Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-45/2023 04.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Atatürk prospekti 237, ev 7, mənzil 33-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 10 (on) ədəd ümumi təmiz çəkisi yaş halda 3150 qram olan çətənə (kannabis) bitkilərini istintaqa məlum olmayan tarixdə və vaxtda - Samux rayonu Hacallı kəndi ərazisində yerləşən sahibsiz ərazidə şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərərək ətraflarını yumşaldaraq sulamış, alaq otlarından təmizləmiş, və bu bitkilərin yaxşı bəslənməsi üçün kök ətrafına peyin verib becərib yetişdirməklə kultivasiya etmiş, 05 iyul 2023-cü il tarixdə saat 14 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 10 (on) ədəd ümumi təmiz çəkisi yaş halda 3150 qram olan çətənə (kannabis) bitkiləri Samux rayonu, Hacallı kəndi ərazisində yerləşən sahibsiz ərazidən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Özü narkotik istifadəçisidir. Əvvəllər Samux rayon ərazisinə Kür çayı sahilində yerləşən kafelərə bir neçə dəfə gəlib getmiş, həmin vaxtlar eşitmiş ki, həmin yerlərdə çətənə kolları yabanı şəkildə bitir. Buna görə də özü istifadəçisi olduğu üçün qərara gəlmişdir ki, yabanı halda bitən çətənə kolları tapıb özü üçün istifadə etsin. Təxmini bilirmiş ki, çətənə kolları yay aylarında yetişir. 2023-cü ilin mart ayında Samux rayonu ərazisində Kür çayının sahilində axtaran zaman yabanı halda bitmiş çətənə kolları tapmış. Onlar istifadə üçün yararsız olmuşdur. Çox güman ki, keçən ildən qalan kollar olmuşdur. Həmin vaxt fikirləşib ki, bir neçə toxum götürüb özü əkib yetişdirər. Həmin yerdən 10 ədəd toxum götürmüş, həmin toxumları cibində saxlayaraq daşımış və heç kimə bu barədə heçnə deməmiş, toxumları təxminən mart ayında yaşadığı evdə dibçəklərdə əkmiş, həmin əkmiş olduğu çətənə kollarını mütəmədi olaraq diblərini peyin töküb sulamış və səhər saatlarında heç kim olmayan vaxtı onları günəş şüası ilə qidalanması üçün pənçərənin qarşısına qoymuşdur. O, 10 ədəd toxum əkmiş və 10 ədəd toxumda cücərək böymüşdür. Həmin kollar böyüdükdən sonra qərara gəlmişdir ki, onları aparıb açıq sahəlikdə əksin. Həmin kolları əkmək üçün Samux rayonu Hacıalılı kəndini ərazisində yerləşən sahibsiz ərazini seçmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında həmin 10 ədəd çətənə kollarını dibçəklərlə birlikdə o, yaşadığı evdə sellofan torbalara yığmış və xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Gəncə şəhəri Sovxoz Nizami dairəsinə gedərək, Hacıalılı kənd avtobusu ilə Samux rayonu Hacıalılı kəndinə getmiş, Samux rayonu Hacıalılı kəndində sahibsiz bir ərazidə torpağa basdırmışdır. Dibçəkləri isə sellofan torbaya qoyub zibilliyə atmış ki, heç kim şübhələnməsin. Bundan sonra əkmiş olduğu 10 ədəd çətənə kollarını dibinə peyin toküb sulamışdır. Bundan sonra yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Samux rayonu Hacıalılı kəndinə gələrək əkmiş olduğu çətənə kollarının yanına getmişdir. Həmin kolları sulamaq üçün su axtarıb tapmışdır. Çətənə kollarını sulayıb qurtardıqdan sonra iki nəfər mülki geyimli şəxsin yaxınlaşdığını görüş, həmin şəxsləri görən zaman kollardan ikisini çıxartmış ki, məsuliyyətə çəlb olunmasın. Lakin həmin şəxslər gəlib ona çatana kimi digər kolları çıxara bilməmişdir. Həmin şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdib edib bu ərazidə nə işlə məşğul olduğunu soruşmuşlar. O, polislərin çətənə əkdiyini bildiklərini düşunmüş və səmimi olaraq çətənə əkdiyini və onlara aqrotexiniki qulluq etdiyini etiraf etmişdir. Bundan sonra hüquqlarını təmin etmək üçün müdafiəçi ilə təmin olunmuş və müdafiəçi ilə birlikdə əkmiş olduğu çətənə kollarına baxış keçirlərək torpaqdan çıxarılmış və qablaşdırılmışdır. Bununla belə Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək ifadəsində bildirdi ki, o, hərdən bir müxtəlif tərkibli narkotik vasitələr qəbul etmişdir. Onun daimi Samux rayon Polis şöbəsinin əməkdaşları ilə münasibəti olmuşdur. xx.xx.2023-cü il tarixdə Samux rayon Polis şöbəsinin CAB-nin əməkdaşları ona demişlər ki, Samux rayonu, Hacallı kəndi ərazisində əkilmiş narkotik var, onu boynuna götür məhkəmədə yüngül cəza alacaqsan. O, da razılaşmış ki, onsuzda nakotik istifadəçisidir. Yəni ona aid olmayan narkotik vasitə hesab olunan çətənə bitkilərinin əkməsini qəbul etməyini xahiş etmişlər. O, əvvəl razılaşmamış sonra polis əməkdaşları ona hədə qorxu gəlib təzdiyindən, qorxub narkotik vasitə hesab olunan çətənə bitkilərinin əkilməsini qəbul etmişdir. Sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilərək müdafiəçinin iştirakı ilə video çəklişlə Samux rayon Hacallı kəndində onun tanımadığı ərizədə 5 ədəd çətənə kollarının guya onun əkməsini əks etdirmişlər. Həmin əkilmiş çətənə kolları ona məxsus deyil, polislərin tələbi ilə o, narkotik vasitə hesab edilən çətənə kollarının onun tərəfindən əkilməsini üstünə götürmüşdür. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Samux rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 05 iyul 2023-cü il tarixdə, xx xxxx 1992-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospekti 237 ev 7 mənzil 33-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin Samux rayonu, Hacıalılı kəndində yerləşən sahibsiz ərazidə narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə Samux RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat dərhal Samux RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə kolları əkməsi ehtimal olunan Hacıalılı kəndində yerləşən sahibsiz əraziyə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmışdır, həmçinin, şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılaraq, keçiriləcək baxışda iştirak etmək üçün aqronom ixtisasına malik, Samux rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şahid3 mütəxəssis qismində könüllü olaraq tədbirə cəlb olunmuşdur. 05 iyul 2023-cü il tarixdə saat 14 radələrində Samux RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Samux rayonu, Hacıalılı kəndində yerləşən sahibsiz əraziyə gedilmiş, həmin ərazidə Təqsirləndirilən şəxs müəyyən edilmiş, Təqsirləndirilən şəxs yaxınlaşıb burada nə işlə məşğul olduğunu soruşan zaman o, çətənə bitkilərini əkdiyini və onlara aqrotexniki qulluq göstərdiyini bildirmişdir. Bundan sonra həmin yerə Samux rayon Polis şöbəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis mayoru Murad Balakişiyev, aqronom Şahid3 və Müdafiəçi dəvət olunmuşdur. Bundan sonra baxış və götürmə İstintaq hərəkəti keçirilmiş, baxış zamanı təmizlənmiş ərazinin təxminən 2 kv.m olması bir-birləri ilə 10-15 sm aralı məsafələrdə, dibləri yumşaldılmış, alaq otlarından təmizlənmış və qulluq göstərilməklə kökü torpaqda olan 8( səkkiz) ədəd, 2 ədəd isə torpaqdan yeni çıxarılmış narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar aşkar edilmiş, aşkar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar elektron tərəzidə çəkilmiş və çəkinin 3.825 (üç tam mində səkkiz yüz iyirmi beş) qram olması müəyyən edilmiş, aşkar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Ona hər hansı təzyiq göstərilməmiş, sorğu zamanı özü onda narkotik vasitə olan çətənə bitkilərini əkməsini, onlara qulluq göstərməsini etiraf etmiş, Təqsirləndirilən şəxs bütün hüquqları lazımi qaydada təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsini tam kurs bitirmiş və rəsmi olaraq Samux Samux RİHB aparatının Sosial-iqtisadi İnkişaf Şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 05 iyul 2023-cü il tarixdə DİN-nin Samux RPŞ-nin baş təhqiqatçısı polis mayoru Murad Balakişiyev tərəfindən Samux rayonu, Hacıalılı kəndində Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkməsi ehtimal olunan sahibsiz əraziyə baxış keçirilməsi üçün mütəxəssis qismində iştirakı ilə bağlı qərar qəbul edilərək hüquq və vəzifələri izah edilmış və həmin tarixdə saat 14 radələrində Samux RPŞ-nin əməliyyat qrupunun üzvləri ilə polis şöbəsinə məxsus xidməti avtomobillərlə Samux rayonu, Hacıalılı kəndində Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkməsi ehtimal olunan sahibsiz əraziyə gedilmişdir. Bundan sonra həmin əraziyə Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı təmizlənmiş ərazinin təxminən 2 kv.m olması bir-birləri ilə 10-15 sm aralı məsafələrdə, dibləri yumşaldılmış, alaq otlarından təmizlənmış və qulluq göstərilməklə kökü torpaqda olan aqrotexniki qaydada qulluq edilmiş 8 (səkkiz) ədəd, 2 ədəd isə torpaqdan yeni çıxarılmış narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar elektron tərəzidə çəkilmiş və çəkinin 3.825 (üç tam mində səkkiz yüz iyirmi beş) qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Samux rayon polis şöbəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 1(058)33/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir.xx.xx.2023-cü il tarixdə axtarışla tutularaq Samux RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 05 iyul 2023-cü il tarixli 16/699 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan bir ədəd sintetik kisədə, ümumi sayı 10 ədəd, ümumi təmiz çəkisi 3150 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (Çətənə bitkisi 10 ədəd, ümumi çəkisi 3150 qram, təqdiqata istifadə olundu cəmi -0.02 qram qalıq- 3149.8 qram) Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2023-cü il tarixli 3110 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkamaniya Xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış 04 aprel 2023-cü il tarixli tələbnamə ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-cü il tarixdə cəza müddəti baş çatmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 1(058)-33/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əməlində cinayətin residivi olduğundan cəzasını ciddi rejimli cəza çəkmə müəsisəsində çəkilməsi və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması göstərilmişdir. Beləliklə, məhkəmə iclasında sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 10 (on) ədəd ümumi təmiz çəkisi yaş halda 3150 qram olan çətənə (kannabis) bitkilərini istintaqa məlum olmayan tarixdə və vaxtda - Samux rayonu Hacallı kəndi ərazisində şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərərək ətraflarını yumşaldaraq sulamış, alaq otlarından təmizləmiş, və bu bitkilərin yaxşı bəslənməsi üçün kök ətrafına peyin verib becərib yetişdirməklə kultivasiya etməsi, 05 iyul 2023-cü il tarixdə saat 14 radələrində Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 10(on) ədəd ümumi təmiz çəkisi yaş halda 3150 qram olan çətənə (kannabis) bitkiləri Samux rayonu, Hacallı kəndi ərazisində yerləşən sahibsiz ərazidən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünün təqsirli bilməməsi narkotik vasitə hesab edilən çətənə kollarını onun tərəfindən əkilməsini video görüntü ilə, şahid ifadələri ilə yanaşı, ekspertiza rəyi və eləcə də işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib onu ittihamı təkzib edən sübut kimi qəbul etmir və cəzadan boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 10 (on) ədəd ümumi təmiz çəkisi yaş halda 3150 qram olan çətənə (kannabis) bitkiləri Samux rayonu, Hacallı kəndi ərazisində yerləşən sahibsiz ərazidə əkməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs 05 iyul 2023cü il tarixdə saat 14 radələrində Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən adını bilmədiyi polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını narkotik vasitələrin kültivasiyası ilə məşğul olmasını etiraf etməməsi, təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə narkotik vasitələrin kultivasiyası ilə bağlı hadisə yerinə baxış video görüntüsü, iş üzrə dindirilmiş şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin məhkəmə istintaqında təkzib olunan hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Həmçinin istintaq dövründə zorakılığa məruz qalması ilə bağlı aidiyyatı orqanlara müraciət etməmişdir. Bütün bu xüsusatlar o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Təqsirləndirilən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla, yəni CD diskdə olan video çəkilişlə, həmçinin çarpaz dindirmə zamanı şahid ifadələri ilə təkzib olunmuşdur. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı istinad etdiyi dəlillər əsassızdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, video görüntü, ekspertiza rəyi ilə yanaşı şahid ifadələri və digər məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 237.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, “… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(058)-33/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə təqsirli bilinib ona qəti olaraq, 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(058)-33/2023 nömrəli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkamaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3149,8 qram çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq 02 (iki) 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkamaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli hökmü ilə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3149,8 qram çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 32.40 manat Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-45/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-45/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver