Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-45/2025 12.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1956-cı ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Samux rayonu Ziyadlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 həmkəndlisi Şahid3 ilə aralarında torpaq mübahisəsi üstündə yaranmış və davam edən mülki mübahisə zəminində 26 may 2025-ci il tarixdə saat 12:30-da yaşadığı Samux rayonu Ziyadlı kəndində qardaşı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin darvazasının qarşısında olan küçədə Zərərçəkmiş şəxs nə üçün Şahid3 sözügedən torpaq mübahisəsi ilə əlaqədar hüquqi köməklik göstərməsi səbəbi ilə aralarında yaranmış şəxsi münasibətlər zəmində mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs alın nahiyəsinə qəsdən yumruqla vuraraq ona alın nahiyəsinin əzilmiş yarası və ətrafına qansızma ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs X6 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək bildirdi ki, o, sözügedən cinayət əməlini törətmişdir, zərərçəkmiş şəxs onun qardaşıdır, hazırda o, qardaşı ilə barışıb münasibətlərini bərpa etmək istəyir, əməlindən səmimi olaraq peşmandır, barəsində amnistiya aktının tətbiq edilərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bundan əlavə X6 məhkəmə iclasında ərizə təqdim edərək, ona verilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini bildirmiş və barəsində amnistiya aktının tətbiq edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X6 onun doğma qardaşıdır, onlar eyni küçədə ata mülkündə yaşamaqla qonşudurlar, belə ki, bir evdə yaşayırlar, evi yarıbayarı bölmüşlər, ancaq girişçıxış darvazaları ayrıdır, darvazalar arası 30-35 metr məsafə vardır. Alıyeva X8 arvadıdır. Şahid4 qardaşı X14 rayonu Ziyadlı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Həmkəndlisi Şahid3 bələdiyyə sədri İlqar Alıyev barəsində müxtəlif instansiya orqanlarına şikayət etmiş, onun şikayəti ilə bağlı o, Vüsala yardımçı olmuşdur, bu səbəbdən İlqar Alıyev barəsində Samux Rayon Prokurorluğunda araşdırma aparılır. Bu səbəbdən qardaşı və onun arvadı ondan narazı qalaraq Vüsala köməklik göstərməyini irad bildirmişdirlər. 26 may 2025-ci il tarixdə təxminən saat 11 radələrində Samux rayonu İcra Hakimiyyətinə getmiş, İlqar barəsində olan şikayətlə bağlı Vüsal və İlqar İcra başçısının qəbulunda olanda İlqara nə deyilmişdirsə onlardan narazı qalmışdır, bunu da ona Vüsal demişdir, o da sonra Vüsalı öz avtomobiliylə götürüb kəndə aparmışdır, belə ki, Vüal ona veriləcək torpaq sahəsinin yerini ona göstərmişdir, göstrəndən sonra o, Vüsalı evlərinə düşürdüb yaşadığı evə qayıtmışdır. Həmin vaxt təxminən saat 12:30 olarkən o, idarə etdiyi “Opel Zafıra” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin giriş darvazasının qabağında dayandıraraq, avtomobildən düşmüşdür ki, darvazanı açıb avtomobili içəri həyətə salsın. Bu zaman o, darvazanın qarşısında dayanıb açarla darvazanı açmaq istəyərkən bir də görmüşdür ki, sağ tərəfdən Etibar və ondan bir neçə metr arxada isə qardaşı Vidadi yürüyərək ona tərəf gəlib “sən İlqardan nə istəyirsən” sözlərini ucadan təkrar-təkrar deyərək üstünə gəlmişlər. O da onların onu döyəcəyini bilib açarla darvazanı açıb içəri daxil ola bilməmişdir, Etibar onunla üzbəüz dayanaraq hər iki əli ilə üzünə əl ataraq cırmaqlamış, Vidadi isə pis söyüşlər söyərək arvadının arxasında dayanıb yumruqla alın nahiyələrinə bir neçə dəfə qəsdən zərbələr endirmiş, arvadı isə bir tərəfdən onu dartışdırırmış, həmin vaxt o, heç nə edə bilməmiş, sadəcə olaraq əllərini sifətinə qaldırıb yumruqların ona dəyməyinin qarşısını almış, onlar bir qədər yorulduqları üçün o, fürsətdən istifadə edib öz avtomobilinə oturub və özü olan tərəfin qapısını bağlamış, Etibar bunu görüb sağ tərəfdən avtomobilin qapısını açıb oturmaq istəyən zaman o, artıq avtomobili sürmüşdür deyə Etibar minə bilməmiş və sonra onlar onun artıq maşında olduğunu və hərəkət edəcəyini görüb söyüş söyə-söyə öz evlərinə getmişlər, o da avtomobili arxaya doğru sürüb yenidən əsas yola düzələrkən qonşusu Pərini və yanında başqa bir qadını iki uşağı ilə birlikdə yolda görmüş, həmin şəxslər də onu görmüşlər. O, avtomobili birbaşa Samux Rayon Polis Şöbəsinə sürmüş, yolda olarkən öz telefonuyla AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Samux Rayon Polis Şöbəsində bununla bağlı ərizə və izahat yazmışdır. Daha sonra polis şöbəsində bilmişdir ki, eynəyi də hadisə zamanı gözündən düşüb. Hadisə xx.xx.2025-ci il tarixdə günorta təxminən saat 12:30-da yaşadığı Samux rayonu Ziyadlı kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin darvazasının qarşısında küçədə baş vermiş, onu qardaşı Vidadi və onun arvadı Etibar cırmaqlayaraq və yumruqla döymüşlər. Hadisə olan vaxtı Etibar onun üzünü dımaqlan ilə cırmaqlayan zaman gözündə olan eynək də yerə düşüb sınmışdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilərək ona cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs X6 onun əri, Zərərçəkmiş şəxs isə onun qaynıdır, onlar eyni küçədə yaşayırlar. Zərərçəkmiş şəxs həmkəndliləri Şahid3 ilə birləşərək onun qardaşı, Samux rayonu Ziyadlı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən İlqar Alıyevdən müvafiq orqanlara şikayət yazır və qardaşına qarşı qərəzli mövqe tutublar. Onun sadəcə bu məsələyə görə X6 ilə münasibəti yaxşı deyil. Lakin onun əri X1 Quliyevi döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, “İkinci Qarabağ” Dö}mşlərində iştirak etmişdir, qazidir, 3-cü qrup əlildir. 26 may 2025-ci il tarixdə səhər saatlarında o, Samux Rayon İcra Hakimiyyətində qəbulda olmuşdur, həmin vaxt kəndin bələdiyyə sədri İlqar da qəbulda imiş, onun əsas məqsədi kəndçisi X3 məxsus mağazanın yanında təxminən 25 kv.m boş torpaq sahəsini öz adına sənədləşdirmək olmuşdur. Bələdiyyə sədri İlqar Alıyev ona həmin yeri vermək istəmirmiş, ancaq yekunda qərara alınmışdır ki, həmin torpaq sahəsi o, qazi olduğu üçün ona verilsin. Təxminən 12 radələrində o, Zərərçəkmiş şəxslə yaşadığı evə qayıtmış, Zərərçəkmiş şəxs o, qazi olduğu üçün ona hüquqi məsələlərdə köməklik göstərirmiş, buna görə də Qoşunun qardaşı Vidadi onunla prinsip aparırmış, çünki iddia edirmiş ki, həmin torpaq sahəsi ona məxsusdur. Zərərçəkmiş şəxs həmişə qardaşı Vidadinin ziyanına olsa belə ona müəyyən işlərdə köməlik etmişdir. Bələdiyyə sədri X11 arvadı Etibarın qardaşıdır, onlar birlikdə çalışırmışlar ki, sözügedən torpaq sahəsinin ona verilməsinə hansısa yolla mane olsunlar. Həmin günü Qoşun onu öz maşını ilə evə düşürdüb yaşadığı evə getmişdir. Üstündən bir qədər keçmiş Qoşun ona zəng edərək demişdir ki, evə gedən zaman evinin qarşısında qardaşı Vidadi onu yumruqla, arvadı Etibar isə üzünü-başını cırmaqla ona xəsarət yetirmişlər. Qoşun ona demişdir ki, o, polisə şikayət etməyə gedir. Hadisənin necə baş verdiyini şəxsən görməmişdir, həmin vaxt o, evdə olmuş, lakin Qoşun ona zəng edərək Vidadinin onu döydüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, o, rəsmi olaraq Samux RPŞ-də çilingər vəzifəsində işləyir. Şahid2 onun arvadıdır. Zərərçəkmiş şəxs onun qonşusudur, münasibəti normal olmuşdur. X1 Quliyevin doğma qardaşıdır, onlar eyni küçədə ata mülkündə yaşamaqla qonşudurlar, belə ki, bir evdə yaşayırlar, evi yarıbayarı bölmüşlər, ancaq girişçıxış darvazalan ayrıdır, darvazalar arası 30-35 metr məsafə vardır. Alıyeva X8 arvadıdır. Şahid4nm qardaşı İlqar Alıyev isə Samux rayonu Ziyadlı kənd bələdiyyə sədri vəzifəsində işləyir. Bildirmişdir ki, 26 may 2025-ci il tarixdə təxminən saat 12-13 radələrində o, işdən çıxıb arvadı Şahid2 ilə birlikdə Samux rayonu Ziyadlı kəndində küçə ilə evə gedən zaman qonşusu Zərərçəkmiş şəxs özünə məxsus avtomobillə qarşılarından küçədən yuxarı getdiyini görmüşdür. Lakin həmin vaxt Qoşun ilə digər həmkəndliləri Vidadi və Etibar arasında olan dava-dalaşı görməmişdir. O, ümumiyyətlə küçədən keçən zaman Etibar və Vidadi küçədə olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı əri Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq edərək onunla eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Samux rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 26 may 2025-ci il tarixli 57 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər alın nahiyəsinin əzilmiş yarası, həmin nahiyənin qançırı, burun və sağ almacıq nahiyəsinin 2 ədəd səthi əzilmiş yaraları, sağ qaş nahiyəsinin sıyrığıdır ki, bu xəsarətlər - bərk KÜT əşyanm(əşyalarm) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və bu xəsarətlərdən alın nahiyəsinin əzilmiş yarası və ətrafına qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir, sifətin 2 ədəd səthi əzilmiş yarası və sağ qaş nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyasma baxıldıqda bu xəsarətlərin onun özü tərəfindən yetirilməsi və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranması istisna edilir. DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfinndən verilmiş tələbnamədən görünür ki, X2 məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, cinayət işinin materialından görünür ki, X6 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədəkdir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci hissəsində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Baxılan iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyil. İş üzrə maddi ziyan yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. İş materiallarından məlum olur ki, X6 böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirləndirilir. Cinayət Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, X2 əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1-ci hissəsinin təsiri altına düşür. Bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək təqsirləndirilən şəxs X6 barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, X6 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarın 5.1-ci hissəsi tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 43.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 barəsində “Konsitutsiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 bəndi tətbiq edilərək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X2 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-45/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-45/2025
12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver