boran hasardan içəri daxil olmuş və evin qapısının pəncərəsini sındırmışdır. O, qarşısına çıxdıqda Boran onu vurmaq istəmişdir. Lakin bu zaman nənəsi Səltənət onu qorumaq üçün Boranın qarşısına çıxmışdır. Sərxoş vəziyyətdə olan Boranın əli nənəsinə dəymiş və nənəsi Səltənət yerə yıxılmışdır. Buna görə də o və nənəsi Səltənət bu barədə polisə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, atası tərəfindən nənsinin döyüldüyünü görməyib, həmin gün evdə olsa da hadisənin şahidi olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunda ifadə verdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 iyul 2023-cü il tarixli 58 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ saidin, sağ dirsəyin əzilmiş iki ədəd yarası və iki ədəd qaçırı vardır və bu xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyətinin Başçısının Sərkar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, hazırda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışsalar da, bu hal Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi nəzərə alınmır. Belə ki, o, daha əvvəl də CM-nin 177-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmiş, həmin iş üzrə istintaq müddətində CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət qanunvericiliyində şəxsin müvafiq kateqoriyadan olan cinayət əməllərinin törədilməsinə görə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs yenidən həmin kateqoriyadan olan cinayətin törədilməsinə görə cinayət məsuliyyətindən azad oluna bilməz. Ona görə də, o, təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması CM-nin 73-cü maddəsinə əsasən rədd olunmuşdur. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur, onun zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni ictimai işlər cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı və məhkəmədə cəmi 23 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 138 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Göstərdiyi 23 saat hüquqi yardıma görə 138 (yüz otuz səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-40/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-40/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver