Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-41/2023 07.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məkum olunmuş və məhkumluğu ödənilməmiş, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 11 (on bir) ədəd ümumi təmiz çəkisi yaş halda 850 qram olan çətənə (kannabis) bitkilərini istintaqa məlum olmayan tarixdə və vaxtda - Samux rayonu, Hacalılı kəndi ərazisində yerləşən sahibsiz fermada şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərərək ətraflarını yumşaldaraq sulamış, alaq otlarından təmizləmiş və bu bitkilərin yaxşı bəslənməsi üçün kök ətrafına peyin verib becərib yetişdirməklə kultivasiya etmiş, 18 may 2023-cü il tarixdə saat 19 radələrində Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan xeyli miqdar hesab olunan 11 (on bir) ədəd ümumi təmiz çəkisi yaş halda 850 qram olan çətənə (kannabis) bitkiləri Samux rayonu, Hacalılı kəndi ərazisində yerləşən sahibsiz fermadan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, əvvəllər qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi üçün məhkum olunmuş, 2022-ci ilin dekabr ayında azadlığa çıxmışdır. Özü narkotik vasitə istifadə edir. Samux rayonu ərazisində, Kür çayının sahilində yabanı halda çətənə kollarının bitdiyini bilirmiş. Buna görə də 2023-cü ilin fevral ayında oraya öz istifadəsi üçün çətənə kolu yığmağa getmişdir. Lakin oradan tapdığı çətənə kolları istifadə üçün yararsız olduğu üçün düşünmüşdür ki, həmin çətənə kollarının toxumlarını götürərək əksin və onlara qulluq edərək becərsin, yetişdikdən sonra özü istifadə etsin. Oradan 11 ədəd çətənə toxumu götürərək yaşadığı evə getmiş, həmin çətənə toxumlarını yaşadığı evdə gizlətmiş ki, havalar isinən zaman həmin toxumları torpağa basdırar. 2023-cü ilin aprel ayında havalar isinən zaman həmin toxumları Samux rayonu, Hacıalılı kəndində sahibsiz bir fermada dibçəklərdə əkmişdir. O, 11 ədəd toxumu 10 ədəd dibçəkdə əkmiş, mütəmadi olaraq Samux rayonu Hacıalılı kəndinə, həmin sahibsiz fermaya gedərək əkmiş olduğu çətənə kollarına peyin vermiş, diblərini yumşaltmış, kənarlarında bitən alaq otlarını təmizləmiş, onlara su verirmiş və heç kim olmayan vaxtlarda həmin kolları gün şüasına çıxarmışdır. xx.xx.2023-cü il tarixdə piyada Samux rayonu, Hacıalılı kəndinə gedərək həmin sahibsiz fermada dibçəkdə əkmiş olduğu çətənə kollarına qulluq edən vaxt saat təxminən 19 radələrində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmişlər və ondan nə işlə məşğul olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına çətənə kolu əkdiyini bildirmiş, sonra polis əməkdaşlarının təklifi ilə polis şöbəsinə getmişdir. Bundan sonra hadisə yerinə təhqiqatçı, aqranom və hüquqlarını müdafiə etmək üçün vəkil gəlmişdir. Orada müdafiəçi ilə bağlı ərizə yazmış və hüquqlarını müdafiə etmək üçün Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi seçmişdir. Bundan sonra polis əməkdaşları və aqronomun iştirakı ilə Samux rayonu, Hacıalılı kəndində həmin sahibsiz fermaya baxış keçirilmiş, baxış zamanı 10 ədəd dibçəkdə əkmiş olduğu, cəmi 11 ədəd çətənə kolları dibçəkdən çıxarılaraq qablaşdırılaraq götürülmüş və onun ümumi çəkisi qablaşdırma ilə birlikdə 1.035 qram olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, vəzifəsində işləyir. Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Samux rayon Hacıalılı kəndində yerləşən sahibsiz fermada narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə Samux RPŞ CAB-na əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin, xx xxxxxx 1977-ci il tarixdə Samux rayonu Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş Samux rayonu Nəbiağalı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş məlumatı dərhal Samux RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə kolları əkməsi ehtimal olunan Samux rayonu Hacıalılı kəndində yerləşən sahibsiz fermaya baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış, şöbə əməkdaşlarından ibarət əməliyyataxtarış qrupu yaradılaraq, keçiriləcək baxışda iştirak etmək üçün aqronom ixtisasına malik, Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şahid3 mütəxəssis qismində könüllü olaraq tədbirə cəlb olunmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində o, Samux RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı İlham Məmmədovla birlikdə Samux rayonu, Hacıalılı kəndinə getmişlər. Hacıalılı kəndinin kənarında yerləşən sahibsiz fermada Təqsirləndirilən şəxs çətənə kollarına aqro texniki qulluq edən zaman saxlamış, xidməti vəsiqələri göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra hadisə yerinə Samux RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis baş-leytenantı Həsən Qurbanov, Aqranom Şahid3 və Müdafiəçi gəlmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra müdafiəçinin və aqronumun iştirakı ilə Təqsirləndirilən şəxs çətənə kollarını əkmiş olduğu Samux rayonu, Hacıalılı kəndində yerləşən sahibsiz fermaya baxış keçirilmiş, baxış zamanı hər birinin uzunluğu 0.50-109 sm aralığında olan 10 ədəd dibçəkdə 11 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar elektron tərəzidə çəkilmiş və çəkinin 1.035 kq olması müəyyən edilmişdir. Bundan sonra aşakar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Samux rayon polis şöbəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 19 may 2023-cü il tarixli 16/520 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan bir ədəd sintetik kisədə,ümumi sayı 11ədəd, ümumi təmiz çəkisi 850 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 1005 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2- ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Samux rayon Məhkəməsinin xx.xx.2022 il tarixli hökmü dəyişdirilib 234.1,69.3 maddə ilə üzərində qəti olaraq 5 ay 28 gün AME cəzası saxlanılıb, cəza çəkdiyi müddətdə Narkomaniyadan məcburi müalicə təyin edilməsinə dair müdəalar hökmdən xaric edilib. Beləliklə, məhkəmə iclasında sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 11 (on bir) ədəd ümumi təmiz çəkisi yaş halda 850 qram olan çətənə (kannabis) bitkilərini istintaqa məlum olmayan tarixdə və vaxtda - Samux rayonu Hacallı kəndi ərazisində yerləşən sahibsiz fermada şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərərək ətraflarını yumşaldaraq sulamış, alaq otlarından təmizləmiş, və bu bitkilərin yaxşı bəslənməsi üçün kök ətrafına peyin verib becərib yetişdirməklə kultivasiya etməsi, 18 may 2023-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 11(on bir) ədəd ümumi təmiz çəkisi yaş halda 850 qram olan çətənə (kannabis) bitkiləri Samux rayonu Hacallı kəndi ərazisində yerləşən sahibsiz fermadan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 bölməsinin 19 may 2023-cü il tarixli 16/520 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazılar və imzalar olan 1 (bir) ədəd sintetik kisədəki ümumi sayı 11 (on bir) ədəd, ümumi təmiz çəkisi 850 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanbinis) bitkiləridir. (Çətənə bitkisi 11 ədəd, ümumi çəkisi 850 qram, təqdiqata istifadə olundu cəmi -0.22 qram qalıq-849.78 qram) Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsin 20 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Samux rayon Məhkəməsinin xx.xx.2022 il tarixli hökmü dəyişdirilib 234.1,69.3 maddə ilə üzərində qəti olaraq 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 237.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğundan CM-nin 65.2 və 56.1.3-cü maddəsinin tələbləri nəzərə alınmalqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs Əsgərov X2 Dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 849,78 qram 11 (on bir) ədəd olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 60.80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını cidd rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 849,78 qram 11 (on bir) ədəd olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 60.80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayət ivə ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-41/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-41/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver