Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-43/2024 12.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Samux Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Resbublikası Baş X1 müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Yeni Gəncə massivi, ev 2, mənzil 34-də qeydiyyatda olan, Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Samux rayonu, Füzuli kəndinin girişində sonuncu ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, qəsdən əli ilə bədən nahiyyələrinə vurmaqla sol gözün alt qapağının qançırı, həmin gözün ağlı qişasına qansızma və sol çiyinin hematoması və hərəkət məhdudiyyəti ilə müşaiyət olunan xəsarətlər yetirməklə ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” zərər yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, Zərərçəkmiş şəxs təxminən iki ildir ki tanımışdır. Nurlanə ilə birlikdə müxtəlif rayonlara istixanada işləmək üçün gedib-gəlmişdir. 2024-cü ilin aprel ayında Nurlanə evinin kirayə pulunu vermək üçün ondan 20 manat borc pul almış və 10 gün müddətində qaytaracağını söz vermişdir. Lakin həmin vaxtdan tanışı Nurlanə ondan almış olduğu pulu geri qaytarmamışdır. İş yerinə gəlmədiyi üçün Nurlanənin onda olan mobil telefonuna zəng etmiş, ancaq zəng edənin, o, olduğunu bilərək telefonu üzünə söndürmüşdür. O, isə pulunu almaq məqsədi ilə “Sovxoz Nizami” adlanan ərazidən avtobus ilə Nurlanənin yaşadığı Samux rayonu, Füzuli kəndinə getmişdir. Füzuli kəndinin girişində Nurlanə ilə görüşüb pulunu geri istəmiş, ancaq Nurlanə onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, isə təhqirlərə görə Nurlanənin sifət nahiyyəsindən şillə vurub xəsarət yetirmişdir. O, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki tanıyır. Aygün ilə hər zaman münasibəti yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Aygün ilə birlikdə müxtəlif rayonlara istixanada işləmək üçün gedib-gəlmişdir. Özü Samux rayonunda qeydiyyatda olsa da Gəncə şəhərində kirayədə qalmışdır. 2024-cü ilin aprel ayında maddi cəhətdən çətinlikləri olmuş və kirayənin pulunu verməkdə çətinlik çəkmişdir. Bu səbəbdən tanışı Aygündən 20 manat borca pul istəmiş və tez bir zamanda qaytaracağını söz vermişdir. Lakin sonra işləri yaxı olmadığı üçün kirayədən çıxmışdır. Aygün isə dəfələrlə ondan pulunu istədiyi üçün telefonlarına cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə Aygün yaşadığı Samux rayonu, Füzuli kəndinə gəlmiş və onun yaşadığı evi taparaq küçəyə çağırmış, kəndin girişindəki çinar ağacının altında söhbət zamanı pul üstündə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Aygün əlləri ilə onun sifət və bədən nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. O, təqsirləndirilən şəxslə barışdığından təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan “MTE və PA Birliyi” publik hüquqi şəxsin Samux rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 110 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol gözün alt qapağının qançırı, həmin gözün ağlı qişasına qansızma və sol çiyinin hematoması və hərəkət məhdudiyyətidir ki, bu xəsarətlər - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aid edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə Samux rayonu, Füzuli kəndinin girişində tanışı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, əlləri ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vuraraq – sol gözün alt qapağının qançırı, həmin gözün ağlı qişasına qansızma və sol çiyinin hematoması və hərəkət məhdudiyəti verən hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL”dərəcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Daxili İşlər Nazirliyi Samux RPŞ-nin UQSİQ-nun “Məlumat Portalı” üzrə operatoru, polis baş serjantı Samir Müslümovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Samux rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası verilmişdir. Yəni Təqsirləndirilən şəxs məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-43/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-43/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver