Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-43/2023 25.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil X5 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1986-cı ildə Gəncə şəhərinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Nizami küçəsi, döngə 8, ev 49-da qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının 1-dən həmin ilin yanvar ayının 2dək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan saatlarda “X2” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” qaydalarının tələblərini pozaraq Samux rayonu Qaraağaclı kəndi ərazisində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Xidmətlər Müfəttişliyinin Göy-göl Milli Parkının mülkiyyətində olan X4 2-ci sahəsinin 4-cü mühafizə ərazisində təqribən 2 ha torpaq sahəsini əkinə yararlı vəziyyətə gətirmək niyyəti ilə həmin ərazidə bitmiş, meşə fonduna daxil olmayan, xüsusi mühafizə olunan təbiət ərazisində bir ədədinin dəyəri 80 manat olmaqla xeyli miqdar hesab olunan cəmi 2880 (iki min səkkiz yüz səksən) manat dəyərində 36 ədəd bioloji inkişafda olan köküstə yaş yulğun kollarını qəsdən qanunsuz olaraq kəsib məhv etməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Xidmətlər Müfəttişliyinin Göy-göl Milli Parkına xeyli miqdarda ziyan vurmaqla qəsdən qanusuz olaraq yulğun kollarını kəsmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Gəncə şəhərində yaşasa da Samux rayonu, Qaraağaclı kəndi ərazisində xırda buynuzlu heyvanlara baxır. Heyvan otaran zaman Samux rayonu, Qaraağaclı kəndi ərazisində sahibsiz bir ərazi müəyyən etmiş, dolanışığı zəif olduğu üçün qərara gəlmişdir ki, həmin ərazidə qarpız əkib becərsin. Həm də düşünmüşdür ki, qoyun otaran zaman elə qarpız əkmiş olduğu bostan sahəsini də becərər. Həmin əraziləri daimi olaraq Mingəçevir su anbarı daşaraq sel aparır. Bunun üçün də orada bostan əkmək üçün münbit şərait yaranır. Sel gələn zaman orada olan kol kosu təmizləyir və orada torpağı şumlamaq rahat olur. Bu işdə ona kömək etmək üçün qardaşı Şahid7, dayısı Şahid5, bacısı oğlu X8 və bir nəfər gündəlik fəhləliklə məşğul olan Arzu adlı şəxsi işə cəlb etmişdir. Qardaşı Şahid7, dayısı Şahid5 və bacısı oğlu X8 təmannasız köməklik göstərməli idilər. Arzuya isə gündəlik olaraq 20 manat pul verməli idi. Həmin şəxslərlə birlikdə 2023-cü ilin yanvar ayının 1-də günorta saat 1 radələrində Samux rayonu, Qaraağaclı kəndi ərazisində sahibsiz kimi bildiyi torpaq sahəsinə getmişlər. Həmçinin onu Ekologiya idarəsinin əməkdaşları tutduqdan sonra o, bilib ki, həmin ərazi X16 balansında olan torpaq sahəsidir və ora Göygöl Milli Parkı Nəzarət edir. Yuxarıda adları qeyd olunan şəxslərlə birlikdə 2023-cü ilin yanvar ayının 1-dən 2023-cü yanvar ayının 2-dək olan müddət ərzində orada işləməyə başlamışlar. İlk öncə orada olan kol-kosu təmizləmişlər. Kol-kosu təmizlədikdən sonra isə həmin ərazidə olan əksəriyyəti quru vəziyyətdə olan yulğun kollarını təmizləməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə təxminən 5-6 sot torpaq sahəsində 25 ədəd yulğun kolu təmizləmişlər. Bundan sonra yaşadığııı evə gedərək, həmin günün sabahısı - yəni xx.xx.2023-cü il tarixdə yuxarıda adlarını qeyd etdiyi şəxslərlə birlikdə həmin əraziyə yenə getmişlər. Həmin əraziyə gedən zaman orada 02 ədəd traktor var olmuş, həmin tarktorun sürücülərindən birinə yaxınlaşmışlar. Həmin sürücü ona traktorunun xarab olduğunu bildirmişdir. O, digər traktorun sürücüsünə yaxınlaşmış və ondan həmin ərazidə olan və təmizlədiyi daşları kənara toplamağı xahiş etmişdir. Həmin taraktor sürücüsü təmizləmiş olduğu ərazidəki, daşları kənara toplamışdır. Onlar isə yenə həmin vaxt 11 ədəd köküstə yulğun kolu kəsərək təmizləmişlər. Bu zaman xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində Göy-göl Milli Parkının direktoru vəzifəsində işləyən Şahid3, 10 saylı Regional Ekologiya və Təbi sərvətlər İdarəsinin rəis müavini vəzifəsində işləyən Şahid2 və Ovçuluq təsərrüfatının müfəttişi Ramin müəllim həmin əraziyə, yəni yulğun kolları təmizlədiyi əraziyə gəlmişlər. Həmin şəxslər ona yulğun kollarını kəsməyi üçün icazəsinin olub olmadığını soruşmuşlar. O, isə onlara yulğun kollarını bostan yeri düzəltmək üçün kəsməyini, dolanışıq üçün bir qədər pul qazanmaq istədiyini onlara demişilər. Bundan sonra həmin şəxslər ondan izahat alaraq çıxıb getmişilər. Təxminən bir neçə gün sonra Şahid1 onu Samux rayonuna çağırmış və bir ədəd akt göstərək həmin akta imza atmalı olduğunu bildirmişdir. O, həmin aktı oxuyan zaman görmüş ki, orada guya onun 842 ədəd yulğun kolu kəsməyi yazılıb. O, Şahid1 o qədər yulğun kolu kəsmədiyini və düzgün hesablama aparmağını, maksimumum 36 ədəd yulğun kolu kəsdiyini bildirmişdir. Şahid1 isə ona təkidnən akta imza atmağını bildirmişdir. O, isə həmin akta imza atmaqdan imtina etmişdir. Sonradan ondan izahat alınan zaman bilmişdir ki, 842 ədəd yulğun kolu kəsməyi ilə bağlı onu ittiham edirlər. O həmçinin göstərmişdir ki, yulğun kollarını o, kəsmiş, qardaşı Şahid7, dayısı Şahid5, bacısı oğlu X8 və tanışı Arzu isə ona köməklik göstərmişlər və cəmi 36 ədəd yulğun kolu təmizləmiş, Ekologiya idarəsinin əməkdaşları tərəfindən aşkar olunan zaman orada olan traktor sürücülərini isə tanımamışdır. Həmin ərazidə ondan qabaq kənd camaatı gəlib yulğun kollarını kəsib əkinə yararlı vəziyyətə gətirib. Ətrafda hər yerdə əkinçiliklə məşğul olunur. Cəmi 36 ədəd yulğun kolu kəsib, 842 yulğun kolunu necə hesabladıqlarını bilmir. Cəmi bir gün orda yulğun kollarının təmizlənməsi işi ilə məşğul olmuşdur. Vurulmuş ziyanı tamamı ilə ödədiyini nəzərə alıb məhkəmədən yüngül cəza verməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, o, Göygöl Milli Parkının Elmi İşlər və Ekoturizm işləri üzrə direktor müavini vəzifəsində çalışmışır. Təqsirləndirilən şəxs Yulğun kollarını təmizlədiyi ərazi X16 balansında olan torpaq sahəsidir. Həmin ərazi X16 balansında olsa da həmin ərazidə flora və faunanın ekoloji təhlükəsizliyinə X9 nəzarət edir və X9 Göygöl Milli Parkının nəzdində fəaliyyət göstərir. X4 müfəttişi Şahid1, Göygöl Milli Parkının direktoru Şahid3 və 10 saylı RETSİ-nin rəis müavini Şahid2 Samux rayonu, Qarağaaclı kəndi ərazisində yerləşən X17 məxsus olan torpaqlarda qanunsuz ovla bağlı reyd keçirilən zaman müəyyən etmişlər ki, həmin ərazidə qanunsuz olaraq Yulğun kollarının məhv edilməsi prosesi gedir. Əməkdaşları ora yaxınlaşan zaman orada 2 traktor olmuşdur. Traktorların sürücüləri əməkdaşları görən zaman oradan qaçmışlar. Orada traktor sürücülərindən başqa isə 3-4 nəfər fəhlədə olmuşdur. Həmin fəhlələrə yaxınlaşan vaxt özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs bildirib ki, yulğun kollarını o, məhv edir və yulğun kollarını məhv etməkdə məqsədi həmin ərazidə bostan bitkiləri əkməkdir. Əməkdaşları Təqsirləndirilən şəxs Yulğun kollarını kəsməklə bağlı icazəsinin olub olmadığını soruşan zaman o, icazəsinin olmadığını və dolanışığı torpaqdan çıxdığı üçün bu əməli törədiyini bildirib. Bundan sonra əməkdaşları həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs baxışda iştirak etsə də sonradan akt tərtib edilən zaman həmin aktada imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs 2 ha ərazidə olan yulğun kollarını təmizləmədiyini bildirmişdir. Həmin akt tərtib olunan zaman təqribi hesablamalar əsasında mühafizə rejimli ərazinin 6 (altı) ha yaxın hissəsinin 2 (iki) ha yaşıllıqla örtüklü olduğu və Təqsirləndirilən şəxs tərəfindən təqribən 2 ha torpaq sahəsində yulğun kollarının məhv edildiyi müəyyən edilmiş, təmizlənmiş ərazidə yulğun kollarının say hesabı müəyyən edilə bilinmədiyi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Bitki Mühafizə və X12 Tədqiqat İnstitutuna köməklik göstərilməsi mürəciət edilimiş və həmin institutdan bioloji şöbənin müdri Şahid4 mütəxəssis qismində dəvət olunmuş, Şahid4 iştirakı ilə xx.xx.2023-cü il tarixdə həmin əraziyə baxış keçirilmiş və baxış zamanı qeyd olunmuş 6 hektar sahənin təqribən iki hektar sahəsində yulğun kollarının ağır texnika ilə çıxarıldığı və sahənin kənarında toplanması müəyyən edilmiş, say miqdarı isə aparılmış müşahidələrdən kənarda 10x10 metr yəni 100 kv.m sahədə yulğun kollarının sayı müəyyənləşdirilməklə 24 kv.m-də 1 ədəd yulğun kolunun olduğu müəyyən olunmuşdur. Bu isə 2 ha sahədə təxminən 842 ədəd yulğun kolunun olmasını göstərir. Hazırda təqsirləndirilən şəxs ittihamda qeyd edilən ziyanı tam ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl Milli Parkının nəzdində fəaliyyət göstərən X4 sahə müfəttişi Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Yulğun kollarını təmizlədiyi ərazi X16 balansında olan torpaq sahəsidir. Həmin ərazi X16 balansında olsa da həmin ərazidə flora və faunanın ekoloji təhlükəsizliyinə X9 nəzarət edir. Göygöl Milli Parkının direktoru Şahid3 və 10 saylı RETSİ-nin rəis müavini Şahid2lə birlikdə Samux rayonu, Qarağaaclı kəndi ərazisində yerləşən X17 məxsus olan torpalarda qanunsuz ovla bağlı reyd keçirilən zaman müəyyən etmişlər ki, həmin ərazidə qanunsuz olaraq Yulğun kollarının məhv edilməsi prosesi gedir. Yaxınlaşan zaman orada 2 traktor var olmuş, traktorların sürücüləri onları görən zaman oradan qaçmışlar. Orada traktor sürücülərindən başqa isə 3-4 nəfər fəhlə də olmuşdur. Həmin fəhlələrdən biri onlara yaxınlaşaraq özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək bildirmişdir ki, yulğun kollarını o, məhv edir və yulğun kollarını məhv etməkdə məqsədi həmin ərazidə bostan bitkiləri əkməkdir. Təqsirləndirilən şəxs Yulğun kollarını kəsməklə bağlı icazəsinin olub olmadığını soruşan zaman o, icazəsinin olmadığını və dolanışığı torpaqdan çıxdığı üçün bu əməli törədiyini bildirmişdir. Bundan sonra həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs baxışda iştirak etsə də sonradan akt tərtib edən zaman həmin aktada imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs 2 ha ərazidə olan yulğun kollarını təmizləmədiyini bildirmişdir. Həmin akt tərtib olunan zaman təqribi hesablamalar əsasında mühafizə rejimli ərazinin 6 (altı) ha yaxın hissəsinin 2 (iki) ha-nın yaşıllıqla örtüklü olduğu və Təqsirləndirilən şəxs tərəfindən təqribən 2 ha torpaq sahəsində yulğun kollarının məhv edildiyi müəyyən edilmişdir. Təmizlənmiş ərazidə yulğun kollarının say hesabını müəyyən edə bilmədikləri üçün Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Bitki Mühafizə və X12 Tədqiqat İnstitutuna köməklik göstərməsi üçün mürəciət etmişlər və həmin institutdan bioloji şöbənin müdri Şahid4 mütəxəssis qismində dəvət olunmuş və Şahid4 iştirakı ilə xx.xx.2023-cü il tarixdə həmin əraziyə baxış keçirilmiş və baxış zamanı qeyd olunmuş 6 hektar sahənin təqribən iki hektar sahəsində yulğun kollarının ağır texnika ilə çıxarıldığı və sahənin kənarında toplanması müəyyən edilmiş, say miqdarı isə isə aparılmış müşahidələrdən və kənarda 10x10 metr yəni 100 kv.m sahədə yulğun kollarının sayı müəyyənləşdirilməklə 24 kv.m-də 1 ədəd yulğun kolunun olduğu müəyyən olunmuşdur. Bu isə 2 ha sahədə təqribən 842 ədəd yulğun kolunun olmasını göstərir. O həmçinin göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, mühafizə rejimli ərazinin 6(altı) ha yaxın hissəsinin 2( iki) ha-nın yaşıllıqla örtüklü olduğunu gözə yarı təxminən müəyyən etmişlər, buna görə də aktda təqribi hesablamalar əsasında ifadəsini qeyd etmişlər, yulğun kollarını qalaqlanmış formada saymaq praktiki olaraq mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Bitki Mühafizə və X14 X7- X6 laboratoriyanın müdiri Şahid4 ifadəsində bildirdi ki, Göygöl Milli Parkından daxil olmuş müraciət əsasında Samux rayonu, Qarağaclı kəndi ərazisində yerləşən X17 məxsus olan torpaqda yulğun kollarının məhv edilməsi ilə bağlı həmin əraziyə baxış keçirilməsi ilə bağlı mütəxəssis qismində işə cəlb olunmuş. Şahid1 və X10 ilə birlikdə Samux rayonu, Qarağaclı kəndi ərazisində yerləşən X17 məxsus olan torpaqda Təqsirləndirilən şəxs tərəfindən Yulğun kollarının kəsildiyi əraziyə baxış keçirilmiş, baxış zamanı təqribi hesablamalar əsasında mühafizə rejimli ərazinin 6 (altı) ha yaxın hissəsinin 2 (iki) ha yaşıllıqla örtüklü olduğu və Təqsirləndirilən şəxs tərəfindən təqribən 2 ha torpaq sahəsində yulğun kollarının məhv edildiyini müəyyən edilmiş, məhv edilmiş Yulğun kollarının say hesabını müəyyən etmək üçün məhv edilmiş yulğun kollarına qonşu olan 3 qonşu ərazidə tərəfindən 10x10 metr yəni 100 kv.m sahədə ölçmələr aparılmış və müəyyən etmiş ki, həmin ərazidə 24 kv.m təxminən 1 ədəd yulğun kolu bitir. Onun apardığı hesablamalar heç bir rəsmi qanunuvericilik aktlarında nəzərdə tutulmamış, həmin ölçmələri oxuduğu elmi ədəbiyyatlara əsaslanaraq aparıb təqribi nəticə çıxardır. xx.xx.2023-cü il tarixli aktda və həmin tarixli rəydə 24 kv.m ərazidə 1 ədəd yulğun kolunun bitməsi qeyd olunmuş, lakin həmin aktda və rəydə texniki səhv olduğu üçün səhvlik olub. Həmin hesablamalar nəticəsində həqiqətən də 833 ədəd yulğun kolu bitir. Təqsirləndirilən şəxs tərəfindən kəsilən yulğun kollarının bitdiyi ərazini ümumilikdə ölçməmiş və onun yanında və iştirakı ilə belə bir ölçmə işləri aparılmamış, sadəcə olaraq həmin əraziyə qonşu olan ərazidə 10x10 sahəni ölçərək 24 kv.m sahədə bitən yulğun kolunun sayını müəyyən etmiş, ümumi ərazini ölçmək onun vəzifəsi deyildir. Milli parkın işcisi Şahid1 və Natiq Kazımov əvvəlcədən ərazini ümümilikdə ölçdüklərini və ərazinin 2 hektara yaxın olmasını demişlər, onların sözlərinə əsasən tərtib olunmuş akta qol çəkmiş və həmin aktın əsasında da rəy vermişdir. Əlavə olaraq məhv edilmiş yaşıllıqların nə zaman kəsilməsi, yeni və yaxud bir neçə ay əvvəl kəsilməsi tərəfimizdən müəyyən olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləlik edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs doğma bacısı oğludur. Təqsirləndirilən şəxs ondan Samux rayonu, Qaraağaclı kəndi ərazisində əkin işləri aparmaq istədiyini və ona köməklik göstərməyini xahiş etmiş, o, Təqsirləndirilən şəxsla razılaşmış, Təqsirləndirilən şəxs təmənnasız olaraq kömək edəcəkdir çünki Təqsirləndirilən şəxs maddi imkanı zəifdir. 1 yanvar 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs, Şahid7, Ramiz İsmayılov və tanışı Arzu adlı şəxslə birlikdə Samux rayonu, Qaraağaclı kəndinə getmişlər. O, əvvəldən Təqsirləndirilən şəxs həmin ərazinin kimə məxsus olduğunu, həm də gələcəkdə hər hanası bir problem yaranacağını soruşanda Təqsirləndirilən şəxs demişdir ki, həmin əkin işləri aparacağı yer sahibsiz ərazidir, heç kimin də şəxsi mülkiyyətində deyil. Əgər gələcəkdə hə hansı bir problem olsa Təqsirləndirilən şəxs özü cavabdeh olacaqdır. Təqsirləndirilən şəxs onlara göstərmiş olduğu təxminən 0.08-0.10 ha ərazidə kol-kosu təmizlədikdən sonra isə həmin ərazidə olan əksəriyyəti quru vəziyyətdə olan yulğun kollarını təmizləməyə başlamışlar. Həmin günü, yəni xx.xx.2023-cü il tarixdə təxminən 5-6 sot torpaq sahəsində 25 ədəd yulğun kolu təmizləmişlər. Bundan sonra yaşadığı evə gedərək həmin günün sabahısı, yəni xx.xx.2023-cü il tarixdə yuxarıda adlarını qeyd etdiyi şəxslərlə birlikdə həmin əraziyə yenə getmişlər. Həmin əraziyə gedən zaman həmin vaxt orada 2 ədəd traktorun olduğunu görmüşlər, bu zaman Təqsirləndirilən şəxs traktorlardan biri ilə danışıb ki, ərazidə olan daşları təmizləsin, həmin vaxt 11 ədəd köküstə yulğun kolu kəsərək təmizləmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində Göy-göl Milli Parkının direktoru vəzifəsində işləyən İllham Məmmədov, 10 saylı Regional Ekologiya və Təbi sərvətlər İdarəsinin rəis müavini vəzifəsində işləyən Şahid2 və Ovçuluq təsərrüfatının müfəttişi Ramin müəllim həmin əraziyə, yəni yulğun kolları təmizlədiyi əraziyə gəlmişlər. Həmin şəxslər burada yulğun kollarını kəsməkləri üçün icazənin olub olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs isə onalara yulğun kollarını bostan yeri düzəltmək üçün kəsməyini, dolanışıq üçün bir qədər pul qazanmaq istədiyini demişdir. Bundan sonra həmin şəxslər Elçindən izahat alaraq çıxıb getmişlər. Sonradan Elçin ona deyib ki, Ekologiya İdarəsinin əməkdaşları 843 ədəd yulğun kolu kəsməklə bağlı onu ittiham edirlər. Elçin orada xx.xx.2023-cü il tarixdə 25 ədəd, xx.xx.2023-cü il tarixdə 11 ədəd köküstə yaş olan yulğun kolları kəsərək təmizləmiş, onlar isə Elçin köməklik etmişik, 36 ədəd yulğun kolları şəxsən Elçin tərəfindən kəsilmiş, onlar isə təmizləmişlər. Yulğun kollarının kəsilməsinin qanunsuz olmasını bilmirmişlər ,Ekologiya idarəsinin əməkdaşları tərəfindən aşkar olunan zaman orada olan traktor sürücülərini tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verdi. Şahidlər X3 və Şahid3 ibtidai araşdırma dövründə verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli tam təsdiq olunur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə dəymiş 2880 manat ziyanı tam ödəmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan tələbnaməyə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan 02 yanvar 2023-cü il tarixli 010151 saylı aktına ələvə olunmuş Hesabat cədvəlinə əsasən hesablanmaqla 2880 (iki min səkkiz yüz səksən) manat ziyan dəymişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsinin, şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə tam təsdiq edildiyindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüququ xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, dəymiş maddi ziyan tam ödəməsini yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın səmərəliliyini, məqsədəuyğunluğunu, məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olması, dəymiş ziyanı tam ödəməsini Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə imkan verən və onun şəxsiyyətini müsbət səciyyələndirən halları nəzərə alıb cəzanın məqsədlərinə nail olunması baxımından ona təqsirli bilindiyi CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə zərurət olmaması və azadlıqdan məhrum edilmədən islah olunmasının mümkünlüyü qənaətinə gələrək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun və yetərli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 10 (on) faiz miqdarda pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilməsini yetərli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla cəzasından çıxılmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla, 08 (səkkiz) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Mülki iddiada göstərilmiş 2880 (iki min səkkiz yüz səksən) manat pulun ödənilməsi nəzərə alınsın. İşdə ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-43/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-43/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver