Məhkəmə qərarları › İş №1(058)-40/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-40/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-40/2024 08.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.2001-ci ildə Rusiya Federasiyası Moskova şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam şəhəri, 20 Yanvar küçəsi, ev 92, mənzil 4-də qeydiyyatda olan, Samux şəhəri (Kolayır kəndində) yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 30,359 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəki qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 19 fevral 2024-cü il tarixdə saat 13 radələrində Samux rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Samux şəhəri, Kür küçəsində saxlanılaraq, Samux rayon Polis şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb üzərində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 30,359 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. İlk dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan 2021-ci il tarixdə Türkiyədə olarkən istifadə etmişdir. Sonradan narkotik vasitə olan tiryəkdən istifadə etməyə başlamış, belə ki, əməliyyat olunduğu üçün tiryəkdən istifadə edirmiş ki, ağrıları kəssin. Sonuncu dəfə o, 2-3 gün əvvəl tiryəkdən istifadə etmişdir. Tiryəki dilinin altına qoymaqla istifadə edirmiş. Tutulmamışdan təxminən 20 gün əvvəl axşam saat 18 radələri olardı ki, zibil tökmək üçün yaşadığı evin yaxınlığında olan zibilxanaya getmişdir. Zibil atan zaman zibil qutusunun təkərinin qırağında 1 ədəd sellofan paket tapmışdır. Sellofan paket açıq rəngli olmuş, diqqətini cəlb etmişdir, həmin vaxt o, sellofan paketi götürüb əlində baxan zaman görmüş ki, narktoik vasitə olan tiryəkdir. İstifadəçisi olduğu üçün götürmüş, o, orada olan zaman heç kim olmamış. Tapdığı vaxtdan üzərində gəzdirmiş. 19 fevral 2024-cü il tarixdə təxminən saat 13 radələrində evdən çıxıb yaşadığı küçə ilə piyada mağazaya gedən zaman həmin vaxt tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ona demişdirlər ki, onlarda barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı vardır. Bundan sonra onlar ona təklif etmişdirlər ki, onlarla birlikdə Samux rayon Polis Şöbəsinə getsin. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Samux rayon Polis Şöbəsinə getmişdir. RPŞ-nin xidməti otaqların birində polis əməkdaşı olan təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, həmin vaxt ona üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olub-olmamasını, əgər varsa təqdim edilməsini təklif etmişdirlər. O da həmin vaxt əynində olan açıq göy rəngli cins şalvarının sağ cibində narkotik vasitə olan tiryək olduğunu demişdir. Həmin narkotik vasitə olan tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 30,9 qram olması müəyyən edilmişdir. Həmin büküm ağ kağız zərfə qablaşdırılmış və kağız zərf Azərbaycan Respublikası DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bununla belə Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək ifadəsində bildirdi ki, o, narkotikdən istifadə etmir. 19 fevral 2024-cü il tarixdə evdə olmuş, həmin vaxt sonradan adları ona məlum olan Şahid1 və Şahid2 onun yaşağı evə gələrək, onu Samux rayon Polis şöbəsinə aparmışlar. Samux rayon Polis şöbəsində polis əməkdaşları onu döyüb, hədələyərək, bildirmişlər ki, narkotik vasitəni boynuna götürsün. O, əvvəl razılaşmamış sonra polis əməkdaşları ona hədə qorxu gəlib döydüklərindən, qorxub narkotik vasitə olan tiryəkin ona məxsus olduğunu etiraf etmişdir. Sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilərək, müdafiəçinin iştirakı ilə video çəklişlə narkotik vasitə olan tiryəkin guya ona məxsus olduğunu əks etdirmişlər. Həmin narkotik vasitə olan tiryək ona məxsus deyil, polislərin tələbi ilə o, narkotik vasitə hesab edilən tiryəkin ona məxsus olmasını üstünə götürmüşdür. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis başleytanantı vəzifəsində işləyir. 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Samux şəhəri, Kür küçəsində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 19 fevral 2024-cü il tarixdə saat 13 radələrində Samux rayon Polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə Samux şəhəri, Kür küçəsinə getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs piyada getməsi müəyyən edilmiş və həmin vaxt onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və ona qanunsuz olaraq narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux rayon Polis şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux rayon Polis şöbəsinə getmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş-leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümünü çıxarıb təhqiqata təqdim edərək içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş həmin sellofan büküm təhqiqatçı Həsən Qurbanov tərəfindən elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 30.9 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra şahid qismində dindirilmiş Şahid1 Tağı oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Ona hər hansı təzyiq göstərilməmiş, sorğu zamanı özü onda narkotik vasitə olan tiryək olmasını etiraf etmiş, Təqsirləndirilən şəxs bütün hüquqları lazımi qaydada təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Samux şəhəri, Kür küçəsində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 19 fevral 2024-cü il tarixdə saat 13 radələrində Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş-leytanantı Şahid1 ilə birlikdə Samux şəhəri, Kür küçəsinə getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs piyada getməsi müəyyən edilmiş və həmin vaxt onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və ona qanunsuz olaraq narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux rayon Polis şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux rayon Polis şöbəsinə getmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis başleytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümünü çıxarıb təhqiqata təqdim edərək içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş həmin sellofan büküm təhqiqatçı Həsən Qurbanov tərəfindən elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 30.9 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Ona hər hansı təzyiq göstərilməmiş, sorğu zamanı özü onda narkotik vasitə olan tiryək olmasını etiraf etmiş, Təqsirləndirilən şəxs bütün hüquqları lazımi qaydada təmin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2024-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan gödəkçəsinin sal yan cibindən 1 ədəd sellofan paketdə təmiz çəkisi 30,359 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 bölməsinin xx.xx.2024-cü il tarixli, 16/236 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” imzalar olan kağız paketdəki, bir ədəd sellofan paketdə təmiz çəkisi 30,359 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir (tiryəkin təmiz çəkisi – 30.359 qram, tədqiqata sərv edildi – 0.2 qram, qalıq 30.159 qram) ekspertiza xərci 30.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin 1(058)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şəlvarının sağ yan cibində olan bir ədəd sellofan paket təqdim edir. Həmin sellofan bükümün içərisindən narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 30,9 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan tiryək olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni tapdığını, arabir narkotik vasitə olan tiryəki istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(058)-13/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 384 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 30,359 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəki qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 19 fevral 2024-cü il tarixdə saat 13 radələrində Samux rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Samux şəhəri, Kür küçəsində saxlanılaraq Samux rayon Polis şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb üzərində saxladığı 1(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 30,359 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi təmiz çəkisi 30,359 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin onun üzərindən çıxması video görüntü ilə, şahid ifadələri ilə yanaşı, ekspertiza rəyi və eləcə də işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib onu ittihamı təkzib edən sübut kimi qəbul etmir və cəzadan boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin rəis müavini Anar Tarverdiyevin xx.xx.2024-cü il tarixli 2-2-110/2-055766/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə baxılarkən polis əmkdaşları tərəindən fiziki zor tətbiqinə məruz qaldığını bildirməsinə dair Samux Rayon Məhkəsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi halları təstiqini tapmadığından xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan qəsdən olaraq təmiz çəkisi 30,159 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin onun üzərindən çıxması istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə saat 13:45 radələrində Samux rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını narkotik vasitənin ona məxsus olmasını etiraf etməməsi, təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə narkotik vasitənin ona məxsus olması baxış video görüntüsü, iş üzrə dindirilmiş şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin məhkəmə istintaqında təkzib olunan hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Həmçinin istintaq dövründə zorakılığa məruz qalması ilə bağlı xüsusat öz təstiqini tapmamışdır. Bütün bu xüsusatlar o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Təqsirləndirilən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla, yəni CD diskdə olan video çəkilişlə, həmçinin çarpaz dindirmə zamanı şahid ifadələri ilə təkzib olunmuşdur. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı istinad etdiyi dəlillər əsassızdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, video görüntü, ekspertiza rəyi ilə yanaşı şahid ifadələri və digər məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, “… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(058)-13/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Samux Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli hökmü ilə həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 30,159 narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırkı hökmlə təyin edilmiş 01 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Samux Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli hökmü ilə həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət cəzasından çıxılsın üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 30,159 narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar