Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-44/2023 11.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, 9x19 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı “Valter” konstruksiyalı “p-38” modelli, yivli odlu silah hesab edilən tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x19mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Valter” konstruksiyalı “p-38” modelli tapançanın komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan darağı və 03 ədəd Azərbaycan Respublikasında 2019-cu ildə istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin tapaçandan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan patronu qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq üzərində gəzdirmiş, 06 iyun 2023-cü il tarixdə saat 17:10- da Samux RPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Samux şəhəri X3ndə yerləşən “Heydər Əliyev” adına olan parkın yaxınlığında olan dayanacaqda saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq üzərində gəzdirdiyi 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, 9x19 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan, atəş üçün yararlı “Valter” konstruksiyalı “p-38” modelli, yivli odlu silah hesab edilən tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Valter” konstruksiyalı “p-38” modelli tapançanın komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan daraq və 02 ədəd Azərbaycan Respublikasında 2019-cu ildə istehsal olunmuş, 9x19 mm kalibrli olmaqla həmin tapaçandan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan patron ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xatırladığı qədəri ilə 2023-cü ilin yanvar ayında Gəncə şəhəri “Dubay bazarı” adlanan yerdən bir qədər aşağıda çayın kənarı ilə piyada gedən zaman çayın kənarında metaldan olan silah görmüşdür. İlk öncə düşünmüşdür ki, həmin silah oyuncaqdır, lakin həmin silahı əlinə götürüb baxan zaman görmüşdür ki, həqiqi silahdır və içərisində 03 ədəd patron vardır. Silahı götürüb əynində olan qış gödəkçəsinin iç cibinə qoyaraq yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra həmin silahın atəşə yararlı olub olmamasını yoxlamaq üçün həmin silahdan bir dəfə havaya atəş açdıb və görüb ki, silah atəşə yararlıdır. Bundan sonra həmin silahı Samux rayonunda Kür sahilində sahibsiz bir ərazidə gizlətmişdir. Bundan sonra ara-bir həmin əraziyə gələrək silahın orada olub olmamasını yoxlayırmış. 06 iyun 2023- cü il tarixdə yenidən Samux rayonuna gedərək silahı gizlətdiyi yerdən götürüb ki, silahı Gəncə şəhərində gizlətsin. Samux rayonuna gedib-gəlmək onun üçün uzaq imiş. Silahı götürdükdən sonra Samux rayonuna mərkəzə qayıtmışdır. Samux rayonunda mərkəzdə avtobus gözləyirmiş. Samux avtobusu təxminən yarım saatdan bir gəldiyi üçün Heydər Əliyev parkına gedərək orada olan oturacaqda oturmuş ki, birazdan yola çıxıb avtobusa minərək Gəncə şəhərinə getsin. Bu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun kompent hissələrini gəzdirməkdə, daşımaqda şübhəli olduğunu bildirirək Samux RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman belində olan “Wolter” tipli tapançanı və şalvarının cibində saxladığı və içərisində 02 ədəd patron olan darağı könüllü olaraq özü təqdim etmişdir, belə ki, bilib ki, artıq polis əməkdaşları onda silah olduğunu bilmişdirlər. İzahatında bildirib ki, həmin silahı Gəncə şəhəri “Dubay bazarı” adlanan ərazinin yaxınlığında çayın kənarından tapmışdır. Hazırda isə əməlini səmimi olaraq etiraf edir. O, həmçinin göstərmişdir ki, silah onun xoşuna gəldiyi üçün üzərində saxlayırmış. Bununla belə Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı cinayət əməlini törətməsini istintaqı aparan orqanın səlahiyyətli şəxsinin təkidi və polis əməkdaşlarının ona fiziki təsir göstərmələri nəticəsində boynuna götürüb. Halbuki “Valter” konstruksiyalı “p-38” modelli, yivli odlu silah hesab edilən tapança onun üzərində olmayıb, o həmin tapançanı heç yerdən tapmayıb, tapançanı polis şöbəsində onun üstünə qoyublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. 06 iyun 2023-cü il tarixdə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhər Nizami rayonu X3 ev 58 mənzil 61-də qeydiyyatda olmaqla Gəncə şəhəri Azərbaycan küçəsi döngə 1, ev 1də, qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılaraq Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 06 iyun 2023-cü il tarixdə Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytanantı Şahid2 ilə birlikdə Samux rayon Nəbiağalı qəsəbəsinə gedilmiş, Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən Heydər Əliyev parkının yaxınlığında saat 17 radələrində Təqsirləndirilən şəxs tərəflərindən müəyyən edilmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və qanunsuz olaraq odlu silah əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib saxlayaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman “Valter P38” konstruksiyalı tapançaya bənzər silahı və həmin konstruksiyalı tapançaya aid içərisində 02 ədəd patron olan darağı könüllü olaraq təqdim etmiş və bildirmişdir ki, həmin silahı bu ilin yanvar ayında Gəncə şəhəri “Dubay Bazarı” adlanan ərazidə çayın kənarından tapmış, silahı tapdığı gün 01 ədəd havaya atəş açmış, həmin silahı Samux rayonunda gizlətmiş olduğu ərazidən götürərək aparan zaman polis əməkdaşları tərəfindən aşkar olunmuş, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuşdur, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Samux RPİ-nin təhqiqatçısı X2 tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən silahın, döyüş sursatının və komplekt hissələrinin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan bir ədəd “Valter P38” tipli tapançanın olduğunu bildirmiş, daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd ilk baxışdan “Valter P38” konstruksiyalı tapancaya bənzər silahı şalvarının belindən, həmin konstruksiyalı tapancanın sandıqcası və həmin sandıqcada 02 ədəd patronu isə şalvarının sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Silahın üzərində olan buraxılış ili və seriya nömrəsi silinmişdir. Həmin ilk baxışdan “Valter P38” konstruksiyalı tapancaya bənzər silah, tapancanın sandıqcası və həmin sandıqcada 02 ədəd patron qablaşdırılmış, qablaşdırılmanın üzəri iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 07 iyun 2023-ci il tarixli 23/425R nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 9x19 mm kalibrli paronlarla atəş açmaq üçün nəzərdə tutulmuş Valter konstruksiyalı p-38 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Valter konstruksiyalı p-38 modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında 2019-cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançadan atəş açmaq üçün yararlıdırlar. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin Valter” konstruksiyalı “p- 38” modelli, yivli odlu silah hesab edilən tapançanı qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan odlu silahın onun üzərində olmaması, həmin silahı üzərində gəzdirməməsi və ibtidai istintaqı aparan orqanın səlahiyyətli şəxsi və polis əməkdaşlarının ona fiziki və psixi təsir göstərməsi nəticəsində cinayəti boynuna götürməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilir. Həmin nöqteyi nəzərdən məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin özününmüdafiə xarakteri daşıdığı qənaətinə gələrək həmin ifadəyə tənqidi yanaşır, inandırıcı saymır və sübut növü kimi qəbul etmir. O.Abddullayev məhkəmə istintaqında verdiyi ifadəsində, məhkəməyədək icraat zamanı fiziki və psixi təsirlərə məruz qaldığını bildirsə də, həmin dövrdə zorakılığa məruz qalması ilə bağlı aidiyyatı orqanlara heç bir müraciət etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən O.X1 müvəqqəti saxlama yerinə daxil olarkən tibbi müayinədən keçirilməsinə dair sənədlər tələb olunaraq nəzərdən keçirilmiş, həmin sənədlərə əsasən, müvəqqəti saxlama yerinə daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzrərində heç bir xəsarət və fiziki təsir əlamətlərinin müəyyən edilmədiyi məhkəməyə məlum olmuşdur. Bütün bu xüsusatlar o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı bildirdikləri işin həqiqi hallarına uyğun olmamaqla əsassızdır. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi video görüntü, ekspertiza rəyi, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, o, CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasından şərti olaraq 23 gün vaxtından əvvəl azad edilmiş, 08 yanvar 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan 05 ay keçmədən hazırkı cinayət əməlini törətmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu, həmçinin təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin yarısı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd 9 mm kalibrli nömrəsi silinmiş, “Valter” konstruksiyalı “p-38” modelli, tapança, 01 ədəd daraq və 01 ədəd 9x19 mm kalibrli patron xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 48 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 288 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il (06) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Samux RPŞ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd tapança, 01 ədəd daraq və 01 ədəd kalibrli patron xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut – 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 48 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 288 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həm də həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-44/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-44/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver