Məhkəmə qərarları › İş №1(058)-42/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-42/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-42/2023 12.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon(şəhər) məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Samux rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Samux rayonu Nəbiağalı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə Samux rayonu Çobanabdallı kəndində yaşadıqları evdə aralarında baş vermiş ailə münasibətləri zəminində mübahisə zamanı, əli ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vuraraqboyun nahiyyəsinin sıyrığı və çənə altı nahiyyənin kəsilmiş yarası, boyun nahiyyəsinin sıyrığı, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman özünü qeyd olunan ittihamla təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs Vüqr qızı onun arvadıdır. Övladları dünyaya gəldikdən sonra arvadı Nübar Samux rayonu Çobanabdallı kəndində yaşayan atasıgilə getmişdir. O isə Bakı şəhərində sürücülüklə məşğul olur. O, övladını görmək üçün xx.xx.2023-cü il tarixdə Samux rayonu Çobanabdallı kəndinə qaynatasının evinə gəlmiş, həmin gün bir gecəlik orada qalmalı olmuşdur. Həmin gecə arvadı Nübar onun telefonunda başqa qadınla danışıqlarını görmüş və bun görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, bir neçə dəfə arvadı Nübarın üzünə şillə vurmuşdur. Daha sonra o Bakıya geri qayıtmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 05 avqust 2023-cü il tarixli, 62 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boyun nahiyəsinin sıyrığı və çənə altı nahiyyənin kəsilmiş yarasıdır ki, bu xəsarətlərdən boyun nahiyyəsinin sıyrığı – bərk küt əşyanın, çənə altı nahiyyənin kəsilmiş yarası iti kənara malik, kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş, Samux RPŞ-nin UQSİQ-nun “məlumat portalı” üzrə operatoru Samir Müslümovun xx.xx.2023-cü il tarixli raportundan görünür ki, DİN-nin VMAS-nin “məlumat portalında” yoxlama zamanı Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilmişdir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş, Samux İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384-cü maddələrini rəhbər tutub QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar